Julio Cortazar – Hekayəyə dair

0

“Boksu çox sevən Argentinalı bir yazar, bir dəfə mənə belə demişdi: “Təsirli bir mətn və oxucu arasında yaranan bu mübarizəni roman həmişə bariz üstünlüklə qazanır, halbuki hekayə bu “matçı” nakaultla qazanmalıdır”

Hekayə, özünəməxsus xarakterini anlaşılan hala gətirmək üçün əksərən çox daha populyar olan romanla qarşılaşdırılır.

Məsələn, romanın kağız üzərində ələ alınan bir mövzu çərçivəsindən başqa bir sərhəd tanımadan oxunma zamanı içində istədiyi qədər genişlənməsinə diqqət çəkilir, amma hekayədə onun sərhədləridir hərəkət çizgiləri və xətləri. İlk olaraq, fiziki bir məhdudiyyətdir buradakı məqam, məsələn, Fransada bir hekayə iyirmi səhifəni keçərsə artıq onun adı novella olur: hekayə ilə roman arasında bir növə çevrilir.

Bu mənada, roman və hekayə misal baxımından kino və fotoşəkillə müqayisə edilməyə uyğundur. Bir kino, roman tərzində açıq bir sıralamayla davam edərkən, bir fotoşəkil əvvəlcədən dizayn edilmiş bir məhdudiyyətin movcudluğunu zəruri edir. Bu qismən kameranın əhatə etdiyi məhdud yer, ərazi baxımından belədir, qismən də bu məhdudiyyəti fotoqrafın estetik istifadə tərzi səbəbindən

Bilmirəm, professional bir fotoqrafın öz sənətindən bəhs etdiyinə şahid olmusunuz, ya yox; özlərini çox zaman bir “hekayə yazan” kimi ifadə etmələri həmişə məni təəccübləndirib. Kartr Bressın (Cartier Bresson) ya da Brassay (Brassai) ustalığındakı fotoqraflar sənətlərini müəyyən mənada ictimai bir paradoks olaraq ifadə edirlər: gerçəyin içindən bir fraqmanı kəsmək, onu müəyyən həddlərə həbs etmək, amma bunu elə bir formada etmək ki, bu kəsilən parça genişlənərək çox daha fərqli və uzaq gerçəkliklərə nüfuz edən bir partlayışa səbəb olsun, kameranın əhatə etdiyi yeri ruhsal olaraq aşıb-keçən bir baxış bucağı kimi təcəssüm etsin

Kino sənətində də, eynilə romandakı kimi, çox geniş və çox formalı bir gerçəkliyin əldə edilməsi, əsəri kuliminasiya nöqtəsinə aparan bir sintezi ayrı tutmadan müddət içərisində bir yerə gətirilən dağınıq tərkiblərin formalaşması vasitəsiylə reallaşır. Lakin keyfiyyətli bir fotoşəkildə və ya hekayədə əksinə, fotoqraf və ya hekayə yazan şəxs mənalı bir mövzu və ya hadisə seçmək və onunla kifayətlənmək məcburiyyətindədir, ancaq bunlar sadəcə özlüyündə dəyəri və mənası olan görünümlər deyil, tamaşaçı və ya oxuyucuda zəkanı və də hissiyyatı yazı formasındakı və ya vizual tərkibi daha çox irəliyə aparan bir zehinsel açılıma və ya başqa cür desək, “mayalanmaya” səbəb ola biləcək hadisə və faktlar olmalıdır.

Julio Cortazarın 1970-ci ildə “Casa de las Americas” jurnalının 10-cu il çapı üçün qələmə aldığı “Algunos aspectos del cuentoadlı yazısından bir hissə.

Tərcümə və redaktə: Etibar Qara

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin