Antikiter mexanizmi  ən heyrətamiz qurğulardan biridir. Bu məqalənin yaradılmasında səbəb Antikiter mexanizminin araşdırma proyektinin (AMRP) 2016-cı ildə Afinada keçirtdiyi press-konferans olmuşudur.

Məqalənin birinci hissəsində biz Antikiter mexanizminin  araşdırılmasının 1902-ci ldən indiyə qədər qısa tarixindən bəhs etdik: kiçik bürünc parçasını araşdırmaq üçün 8 tonluq bir qurğunu Avropanın yarısı boyunca daşıdılar və bu sadəcə gözəl idi. Lakin sonda hamını nəticə maraqlandırır.

İndi oxuduğunuz ikinci hissədə AMRP-nin elmi məruzələri əsasında “humenitarların”, “Kim, harada, nə vaxt Antikiter mexanizmini yaradıb?”, “Qədim Titanik” adlandırılan böyük ticarət gəmisində onu kimə və haraya aparırdılar?” suallarını cavablandırmağa çalışacağıq.

Xəbərlər eyni zamanda həm yaxşı, həm də pisdir: 2016-cı ildə 11 illik araşdırma nəticəsində alimlər deşifrə edilmiş simvolların sayını təqribən 3500-ə çıxartdılar. “İndi biz nəhayət ki, adi qədim yunan dili ilə oxuna bilən mətn əldə etmişik. Əvvəl bu radio verilişinə qırıq-qırıq qulaq asmaq kimi bir şey idi.” – dəqiq elmlər tarixi üzrə mütəxəssis, Nyu-York universitetinin professoru və ANRP proyektinin aparıcı üzvü Alekandr Cons (Alexander Jones) belə deyirdi.

Təəssüf ki, bu mexanizmin detallarında saxlanmış bütün mətndir (araşdırmaçılar düşünürlər ki, orijinal mətn bunun 4 qatıdır). Aleksandr Consun məruzəsindəki sxemdən aydın olur ki, tapılan 82 fraqment birlikdə orijinal mexanizmin ümumi həcminin heç dörddə birini belə təşkil etmir. Bu tapmacanın kiçik hissəsindən bu qədər məlumat çıxarda bilmələri belə heyrətamizdir.

Tapılmış və tapılmamış hissələlərin sxemi. İllustrasiya: The Antikytera Mechanism Research Project

İndi bütün ümidlər sualtı arxeoloqların üzərindədir, əgər onlar yaxın illərdə yeni fraqmentlər tapa bilməsə, AMRP proyektinin üzərində işləməyə heç nə qalmayacaq. “Antikiter gəmisinin” qəza yerindəki sualtı qazıntılar 2012-ci ildə yenidən başlandı, lakin hələ yeni bir fraqment tapılmayıb. Buna baxmayaraq qazıntıları yeni paralel bir sensasiyaya bağlayırlar: 2014-cü ildə Antikiter adasının sahillərində “Antikiter gəmisindən” 150 metr cənubda mexanizmi daşıyan ikinci bir qəzaya düşmüş gəmi tapılıb.

2015 və 2016-cı illərin araşdırmaları gəmilərin bir-birindən olduqlarını düşünməyə əsas verir. Hətta ola bilər ki, eyni marşrut ilə gedirdilər və eyni zamanda fırtınada batıblar.

Deşifrə edilmiş mətnlərin interpretasiyası

“Oxunmayan” səthlərin araşdırılması üçün əsas texnologiya PTN (Plynomial Texture Mapping, teksturanın polimer xəritələnməsi) cihazıdır, biz onun haqqında birinci hissədə qısa şəkildə yazmışdıq. Alimlərin həyatını asanlaşdıran ultramüasir qurğudur, amma bütün problemləri də həll etmir.

Şəkillər Antikiter mexanizmi haqqında təhrif olunmuş fikir yaradır- o olduqca böyük görünür. Əslində isə mexanizm ayaqqabı qutusunda böyük olmayan taxta futlyara sığırdı (futlyar indiyə qalmayıb, lakin detalların üzərində xırda taxta hissələri tapılıb). Yazıların miqdarı ilə mexanizmin ölçülərini əlaqələndirmək bəsdir ki, mətn ilə işin əsas çətinliyini başa düşəsən, hətta ultra müasir avadanlıqlar belə 1-2 mm-lik düz olmayan səthdə xırda simvolları oxumaqda çətinlik çəkir. Buna görə daha çox skan etmək və yüzlərlə alınan şəkli daha çox araşdırmaq lazım oldu.

Antikiter mexanizminin üzərindəki mətndən PTM işləməsi edilməmişdən əvvəlki fraqment. Şəkil: The Antikythera Mechanism Research Project

Eyni fraqment PTM işləməsindən sonra. Şəkil: The Antikythera Mechanism Research Project

Aleksandr Cons düşünür ki, bu qədər miniatür və diqqətlə yazılmış mətn öz dövrü üçün tipik deyil. Üzərində bu qədər kiçik yazılar təsadüf edilər yeganə predmet qəpik idi. Buradan da belə bir mülahizə çıxır: mexanizmin səthindəki qravüranı sikkə ustası yazmış ola bilər.

Hələ bunu 1950-ci illərdə yazıları epiqrafiqa üzrə mütəxəssislər araşdırmağa başlamışdılar. O vaxtdan mexanizmin rəsmi istehsal tarixi onların mülahizələri üzərinə qəbul edilmişdi. 1970-ci illərdə edilmiş ilk analiz mexanizmin yaradılmasının tarixini bizim eramızdan 87 il əvvələ düşdüyü düşünülürdü. Son araşdırmalara görə hərflərin yazılma stili (məsələn, Π hərfində bərabər olmayan “ayaqlar”,  Σ hərfində paralel olmayan çubuqlar və s.) bizim eramızdan əvvəl 150-100-cü illərə təsadüf edir.

Bəzən elə bir hiss yaranır ki, dəqiq elm alimləri humanitarların epiqrafiya haqqında düşüncələrinə şübhə ilə yanaşırlar, çünki mühəndislərə və fiziklərə də material sübutlar lazımdır. Lakin onların yoxluğunda belə Antikiter mexanizminin istehsal tarixi humanitar – xüsusilə tarixçilər və filoloqlar tərəfindən verilmiş dolayı məlumatlar əsasında təyin edilir.

Eyni zamanda AMRP-nin press-konferansında epiqraflar tərəfindən yeni və olduqca maraqlı bir məlumat səsləndirildi: onlar mexanizmin üzərindəki yazıların ən az iki insan tərəfindən yazıldığı nəticəsinə gəliblər. Bu da Antikiter mexanizminin yalnız bir dahi usta tərəfindən yaradılmadığına, kiçik bir emalatxanada yaradıldığı nəticəsinə bizi gətirib çıxardır.

Belə bir açıqlama artıq çox irəli getmiş mülahizələrə gətirir. Onları AMRP-nin idarə heyyətindən biri olan Mayk Edmunds (ing. Mike Edmunds) irəli sürmüşdür. O, düşünür ki, mexanizmin yarandığı emalatxana ailə işi ola bilər. Belə bir iş isə bir neçə nəsil əvvəl meydana gəlməli idi.  Mexanizmin istehsal keyfiyyəti elədir ki, onda Edmundsun sözü ilə, “mexanizmin özündən yaşlı olan üzünillik ənənə” hiss olunur.

Yenə də, mexanizmi bir insanın yaratmış olması ehtimalıda qalır. Belə halda o, “möhtəşəm texniki qabiliyyətlərə malik olan, astronomiyadan anlayan və eyni zamanda yaxşı kommersant olan biri olmalı idi, çünki bu cihazı kimə satmaq mümkün olduğunu bilməli idi” – Mayk Edmunds belə deyirdi.

Bütün var olan düz və ya dolayı məlumatlar “Antikiter mexanizminin unikal və öz dövrünü qabaqlayan bir mexanizm” olduğuna istiqamətlənir, amma öz dövründə o nə unikal, nə də öz dövrünü qabaqlayan mexanizm idi. Bu isə alimlərin fikrincə fantastik düşüncədir- “bizim qədim yunanlıların belə istedadlı olması haqda heç bir fikrimiz yox idi” – press-konferansda belə deyilmişdi.

Aleksandr Cons daha akademik şəkildə fikrini bildirib: “Deşıfrə edilmiş mətnlərdən biz olduqca dəyərli informasiya almağa davam edirik. Axı biz o dövr yunan astronomiyası haqqında, Antikiter mexanizmi və onun mətnləri yaranan vaxt haqqında çox az bilirik və bizim o perioddakı texnologiyalar , həmçinin mexanizmin öz daxilində olan texnologiya haqda praktik olaraq heç bir məlumatımız yoxdur. Buna görə hər bir informasiya bizim üçün böyük məna kəsb edir.”

Bu bizi əvvəlki suallara qaytarır: kim, harda,nə vaxt Antikiter mexanizmini yaradıb? Mexanizmi kimə və hara daşıyırdılar?

Sirakuzun bura nə aidiyyatı var

Dəqiq cavablar yoxdur, əsaslandırılmış mülahizələr var. Həmçinin bütün suallara da cavab yoxdur. Əsaslandırmaq olar ki, mexanizm Rodosda yaradılmışdı, onu Sirakuza (Siciliya) daşıyırdılar. Həm də ola bilər ki, yox. Mexanizmin yaradılmasının dəqiq tarixi açar rol oynayır – Aralıq dənizində iqtisadi və siyasi vəziyyət Roma İmperiyasının ekspansiyasına(istilalarına) görə tez-tez dəyişirdi.

Arxeoloqlar “Antikiter gəmisinin” gəzaya düşmə tarixini dəqiq müəyyən ediblər, bu bizim eramızdan əvvəl 70-60-cı illərə (±5 il) təsadüf edir. Lakin bir çox əlamət ona işarə edir ki, mexanizm daha əvvəl hazırlanmış ola bilər, nə qədər əvvəl olduğunu yalnız güman etmək olar. Epiqrafik analiz vasitəsi ilə müəyyən edilmiş rəsmi muzey tarixi bizim eramızdan əvvəl 2-ci əsrin ikinci yarısıdır.

Cavabı qəza yerində tapılmış digər artefaktlar verə bilər, gəminin özü belə çox informasiya vermişdi. Məlumdur ki, “Antikiter gəmisi” Roma ticarət gəmisi idi. Material qaraağac ağacı idi, romalılar ondan gəmi istehsalında tez-tez istifadə edirdilər.

Yükün ən qədim hissəsi bürünc heykəllər idi – onlar b.e.ə. IV-III əsrlərdə yaradılmışdı. İndi onlar qiymətli incəsənət nümünələri sayılırlar, romalılar isə bürünc cisimlərə daha az pərəstiş edirdilər, daşınması daha asan olsun deyə heykəlləri çox vaxt hissələrə bölürdülər.Soldan sağa: 1) “Filosofun başı”, b.e.ə. III əsr, şəkil: namusaeum.gr; 2) natural böyüklükdəbürünc hüykəldən fraqment, şəkil: namuseum.gr; 3) “Antikiter efebi”, b.e.ə IV əsr, heykəlin hündürlüyü – 194 sm., fraqmentlərdən birləşdirilib, şəkil: İshkabible / Wikimedia

Bürünc heykəllər natural (və hipertrofiyal) böyüklükdə qırıqlar şəklində tapılmışdı. Əgər onları bilərəkdən hissələrə bölüblərsə, gəmidə niyə çoxlu bütöv mərmər heykəllərin də daşındığı anlaşılmır, onlar da ekspertlərin fikrincə daha əvvəl yaradılmış heykəllərin sürətidir. Yükün mümkün alıcısının profili hələ də tam açılmır.

Tapılan keramika b.e.ə I əsrin birinci yarısına təsadüf edir. Qəza yerində tapılmış yüzə qədər bürünc və gümüş sikkələr o qədər də köməkçi olmadı. Onlar b.e.ə. 250-60-cı illərə kimi geniş interval verir. Banknotların geoqrafik  yayılması isə bizə Siciliyadan Kiçik Asiyaya qədər bir məsafə verir.

Gəmidə qəzadan bir az əvvəl olmuş ən “təzə” sikkələr Perqamda b.e.ə. 86-67-ci illər ərzində və Efesdə b.e.ə. 70-60-cı illər ərzində  düzəldilmişdi. Hər iki şəhərindiki Türkiyənin ərazisində yerləşir. Egey dənizində Antikiter adasının yaxınlıqlarında sonuncu dəfə sikkə tapan şəxs 1976-cı ildə Jak-İv Kusto olmuşdur.

Jak Kusto tərəfindən taılmış Perqam gümüş tetradraxmları, şəkil: namuseum.gr

Artefaktların tarixi və kökü alimlərəgöstərdi ki, problemə başqa yöndən də yaxınlaşmaq olar, məhz ticarət gəmisinin marşrutunu aydınlaşdırmağa cəhd etmək.

Uzun müddət hesab edilirdi ki, gəmi şərqdən indiki Türkiyənin sahillərinə doğru irəliləyirdi, ola bilər ki, Romanın varlı sifarişçilərinə mal aparırdı. Sikkələrin və keramikanın kökü mümkün yolu göstərirdi: gəmi Peqramdan çıxıb, Efesə (sikkələr) daxil olub, daha sonra isə Rodosa (tapılan amforlardan bir çoxu rodos keramikası üçün tipikdir) keçmişdir, burada gəmi qiymətli yük almış və qərbə istiqamətlənmişdir. Yoxsa başqa cür Antikiter adasının yanında necə tapılsın ki?

Bu fikri sualtı qazıntılar da gözəl şəkildə təsdiq edir. Əvvəllər elə hesab edilirdi ki, “Antikiter gəmisinin” uzunluğu 40 metr olmuşdur, bu isə qədim dövr üçün olduqca böyükdür. Lakin bir neçə il əvvəl sualtı arxeoloqları bu məlumatı yenilədilər: qəza yerinin araşdırılması ilə gəminin uzunluğunun 50 metrdən az olmadığını, ağırlığının da təhminən 300 ton olduğunu deyiblər.

“Tapılan antik gəmilər arasında ən böyüyü”, “Qədim Titanik” – dəniz arxeoloqu, sualtı işlərin idarəçilərindən biri olan Brendan Fouli (ing. Brendan P. Foley) “Antikiter gəmisini” belə adlandırırdı.

“Antikiter gəmisinin” qəza yerində qazıntılar, şəkil: Brett Seymour / Argo / Wetpixel

Praktikada bu o mənaya gəlir ki,  qədim Roma “Titanikini” o dövrün hər limanı qəbul edə bilməzdi.  Uyğun limanlar Perqamda, Efesdə və Rodosda idi. Hər şey uyğundur. Lakin burada kriptoqraflar məsələyə qarışırlar, mexanizmin arxa panelinin yuxarı diskində Korinf təqviminə uyğun gələn ayların adlarına təsadüf ediblər. Belə bir şaiyə var ki, Aleksandr Cons bu xəbəri eşidəndə pis söyüş söyüb. Publik şəkildə isə o yalnız bu xəbərin onu “bərk məyus etdiyini” etiraf edib.

Coğrafi olaraq Korinf heç bir şəkildə “Antikiter gəmisinin” marşrutuna uyğun gəlmir. “Axı o tamamilə əks tərəfdədir!” – Cons belə demişdi. Xəritəyə baxın: doğurdan da, Korinf Antikiterdən olduqca şimalda yerləşir. Gəmi əgər Korinfə gedirdisə, onun adaya yaxınlaşmaq üçün heç bir səbəbi yoxdur.

Antikiter gəmisinin təxmin edilən marşrutda şəhərlərin yerləşməsi. Google Maps

Korinf tapmacasını tarixçilər cavablandırmağa çalışıblar. Əgər mexanizmin təxmin edilən yaradılma tarixi (b.e.ə. 150-100-cü illər) doğrudursa, onda Korinfi problemdən çıxartmaq olar, bizim eramızın 146-cı ilinə qədər Korinf romalılar tərəfindən tamamilə məhv edilmişdi və yalnız bizim eranın 44-cü ilindən etibarən bərpa olunmağa başlamışdı. Lakin əgər belədirsə, xüsusilə bir yerin təqvimi göstərilmiş mexanizm kimə lazımdır?

Tarixçilər müəyyən illərdə hələ də bu təqvimin qüvvədə olduğu Korinfin keçmiş kaloniyalarına nəzər yetirdilər. Romalılarla eyni zamanda öz mədəniyyətini saxlaya bilmiş tək şəhər Sirakuz idi. Sirakuz şəhəri b.e.ə. VIII əsrdə Korinflilər tərəfindən əsası qoyulmuşdu, b.e.ə. III əsrdə romalıların hakimiyyəti altına düşdü, lakin uzun müddət öz mədəniyyətlərini saxlaya bilmişdi.

Sirakuzun yerləşməsi “Antikiter gəmisinin” marşrutu haqda əvvəlki teoriyaya uyğun gəlirdi.Lakin plana uyğun olan bir şey də var idi, Sirakuzda böyük yunan riyaziyyatçı, mühəndis Arximed yaşayırdı və b.e.ə. 212-ci ildə orada da öldürülmüşdü.

Hər şey dolayıdır, amma Arximedin bu hekayədə ortaya çıxmasını boş vermək olmaz. Köməyə yenə humanitarlar gəlir –  tarixçilər,filoloqlar və qədim  mətnlər üzrə mütəxəssislər. Onlar xatırladılar ki,Siseron “Dövlət haqqında” adlı traktatında (b.e.ə. I əsr) Arximedin Antikiter mexanizmini ilə funksiyaları çox oxşar bir qurğu ilə əlaqəsinin olduğunu yazırdı. Onun tərcüməsi belədir:

“Arximedin  adı ilə bağlı olan həmin sfera haqqında çox eşitsəm də, onun özü o qədər də mənim xoşuma gəlmirdi. Xalq tərəfindən daha çox tanınan və  daha gözəl sferanı Arximed özü yaratmışdı. (…)  Lakin Qall  bu qurğunun işləməsini bizə danışandan sonra belə bir qərar gəldim ki, siciliyalı böyük istedada sahib biri idi. Qall demişdi ki, bir başqa, içi tamamilə boş olan sferanı əvvəllər də ixtira etmişdilər, birincisini Miletli Fales, daha sonra isə Knidli Evdoks ixtira etmişdi. Onun sözlərinə görə Platonun şagirdi onda göydəki ulduzları və ulduz sistemlərini qeyd edib, sonra uzun illər keçdikdən sonra Arat astronomik biliklər ilə deyil, belə desək, poetik qabiliyyətlər ilə Evdoksdan götürülmüş həmin qurğunun bütün daxilini və ondakı vəziyyətləri öz şeirinə daxil etmişdi. Lakin Qall dedi ki, Günəşin, Ayın və 5 planetin hamısının hərəkəti göstərilmiş və birləşdirilmiş belə bir sfera yaradıla biməzdi, Arximedin möhtəşəmliyi elə budur ki, o, bir dövr içində uyğunlaşmayan və fərqli hərkətləri hansısa bir yolla birləşdirə bilmişdi. Qall bu sferanı hərəkətə gətirəndə bürüncdən şarda Ay Günəşi eyni sayda dövrdə dəyişirdi, neçə gündə o Günəşin yerini alırdı, tutulmalar nə vaxt olurdu…”

Bu qısa fraqmentdə Siseron faktiki olaraq xronoloji bir şəkildə planetariyalar yaratmaq üçün nəinki texniki biliyə malik olan, həmçinin “planetariyalar”(Kosmik “teatr”) ilə işləmiş qədim yunan alimlərinin adını çəkir. Əgər birinci Miletli Fales idisə, onda Antikiter mexanizminə oxşar qurğuları yaratmaq ənənəsi, Mayk Edmundsun sözlərinə görə bizim eranın VI əsrinə qədər gələn bir ənənədir.

Siseron və digər antik müəlliflər nəyi axtarmaq lazım oduğu ipucusunu verdilər. Beləliklə AMRP mütəxəssisləri oxşar qurğuların adı çəkilən olduqca uzun mənbə siyahısı yaratdılar. Vaxt intervalı alimləri heyrətə salmışdı – b.e.ə 300-cü ildən (“Mexanik problemlər” traktatı, ilk fırlanan disklər adının çəkilməsi) bizim eranın V-VI əsrlərinə qədər (Panopolisli  Nonnun (ing. Nonnus of Panopolis) “Dionisin hərəkətləri” traktatı, mexaniki planetariyanın təsvir edilməsi; tarixçi Kassiodorun (ing. Cassiodorus) filosof Boesiusa  (ing. Boethius) məktubu, “portativ səma”, “təbiətin aynası” adlandırılan qurğunun təsviri).

Mayk Edmunds bu fakta böyük önəm verdi: Antikiterə oxşayan mexanizm, 800 il ərzində var olmuş və inkişaf etmişdir (!). İndi Antikiter mexanizmi qədim insanların inkişafının unikal texniki nümünəsi kimi göstərilirsə də, öz vaxtında unikal deyildi.

Bu onu daha az fərqlənən edir, müasir alimlər nə qədər çox onun tədqiq edirlərsə, onun yaradıcılarına daha çox heyranlıq dolu ifadələr göndərirlər. Təəssüf ki,  ədəbiyyatlarda təsvir edilmiş müxtəlifliklərdən yalnız bir nüsxə bizə gəlib çata bilib, həm də formasız metal parçası şəklində…

İlk mənbələr – qədim elmin səviyyəsini göstərən alimlərin işləri – Antikiter mexanizmindən heç də yaxşı qalmayıb: onların böyük hissəsi yalnız fraqment və tərcümələr idi. Lakin bunda nəsə simvolik bir şey var: ədəbiyyatların fraqmentləri və mexanizmin fraqmentləri dəqiq şəkildə Antikiter mexanizminin Yunanıstanda bizim eradan əvvəl 200 ilə 70-ci illər arasında istehsal edildiyinə işarə edir.

Qurğu, doğurdan da, çox mürəkkəbdir. Onun yaradıcısı  Günəşin, Ayın və o zaman bilinən beş planetin “oxşar olmayan hərəkətlər zamanı bir tam dövrdə eyni olmayan və fərqli yolları saxlamağın” yolunu bilirdi. O bilirdi ki, Ay Günəşin ideal olan çevrə üzrə yox, ellips üzrə ətrafında fırlanır və iti düşüncəli texniki qərar qəbul edərək elliptik hərəkəti ideal dairəvi  dişli çarxlar vasitəsilə hesablaya bilib.

Əsaslı şəkildə məlumdur ki, lazım olan bilik artıq b.e.ə. III əsrdə artıq mövcud idi. Böyük riyazıyyatçı Perqalı Apolloni (ing. Apollonius of Perga) Evdoksun astronomik modelini yenidən işləyərkən ümumi ellips teoriyasının əsasını qoymuşdur,  planetlərin bərabər olmayan hərəkətlərini izah etmək üçün episikllər və episentrlər daxil etmişdir. Bütün bunlar gözəl şəkildə Antikiter mexanizmində reallaşdırılıb.

Qədim qurğuda olan bilik Apollonidən sonra, b.e.ə II əsrdə  yaşamış Hipparxın (ing. Hipparchus of Nicaea’) işlərinə uyğundur. Astrofizik Mayk Edmunds əmindir ki, mexanizmin məntiqi riyaziyyatçı Geminin (ing. Geminus) “Hadisələrə giriş” traktatındakı məntiqi ilə üst-üstə düşür. Yenə Siseron “Tantıların təbiəti” traktatında öz dövrünün ən bilikli filosofu  Posiodoni (ing. Posidonius) haqqında yazırdı:

“Əgər kim isə Skifiyaya və ya Britaniyaya yaxın vaxtlarda dostumuz Pasidoninin düzəltdiyi ayrı-ayrı dövrlər ilə Günəşin, Ayın və beş planetin səmada fərqli günlərdə və gecələrdə nə etdiyini göstərdiyi o şarı gətirsəydi, onda bu barbar ölkələrindən kim bu şarın mükəmməl  şüurun yaradıcılığı olduğuna şübhə edərdi?”

Bir-birindən asılı olmayan bir neçə araşdırmaçı, Antikiter mexanizminin “tutulma təqvimini” tədqiq edərək daha erkən yaranma tarixinin irəli sürüblər. Bunun haqqında da ətraflı III hissədə danışacağıq.

Necə ola bilər ki, əsrlər boyu inkişaf edən, yazılmış, işləyən mexanizmə tətbiq edilən bu biliklər 1500 illiyə itmişdir? Bu AMRP-nin press-konferansında ən çox soruşulan suallardan biri idi (Antikiter mexanizminin yadplanetlilər tərəfindən yaradılması sualından sonra ən çox soruşulan) . Avropada sonuncu dişli çarxlardan istifadə edən mexanik təqvim təhminən 500 il əvvəl Bizantiyada yaradılmışdır. Bizantiyadan qədim insanların bilikləri kəsik-kəsik şəkildə ərəb şərqinə keçmişdir. XIII əsrdə İsfahanda Antikiter mexanizminin bilavasitə nəslindən olan astrolyabiya yaradılmışdır. Qərbi Avropada isə XIV əsrədə İtaliyada böyük,heç də portativ olmayan, lakin ilk antik versiyası ilə mürəkkəblikdə oxşar olan Astrarium yaradılana qədər ona oxşar heç bir şey meydana gəlməmişdir. Amma onunla necə işləmək lazım olduğunu, necə təmir etmək lazım olduğunun müəllifdən başqa heç kim bilmirdi…

XIII əsrin mexanik planetariyası Astrariumun rekonstruksiyası, foto: Centre Frace / lamontagne.fr

Antikiter mexanizminin yaradıldığı dövrü alimlər təqribi olaraq təyin edilər. Lakin harda? İstehsalçının imzası çox yerinə düşərdi, lakin onu hələ də tapmayıblar. Mümkündürmü ki, emalatxana rast ki, mexanizmin tarixçəsində antik dövrün dahisi Arximedin adı keçirsə Sirakuzda yerləşirdi?

Xeyr. Sirakuz yalnız Antikiter gəmisinin təxmin edilən limanları bölməsində qalıb, orada tamamilə asılı olmayan mexanizmin alıcısı da yaşaya bilərdi. Son dövrlərdə daha da çoxalan məlumat emalatxananın böyük ehtimal Rodos adasında yerləşdiyinə işarə edir.

Birincisi, mexanizmi daşıyan gəminin qəza yerində rodos keramikası aşkar edilib. Sübut edilmiş kimi qəbul etmək olar ki, Rodos adası “Antikiter gəmisinin” marşrutunun dayanacaqlarından biri olub. İkincisi, adada yerləşən güclü elm məktəbi var idi. Yuxarıda biz mexanizmin inkişafına bu və ya digər yollarla təkan verən alimlərin adlarını çəkmişik. Onlardan üçü – Hipparx, Gemin və  Posidoni Rodosda yaşamış vəişləmişdir. Hamısı fərqli illərdə yaşayıb, amma, hər üçü də Antikiter mexanizminin yaradılma tarixinin intervalına uyğun gəlir.

Yaxın vaxtlarda alimlər daha material olan iki ipucu aşkar ediblər. İdman yarışlarının təqvimi Antikiter mexanizminin xüsusiyyətlərindən biri olub – burada yalnız 4 böyük yarışdan (Olimpiya, Pifiya, İstmiya və Nemey) başqa yalnız yermilər üçün mənası olan bir neçə kiçik yarışma. Bu oyunlar Dodosda (indiki Yanin şəhərinin yaxınlığı) Zevsin şərəfinə keçirilən və Heliosa ihtaf edilmiş Rodosdakı oyunlar idi.

Alimlər hələ periodik şəkildə yazılarda peyda olan Şimali Yunanıstan – Korinf, Dodonu necə uyöunlaşdıracaqlarından əmin deyillər. Hər iki şəhər də II əsrin ortalarında romalılar tərəfindən məhv edilmişdilər və uzun müddət öz əvvəlki mənalarını itimişdilər. Ona görə Antikiter mexanizminin yaranma tarixini daraltmaq bu qədər vacibdir, II əsrin birinci yarısında Kosrinfi və Dodonun adı çəkilməsi olduqca mənalı olardı, amma, romalıların hücumlarına məruz qaldıqları ikinci yarısında şəhərlərdə nə varlı sifarişçilər qalmışdı, nə də ailəvi emalatxanalar. Rodosun isə hər bir vaxtda adınının çəkilməsi mənalı olar.

Sonuncu inandırıcı riyazi arqument astronomik hadisələrin baş verdiyi koordinatdır: şimali enlikdə 35°. Bu enlikdə Kipr və qismən Krit yerləşir, lakin bu adaların Antikiter mexanizmi ilə başqa bir əlaqəsi tapılmayıb. Lakin Rodos şərtlərə tamamilə uymur, o şimali enlikdə 36°-də yerləşir.

Alimlər “kim, harada və nə zaman Antikiter mexanizmini yaratdı, onu qədim “Titanikdə” kimə və hara aparırdılar?” sualına necə cavab verdilər? Əgər yeni fraqmentlər tapılmazsa və ya bir yığın deşifrə edilməmiş mətnlər arasında yeni ipucları tapmasalar, istehsalçının imzası tapılamsa dəqiq cavablar almayacağıq.

Lakin proyektin texniki hissəsində, söhbət dişli çarxlardan, orbitlərin hesablanmasından, babil astronomiyasından və ya tutulmalarından gedirsə, alimlər özlərinin olduqca yaxşı hiss edirlər. AMRP-ninyeni “texniki” kəşflərindən və həmçinin sualtı arxeoloqların işlərindən bizim “Antikiter triologiyamızın” sonuncu hissəsində danışacağıq.

Redaktə etdi:Ziya Mehdiyev

Mənbə: https://www.vesti.ru/doc.html?id=2768993

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin