Yaşamaq istədiyiniz dünya necədir?

0
Dünyamız bənzəri görülməmiş sürətlə dəyişir. Texnologiya, demokratiya, iqlim dəyişikliyi və qloballaşma kimi faktorlar vacib olduqları üçün, qeyri-müəyyənlik yaratdıqları bəzi məqamlarda dəyişmə qorxusu olduğu üçün vacib məsələlər olaraq görülür. Lakin, Asiyada yaşanan 50 illik dəyişikliklər ümumilikdə müsbətdir. Bu dəyişikliklər Asiyaya zənginlik gətirmiş, milyonlarla insanı yoxsulluqdan xilas etmişdir. Bu gün, bölgədəki işçilərin təqribən yarısı və ailələri orta və ya yuxarı təbəqə olaraq təsnif edilir. (Bunun hesablanmasında adambaşına gündə 5$ xərcləmə əsas götürülür) Təhsil sistemindəki irəliləmələr və fərqli sahələrə yatırılmış külli miqdarda investisiyalar insanların kəndlərdən daha bahalı istehsalın və xidmətlərin olduğu yerlərə köç etməsinə səbəb oldu. Sosial müdafiə hər gün daha da genişlənir. Əməyin səmərəliliyi qlobal nisbətin, demək olar ki, iki qatına yüksəlib. Amma, sərvətlər hər fərdə bərabər şəkildə paylanmır. Gəlir bərabərsizliyi və sosial bərabərsizlik bəzi bölgələrdə, xüsusilə də marjinal qruplar arasında getdikcə artır. Bölgədəki on işçidən biri hələ də olduqca yoxsul həyat sürür. (Gündə 1.90$-dan az pul xərcləyir.) Bir milyondan artıq insan sığortalı işlərdə işləyə bilmir. Nizamlı işlərin nizamsız hala gəlməsi kimi narahatedici vəziyyətlər hələ də mövcuddur, müqavilələr müvəqqəti və ya yarı müddətə tərtib edilir. Əlbəttə, bu problem öz-özünə həll tapmır. Bəs problemi həll etmək üçün necə dəyişiklik lazımdır? Arzu etdiyimiz gələcəyə çatmaq üçün bu qlobal trendləri necə formalaşdırmalıyıq? Mən burada çox dəqiq bir cavab verə bilərəm. Gələcəyimiz mütləq düzgün/münasib iş anlayışlarına və sosial ədalətə əsaslanmalıdır. Yerləşmiş düzgün iş və sosial ədalət siyasətçiliyin əsasını-nüvəsini təşkil edir və sadə şəkildə desək, başqalarını özümüzə qatmadığımız müddətcə heç birimiz daha yaxşı bir gələcək inşa edə bilməyəcəyik. Sübut olaraq, sosial ədalətsizliyin qulaqardına vurulmasının sülh, sabitlik və inkişafı təhdid etməsinin səbəblərini tapmaq üçün son zamanlarda tez-tez müzakirə olunan mövzulara baxmalıyıq. Düzgün işin vacibliyi, əhatəsi və davam etdirilə bilən inkişafa təsiri millətlərarası səviyyədə BMT-nin 2030 proqramında, xüsusilə də səkkizinci bölmədə öz əksini tapmış, təyin edilmişdir. Bütün meqatrendləri “Davam Etdirilə Bilən İnkişaf Proqramı”nı dəstəkləmək və bütün fərdlərin maksimum mənfəət əldə edəcəyi, bərabər paylaşımın olacağı gələcəyin dünyasını formalaşdırmaq üçün istifadə etməyə məcburuq. Əsas sual isə “necə?” sualıdır. Bir neçə günə (2016-cı il, 6-9 dekabr aralığında) yüzlərlə hökümət başçısı, işçi və işlə təmin edən qurumların təmsilçiləri, elmi işçilər və digərləri ilə bu mövzunu müzakirə etmək üçün Beynəlxalq Əmək Təşkilatının 16-cı Asiya və Sakit Okean regionu yığıncaqlarında İndoneziya, Balidə görüşəcəyəm. Nümayəndələr qırxdan artıq Asiya, Sakit okean və Ərəb ölkələrini təmsil edəcək. Bu, demək olar ki, qlobal iş gücünün 60%-ni təşkil edir. Uğur qazanmaq arzusunda olan bu forum ancaq dörd ildə bir dəfə keçirilir və çox fərqli sahələrdəki fiqurları nadir görülə biləcək beynəlxalq bir sistemdə birləşdirir. (Başqa heç bir yerdə dövlət başçıları, Beynəlxalq Əmək Təşkilatı, işçi və işlə təmin etmə liderləri eyni masa ətrafında əyləşərək sövdələşmirlər.) Bu da bizim mübahisələrimizin faktiki nümayəndəlik səviyyəsinə çatmasına və siyasətçilərin çətinlik çəkməsinə imkan verir. Ölkələr iqtisadi, sosial, siyasi və coğrafi olaraq çox fərqli qrupların içində olsalar da, hamısı bu yığıncaq üçün hazırlanır. Mən, onları istiqamətlərini eyni nöqtəyə yönəltmələrini təmin etmək üçün, fikirlərini eyni məsələlərə cəmləmək üçün cəsarətləndirəcəyəm. Əgər siyasətlərini yeni trendlərlə birləşdirərək gücləndirsələr, regional inkişaf yarada bilərlər. Bir-biri ilə razılaşdırılmış şəkildə tərtib edəcəkləri proqramlar hərtərəfli və sağlam bir region olma yolunda təməl daşları olacaq. Həmçinin, düzgün iş və sosial ədaləti də bərqərar etmiş olacaqlar . Bizim təsiredici statistikalardan daha çox davamlı iqtisadi inkişafa və iş təkmilləşdirməyə ehtiyacımız var. Təkcə iş dünyası ilə əlaqəli, beynəlxaq hüquqlara və daha keyfiyyətli işlərə uyğunlaşa bilmiş qurumlar ortaya çıxsa böyümə və inkişaf daimiləşər. Beynəlxalq Əmək Təşkilatının qəbul edilmiş səkkiz məqsədinin bu bölgədə məyusedici səviyyələrdə həyata keçirildiyini də deməliyəm. Bu standartlar iş dünyasındakı əsas insan haqlarını, uşaq işçiləri, cinayəti və informasiya ötürülməsi azadlığını əhatə edir.
Amma 47 Asia Pacific ILO üzvü ölkədən təkcə 14-ü bu standartları əhatə edən müqaviləni imzalamışdır. Asiya-Sakit Okean ölkələri dünyanı bir çox sahədə yönləndirib idarə edirsə, niyə də onlardan biri iş yerləri standartlarının təyin edilməsi olmasın? Ədalət və bərabərlik təkmilləşməli, bizim iş dünyamızın mərkəzi olmalıdır. Məsələn: Təsirli qanuniləşdirmə, sosial təhlükəsizlik sistemləri, ödəniş tənzimlənməsinin qiymətləndirilməsi və kollektiv sövdələşmə. İşçi haqlarının sərhədlərdə qurtarmadığını başa düşməliyik. Bu gün, böyük miqyasda iş gücünün köçü yaşanır və davamlı olaraq artır. Bir çox Asiya və Sakit okean ölkəsinin iqtisadiyyatı əsasən miqrant işçilər üzərində qurulmuşdur. Bu ölkələrin bəziləri işçi qəbul edən, bəziləri isə başqa ölkələrə işçi verən mövqeyində olurlar. Nə vaxt iş qüvvəsinin köçü düzgün bir şəkildə idarə edilərsə ödənişlərin vəziyyətinə görə, ehtiyaca görə işçi miqrasiyası həyata keçirilə bilən bir kanal yaradıla bilər. İşçilərin və onların ailələrinin, köç alan və köç verən ölkələrin eyni anda qazana biləcəyi çox yönlü bir sistem qurula bilər və hətta qurulmalıdır. Bir də mütləq təsirli sosial dialoqa ehtiyacımız var. Bu dediklərimdən heç biri müzakirə etmədən və sövdələşmədən, əsil iqtisadiyyatda pulu saxlayanlarla mübarizə aparmadan əldə oluna biləcək şeylər deyil. Hökümətlər, işçilər, işlə təmin edənlər siyasətçilik dövründə və real həyatda bir-birlərinə bərabər şərtlərdə, hörmət edərək rəqabət aparmalı, sağlam arqumentlər işlədərək başqalarının fikirlərini təkzib etməlidir. 2030 Davamlı İnkişaf Proqramı indiki iş dünyasını bizə gələcəkdə istədiyimiz əhatəli, düzgün, bərabər bir iş dünyasına çevirməyimiz üçün bir şans verir. Böyük siyasi istəklərlə qarşılaşacağı üçün çətin olacaq, uzun müddətli düşüncələrə, birlikdə təşkil olunmuş mürəkkəb qurumlara ehtiyac olacaq. Mən, region ölkələrinin bunu bacaracağına inanıram.
Müəllif: Guy Ryder
Tərcümə etdi: Ayxan Osmanlı
Redaktə: Lalə Həsənova

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin