Adi Planetin Eqoist İnsanları 2

0

Adi Planetin Eqoist İnsanları adlı birinci məqaləni burdan oxuya bilərsiniz

Kainatdakı incə nizam anlayışı, kozmoloqlar, fiziklər, filosoflar tərəfindən uzun müddətdir gündəmdə tutulan və müzakirə edilən bir mövzudur. Bu yanaşmaya görə, dünyanın, həyatın, xüsusilə də şüurlu canlıların meydana gələ bilməsi üçün bəzi təməl fiziki dəyərlərin dar sərhədlər içində qalması lazımdır. Bu dəyərlər indikindən çox az fərqli vəziyyətdə olsa belə, canlılığın ortaya çıxmasının mümkün ola bilməyəcəyini idda edir. Bu mövzunu şərh edən teist filosoflar və kozmoloqlara görə Kainat canlılığın və insan şüurunun ortaya çıxmasını təmin etmək üçün bu dərəcə incə ayarlanmışdır və bu vəziyyət bir yaradıcının varlığının sübutudur deyirlər. Teist olmayan filosof və kosmoloqların bir qisimi isə multiverse nəzəriyyəsini ortaya atmışlar.

 

Bu nəzəriyyəyə görə, əslində tək bir kainat deyil, sərhədsiz sayda çoxlu kainatlar vardır. Bu kainatların hər birində təməl fiziki dəyərlər fərqlidir. Bizim varolduğumuz kainatdakı təməl fiziki dəyərlər canlı aləmin meydana gəlməsinə icazə verir, buna görə də biz bu kainatda varıq. Digər kainatların çox böyük qisimində bildiyimiz mənada canlılıq yoxdur. Ehtimal qanunlarının bir nəticəsi olaraq çox sayda kainat içindən bir dənəsində canlılığın meydana gələ bilməsi çaşdırıcı vəziyyət deyil. Multiverse nəzəriyyəsi geniş müzakirə olmaqla birlikdə, bu yazıda üzərində dayanılmayacaq və kainatımızın gerçəkdə mövcud olan tək kainat olduğu nəzəriyyəsinə görə şərh ediləcəkdir.

 

İncə nizam anlayışını qiymətləndirərkən, ilk olaraq içində olduğumuz kainatın həqiqətən də sərhədsiz sayda ehtimal içindən seçildiyini hesab edərək başlayacam. Bu vəziyyətdə içində olduğumuz kainatın ortaya çıxmasının həqiqətən də çox kiçik və təsüdüflə izah edilməyəcək qədər aşağı bir ehtimal olduğu deyilə bilər. Ancaq hadisəyə başqa bir tərəfdən baxaq. Fərz edək ki təməl fiziki dəyərlər bir az dəyişdi, bu vəziyyətdə canlılıq və insan şüuru ortaya çıxmadı, yenə də əlimizdə necə olur olsun belə bir kainat var.

 

Bu kainatın da ortaya çıxma ehtimalı inanılmayacaq qədər aşağıdır. Fiziki dəyərləri hər dəfə dəyişdirdiyimiz zaman, bir-birinə bənzəməyən və sərhədsiz imkanlar daxilində ortaya çıxma ehtimalı çox az olan fərqli fərqli kainatlarla qarşılaşarıq. Əgər bir möcüzə söz mövzusudursa bu bütün kainatlar üçün eyni şəkildə tətbiq edilməlidir. Bizim kainatımızda xüsusi olduğunu düşündüyümüz, fərqlilik meydana gətirdiyini hesab etdiyimiz şey şüurlu canlı olaraq insanın varlığıdır, ancaq bu vəziyyətin Kainatımızı bütün digər kainatlardan fərqli etməsi, insan düşüncəsindən müstəqil bir fakt deyil, bizim özümüzün dəyərləndirməsidir.

 

Bu düşüncə tərzi antropik yanılma olaraq adlandırılır və bu fakt kainatın şüurlu olaraq dizayn edildiyinin dəlili ola bilməz. İnsan düşüncəsindən müstəqil bir sübut lazımdır. İncə nizam üzərində danışarkən reallaşmış bir hadisə üzərinə danışırıq, bu vəziyyət ehtimal hesablarını çox çətinləşdirir və yanılmaya tez səbəb ola bilər. Kainatın ölçülərini düşünsək antropik yanılmanın daha da çarəsizləşdiyini görərik. Milyardlarla qalaktika, milyardlarla ulduzdan, küncdə qalmış bir dənəsinin kiçik bir planetində, təxminən 4 milyard illik bir müddətdən sonra insan deyilən şüurlu bir canlı ortaya çıxmış və biz kainatın əmələ gəlməsinin əsas məqsədinin bu canlını ortaya çıxarmaq olduğunu idda edirik. Doğru olma ehtimalı çox zəif bir iddiadır.

 

Fərz edək ki bir nüvə müharibəsi oldu və dünyadakı canlı həyat və hətta dünyanın özü məhv olaraq yox oldu, Kainat bütün bu olanlardan təsirlənəcəkmi? Çox ehtimal ki, dərhal heç təsirlənməyəcək və kainat varlığını davam etdirəcək deyərsiniz. Göründüyü kimi kainatın bizim varlığımıza bir ehtiyacı yoxdur. İnsanlıq tamamilə yox olsa belə kainatın bütünü üçün bu dağ ölçüsündəki bir qum yığınındakı tək bir dənənin ortadan itməsi qədər əhəmiyyətsiz olacaqdır.

 

Analogiya bəzən insanı aldadır. Mücərrəd bir anlayışı izah edərkən və konkret bir nümunə verərkən çox diqqətli olmaq lazımdır. Asanlıqla aldadıcı bir nümunə verilə bilər. Bir nümunə verəcəyəm: bir kirəmitin yüksək bir yerdən yerə buraxıldığını düşünün. Kirəmit qırılaraq çox sayda kiçik parçaya ayrılacaq. Təkrar-təkrar atıldığı zaman formalaşan qırıq hissələrin sayı və şəkli hər zaman digərlərindən fərqli olacaqdır. Qırıq parçaların hər hansı bir xüsusi yerləşməsinin təkrar meydana gəlmə ehtimalı az qala sıfıra yaxındır. Hər bir vəziyyətdə formalaşan şəklin ortaya çıxmasının bir möcüzə olduğunu deyə bilərik. Ancaq bunun bir mənası yoxdur, çünki bu vəziyyət təbii proseslərlə meydana gəlmiş təsadüfi bir vəziyyətdir. İndi nümunəni bir az daha dərinləşdirək. Fərz edək ki qırılan kirəmitin çox sayda parçasının içindən sanki toz dənəsinə bənzəyən, çox kiçik birində, ancaq mikroskopla müşahidə edilən, insan üzünə çox bənzəyən bir şəkil olsun. Biz çox narahatıq və iddia edirik ki, kirəmit atan adam bu insana bənzəyən toz dənəsini ortaya çıxarmaq üçün kirəmitin bütün qırılma müddətinə təsir edəcək qüvvələri proqramlamışdır.Bax bu Antropik yanılmadır. Buradakı kirəmit qırılması prosesinin məqsədinin bu şəklini ortaya çıxarmaq olduğunu demək, insan düşüncəsinə dayanan qiymətləndirmədən ibarət olub, obyektiv bir həqiqət deyil.

 
Planetimizin Kainatın bütününə görə tutduğu yer sanki okeanda bir su molekulu kimidir. Kainatın yaşını 1 il olaraq düşünsək, şüurlu insanın dünya üzərində ortaya çıxış zamanı 31 dekabr saat 23.59a uyğun gəlir. Bu dəyərlər kainatın tək məqsədi olan bir canlı və onun ortaya çıxdığı planet üçün çox kiçildici dəyərlərdir. Bu faktlar göz önünə gətirildiyi zaman, kainatın təməl fiziki dəyərlərinin insan şüurunu ortaya çıxarmaq üçün xüsusilə nizamlanmasının ehtimaldan kənar olduğunu rahatlıqla görə bilərik. Əlimzdəki məlumatlarla, elmi üsula uyğun olaraq deycəyimiz tək məntiqli nəticə budur: Bu an üçün bilinməyən mexanizmlərlə, təməl fiziki dəyərlərin meydana gətirdiyi tarazlıqlar kainatın ilk anlarında ortaya çıxdı. Zaman içində gedərək qalaktikalar, ulduzlar və planetlər meydana gəldi. Bu müddətdə dünyanın ortaya çıxması təxminən 10 milyard ili çəkdi. Dünya üzərində həyatın ortaya çıxması da təxminən 1 milyard il müddətə baş verdi. Bundan sonrakı 3 milyard il ərzində həyat formaları bioloji təkamül nəticəsində gedərək müxtəlifləşdi, inkişaf etdi və bu çox uzun prosesin nəticəsində digər canlıların yanında, adına insan deyilən, şüurlu bir canlı ortaya çıxdı. Yəni, kainatdakı fiziki sabitlərin insan ortaya çıxsın deyə bu ankı dəyərlərini aldığını göstərən bir məlumat yoxdur. Çox böyük ehtimalla insanın ortaya çıxması mövcud fiziki dəyərlər üzərindən inkişaf edən bir kainatda çox uzun müddətdə ortaya çıxan bir adaptasiyası nəticəsidir.

 

Yaxşı bəs uca bir yaradıcı bu prosesin harasındadır?

Uzun illər əvvəl də deyildiyi kimi: “O fərziyyəyə ehtiyac hiss etmədim.”

 

 

Qaynaqlar;

-Anthropic principle. www. wikipedia.org
-Fine-tuned Universe www. wikipedia.org
-Evidence for the Fine Tuning of the Universe. Rich Deem www. godandscience.org/apologetics
-Is the universe fine tuned for us ? Victor J. Stenger. www. colorado.edu/philosophy/vstenger
-Response to James Hannam’s ‘In Defense of the Fine Tuning Design Argument’ Richard Carrier. www. infidels.org/library

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin