Ağ dəlik nədir?

0

Riyazi olaraq qara dəliklərin əksi olaraq tərif edilən ağ dəliklərə keçmədən əvvəl qara dəliyin nə olduğunu anlayaq. Qara dəliklər maddə və enerjinin ifrat dərəcədə sıxlaşması nəticəsində işıq belə daxil olmaqla heç bir maddənin hadisə üfüqü və ya hadisə horizonu (event horizon) sərhədini keçəndən sonra ordan bir daha çıxa bilmədiyi bölgələrdir. Qara dəliklərdə işığın (yəni hər hansı cisim: ulduz,planet və ya başqa kosmik cisim) bu dəliklər tərəfindən udulduğu yerə hadisə üfüqü və ya horizonu (event horizon) deyilir. Bir qara dəliyi bütünlüklə anlamaq və tərif etmək üçün olduqca rəngarəng  riyazi bilgilərə sahib olmaq lazımdır. Yenə də onlar kainatda aşkar olunmuş həqiqi cisimlərdir. Eynşteynin nisbilik nəzəriyyəsi əsasında varlıqları nəzəri olaraq təxmin edilmiş və ötən illərdə həqiqətən kəşf edilmişdirlər. Qara dəliklər Günəşdən çox böyük kütləli ulduzların supernova şəklində öldüyü vaxt meydana gəlirlər.

Bəs onda bu ağ dəlik nədir?

Ağ dəliklər astrofiziklərin bir qara dəliyin çevrəsini riyazi olaraq tədqiq edərkən hadisə üfüqündə heç bir kütlə olmadığını fərz etdiyi vaxt ortaya çıxar.                        Kütləsiz bir qara dəliyin sinqulyarlığı ola bilərmi?

sinq

Ağ dəliklər tamamilə nəzəri riyazi anlayışlardır. Dr. Brian Koberlein deyir: “Əlində beş ədəd keks var ve sən bunları paylamağa başlasan, axırda qurtarar hamısı. O andan sonra daha artıq verə bilməzsən. Belə bir halda sıfırdan sola doğru saya bilməzsən. Əlbəttə, üzərində “sənə bir keks borcum var” yazılan kağızlar paylaya bilərsən. Amma mənfi ədədlərin varlığını deyərək “mənfi keks”lərin var olduğunu ve insanlara verə biləcəyini iddia etmək gülünc olar.”

İndi, yəqin ki, mövcud deyillər, amma birdən ağ dəliklər mövcuddursa, qara dəliklərin tam əksi şəklində olacaqlar. Riyazi təxminlərə görə içlərinə maddə çəkmək yerinə özlərindən maddə xaric edirlər.

Ağ dəlik riyaziyyatının tələb etdiyi bir digər şərt isə onların nəzəri varlıqlarını davam etdirməkləri üçün hadisə üfüqündə heç bir maddə zərrəciyinin olmamasıdır. Tək bir hidrogen atomu olsa belə hər şey çökər. Kainatın başlanğıcında ağ dəliklər olsaydılar da indiyə qədər çoxdan çökərdilər. Ağ dəliklərin sadəcə nəzəri olmadığını düşünən az saylı fizikin var olduğunu da qeyd etmək lazımdır. Fransadakı Aix-Marseille Universitetindən Hal Haqqard (Hal Haggard)ve Carlo Rovelli (Karlo Rovelli) halqa (ilmək) kvant qravitasiyası (loop quantum gravity) deyilən bir nəzəri fizik sahəsində tədqiqat apararaq qara dəliklərin içində nələr olduğunu açıqlamağa çalışırlar. Bu nəzəriyyəyə görə bir qara dəlik sinqulyarlığı (yəni ağ dəlik) fizikanın gözləntisinə görə kiçilə biləcəyi qədər kiçiləcək və sonra bir ağ dəlik olaraq tərsinə dönəcəkdir. Ancaq qara dəlik ətrafındakı çox güclü zaman ləngiməsi təsirinə bağlı olaraq bu hadisə ən az kütlələrin belə çevrilmələri üçün milyard il tələb edəcək. Əgər “Büyük Partlayış”dan ortaya çıxmış mikroskopik qara dəliklər varsa, indiyə kimi parçalanıb ağ dəliklər olaraq patlamaları lazım idi. Stiven Hokinqə görə isə buxarlaşmaları lazım idi. Fiziklərin ortaya atdığı digər bir maraqlı fikir isə ağ dəliklərin “Böyük Partlayış” üçün bir açıqlama ola biləcəyi iddiasıdır. Yenə də “Böyük Partlayış” da böyük miqdarda maddə və enerjinin birdən-birə ortaya çıxdığı başqa bir haldır. Bütün ehtimallara rəğmən bu cisimlər hələ də aşkarlanmadığına görə sadəcə nəzəri olaraq qalmaqdadırlar.

Qaynaq:

Phys.org, “What are white holes?“

http://phys.org/news/2015-10-white-holes.html
https://bilimfili.com/beyaz-delik-nedir/

Redaktə etdi: Lalə Yusifova

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin