Ən yaxşı filosof heyrətlənəndir. Fəlsəfə #3

0

“Qəribə varlıq
Bir də salam! Gördüyün kimi, bu qısa fəlsəfə
kursu sənin əlinə rahat hissələr şəklində gəlir.
Burada giriş üçün bir neçə qeyd var.
Deyəsən, keçən dəfə yazmışdım ki, yaxşı filosof
olmaq üçün bizə lazım olan heyrətlənmək
qabiliyyətidir. Yazmamışdımsa, indi
yazıram: YAXŞI FİLOSOF OLMAQ ÜÇÜN
BİZƏ HEYRƏTLƏNMƏK QABİLİYYƏTİ
LAZIMDIR.
Belə bir heyrət uşaqlarda olur. Bu, adi
təəccüblənmək deyil. Bir neçə ay ana
bətnində qalandan sonra onlar tamamilə ayrı aləmə düşürlər. Lakin onlar böyüdükcə
heyrətlənmək qabiliyyətləri azalır. Niyə belə
olur? Bilmirsən?
Təzə doğulmuş körpə danışa bilsəydi, çox
güman ki, o, necə fövqəladə bir aləmə
düşdüyünü deyərdi. Körpələrin ətrafa
necə baxdıqlarını və hər şeyə böyük maraqla
əl uzatdıqlarını görmüşük.
Vaxt keçdikcə sözlər öyrəndiyindən, uşaq
həmişə it görəndə deyir: “ham-ham”. Uşaq o
yana qaçır, bu yana qaçır, əl-qolunu oynadır,
dombalaq aşır… Biz uşaqlardan böyük və
ağıllı olduğumuzdan bəzən onların
coşqusundan özümüzü yorğun hiss edirik.
Biganə bir səslə “hə, düzdü-düzdü, bu ham-
hamdı, otur bir az”, – deyirik. İti görəndə
təsirlənmirik, onu əvvəllər də görmüşük.
İtin, yaxud filin, mamontun qeyri-adi
görünüşü dəfələrlə təkrarlanmalıdır ki, uşaq
onu daha hayıl-mayıl olmadan qarşılasın.
Amma uşaq gərəkincə danışmağı və fəlsəfi
düşünməyi öyrənməzdən çox-çox əvvəl
dünya adiləşir.
Məndən soruşsan, deyərəm ki, buna
təəssüflənirəm. Məncə, sən dünyanı asanlıqla qəbul edən o
adamlardan biri kimi olacaqsansa, böyümə,
əzizim.
Buna əmin olmaq üçün indi biz kursa
başlamazdan əvvəl fikrən bir neçə
eksperiment edəcəyik.
Fərz elə ki, bir gün meşəyə gəzməyə
çıxmısan. Qəfildən qarşındakı cığırda balaca
kosmik gəmi görürsən. Balaca Martin bu
kosmik gəmidən çıxır və başlayır sənə
baxmağa.
Nə düşünərdin? Eybi yox, vacib deyil.
Amma heç ağlına gəlibmi ki, Martin sən
özünsən?
Əlbəttə, sənin nə vaxtsa yadplanetli bir
varlıqla qarşı- qarşıya gələcəyin inandırıcı
deyil. Hətta yad planetlərdə həyat olub-
olmadığını bilmirik. Lakin sən bir gün
qəfildən eynilə belə bir meşə gəzintisində
özünlə rastlaşa bilərsən. Qəfildən ayaq
saxlaya və özünü tam ayrı, yeni bir bucaqdan
görə bilərsən. Təsəvvür elə ki, fövqəladə
varlıq, sehrli bir məxluqsan. Səndə elə
hissiyyat yaranır ki, ovsunlu bir röyada
gəzirsən. Mən kiməm? – soruş. Düşün ki, kainatda planetlərin ətrafında süzürsən. Bəs
kainat nədir? Özünə bu gözlə baxsan, bayaq
haqqında söz açdığımız sirli Martini
anlayacaqsan. Onda sən təkcə kosmosdan
olan bir varlıq görməyəcəksən. Dərk
edəcəksən ki, sən özün də fövqəladə bir
varlıqsan.
Fikrimi tutursanmı? Gəl, başqa bir fikri
eksperiment edək.
Bir səhər ana, ata, iki-üç yaşlı balaca Tomas
mətbəxdə səhər yeməyi yeyirlər.
Bir azdan ana qalxıb mətbəx çanağının
qarşısına keçir,
Ata isə, bəli, ata, qalxır, tavanın altında
süzməyə başlayır, Tomas isə sadəcə oturub
baxır. Səncə, Tomas nə deyəcək? Çox güman
ki, barmağıyla atasını göstərib deyəcək: “Ata
uçur!” Tomas əlbəttə ki, heyrətlənəcək.
Zatən o, tez-tez heyrətlənir. Ata gündə elə
qəribə şeylər edir ki, yemək masasının
üzərində bu kiçik uçma əhvalatı da Tomas
üçün onlardan biridir. Ata hər gün üzünü
qəribə maşınla qırxır, bəzən o, dama dırmaşır
və antenanı fırladır, yaxud başını maşının altına salır və üzü qara- qura vəziyyətdə evə
qayıdır.
İndi ananın növbəsidir. O, Tomasın nəsə
dediyini eşidib çevrilir. Səncə, o, atanın
biganəliklə mətbəx masasının üzərində
süzməsinə necə reaksiya verəcək?
Hə, o, qorxudan qışqırır və cem şüşəsi
əlindən döşəməyə düşür. Ata öz stuluna
qayıdıb əyləşənə qədər (o, indiyəcən masa
etiketini yaxşıca öyrənmiş olmalıydı!) hətta
anaya təcili
yardım lazım ola bilər. Səncə, nəyə görə
Tomas və onun anası belə fərqli reaksiyalar
verirlər?
Bütün bunlar vərdiş məsələsidir. (Bunu
yadda saxla!) Ana öyrənib ki, insan uça
bilməz. Tomas isə yox. O, hələ insanın bu
dünyada nəyi eləyə biləcəyi və nəyi
eləyəmməyəcəyini bilmir.
Bəs dünya necə? Dünyamız da fəzada
beləcə, fırlanır.
Kədərlisi odur ki, bu, təkcə bizim böyüdükcə
öyrəndiyimiz kimi, cazibə qüvvəsi
səbəbindən deyil. Dünya özü bir anda vərdişə
çevrilir. Elə çıxır ki, böyümə prosesində biz dünyaya heyrətlənmək qabiliyyətimizi
itiririk. Və belə etdikcə, özəkdəki bir şeyi
itiririk, filosoflar isə məhz o şeyi bərpa
etmək istəyirlər. Daxilimizdə hansısa bir
qüvvə bizə deyir ki, həyat nəhəng bir sehrdir.
Biz düşünməyi öyrənməzdən əvvəl bu sehrin
içinə düşmüşük.
Daha dəqiq desək: fəlsəfi sualların bizim
hamımıza aid olmasına baxmayaraq,
hamımız filosof olmuruq. Cürbəcür
səbəblərdən əksər insanlar gündəlik
məsələlərə elə aludə olurlar ki, dünyaya
heyrətlənmək arxa plana sıxışmış olur.
(Onlar dovşanın tüklərinin diblərinə gedir,
orada rahatca xumarlanır və qalan həyatlarını
orada keçirirlər.)
Uşaqlar üçün dünya və hər şey yenidir,
heyrətlənməyə əsas verir. Böyüklər üçün
belə deyil. Əksər böyüklər dünyanı adi bir
şey kimi qəbul edirlər.
Bu, filosofların istisna olduğu vacib bir
nöqtədir. Filosof dünyaya heç vaxt alışmır.
Onun üçün dünya həmişə bir qədər
ağlasığmaz, heyrətləndirici, bilməcə kimi
görünməkdə davam edir. Beləcə, filosoflarla balaca uşaqların önəmli
bir ortaq qabiliyyəti var. Elə bil, filosof
həyatı boyu uşaq kimi sadəlövh qalır.
Odur ki, sən seçim etməlisən. Hələ
həyatdan bezməmiş bir uşaq olmağı
seçirsənmi? O böyüklər kimi olmayan
filosofluğu seçirsənmi?
Özünü nə uşaq, nə də filosofun yerində
görmürsənsə, deməli, sən dünyaya elə
alışmısan ki, o, artıq səni heyrətləndirmir.
Diqqətli ol! Nazik bir buzun üzərindəsən.
Hər halda elə ona görə bu fəlsəfə kursunu
alırsan. Mən sənin və
insanların biganə olmasına izn
verməyəcəyəm. Mən istəyirəm ki, sənin
araşdıran bir təfəkkürün olsun.Yekunlaşdırsaq: ağ dovşan sehrbazın
şlyapasından çıxarılır. Bu, çox böyük dovşan
olduğundan, nömrə milyonlarla il çəkir.Bütün insanlar dovşanın tüklərinin ucunda
doğulur, o yerdə ki, onlar sehrbaz nömrəsinə
heyrət etmək imkanına malikdirlər. Lakin
onlar böyüdükcə tüklərin dibinə tərəf
yuvarlanırlar. Orada da qalırlar. Orada onlar
üçün elə rahat olur ki, incə tüklərdən tutub
üzüyuxarı dırmaşmağa heç vaxt ürək
etmirlər. Yalnız filosoflar dilin və
mövcudluğun uzaq, ucqar hüdudlarına doğru
bu riskli səyahəti həyata keçirirlər. Bəziləri
yıxılır, bəziləri isə ümidsiz də olsa,
dırmaşmağa davam edir, dibdə rahat yurd
salmış, özlərinə dadlı yemək, içmək tədarükü
görməkdə olan insanlara hayqırırlar.
“Xanımlar və bəylər, biz fəzada süzürük!”
Lakin kimsə vecinə almır. “Qoymazlar
oturaq,” – deyirlər. Öz söhbətlərinə davam
edirlər: “Çörək ver, zəhmət olmasa. Bu gün
azuqəmiz nə qədər artıb? Tomat neçəyədir?
Bilmirsiz, Şahzadənin nəyi olacaq?”

*Jostein Gaarder. Sofinin dünyası

Redaktor: Vəliyeva Fatimə

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin