Altsheymer xəstəliyi

0

 

Altsheymer xəstəliyi yavaş başlayan, lakin hər gün sürətlə inkişaf edən xronik bir neyrodegenerativ (neyronların ölməsi anlamına gəlir)xəstəlikdir. Bu xəstəlik 60-70% hallarda demensiya ilə müşahidə olunur. Xəstəliyin ilkin simptomu yenicə baş vermiş hadisələrin xatırlana bilməməsidir. (yəni belə xəstələrdə qısamüddətli yaddaş olur) xəstəlik kəskinləşdikcə oriyentasiya qabiliyyəti itir(belə xəstələr tez-tez evlərinin yolunu tapa bilmir, oriyentasiyanı xarakterizə edən zaman ,məkan kimi anlayışlardan məhrum olurlar) həmçinin danışıq qabiliyyətinin itməsi, tez-tez əhval -ruhiyyənin dəyişməsi, özünü idarə edə bilməmək, gündəlik ehtiyaclarını qarşılaya bilməmək(sidiyi qaçırtmaq kimi ) və davranış pozğunluqları da müşahidə olunan simptomlardır  Belə xəstələrdə tədricən  bədən bir sıra funksiyalarını yerinə yetirə bilmir və xəstə ölümə məhkum olur .Xəstəliyin inkişaf sürəti hər fərd üçün fərqli olsa da, adətən belə xəstələr 3 ildən 9 ilə qədər ömür sürürlər .

Xəstəliyin tam olaraq səbəbi bilinməsə də 70% hallarda genetikamızla bağlıdır. Beyin zədələnmələri ,təzyiqin yüksək olması ,həmçinin depressiya kimi amillər də xəstəliyə asanlıqla yol açır. Xəstəlik proses olaraq beyində yaranan amyloid plaques(beynin boz maddəsində beta amyloid zülal ehtiyatı toplanır) və tangleslarla bağlıdır.  Xəstəliyin dəqiq diaqnozu üçün zəka testi (məsələn belə xəstələrə ilin aylarını əvvəl ardıcıl bir şəkildə saymalarını sonra isə bunu tərsinə etmələrini deyirlər və çox vaxt ardıcıllıqla saydıqları bir şeyi tərsinə edə bilmirlər) MRT (maqnit rezonans tomoqrafiyası) qan analizi verilir.

 

 

Altsheymerli xəstələrin yanında daim onların qayğısına  qalan biriləri olur, belə ki onlar başqalarının köməyinə möhtac olurlar . Onlarla daim məşqlər etmək , gündəlik prosesləri təkrarlamaq faydalı olur, yuxarıda da qeyd etdiyimiz kimi belə xəstələrdə davranış problemləri olur və bunun antipsixotik dərman vasitəsilə müalicəsi xəstəni bir müddətə sakitləşdirsə də onun erkən ölümünə yol açır .

2015 ci ilin statistikasına əsasən dünyada 48 milyon Altsheymer xəstəsi var, xəstəlik adətən 65 yaşdan yuxarı müşahidə olunur, lakin 4-5% hallarda gənc yaşlarda da başlaya  bilər . Alman psixiatrı Alois Altsheymer  1906-cı ildə bu xəstəliyi kəşf etdi, bu gün Altsheymerdən dünyasını dəyişən bir çox xətələr var və maliyyə cəhətdən xəstəliyin müalicəsi çox baha başa gəlir.

Yaş artdıqca Altsheymerin hər 100 nəfərdə rast gəlinmə tezliyi

Əlamətləri və simptomları

Altsheymerin mərhələləri

1.Demensiyadan öncə

yaşla bağlı yaddaş itkisi

tez-tez əşyaların yerini unutmaq

qısa müddətli yaddaş itkisi

konkret olan hadisələri xatırlaya bilməmək

2Altsheymerin erkən mərhələsi

dostların və ailə üzvlərinin adını xatırlaya bilməmək

cəmiyyətdə özünü idarə edə bilməmək

  1. Altsheymerin orta mərhələsi

yuxu ilə bağlı problemlər

məkan anlayışının itməsi

  1. Altsheymerin axırıncı mərhələsi

nitqdə problemlər

narahatlıq,  əsəbilik və paranoid halların yaşanması

Altsheymer xəstəliyinin genetika ilə bağlılığı

Altsheymer autosom xromosomlarda yaranan və dominant genlə ötürülən  bir xəstəlikdir .APP(amyloid precursor protein) presenilin 1 və 2 zülallarını kodlaşdıran genlərin mutasiyası nəticəsində xəstəlik törənir APP və presenilin genləri amyloid lövhələrin əsas komponenti olan 42,zülalının sintezini artırır .

Ən geniş yayılmış. genetik risk faktoru isə  apoe-nin(apolipoprotein e)  ε4  allelinin irsən keçməsidir. Altsheymerli xəstələrin 40-80% də bu gendən ən az 1 dənə vardır. APOE ε4 alleli heteroziqot fərdlərdə xəstəliyin riskini 3 dəfə, homoziqot fərdlərdə isə 15 dəfə artırır .

Bundan başqa TREM2 genində olan mutasiya da xəstəliyin inkişafını sürətləndirir, bu zaman beyində olan ağ qan hüceyrələri beta amyloid zülalının miqdarına nəzarət edə bilmir .

Xolinergik hipotez

Ən qədim olan bu hipotezə görə , Altsheymerin asetilxolinin sintezinin azalması ilə bağlı olduğu güman olunur .

Amyloid hipotezi

1991 ci ildə hüceyrəxarici beta amiloidin xəstəliyin ilkin səbəbi olması hipotezi irəli sürüldü. Bu hipotezə dəstək kimi 21ci xromosomda yerləşən APP(amyloid precursor protein) və həmçinin Daun xəstəliyində 21 ci xromosomda olan bir gen nüsxəsinin artıq olmasını misal göstərmək olar, çünki xromosomda olan gen artıqlığı da Altsheymerin inkişafına təkan verir.

Tau hipotezi

Bu hipotezə görə həddindən artıq fosforlaşmış tau zülalları digər zülallarla birləşir və onlar neyron cismlərində neyrolifli tanglelar (maneələr) əmələ gətirirlər bu da neyronların bir birilə əlaqəsinin pozulmasını stimulasiya edir.

Neyropatologiya

Altsheymer beyin qabığı və bəzi qabıqaltı nahiyələrdə neyronların və onlar arasındakı sinapsların itməsi ilə xarakterizə olunur bu itki həmin nahiyələrin atrofiyası, gicgah, təpə paylarının alın qabığının hissələri və qurşaq qırışığının degenarasiyası ilə müşahidə olunur

Şəkildən də gördüyümüz kimi sağlam insanın beyninə nisbətən Altsheymerli xəstələrin beyni büzüşmüş formada olur .Danışıq prosesi  və informasiyanın analizi  mərkəzi olan  beyin qabığı da balacalaşmış ,düşünmə, xatırlama ilə bağlı yerlər zədə almışdır. Mədəciklər beyin –onurğa beyin mayesi ilə dolmuş və normal beyinlə müqayisədə genişlənmişdir.Yeni baş vermiş hadisələrin yadda saxlanması ilə əlaqədar olan hippocampusun (dəniz atının) da ciddi sürətdə büzüşdüyü görünür

Həyat tərzinin Altsheymerlə əlaqəsi

Daim mütaliə edən, krosvord həll edən, musiqi alətlərində ifa edən ,daim cəmiyyətlə əlaqədə olan insanlarda bu xəstəlik nisbətən az müşahidə olunur və Altsheymerin ən yaxşı profilaktikalarından biri də ikinci bir dil öyrənməkdir .Həmçinin fiziki işlə məşğul olmaq da riski azaldan faktorlardandır .

Qidanın Altsheymer xəstəliyinə təsiri

Yapon və  Aralıq dənizi məhsulları ilə qidalanan insanlarda xəstəlik az yayılmışdır .Yəni mümkün olduğu qədər tərəvəz lobya balıq qida rasionumuzdan əksik olmamalıdır şirniyyat isə mümkün qədər istifadə olunmamalıdır  Yağlı və karbohidratlarla zəngin mətbəxi olan ölkələrdə isə bu çox geniş yayılmışdır. Altsheymer xəstəliyinin statistikasına nəzər saldıqda bu xəstəliyin ən çox Amerikada olduğu görülür, şübhəsiz bu həm piylənmə  həm də oturaq həyat tərzi ilə bağlıdır. Bu xəstəlik hal –hazırda ABŞ-da döş xərçənginin statistikası ilə eynidir, hətta qabaqlayır belə deyə bilərik. Qafqaz ölkələri də Altsheymer geniş yayılmış ərazilərindəndir.

 

Yuxarıda sadaladığımız profilaktik tədbirlər riski azaltsa da tam bu problemə həll yolu deyildir .Ingiltərənin ilk qadın baş naziri Margaret Thatcher, Amerika Birləşmiş Ştatlarının 40-cı prezidenti olan Ronald Uilson Reyqan ,Çarlton Heston kimi məşhur insanlar ömürlərinin sonlarına yaxın Altsheymerdən əziyyət çəkiblər.

 

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin