Ən mühüm astronomik tarixlər və kəşflər (20-ci əsrin sonlarına qədər)

0

B.E. əvvəlki illər

e.ə. 3000 – Misirdə, Babilistanda və Çində astronomiyaya aid ilk qeydlər.

e.ə. 1100 – Ekvatorun ekliptikaya meyli (Çu Konq, Çin).

e.ə. 360 – Yer, Ay və digər göy cisimlərinin kürə şəklində olması haqqında təsəvvürlərin müdafiəsi üçün sübutların irəli sürülməsi (Aristotel, Yunanıstan).

e.ə. 280 – İsgəndəriyyə astronomları tərəfindən ulduzlu göyün sistematik müşahidələrinin başlanması (Aristill, Timoxaris).

e.ə. 265 – Yerin öz oxu ətrafında və Günəşin ətrafında hərəkəti haqqında ideyaların irəli sürülməsi, ilk dəfə Günəş və Aya qədər olan məsafələrin qiymətləndirilməsi (Samoslu Aristarx, Yunanıstan).

e.ə. 240 – Yer kürəsinin ölçülərinin təyini (Eratosfen, İsgəndəriyyə).

e.ə. 140-120 – Günəşin və Ayın hərəkətlərinin ilk cədvəllərinin və görünən parlaqlığa əsasən ulduz ölçüləri qiymətləndirilmiş 1022 ulduz üçün kataloqun tərtibi (Hipparx, İsgəndəriyyə).

e.ə. 46 – Roma imperiyasında yulian təqviminin tətbiq edilməsi (Sozigen, İsgəndəriyyə).

Bizim eranın illəri

150 – İsgəndəriyyə astronomu Klavdi Ptolemey tərəfindən dünyanın geosentrik sistemini şərh edən məşhur “Əlməcəsti” əsərinin yaradılması

1031– Yerin çevrəsinin təyin edilməsi (Biruni, Xorəzm).

1425 – Uluğbəyin rəhbərliyi altında Səmərqənd yaxınlığında dünyada ən böyük rəsədxana inşası başa çatdırılmışdır.

1543 – N.Kopernikin “Göy sferalarının fırlanmasına dair” kitabının çapdan çıxması; bu kitabda o, dünyanın heliosentrik sistemini müəyyən etmişdir.

1582 – Bir sıra Avropa ölkələrində Qriqori təqviminin tətbiq edilməsi.

1584 – C.Brunonun “Kainatın və dünyaların sonsuzluğu haqqında” əsərinin çapdan çıxması (İtaliya).

1610 – Teleskopla astronomik müşahidələrin başlanğıcı (Q.Qaliley, İtaliya).

1609-1619 – Planetlərin Günəş ətrafında hərəkəti qanunlarının müəyyən edilməsi (İ.Kepler, Almaniya).

1632 – Q.Qalileyin “Dünyanın iki əsas sistemi: Ptolemey və Kopernik sistemi haqqında müsahibə” adlı məşhur əsərinin nəşri; Qaliley bu əsərində Kopernikin heliosentrik sistemini müdafiə etmişdir.

1671-1673 – Marsın qarşıdurmalarının müşahidələrinə əsasən ilk dəfə Günəşin parallaksının (9,5″) təyin edilməsi (D.Kassini, J.Rişe, Fransa)

1687 – Cazibə nəzəriyyəsinin yaradılması (İ.Nyuton, İngiltərə).

1705 – Bəzi kometlərin qayıtmalarının periodikliyi müəyyən edilmişdir (E.Halley, İngiltərə).

1719 – Ulduzların məxsusi hərəkətlərinin kəşfi (E.Halley, İngiltərə).

1755 – Alman filosofu İ.Kantın kosmoloji təsəvvürləri və kosmoqonik fərziyyələrin şərhindən ibarət olan “Ümumi təbii tarix və səma nəzəriyyəsi” əsərinin nəşri (Almaniya).

1761 – Veneranın atmosferinin kəşfi (M.V.Lomonosov, Rusiya).

1781 – Uran planetinin kəşfi (V.Herşel, İngiltərə).

1783 – Ulduzlar arasında Günəşin hərəkətinin kəşfi (V.Herşel, İngiltərə).

1794 – Meteoritlərin kosmik mənşəyinin müəyyən edilməsi (E.Xladni, Almaniya).

1796 – P.Laplasın “Dünya sistemlərinin şərhi” əsərinin nəşri. Əsərdə Laplasın kosmoqonik fərziyyəsi verilir (Fransa).

1801 – Birinci kiçik planetin – Serera asteroidinin kəşfi (D.Piatstsi, İtaliya).

1814 – Günəşin spektrində udulma xətlərinin təsvir edilməsi (Y.Fraunhofer, Almaniya)

1837-1839 – İlk dəfə ulduzların parallaksının təyini (V.Y.Struve, (Liranın α-sı, 1837) Rusiya; F.Bessel (Qunun 61 ulduzu, 1838), Almaniya; T.Henderson (Sentavrın α-sı,1939, İngiltərə)).

1843 – Günəş diskinin (fırlanma nəticəsində) uzaqlaşan və yaxınlaşan kənarının spektrində xətlərin sürüşməsinin – Dopler effekti – kəşfi (Avstriya).

1846 – Neptun planetinin kəşfi (İ. Halle, Almaniya).

1859-1862 – Spektral analizin kəşfi (R.Bunzen, Q.Kirxhof, Almaniya).

1860 – Ulduz spektroskopiyasının başlanğıcı  (V.Xiqqins, İngiltərə).

1863 – Ulduz spektrlərinin ilk təsnifatı (A.Sekki, İtaliya).

1862-1904 – Kometlərin fiziki təbiətinin öyrənilməsi, komet quyruqlarının təsnifatı (F.A.Bredixin, Rusiya).

1868 – Günəşdə heliumun kəşfi (N.Lokyer, İngiltərə).

1894 – Saturn halqasının meteorit tərkibinin təsdiqi (A.A.Belopolski, Rusiya).

1903 – Dünya fəzasına uçuş vəsaitlərinin işlənməsinin başlanğıcı (K.E.Sialkovski, Rusiya).

1900-1910 – İşığın toz hissəciklərinə və qazlara təzyiqinin təcrübi isbatı (P.N.Lebedev, Rusiya).

1905-1913 – Cırtdan və nəhəng ulduzların aşkar edilməsi; “spektr–işıqlıq” diaqramı (E.Hertsşprunq, Danimarka, Q.Ressel, ABŞ).

1908 – Sefeidlərdə “period–işıqlıq” asılılığının kəşfi (Q.Livitt, ABŞ).

1916 – Ulduzların daxili quruluşunun nəzəri öyrənilməsinin başlanğıcı (A.Eddinqton, İngiltərə).

1922-1924 – Kainatın qeyri-stasionarlığının nəzəri əsaslandırılması (A.A.Fridman, Rusiya).

1924 – Qalaktikanın fırlanmasının kəşfi (Y.Oort, Holandiya).

1924 – M31 və M33 qalaktikalarının ulduzlaradək ayırd edilməsi; qalaktikadankənar astronomiyanın başlanğıcı (E.Habbl, ABŞ).

1929 – Qalaktikaların spektrində “qırmızı sürüşmənin” kəşfi (E.Habbl, ABŞ)

 

1929 – Kainatda işığının udulmasının ciddi isbatı (B.A.Vorontsov-Velyaminov, Rusiya).

1930 – Plutonun kəşfi (K.Tombo, ABŞ).

1931 – 15 m dalğa uzunluğunda kosmik radioşüalanmasının kəşfi (K.Yanski, ABŞ).

1937 – Enerji mənbəyi kimi ulduzların daxilində gedən nüvə reaksiyaları nəzəriyyəsinin yaradılması (Q.Bete, ABŞ).

1941 – Yeni tip (meniskli) teleskopun ixtirası (D.D.Maksutov, Rusiya).

1946 – Ayın radiolokasiya edilməsi.

1948 – İnfraqırmızı şüalarda müşahidələrlə Qalaktika nüvəsinin kəşfi (A.A.Kalinyak, V.İ.Krasovski, V.B.Nikonov, Rusiya).

1951 – Ulduzlararası hidrogenin 21 sm dalğa uzunluğunda radioşüalanmasının aşkar edilməsi.

1957 – Qarışılıqlı təsir edən qalaktikaların kəşfi (B.A.Vorontsov-Velyaminov, Rusiya).

1963 – Kvazarların kəşfi (M.Şmidt, ABŞ).

1965 – Relikt radioşüalanmasının aşkar edilməsi (A.Penzias, R.Vilson, ABŞ).

1967 – Pulsarların (neytron ulduzların) kəşfi.

1976 – Uran halqalarının kəşfi.

1979 – Yupiter halqalarının və Yupiter peyki İoda fəaliyyətdə olan vulkanların kəşfi.

Kosmik fəzanın fəth edilməsində mühüm mərhələlər

1957-ci il 4 oktyabr – Yerin ilk süni peykinin (YSP) orbitə çıxarılması (“Sputnik-1” YSP, keçmiş SSRİ), kosmik eranın başlanğıcı.

1958-ci il 15 may – Kosmik tədqiqatların aparılması üçün ilk elmi laboratoriyanın orbitə çıxarılması (“Sputnik-3”, keçmiş SSRİ).

1959-cu il 4 yanvar – İlk dəfə kosmik aparat ikinci kosmik sürət almış və Günəşin ilk süni peykinə çevrilmişdir (“Luna-1”, keçmiş SSRİ).

14 sentyabr – İlk dəfə kosmik aparat Ayın səthinə çatdırılmışdır (“Luna-2”, keçmiş SSRİ).

7 oktyabr – İlk dəfə kosmik aparat Ayı ötmüş və onun arxa tərəfinin fotoşəkillərini çəkmişdir (“Luna-3”, keçmiş SSRİ).

1961-ci il 12 fevral – Birinci dəfə kosmik aparatın Veneraya tərəf buraxılması (“Venera-1”, keçmiş SSRİ).

12 aprel – İnsanın kosmosa birinci uçuşu (Y.A.Qaqarin, “Vostok” gəmisi, keçmiş SSRİ).

1965-ci il 18 mart – İnsanın ilk dəfə kosmik gəmidən açıq kosmosa çıxması (A.A.Leonov, “Vosxod-2” kosmik gəmisi, keçmiş SSRİ).

1966-cı il 3 fevral – Kosmik aparatın ilk dəfə Aya yumşaq enməsi və Ayın səthi ponaramının təsvirinin televiziya ilə Yerə ötürülməsi (“Luna-9”, keçmiş SSRİ).

1 mart – Planetlərarası kosmik aparatın ilk dəfə Veneraya çatdırılması (“Venera-3”, keçmiş SSRİ).

3 aprel – Ayın ilk süni peyki (“Luna-10”, keçmiş SSRİ).

18 oktyabr – Başqa planetin atmosferində kosmik aparatın ilk dəfə ehmalca endirilməsi (“Venera-4”, keçmiş SSRİ).

30 oktyabr – İlk dəfə iki YSP-nin avtomatik birləşməsi (“Kosmos-186” və “Kosmos-188”, keçmiş SSRİ).

1969-ci il 21 iyul –  İlk dəfə insanın Ayın səthinə çıxması (N.Armstronq, E.Oldrin, “Apollon-11” kosmik gəmisi, ABŞ).

1970-ci il 24 sentyabr – Avtomat kosmik aparatın köməyilə Ay süxurlarının ilk dəfə Yerə gətirilməsi (“Luna-16”, keçmiş SSRİ).

17 noyabr – İlk dəfə özüyeriyən “Lunoxod-1” aparatının Aya çatdırılması (“Luna-17”, keçmiş SSRİ).

15 dekabr –  Planetlərarası kosmik aparatın ilk dəfə Veneraya yumşaq enməsi (“Venera-7”, keçmiş SSRİ).

1971-ci il 19 aprel – İlk dəfə orbital stansiyanın orbitə çıxarılması (“Salyut”, keçmiş SSRİ)

27 noyabr – Planetlərarası kosmik aparat birinci dəfə Marsın səthinə çatdırılmışdır (“Mars-2”, keçmiş SSRİ).

2 dekabr – Planetlərarası kosmik aparatın ilk dəfə Marsa yumşaq enməsi (“Mars-3”, keçmiş SSRİ).


1973-cü il 4 dekabr – Planetlərarası kosmik aparatın ötmə trayektoriyasından ilk dəfə Yupiterin tədqiqi (“Pioner-10”, ABŞ).

1974-cü il 29 mart – Planetlərarası kosmik aparatın ötmə trayektoriyasından ilk dəfə Merkurinin tədqiqi (“Mariner-10”, ABŞ).

1975-ci il 17 iyul – İlk dəfə iki müxtəlif ölkənin heyətli kosmik gəmilərinin birləşməsi (A.A.Leonov, V.N.Kubasov, “Soyuz-19”, keçmiş SSRİ, T.Stafford, D.Sleyton, V.Brand, “Apollon”, ABŞ).

22 oktyabr – Süni peykin ilk dəfə Venera ətrafında orbitə çıxarılması, Venera səthinin televiziya xəyallarının birinci dəfə Yerə ötürülməsi (“Venera-9”, keçmiş SSRİ).

1976-cı il 20 iyul – Planetlərarası kosmik aparatla ilk dəfə Marsın səthində tədqiqatlar (“Vikinq-1”, ABŞ).

1979-cu il 1 sentyabr – Planetlərarası kosmik aparatın ötmə trayektoriyasından ilk dəfə Saturnun tədqiqi (“Pioner-11”, ABŞ).

1983-cu il 10 və 14 oktyabr – “Venera-15” və “Venera-16” kosmik aparatların Venera ətrafında orbitə çıxarılması və planetin radiolokasiya metodu ilə kartoqrafiyası (Keçmiş SSRİ).

1985-ci il iyun – Venera atmosferinin aerostatla zondlama üsulu ilə tədqiqi (“Veqa-1” və “Veqa-2” kosmik aparatları, keçmiş SSRİ).

1986-cı il yanvar – İlk dəfə planetlərarası kosmik aparatların ötmə trayektoriyasından Uranın tədqiqi (“Pioner-11”, ABŞ).

Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin