Xaosdan doğan nizam

0

17-ci əsrdəki elmi inqilabdan əvvəl dünyaya bu gün elm adamlarının termini istifadə etdiyi mənadan bir az fərqli, amma çox insanın hazırda istifadə etdiyi mənada bir xaos hökm edirmiş kimiydi. Dünyanın mürəkkəbliyinin təməlinin sadə və sistemli qanunlar ola biləcəyi heç kəsin ağlına gəlmirdi. Havanın və küləyin davranışları, qıtlığın meydana gəlməsi və planetlərin orbitləri haqqında söylənilən fikirlərin çatdığı yer bütün bunların Tanrının və ya tanrıların kefinə bağlı olduğu idi. Kainatda nizamın hardan qaynaqlandığı sualına cavab olaraq fiziki obyektlərin bir harmoniya və nizam ehtiyacına harda olursa, olsun cavab verməsi göstərilirdi. Kainatın mərkəzində yer tutduğu düşünülən Yerin ətrafındakı planetlərin və Günəşin orbitlərinin dairəvi olduğu hesab edilirdi, çünki dairələr qüsursuz idi. Nəsnələr yerə düşürdü, çünki Yerin mərkəzi kainatdakı simmetriyanın və əslində hər şeyin mərkəzindəydi, dolayısı ilə də ən güclü cazibə nöqtəsiydi. Hətta e.ə. 3-cü əsrdə yaşamış olan samoslu filosof Aristarxos Yerin Günəş ətrafında döndüyünü söylədiyi zamanlarda belə orbitinin dairəvi olduğuna inanırdı.
Bu nümunələr antik dövr elmi ilə Qalileydan sonrakı elm arasında mühüm fərqləri görməyimizə kömək olur. Antik yunanlar möhtəşəm riyaziyyatçıydılar, həm də həndəsəni çox yaxşı bilirdilər və hərəkətsiz nəsnələr arasındakı əlaqələri çox yaxşı qavramışdılar. Bu həndəsi bilgilərinin kökü də əvvəlki toplumlara dayanırdı. Necə ki, elmin ilk olaraq tarixin erkən dövrlərində inkişaf etməkdə olan kənd təsərrüfatı ilə məşğul olan insanların həyat təcrübələrindən ortaya çıxdığını təxmin etmək çox da çətin deyil. Yenə də antik dövr elm adamlarının nəsnələrin necə hərəkət etdiyi və hərəkət qanunları haqqında fikirləri yox idi. Sadəcə Zenonun “ox ilə heç vaxt öldürülə bilməyən əsgər” kimi məşhur paradokslarından başlarının nə qədər qarışdığına baxmağımız belə bunu anlamaq üçün kifayətdir. Paradoksa görə, əsgər olduğu yerdən qaçmağa başlayarsa, əsgərin ilk durduğu yerə ox çatdığı anda əsgər bir miqdar məsafə qət etmiş olacaq. Ox bu əlavə məsafəni də qət etdiyi anda əsgər bir az daha uzaqlaşmış olacaq və bu hadisə əgər məsafə qət etdikcə davam edəcək. Qısası, oxun əsgərə dəyməsi ehtimalı yoxdur.
Aristarxus kimilərin olmasına baxmayaraq, Nikolay Kopernik 1543-cü ildə heliosentrik kainat modelini təkmilləşdirdikdən sonra belə geosentrik kainat görüntüsü (və ya modeli) keçərli idi. Kopernik “de revolutionibus orbium colestrum” (“Göydəki kürələrin hərəkətləri haqqında”) adlı kitabını əslində 1530-cu ildə tamamlamışdı və kitabın mövzusu hələ kitab yayınlanmadan əvvəl geniş şəkildə müzakirə mövzusu olmuşdu. Marthin Luther bunun haqqında 1539-cu ildə “Bu axmaq astronomiya elmini tamamilə tərsinə çevirməyə çalışır, ancaq müqəddəs kitab deyir ki, Coşua Yerin yox, Günəşin sabit durmasına hökm etmişdir.” deyərək mövqeyini bildirdi. Oxşar tənqidlərə verilən cavablara Qaliley isə: “İncil bizə cənnətə getməyin yolunu göstərir, göylərin necə hərəkət etdiyini göstərmir.” şəklində cavab verdi. Müasir Qaliley  kimi qəbul edə biləcəyimiz İohan Kepler Tixo Brah tərəfindən xüsusilə aparılmış müşahidələrdən faydalanaraq Marsın Günəş ətrafında döndüyünü, bununla bərabər bu dönməni elliptik bir orbit üzərində etdiyini də izah etdi (öyrənmə niyyəti olanlara) və antik yunanların çox sevdiyi “dairəvi mükəmməlliyin kainatı idarə etdiyi” xülyasını yerlə bir etdi.
1564-1642-ci illər arasında yaşamış olan Qaliley elm və elm tarixi haqqında çox az fikir sahibi olan insanlar tərəfindən belə bugün göy üzünü ilk dəfə teleskopla incələyən, heliosentrik Kopernik modelini dəstəkləyən sübutları tapan və katolik kilsəsini qarşısına alıb azmış elan edildikdən sonra bu təzyiq nəticəsində kitablarını su kimi satdıran adam olaraq tanınır. Qalileyin etdikləri, əlbəttə, bununla məhdud deyil. Müşahidə və təcrübələri nəticəsində əks teoremlər (və ya modellər) də daxil elmi araşdırma üsullarını ortaya qoyan və “hərəkət”i  elmi şəkildə ciddi olaraq ilk ələ alan da eyni azmış Qalileydir.
1538-ci ildə Pizada tibb tələbəsi ikən etdiyi kəşf Qalileyin hərəkətlə bağlı çalışmalarına rəhbər oldu. Kilsədəki sıxıcı bir moizə əsnasında şamdanın irəli-geri sallanmasını izləyərkən nəbziylə bu sallanmaların vaxtını ölçdü. Bu ölçülərində lampanın, sallanarkən cızdığı yayın uzun və qısa olmasına baxmadan bir sallanmanı eyni sürətdə tamamladığını anladı. Sonrakı təcrübələrində isə rəqqasın sallanmanı tamamladığı vaxtın rəqqasın nə qədər uzağa sallandığına deyil, onun boyuna bağlı olduğunu göstərdi. Bu saat rəqqasın təməliydi, amma bir saat düzəltməsinə ehtiyac qalmadan daha sonra enişdən yumalanan topların davranışını incələyərkən də rəqqası xronometriya olaraq istifadə etməyi bacardı. Bu təcrübələr Qalileyin zəkasına və elmi metoduna yönəlmiş başqa bir qavrayış yaratmağımıza gətirib çıxardı. Qaliley qravitasiyanın hərəkət üzərindəki təsirini araşdırmaq üçün düşən nəsnələr üzərində çalışmağı arzu etdi, amma düşən haldakı toplar onun izləməsinə imkan verməyəcəq qədər sürətli hərəkət edirdi. Bu səbəbdən topları əyimli bir lampadan aşağı doğru yumaladı və topların qravitasiya təsiri altında düşməyinin daha yavaş və daha zamana yayılmış olduğunu anladı. Qaliley bu təcrübələr vasitəsilə təcil qavramını yaratdı. Bir nəsnənin sürəti onun müəyyən bir zaman içində nə qədər uzağa getdiyini ifadə edir. Məsələn, 9,8 m/san sabit sürət o nəsnənin saniyədə 9,8 m məsafə qət etdiyini bildirir. Buna əlavə olaraq, Qalileo düşən nəsnənin hər bir saniyədə sürətlərini artıraaq daha da sürətləndiyini kəşf etdi. Təcrübələr sürətin hər saniyədə eyni miqdarda artdığını göstərdi. Bu “düzgün təcil” idi və 9,8 m/san –lik düzgün təcil nəsnənin sürətinin ilk saniyədə 9,8 m/san, ikinci saniyədə 19,6 m/san, üçüncü saniyədə 29,4 m/san olacağı və bunun belə davam edəcəyi mənasına gəlirdi. Bu misalı bilərək seçdim, çünki 9,8 m/san bizə əslində yer səthində düşən nəsnənin qravitasiyadan qaynaqlanan təcilidir. Bunun da səbəbi zamanın iki dəfə hesablanması, digər ifadəylə ikinci dərəcəli təsir olması, sürətin isə birinci dərəcəli təsir olmasıdır. Qravitasiya ilə bağlı bu təcil də rəqqasların döngülərini tamamlama davranışlarını izah edir.
Qalileo bir şey daha etdi, ki bu etdiyi kitabda bəhs etdiyimiz hekayənin təməlindəki şeyin elə özü idi. Mail müstəvidən aşağı doğru yuvarlanan topların sürtünmə səbəbiylə kiçik bir yavaşlamağa məruz qaldığını anladı. Əslində ölçdüyü şey tam  düzgün təcil deyildi, ancaq topların sürtünmə təsiri olmasaydı, ideal və sürüşkən əyridə necə hərəkət edəcəyini əsas müşahidələrdən ortaya çıxararaq dövrünə görə böyük bir sıçrayış etdi. Bu çeşid ağıl yürütmə sonrakı dörd yüz il boyunca elmi araşdırmanın da mərkəzində duracaqdı. Elm adamları, xüsusilə də fiziklər, dünyanı riyazi qanunlar çərçivəsində izah etməyə çalışanda bu qanunları mümkün nəsnələrin davranışlarını izah etmək üçün formula etdilər. Yenə də antik dövr yunan filosoflarının əksinə öz qüsursuzluq təsvirlərinin real dünyanı təmsil etmədiyini anlayırdılar. Daha sonralar bu bu qaydaları şüurlu qaəbul edərək real dünyadakı qüsurluluqları hesaba qatmaq üçün düzəltmə əmsallar  kimi terminləri ədəbiyyata qazandırmağın yolunu açdılar. Hava müqaviməti necə olub ki, bir çəkic ilə bir tükün dünyada fərqli sürətlərdə, lakin atmosfersiz olan ayda eyni sürətlərdə düşdüyünü net şəkildə ortaya qoyur.

John Gribbin – “Dərin sadəlik”
Tərcümə etdi: Həsənli Fəridbəy

Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin