2017-nin ən yaxşı elm və təbiət şəkillərindən 9 dənəsi

0

Hər biri möhtəşəmdir.

Günəş, küləkləri yüklü parçalarla atmosferə çırpdığı zaman şimal qütbünün səması mavi və yaşıl işıqlarla aydınlanır. Fırtınalar və meşə yanğınları keçdikləri yerlərdə dağıntı və kül buraxır. İnsan fəaliyyətləri, ekosistemləri və eynicinsli heyvanları get-gedə daha çox dəyişdirir.

Dünyaya elmin obyektivindən baxmaq çılpaq gözlə görülməyəcək qədər kiçik canlıları göz özünə gətirir və dünyamızın mikroskopik bir canlı böyüklüyündə qalmasına yol açan çox böyük qalaktikaları görməyimizə imkan verir. Beləliklə, xeyli diqqətçəkici şəkilləri görmək fürsəti yaranır.

Bunlar 2017-ci ildə qarşılaşdığımız ən diqqət çəkən elm və təbiət görüntülərindən bəziləridir. Bəzi şəkillər bu il xəbərlər üçün çəkilmiş, digərləri isə 2017-dəki fotoqrafiya yarışmalarında önə çıxmışdı.

1. NASA-nın Juno kosmik araşdırma gəmisi Günəş sistemimizdəki ən nəhəng planetin maraqlı görüntülərini göndərdi.

Kosmik gəminin çəkdiyi heyranedici şəkillərə buradan göz ata bilərsiniz.

(NASA / JPL-Caltech/SwRI/MSSS/Gerald Eichstädt/ Seán Doran)

 

2. Mikroskopik şəkillərin yarışdığı Nikonun Kiçik Dünya görüntü yarışmasındakı bu canavarı gördükdən sonra, bağırsaq qurdları haqqında fikirlərimiz sonsuza qədər dəyişəcək.

Kiçik Dünya yarışmasında mükafat qazanan digər şəkilləri buradan görə bilərsiniz.

(Teresa Zgoda / Nikon Kiçik Dünya)

 

3. Balidəki vulkanik Agung dağının noyabr ayında partlaması kimi təbii fəlakətlər bir xeyli səs-küyə səbəb oldu.

Vulkanik püskürmə atmosferə 4.000 metrə qədər kül göndərdi və 6.000 metrə qədər yüksəkdə duman buludları yaratdı.

(Andri Tambunan / Getty Images)

 

4. Fotoqraf Tim Flaç (Tim Flach) nəsli kəsilməkdə olan heyvanların üzlərini göstərən maraqlı görüntülərlə yeni kitabı “Təhlükə altında”nı çap etdirdi.

Tim Flaçın “Təhlükə altında” kitabında olan digər şəkillərlə buradan tanış ola bilərsiniz.

(Tim Flach / Hipopotam)

 

5. Şimal Namibiyadakı Ruakana şəlaləsinin bu şəkli Beynəlxalq İlin Mənzərə Fotoqrafı mükafatını qazandı. Qaliblər yanvar ayında açıqlanmışdı.

Digər mükafat qazanan şəkillərə buradan baxa bilərsiniz.

(Hougaard Malan / Beynəlxalq İlin Mənzərə Fotoqrafı)

 

6. Dünya üzərindəki həyatda qalmaq mübarizəsi bir kral pinqvin toplusunun yanında birdən ortaya çıxan qatil balinaların bu şəklində qısaca izah olunur.

Elm insanlarının bu il çəkdiyi ən yaxşı şəkillərdən daha çox görmək üçün buraya toxunun.

(Nico de Bruyn / Kral Dərnəyi Yayınları Fotoqraflıq Mükafatı)

 

7. Bu kədərli şəkil qaçaq ovçuların öldürdüyü və buynuzunu sökdüyü bir kərgədanı göstərir. 2017 İlin Təbii Yaşam Fotoqrafı yarışmasında 1-ci oldu.

Digər şəkillər üçün buraya baxa bilərsiniz.

(Brent Stirton / İlin Təbii Yaşam Fotoqrafı)

 

8. Bu şəkil Kassini (Cassini) kosmik gəmisinin öz vəzifəsini sonlandırmaq üçün Saturna enmədən öncə çəkə bildiyi, planeti tam formada göstərən son şəkildir.

Halqalı planetin üzərində 40 il çalışan bir elm adamının hekayəsini oxuyun.

(NASA / JPL-Caltech / Kosmik Elmi İnstitutu; Roman Tkachenko)

 

9. Biplab Hazra Hindistandakı şərqi Benqalda bir izdihamın hücum çəkdiyi filləri göstərən bu şəkillə dünyanı təəccübləndirdi.

Şəkil Sanctuary Asiya Təbii Yaşam Fotoqrafçılığı yarışmasının qalibi oldu.

Görüntü haqqında daha ətraflı məlumat almaq və qoruma təşkilatının bəyəndiyi digər şəkilləri görmək üçün buraya baxın.

(Biplab Hazra / Sanctuary Asiya Təbii Yaşam Fotoqrafçılığı Mükafatları 2017)

Mənbə:

2017’nin En İyi Bilim ve Doğa Fotoğraflarından 9 Tanesi

Redaktə etdi: Fatimə Əliyeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin