Heyvanlar heç vaxt bu qədər real çəkilməmişdi. Rosa Bonheur

0

Fransız rəssam Rosa Bonheur (Marie – Rosalie Bonheur) 1822-1899-cu illər arasında yaşamışdır. Bonheur heyvan rəsmləri, kənd həyatı, təbiət gözəllikləri ilə bağlı əsərləri və sənətinə əks etdirdiyi realizm ilə tanınır.

William F Cody portreti

XIX əsrdən etibarən sənətkarların yaxud peşəkarların heyvanların heykəllərini yaxud da rəsmlərini canlandırması “Animalier” adlanırdı. Bu şəxslərə “Heyvan rəssamı” deyilirdi.

Ceyran və balası

Rosa Bonheur istər realist əsərləri ilə, istər də kənd /kəndli həyatını çəkməsi ilə XIX əsrin ən əhəmiyyətli qadın rəssamlarından biri olaraq qəbul edilmişdir.

Maral monarxiyası

Rosa Bonheur çətin məktəb həyatı yaşamış və öyrənmə çətinliyi yaşamışdır. Bu səbəblə də anası, hər bir hərf üçün bir heyvan seçməsi və bunları çəkməsini söyləmişdir. Sevdiyi heyvanları çəkmiş olsa da, yenə də məktəb həyatında uğur əldə edə bilməmiş, bir neçə dəfə məktəbdən qovulmuşdur.

Krallar izləyir

Dərzi yanında çalışmağa başlamış, buradan da rəsm öyrənmək üçün yönləndirilmişdir. İlk olaraq nüsxə rəsmlər çəkməyə başlayan Rosa, sonra ev heyvanlarını çəkməyə başlamışdır. Davamında at, inək, qoyun, keçi, dovşan rəsmləri çəkmişdir. Daha sonralar isə açıq havada heyvanları rəsm edən Bonheur o dövrdə heyvan anatomiyasını oxumaqla məşğul olmuşdur.

Limier

Özünü inkişaf etdirib anatomiya və zoologiya üzərinə diqqətini cəlb edən Bonheur ilk uğurunu 1848-ci ildə qazanmışdır. İlk uğur qazandıran məhz bu əsər “Nivernais” adlanır. Bu uğur ilə birlikdə Bonheur Fransa hökümətinin dəstəyini qazanmış olur. Ən tanınmış əsəri isə 1853-1855-ci illərdə çəkmiş olduğu “The Horse Fair” Yəni “At yarmarkası” olmuşdur.

At yarmarkası

Bu rəsm əsəri onu beynəlxalq səviyyədə tanıtmış, hətta kraliça Viktoriyanın da heyranlığını qazanmağı bacarmışdır.

Ceyran və körpəsi

 

Meşədə ceyranlar
(c) Blackburn Museum and Art Gallery; Supplied by The Public Catalogue Foundation
(c) The Wallace
Collection; Supplied by The Public Catalogue Foundation
(c) Silk Heritage Trust; Supplied by The Public Catalogue Foundation
(c) Atkinson Art Gallery Collection; Supplied by The Public Catalogue Foundation
(c) The Hepworth Wakefield; Supplied by The Public Catalogue Foundation
(c) Sudley House; Supplied by The Public Catalogue Foundation
(c) Aberdeen Art Gallery & Museums; Supplied by The Public Catalogue Foundation
(c) Sudley House; Supplied by The Public Catalogue Foundation
(c) Aberdeen Art Gallery & Museums; Supplied by The Public Catalogue Foundation
(c) Brighton and Hove Museums and Art Galleries; Supplied by The Public Catalogue Foundation
(c) Nature in Art; Supplied by The Public Catalogue Foundation
(c) Museums Sheffield; Supplied by The Public Catalogue Foundation

 

Mənbə: http://birgunbiryerde.blogspot.com/2013/12/hayvanlar-hic-bu-kadar-gercek.html?m=1

Rəsmlər: http://www.nkfu.com/rosa-bonheur-calismalari-resimleri/

Tərcümə: Bənövşə Su

Redaktə etdi: Etibar Qara

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin