Amiqdala, vizual yaddaş və qərarlarımız

12

Amiqdala beynin hər iki hissəsində temporal lobların dərinliklərində yerləşən badam formasındakı iki balaca strukturdan ibarətdir (corpus amygdaloideum). Balaca olmasına baxmayaraq, fəaliyyəti çox böyükdür. Belə ki, amiqdalanın fəaliyyətini itirdiyi vəziyyətlərdə yaşadığımız hadisələrin emosional mənası qalmaz.
Amiqdala başda qorxu olmaq üzrə əsəb, xoşbəxtlik, təəccüb kimi əsas emosiyalar, yaddaş və sağ qalma ilə bağlı arzuların nəzarətinə cavabdehdir, emosional yaddaş və emosional reaksiyaların yaranmasını təşkil edir və emosional olaraq ətrafımızdakı bir çox şeyi tanımağımıza kömək olur.
Beyin emosional xatirələrin yaddaşda saxlanılmasını təmin etmək üçün sadə bir üsuldan istifadə edir. Təhdidedici təhlükələrlə qarşılaşdığımız zaman bizi mübarizə aparmağa ya da qaçmağa yönəldən neyrokimyəvi stimul o anları bütün canlılığı ilə yaddaşa yazır. Məsələn, stressli bir vəziyyətlə qarşılaşdığımız zaman və ya bir qorxu siqnalı alanda amiqdala fəaliyyəti artır və böyrək üstündəki adrenal parçaları bədəni təcili vəziyyətə hazırlayan epinefrin və neropinefrin qəbul edir. Bu hormonlar qəlb sürəti, qan təzyiqi, tənəffüs sürəti və qlükoza dəyərlərini artırır. Amiqdaladan gələn siqnallarla üzdə qorxulu bir ifadə ortaya çıxır, əzələlər lazımsız hərəkətlərini dayandırır, həzm sistemi hərəkətləri, tənəffüs sürəti yavaşlayır, nəbz və qan təzyiqini yüksəlir. Nəticədə, bədəndə “mübarizə apar ya da qaç” cavabı ortaya çıxır. Eyni anda korteksin yaddaş sistemləri bir düşüncə yaratmadan əvvəl, bu tip təcili vəziyyətlə daha əvvəl qarşılaşıb qarşılaşmadığını emosional bir reaksiya verildiyi hallarda amiqdala rasional zehin də daxil olmaqla, beynin böyük bir bölümünü idarə edir və yönləndirir.
Amiqdalanın emosional dünyamız və yaddaşımız üzərinə olan təsirlərindən əlavə, bu günə qədər üzərində dayanılmamış bir özəlliyi də Harvard Tibb Fakültəsinin bir dəstəsinin gerçəkləşdirdiyi araşdırma ilə ortaya qoyulmuşdur. Dünyanın öndə gələn jurnallarından olan “The Lancet”də dərc edilən və 300 xəstənin baxıldığı bu araşdırmada uzunmüddətli gərginlik nəticəsində amiqdala bölgəsində ortaya çıxan yüksək fəaliyyətin ürək infaktı riskini artırdığı göstərildi. Tədqiqatçılar artmış amiqdala fəaliyyətinin sümük iliyindən gələn siqnal nəticəsində daha çox miqdarda ağ qan hüceyrələri yaradılması ilə arteriyalarda enflamasiya yaranması və bunun nəticəsində ürək infaktı, angina ortaya çıxma riskinin artdığını ortaya qoydu. Bu tədqiqat gərginlik yaradan emosional vəziyyətin kardiovasküler xəstəliklərlə əlaqəsini göstərmək baxımından əhəmiyyət daşımaqdadır.
Emosional vəziyyətimizin nəzarətçisi olan amiqdalanın ən əhəmiyyətli funksiyası bizi təhlükələrdən qorumaq və həyatda qalmağımızı təşkil etməkdir. Bütün sistem bu proqrama xidmət edəcək şəkildə çalışır. Amiqdala hər vəziyyəti sorğulayır, ancaq bunu ən sadə sual şəklində, “Bu mənim nifrət etdiyim bir şey dimi? Mənə zərər verərmi? Mən bundan qorxurammı?” kimi suallar verir. Əgər bu sualların cavabı “bəli”dirsə, amiqdala eyni bir sinir həyəcanı kimi anında reaksiya verir və bir “böhran var” mesajını beynin geri qalan hisslərinə ötürür. Yozef le Doks (Joseph Le Doux) emosional beyində amiqdalanın əsas rolunu kəşf edən ilk nevroloqdur. Le Doks düşünən beynin, yəni neokorteksin hələ qərar mərhələsində ikən, amiqdalanın necə sürətli əlaqəyə girməsi ilə bağlı çox sayda çalışma həyata keçirmişdir. Hər hansı bir şeyi dərk etdiyimiz ilk bir neçə milli saniyədə şüursuzca onun nə olduğunu anlamaqla qalmayıb, ondan xoşlanıb xoşlanmadığımıza da qərar verdiyimizi vurğulayan Le Doks bu “idraki şüursuzluq” ilə sadəcə gördüyümüz şeyi dərk etdiyimizi deyil, onun haqqında bir fikir də əldə etdiyimizi qeyd edər.
Emosialarımızın rasional zehindən əlaqəsiz, özlərinə xas bir zehinləri vardır.
Le Doks göz ya da qulaqdan gələn duyğu siqnallarının beyində öncə talamusa (qoxu xaric bütün duyğu stimulları üçün ara stansiya), oradan da tək bir sinaps ilə (sinir hüceyrələri arasındakı əlaqə, beyində hər saniyə trilyonlarla sinaps gerçəkləşir) amiqdalaya çatdığını göstərmişdir. Talamusdan ikinci siqnal isə düşünən beyin neokorteksə gedir. Le Doksun tədqiqatları hisslərimizin neokorteksi ötürərək birbaşa amiqdalaya çatdığını və beləcə onların rasional beyinə olan üstünlüyünü ortaya qoymuşdur.

Neokorteks yavaş, ancaq təchizatlı bir şəkildə daha incə formada reaksiyalar ortaya çıxararkən, amiqdala bizi həmin an hərəkətə keçirə bilər.
Məsələn, vizual siqnallar, öncəliklə, retinadan talamusa çatır və mesajın böyük bir qismi buradan vizual korteksə gəlir, mənası analiz edilir və uyğun reaksiya təyin edilir. Reaksiya emosionaldırsa, duyğu mərkəzlərini hərəkətə keçirmək üçün amiqdalaya siqnal göndərilir.
Ancaq ilk siqnalın daha kiçik bir bölümü nisbətən sürətli bir cərəyanla talamusdan birbaşa amiqdalaya gedib daha tez (ancaq daha az dəqiq) bir reaksiyaya yol açar. Beləcə, kortikal mərkəzlər hələ nə olub bitdiyini anlaya bilmədən amiqdala emosional bir reaksiyanı başlada bilir. Bu şüursuz təəssüratlar emosional xatirələrdir, yığılan yer isə amiqdaladır. Le Doksun və digər nevroloqların tədqiqatları uzun zamandır limbik sistemin (davranış, motivasiya, uzunmüddətli yaddaş və qoxu alma duyğusu kimi müxtəlif funksiyaları əhatə edən beyin bölgəsi) əsas strukturu olaraq bilinən hipokampusun emosional reaksiyalardan çox, dərk edilən halların qeyd edilib, açıqlanması ilə əlaqəli olduğunu önə sürməkdədir.
Hipokampus sadəcə reallıqları xatırlayarkən, amiqdala o reallıqlarla əlaqəli olan emosional detalları qeyd edib saxlayır. İki xətli bir yolda öncəki maşını keçməyə çalışarkən bir qəzadan xilas olsaq, hipokampus yolun hansı qismində olduğumuzu, kimlə olduğumuzu, digər maşının nəyə oxşadığı kimi hadisə ilə əlaqəli detalları qeyd edir. Ancaq sonradan nə zaman eyni şəkildə maşını keçməyə çalışsaq, həyəcana qapılmamıza səbəb olan amiqdaladır. Le Doksun etdiyi kimi: “Bir üzün qohumumuzun olub olmadığını ayırd edən hipokampusdur, ondan çox xoşlanmadığımızı xatırlayan isə amiqdaladır.”

Amiqdalaya stimul verilməsi, emosional anların yaddaşda daha dərin izlər buraxmasını təmin edir. Bu səbəblə, ilk dəfə biri ilə görüşdüyümüz zaman hara getdiyimizi ya da yaxınlıqda olan bir partlama zamanında nə etdiyimizi xatırlayarıq. Amiqdala nə qədər şiddətli stimul alarsa, hadisə də o qədər güclü bir şəkildə xatırlanar. Həyatımızda bizi ən çox həyəcanlandıran ya da qorxudan hadisələr ən unudulmaz zamanlarımız arasında yer alır. Bu vəziyyət də, əslində, beyində iki yaddaş sistemi olduğu mənasına gəlir – biri adi hadisələr, digəri isə emosional olaraq mənalı olanlar üçündür. Emosional xatirələr üçün şəxsi bir sistem olması kainat baxımından son dərəcə mənalıdır, insanların özlərini təhdid edən ya da xoşlarına gələn hadisələr haqqında canlı xatirələrə sahib olmalarını təmin edir. Ancaq emosional xatirələr indiki zamanı səhv istiqamətləndirə bilər.

Amiqdalanın göndərdiyi təcili mesajlar hər zaman olmasa da, bəzi vəziyyətlərdə əhəmiyyətsiz ola bilir. Emosional yaddaşın saxlandığı yer amiqdala təcrübələri axtarır və indi olanı keçmişdəki ilə qarşılaşdırır. Qarşılaşdırma üsulu isə əlaqə qurmaqdır. İndiki vəziyyətin müəyyən bir qismi keçmişdəkinə bənzəyirsə, buna “eynisi” deyə bilər. Bu səbəbdən, bu zəncir çox diqqətsizdir, bir şey tam olaraq dəqiqləşmədən hərəkətə keçə bilər. Yeni meydana gələn vəziyyətlə, keçmişdə yaşanmış və bizə çox təsir edən bir hadisə arasında əlaqə quraraq bu hadisədən öyrənilmiş düşüncələr və emosiyalarla reaksiya verməyimiz üçün təlimatlar göndərir. Amiqdalanın təcili vəziyyət elan etməsi üçün hadisəni keçmişdəki təhlükəyə bənzətməsi kifayətdir. Buradakı problem böhran reaksiyasını başladacaq gündəlik emosiya yüklü xatirələrin yararsız reaksiyaları da bərabərində gətirməsidir.

Təhlükələr qarşısında bir neçə milli saniyə içərisində ani cavablar verilməsini təmin edən sürətli reaksiyalar quşlar, balıqlar və sürünənlərin həyatda qalması üçün vacib məna daşıyır. Bu milli saniyələr məməlilərin həyatda qalması üçün də əhəmiyyət daşıyırdı.
İndi texnologiyaların inkişaf sürəti ilə insan inkişafı arasında qeyri-bərabərlik göz önünə alınanda bir zamanlar bizə kömək edən daxili hissiyat və istedadlar bu gün bizim üçün zərərli ola bilər.
Çünki amiqdala əhəmiyyətli bir emosional modelin ortaya çıxdığını hiss edərsə, nəticəni buraxıb onu dəstəkləyən əlamətlərə baxmayaraq, reaksiyalarını başladır.
Amiqdala bir qorxu ya da əsəb vəziyyəti sırasında daha korteks nə olduğunu anlamadan reaksiya verə bilər, çünki emosiyalar düşüncədən əvvəl və müstəqil bir şəkildə hərəkətə keçir.
Amiqdala (və əlaqəli limbik strukturlar) ilə neokorteks arasındakı əlaqələr, rasional zehin (düşüncələr) və emosiyalar arasındakı müharibələrin ya da ortaq qərarların əsas mərkəzidir. Bəzi hallarda, emosiyaların düşünməyin qarşısını alan bir gücü də vardır. Bir işi ya da problemi həll etmək üçün lazımlı mənbələri ağılda tutmaq bacarığına “işləyən yaddaş” adı verilir. Prefrontal korteks işləyən yaddaşa cavabdeh olan beyin bölgəsidir. Ancaq limbik sistemdən prefrontal korteksə gedən qayğı, əsəb və bənzər qüvvətli duyğular siqnalları prefrontal korteksin fəaliyyətini azalda bilər. Bu səbəblə, emosional baxımdan dağınıq olduğumuz zaman “doğru düzgün düşünə bilmirəm” deyirik. Bu səbəbdən, keçmişə aid hadisələrlə indiki vəziyyət arasında qurduğumuz ani və emosional əlaqələr bizi səhv yola sala bilər. Əslində, heç təhlükəli sayılmayan bir stimulu şəxsi təhdid kimi görə bilərik.
Ən qüvvətli duyğularımız iradə və xarici reaksiyalardır. Sahib olduğumuz emosiyaları seçə bilmərik. Ancaq ani reaksiyaların, emosiyaların bizi tamamilə ələ keçirməsinin qarşısını ala bilərik.

Mənbələr:

1.Ahmed Tawakol, “Relation between resting amygdalar activity and cardio vascular events:a longitudinal and cohort study”, The Lancet, January 12,2016
Http://www.thelancet.com/pdfs/journals/lancet/PIIS0140-6736(16)31714-7.pdf

2.Joseph LeDoux, “The Amiqdale in 5 Minutes”, Big Think, 2015
http//bigthink.com/videos/the-amygdala-in-5-minutes

3.Daniel Goleman,Emotional Intelligence :Why It Can Matter More than IQ, New York, Bantam Books, 2005

Tərcüməçi: Bənövşə Soltanova

Redaktə etdi: Fatimə Əliyeva

 

12 ŞƏRH

  1. I am really enjoying the themedesign of your blog. Do you ever run into any browser compatibility problems? A handful of my blog readers have complained about my website not operating correctly in Explorer but looks great in Chrome. Do you have any advice to help fix this issue? dgdgeggaebakkegd

  2. I just like the helpful information you provide on your articles. I will bookmark your blog and test once more here frequently. I’m moderately certain I will learn many new stuff right here! Best of luck for the next! dbcdaeeackac

  3. I am not sure where you are getting your info, but great topic. I needs to spend some time learning much more or understanding more. Thanks for fantastic information I was looking for this info for my mission. kdgfaabfcckdfakb

  4. I like what you guys tend to be up too. Such clever work and coverage! Keep up the very good works guys I’ve incorporated you guys to my personal blogroll. kkcdcgacdbfd

  5. This really is actually fascinating, That you are a quite specialist blogger. Ive joined your rss feed and sit up for looking for more of your excellent post. Also, I have shared your web site in my social networks! agaceeegfdadaddk

  6. Wow, fantastic blog layout! How long have you been blogging for? you made blogging look easy. The overall look of your web site is wonderful, let alone the content! dkafeafecgfd

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin