Öz-özünə danışmaq dəlilikdirmi?

1

Öz-özünə danışmaq
Elmi araşdırmalar görə ki, tez-tez öz-özünə danışan insanlar daha ağıllı olurlar. Öz-özünə danışmaq hesab edildiyindən daha çox əhəmiyyətli və qiymətli bir hərəkət ola bilər. Öz-özü danışmağın dəlilik hesab edilməsi artıq tarixə qovuşub. Elm dünyası üçün artıq əsl sual öz-özünə danışmağın zehin üçün çox faydalı bir hərəkət olub-olmadığıdır. Bu mövzudakı araşdırmalar ortaya maraqlı nəticələr çıxarır. Məsələn, bir təcrübəyə görə, öz-özünə danışan insanların xatırlama və fikrini cəmləmə qabiliyyətləri də bir qədər artır. Mütəxəssislərə görə bunun səbəbi, fikrimizi cəmlədiyimiz mövzunu düşünməkdən əlavə həm danışma, həm eşitmə proseslərini həyata keçirməyimizdir. Eyni mövzu üzərində düşünmək, danışmaq və eşitmək- üçünü birlikdə edəndə beyində o mövzuya istiqamətlənmiş reallaşdırılan əməliyyatların sıxlığı da təbii olaraq artır. Beləcə o mövzu üzərindəki düşüncələriniz daha aydın hala gəlir. Öz-özünüzə danışarkən beyin əslində başqa bir insanla danışırmış kimi iş görür. Ancaq burda fəqrli bir məqam da var. Başqa bir adamla danışarkən müdafiə rejimindən çıxmırıq. Bu səbəbdən də beyninizdə güclü tədbirlər alınır. Özünüzlə danışarkən isə belə bir tədbirə ehtiyac yoxdur. Çünki instinkt olaraq hücuma məruz qaldığınız hissinə qapılmır və çox daha obyektiv şəkildə düşünə bilirsiniz. Bu da xətalarınızı və yanlışlarınızı qəbul edərək daha müvəffəqiyyətli qərarlar almanızın önünü açır. Öz-özünə danışan insanların hisslər mövzusunda da daha balanslı insanlar olduğu düşünülür. Duyğularını idarə edə bilən, məntiqini işlədə bilən və beləcə həm öz həyatı üzərində, həm də digər insanlar üzərində təsir buraxan insanların öz-özünə danışmağa daha meyilli olduğu elm dünyasında yer alan möhkəm bir görüşdür. Əslində öz-özünə danışmaq uşaqlıqda da etdiyimiz bir şeydir. Kiçik uşaqların öz-özlərinə danışmaları hər kəsin şahid olduğu, şirin bir davranışdır. Körpələrin öyrənmə müddətində fərqində olmadan istifadə etdikləri bu metod, çox sürətli bir zehni inkişaf göstərə bilər.
Hətta öz-özünə danışmağın dahi olduğunuza bir işarə olabiləcəyi də ortaya çıxıb. Ən ağıllı insanlar özləri ilə ən çox danışanlardır. Bununla razı deyilsinizsə daxili nitqin əks olunduğu romanlara, şeirlərə və s. kimi əsərlərə baxa bilərsiz. Burada iki seçim var: ya öz-özünə danışmağınızı davam etdirib dəli damğası vurulması riskini gözə alacaqsınız, ya da özünüzü susdurub “normal” bir insan olacaqsınız.
Aparılan bir araşdırmada iştirakçılar bir marketə aparılıb, onların yarısına axtardığı şeyləri tapmağa çalışarkən səssiz olmaqları tapşırılarkən, digər yarısına isə öz-özünə danışma icazəsi verilib. Öz-özünə danışanlar axtardığı məhsulları digərlərindən daha tez zamanda tapmışdırlar.
Əksərən bir problemi həll etməyin yolu danışmaqdan keçir. Sizi ən yaxşı tanıyan, bilən də siz olduğunuz üçün problemi həll etmək üçün danışılası insan elə məhz özünüzsünüz. Təbii olaraq da, bu zaman öz səsinizi eşidəcəksiniz. Bu səs sayəsində də öz terapevtiniz olub, duyğusal və şəxsi problemlərinizi daha asan həll edə bilərsiniz.
Bu həm də sizin “söhbət etməyə bir insan” axtarışınızı da asanlaşdırır. Hər zaman özünüzlə söhbət edə, nələri isə bölüşə, hətta mübahisə belə edə bilərsiz. İnsanın öz-özü ilə mübahisə etməsi onun düzgün qərarlar verməsinə də kömək edir.
Bir mövzü üzərində düşünərkən beyinin nələr düşündüyündən o qədər də xəbərdar olmuruq, qarışıq olan məqamlar da olur. Ancaq bunu dilə gətirdikdə isə bu tam aydın olur. Sanki, beyin dil vasitəsilə bizə hesabat verir.
Qısaca, öz-özünüzə danışma vərdişiniz yoxdursa belə, dərhal bu gün başlamamanız üçün heç bir səbəb yoxdur.
Mənbələr: http://elitedaily.com/life/culture/people-talk-to-themselves/1105688/
https://psychcentral.com/blog/archives/2012/12/07/talking-to-yourself-a-sign-of-sanity/

1 ŞƏRH

  1. Mende cox oz ozume danisiram esasda sevgilimle dalasanda ona demek isdedikerimi amma deye bilmediklerimi oz ozume dalasaraq danisiram pisiqi pozqunluq saymaq olar bunu??Pisxoloqa bas vurmaq lazimdi? yoxsa ozu kececek?

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin