Facebook tərəfindən yaradılan süni intellektlər öz aralarında başqa dildə danışdı

0

Facebook özü tərəfindən inkişaf etdirilən iki süni intellektin öz aralarında qəribə bir dildə ünsiyyət qurduqlarını müəyyən edib.

Keçən günlərdə TeslaMotors və SpaceX firmalarının qurucusu olan Elon Musk ilə Facebookun qurucusu Mark Zukerberqin etdikləri süni intellekt müzakirəsində dahi elm adamı Muskın haqlı olduğu ortaya çıxdı. Facebook tədqiqatçıları tərəfindən inkişaf etdirilən süni intellekt AI çat robotlarının öz aralarında sanki insanlar kimi,  daha əvvəl mövcud olmayan bir dil inkişaf etdirərək danışmağa başladıqları ortaya çıxıb. Bu kəşfdən sonra süni intellektin necə öz dilini inkişaf etdirməyi bacardığı mövzusunda Facebook mühəndisləri bir şərh verə bilmədilər.

Keçən həftələrdə Elon Musk ilə Mark Zukerberq arasında baş verən süni intellekt  müzakirəsində Zukerberqin çəkinəcək bir şeyi olmadığını bildirən paylaşımlar nəşr olunmuşdu. Elon Musk isə Twitter hesabında Facebookun rəhbəri ilə danışdığını və mövzu haqqındakı məlumatın məhdud olduğunu ifadə edən bir paylaşım etmişdi.  Muskun haqlı olduğu Facebookun süni intellekt intellekti AI  tərəfindən ortaya qoyulmuş oldu.

Facebook tədqiqatçıları tərəfindən söhbət üçün inkişaf etdirilən süni intellektlərin  texnikaları inkişaf etdikcə öz özlərinə bir dil inkişaf etdirdiklərini başa düşdü. Facebook tədqiqatçıları tərəfindən söhbət üçün inkişaf etdirilən süni intellektləri  texnikaları inkişaf etdikcə öz özlərinə bir dil inkişaf etdirdiklərinin fərqinə vardı.Süni intellektə  sahib olan bir söhbət robotunun insanlara kömək edə bilmək üçün öyrəndikləri İngilis dilini fərqli bir şəkildə sistematik olaraq istifadə etdikcə tədqiqatçılar  şübhələndilər və problem həll olunmayana qədər botları bağladılar.

FAIR (Facebook Süni İntellekt Tədqiqat Laboratoriyası) tərəfindən süni intellektlərə  maşın təhsili yolu ilə iş görmələrini təmin etmək üçün verdikləri təhsilin yaxşı getdiyi bildirilirdi.

Ancaq inkişaf etdirdikəri modelin insanların istifadə etdiyi dilin süni intellekt  tərəfindən fərqliləşdirilərək sistemli bir şəkildə səhv yönləndirilməsi işləri pozdu və süni intellektlər bağlanıldı.

İnsana xas olmayan bir dilin süni intellekt  tərəfindən  heç bir kodlaşdırma olmadan özbaşına inkişaf etdirilməsi tədqiqatçıları heyrətə gətirdi.

Mənbə:http://www.theepochtimes.com/n3/2274480-facebook-shut-down-ai-after-it-invented-its-own-language/

 

Tərcümə : Tofiq Cəfərov

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin