Yetkin insanlar niyə bəzən uşaq kimi davranır?

1

benjamin button ile ilgili görsel sonucu

Tam formalaşmamış və uşaq kimi davranan yetkinlərin şəxsi xüsusiyyətləri

Yetkinlik dövründə meydana gələn “Kiçik Şahzadə” sindromu,“Peter Pan” sindromu olaraq da bilinir.Bu vəziyyət Psixi pozuntular,Diaqnostika və Statistika əl kitabına daxil edilmir və buna görə də rəsmi olaraq psixi pozuntu kimi qəbul edilə bilməz.Lakin geniş yayılmış haldır və adətən həddindən artıq qoruyucu (qayğıkeş) ana və ya atadan qaynaqlanır.Obrazlı ifadə etsək helikopter bir ana və ya bir valideyn,uşaqlıq və  gənclik dövründə oğluna və ya qızına sərbəst gəzmək imkanı verər və həddən artıq iltifatla diqqət göstərər.Bənzər valideyn davranışlarına bəzən emosianal insest* deyilir.

peter pan ile ilgili görsel sonucu

Peter Pan sindromu,adətən,yetkin bir kişinin yaşına rəğmən uşaq kimi olduğu və davrandığı vəziyyət olaraq başa düşülür.Lakin müasir mədəniyyətlərdə geniş yayılmış “helikopter” valideynliklə yanaşı həm kişi,həm də qadınların bu davranışları nümayiş etdirdiyini söyləyə bilərik.Kiçik Şahzadə sindromu Kiçik İmperator sindromu ilə əlaqəlidir,amma eyni deyil.İmperator sindromu kiçik tiranlar kimi davranan və bacı-qardaşı olmayan çinli uşaqları təsvir etmək üçün istifadə olunan termindir.

 

Kiçik Şahzadələr sanki paxıl uşaqlar,özündən razı yeniyetmələr və ya məsuliyyətsiz gənc yetkinlər kimi davranan və uyğun olduğunu düşündükləri üçün belə davranmalı olduqlarını düşünən yetkin qadın və kişilərdir.Aşağıda Kiçik Şahzadə sindromu ilə yaşayan insana xas olan 10 xüsusiyyət göstərilib.Qeyd edək ki,xüsusiyyətlər hər iki cinsə aid oluna bilər.

 

  • Demək olar ki,hər gün anasından xəbər bilir.Anası onun həyatına digərlərindən daha çox daxil olur və müdaxilə edir.Yetkin olduğuna baxmayaraq onu idarə edər və ondan ötrü narahat olar.Ana geyimlərini alar,evinə bazarlığı belə özü edər,həm də paltarlarını yuyar.
  • Bir uşaq,bir yeniyetmə və ya olduğundan çox gənc biri kimi davranar.Əsəb tutmaları keçirə və ya özündən 10 yaş kiçik gənc insanlarla bütün gecəni parti verə bilər.
  • Qadınlar ona xidmət etməliymiş kimi davranar.Hər zaman özünə qayğı göstərilməsini və ərköyün davranılmasını istəyər.Xoşbəxtliklə ala bilər,lakin heç vaxt vermək istəməz.
  • Uzunmüddətli,qərarlı bir romantik münasibət qura bilməz.Keçmiş həyat yoldaşları sonda onun yeni düşmənləri və ya yeni oyun yoldaşlarına çevrilər.
  • Həyatın,demək olar ki,bütün sahələrində qəti qərar fobiyası (qorxusu) mövcuddur.Yeni bir divan almaq qərarına gəlməsi 6 ay çəkə bilər.
  • Əgər varsa çox az yaxın dostu olar. “Dost”-ları əksərən anasının dostlarından və ya haradasa əylənərkən və ya parti verərkən tanış olduğu yad insanlardan ibarət olar.
  • Adətən passiv-aqressivdir.Yəni incə təhqir,əksinə davranış (tabe olmamaq),tərslik və ya lazım olan işləri yerinə yetirmədə qəsdən müvəffəqiyyətsiz olma timsalında dolayı yolla düşmən mövqeyi nümayiş etdirmək meylliliyi mövcuddur.
  • Özündən razıdır və ya uşağa xas eqoizm,mənfəətcillik nümayiş etdirər.Əgər bir şey az da olsa zəhmət tələb edirsə onu etməmək üçün əlindən gələni edər.
  • İqtisadi cəhətdən məsuliyyətsizdir.Əylənərək,şənlik keçirərək və ya qadın arxasınca qaçaraq həddən artıq pul xərcləyər.
  • Hər hansı bir şeyin öz günahı olduğunu nadir hallarda düşünər.Həyatında yolunda getməyən hər şey üçün ətrafındakı insanları günahlandırar.Əgər başqa birini tapmasa anasını belə günahlandıra bilər.

Kiçik Şahzadə üçün bu xüsusiyyətlərdən hər birini nümayiş etdirmək qeyri-adi davranışdır və buna görə də onları müəyyən etmək çətin ola bilər.Uşağa xas məsumiyyətləri və şirinlikləri ilə sizi öz dünyalarına çəkmək bacarıqları bunu daha da çətinləşdirir.Lakin əlaqədar anaları və öz məsuliyyətsizlikləri və  mənfəətcillikləri,yalnız özlərini düşünmələri gec-tez onları ələ verir.

 

*Qeyd:Emosianal insest termini bir valideynin öz övladına sanki onun əri və ya arvadı kimi davrandığı vəziyyəti izah etmək üçün istifadə olunur.

 

 

Əlavə oxu və mənbələr:

1.Peter Pan sindromu

2. Kiçik İmperator sindromu

3. Emosional insest

4. Popsci – Berit Brogaard D.M. Sci., Ph.D 

 

Tərcümə:Rəşad Sarıyev

1 ŞƏRH

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin