Al Pacino və Ən Yaxşı Filmləri

0

 

Əsl adı Alfredo James Pacino olan Al Pacino 1940-cı il 25 apreldə ABŞ, New York-da anadan olmuşdu. İtalyan əsilli atası Sal Pacino sığorta işçisi idi. 17 yaşında təhsilini donduran Pacino anası Rose Pacino-nu 22 yaşı olanda itirir.

al-pacino-in-childhood

Aktyorluq dərsləri alan Al Actors Studio-da təhsil almağa haqq qazanır və buradakı müddətdə qabiliyyətini inkişaf etdirir. Tez-tez Broadway-da səhnəyə çıxan aktyor buradakı fəaliyyətində bir çox mükafat qazanır və diqqətləri cəlb edir. Həmin müddətdə Pacino məhbusluq həyatı da yaşayır.al-pacino-in-prison

1969-cu ildə ilk uzun-metrajlı filmi Me, Natalie ilə Hollywood günlərinə başlayan aktyor cəmi 3 il sonra 3-cü filmi Godfather ilə Oskar, Qızıl Qlobus və BAFTA-ya namizəd olur. Francis Ford Coppola-nın təkidi ilə Godfather-ə çəkilən, həmin dövrdə məşhur olmayan aktyorun tarixin ən yaxşılarından olmasına gedən yolu başlamış olur.

AL PACINO Character(s): Don Michael Corleone Film 'THE GODFATHER: PART II' (1974) Directed By FRANCIS FORD COPPOLA 12 September 1974 CTF19406 Allstar/Cinetext/PARAMOUNT **WARNING** This photograph can only be reproduced by publications in conjunction with the promotion of the above film. For Printed Editorial Use Only, NO online or internet use. 1111z@yx

1973-cü ildə Sidney Lumet-in Serpico filmi ilə növbəti dəfə Oskara namizəd olan aktyor ifası ilə ilk mühüm mükafatı Qızıl Qlobusu qazanır. Sonrakı 2 ildə ardıcıl Godfather: Part 2 və Dog Day Afternoon filmlərinə görə də Oskar və Qızıl Qlobusa namizəd olan Pacino artıq Hollywoodun ən istənilən aktyorlarından idi.al-pacino-dog-day-afternoon-2

…And Justice for All. və Dick Tracy filmləri ilə 1980 və 1991-ci illərdə Oskar və Qızıl Qlobusa namizəd olan aktyor nəhayət 1993-cü ildə 2 ayrı filmə görə namizəd olduğu Oskarı Scent of a Woman (digəri Glengarry Glen Ross) filminə görə qazanan dahi aktyor ilk namizəd olduğu tarixdən 21 il sonra bu mükafatı qazanan aktyor olaraq tarixə keçir. Oskara 8 namizədliyində 1 dəfə, Qızıl Qlobusa 17 namizədliyində 5 dəfə, BAFTA-ya 4 namizədliyində 1 dəfə mükafatı qazanan aktyor son 22 ildə Oskara namizəd olmayıb və 2 Qızıl Qlobus qazanıb.al-pacino-wins-oscar al-pacino-scent-of-a-woman

Heç vaxt evlənməyən Pacino qatı opera və William Shakespeare fanatıdır. 1997-ci ildə nüfuzlu Empire jurnalının tarixin ən yaxşı film ulduzları səsverməsində Al 4-cü idi. İmtina etdiyi məşhur rolları ilə də şöhrət qazanan Pacino Premiere jurnalının məşhur “100 unudulmaz ifa” siyahısında Dog Day Afternoon-dakı Sonny ilə 4-cü, Godfather: Part 2-dəki Michael Carleone ilə 20-ci, Scarface-dəki Tony Montana ilə 74-cü yerdə idi.al-pacino-scarface

Sevimli aktrisası Julie Christie, filmi Singin’ in the Rain olan dahi aktyordan bir neçə sitatı və ən yaxşı 14 filmini təqdim edirik.

“Mən aktyoram, ulduz deyiləm. Ulduzlar Hollywoodda yaşayır və ürək formasında hovuzları olur.”

“Godfather: Part 3 böyük səhv idi. Carleone-ni yaxşı insan kimi göstərmək və sırf tamaşaçın bəyənməsi üçün ssenarinin belə dəyişdirilməsi əvvəlki 2 filmin möhtəşəmliyini məhv etdi.”

“Deyəsən, öləndə təqaüdə çıxacam.”

“Francis üçün hər şeyi edərəm amma onunla müharibəyə getmərəm.”

“At eynəyi geyinən insanları canlandırmağı sevirəm.”

“Hollywooddan bezmişəm. Broadway üçün darıxıram.”

14. Ocean’s Thirteen

13. Devil’s Advocate

12. Insomnia

11. Carlito’s Way

10. …And Justice for All.

9. Donnie Brasco

8. Glengarry Glen Ross

7. Serpico

6. Scent of a Woman

5. The Insider

4. Heat

3. Dog Day Afternoon

2. Scarface

1. The Godfather seriyası

 

MƏNBƏ: KİNOZADƏ

MƏNBƏ URL: http://kinozade.blogspot.com/2015/06/al-pacino-heyati-ve-en-yaxsi-filmleri.html

MƏNBƏKinozade
PAYLAŞ
Öncəki yazıIntihar yox komandasıdır.
Sonrakı yazı2014-cü İlin Ən Yaxşı 20 Filmi

AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.