Ağcaqanadların hədəfində olmağımızın səbəbi bədən qoxumuzu müəyyən edən genlərdir

0

Belə bir hadisə, ehtimal ki, qarşınıza çıxıb. İsti bir yay gecəsi, hər hansı bir ailə üzvünüz ilə eyni otaqda yatırsınız və səhər bədəninizin müxtəlif yerlərində narahat edici qaşıntılar və qızartılar ilə oyanırsınız. Ağcaqanad dişləməsi … Ancaq eyni otağı paylaşdığınız adamda sizə nəzərən daha az və ya heç qaşıntı və qızartı olmadığını görürsünüz. Ağcaqanad bütün gecə ərzində otaqda yalnız sizi hədəf almış kimi görünür. Bu yaxınlarda edilən bir elmi-tədqiqatlar ağcaqanadların bu rəftarlarında genlərimizin “əli” olduğunu göstərdi.

22 Apreldə “PLOS One”da dərc edilən araşdırmaya görə ağcaqanadlar tərəfindən dişlənməmizin təməlində bədən qoxumuza nəzarət edən genlərimiz var.

Tədqiqatçılar ağcaqanadlar üçün necə cazibədar olduğumuzu görmək məqsədilə tək yumurta və cüt yumurta əkizləri üzərində testlər etdilər. Araşdırma nəticəsində tək yumurta əkizlərində ağcaqanadlara cazibədar gəlmə səviyyəsinin bir-birinə daha yaxın olduğu görüldü. Bu vəziyyət də ortaq genetik faktorların ağcaqanadlar üçün cazibədarlıq səviyyəsində bir rola sahib olduğunu göstərir. Mütəxəssislər artıq bu maraqlı nəticələrin daha geniş bir miqyasda ölçülməli olduğunu söyləyirlər.

Tədqiqatçılar uzun müddətdir ki, ağcaqanadların niyə müəyyən insanları digər insanlardan daha çox dişlədiyini anlamağa çalışırdılar. Aparılan tədqiqatlar nəticəsində ağcaqanadların qurbanlarının bədən qoxusundan təsirlənə biləcəklərini iddia etdi. Bunu da qeyd etmək lazımdır ki, bəzi qohumluq əlaqəsinə sahib olanların dişlənilmələri daha çox ehtimal olunur. İngiltərə və Amerikadan olan tədqiqatçılar bu fenomenin arxasında genlərin olub-olmadığını tapmaq istədilər. Hipotezlerini test etmək üçün tədqiqatçılar 19 cüt yumurta əkizi və 18 tək yumurta əkizi üzərində tədqiqat apardılar.

Bir  təcrübədə əkizlərdən hər birinin bir əlini “Y şəklindəki külək tunelinin” uclarına yerləşdirirlər və arxadan verilən hava ilə bədən qoxularının uzaqlaşmasına imkan verən bir sistem inşa etdilər. Daha sonra bir ağcaqanad dəstəsi Y şəklindəki borunun alt qisimindən göndərildi və ağcaqanadların əllərə doğru hərəkətləri ya da uzaq durmaları müşahidə olundu. Tədqiqatda daha çox ortaq genetik materiala sahib olan tək yumurta əkizlərində ağcaqanad yayılmasının hər iki tərəfdə də nizamlı olduğu görüldü. Bu, o demək olur ki, ağcaqanadlar bir əldən gələn qoxuya digərinə nisbətən daha çox üstünlük vermədilər.

Eyni şəkildə daha az ortaq genə sahib olan cüt yumurta əkizlərində isə nəticələrin daha dəyişkən olduğu müşahidə edildi. Tədqiqatçılar apardıqları təcrübə nəticəsində ağcaqanadların seçimlərini irsi olan bədən qoxusundan təsirlənərək etdiklərini irəli sürdülər. Bir sonrakı addım isə bu vəziyyətdən hansı spesifik genin məsul ola biləcəyini ortaya çıxarmaq idi. Bu işlər isə hələ davam edir.

Liverpul Tropik Tibb Məktəbində (Liverpool School of Tropical Medicine) müəllim olan Dr. David Vitmen ( Dr. David Weetman) araşdırma üçün bunları söylədi:

“Bu tapıntı həqiqətən çox maraqlı və orijinal bir nəticədir. Ancaq ağcaqanadlar yalnız qoxudan təsirlənməzlər, eyni zamanda məsələn, karbondioksid kimi faktorlar əsas səbəblərdən biri ola bilər. Tapıntıların nə dərəcə etibarlı olduğunu anlaya bilməyimiz üçün digər faktorların da əhəmiyyətli rola sahib ola biləcəyi ətraf mühitdə (laboratoriyadan başqa) ediləcək daha geniş miqyaslı araşdırmalara da ehtiyacımız var.”

London Gigiyena və Tropik Tibb Məktəbində (London School of Hygiene və Tropical Medicine) məqalələrinin müəlliflərindən Ceyms Loqan (Dr.James Logan): “Əgər fərdlər arasındakı müxtəlifliyin genetik əsaslarını anlaya bilsək, ağcaqanadlara nəzarət edə biləcək yeni üsullar inkişaf etdirə bilərik”- deyir.

Mənbə:

Rob Stein, “Why Do Mosquitoes Like To Bite You Best? It’s In Your Genes”,

http://www.npr.org/sections/health-shots/2015/04/22/401469931/why-do-mosquitoes-like-to-bite-you-best-its-in-your-genes

https://bilimfili.com/sivrisineklerin-hedefinde-olmanin-sebebi-vucut-kokumuzu-belirleyen-genler/

Redaktə etdi: Lalə Yusifova

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin