Teodor Gerikalt (Theodore Gericault)

0

Teodor Gerikalt (Theodore Gericault – 26 sentyabr 1791 – 26yanvar 1824), əsasən, “Meduzanın salı” adlı əsəri ilə tanınmış fransalı rəssam və daşlar üzərinə müxtəlif rəsmlərin çap edilməsi ilə məşhur olmuş bir sənətçidir. Eyni zamanda, romantik cərəyanın öncülərindən biri olmuşdur.

Gerikalt Fransanın Rouen şəhərində doğulmuşdur. İngilis tərzində idman çəkilişi ilə bağlı Karl Vernetdən (Carle Vernet), klassik fiqurların kompozisiya çəkilişi ilə bağlı isə Pier Narsis Gerindən (Pierre-Narcisse Guerin) dərslər almışdır.
Gerikalt qısa bir zamandan sonra Gerindən aldığı dərsləri buraxmış və 1810-1815-ci illər arasında Luvrda çalışmışdır. Bu illərdə Piter Paul Rubenz (Peter Paul Rubens), Titian (Tiziano Vecellio), Dieqo Velaskez (Diego Velazquez) və Rembrant Harmenson Fan Reyn (Rembrandt Harmenszoon Van Rijn) tərəfindən çəkilmiş rəsmlərin surətlərini çəkməklə məşğul olmuşdur.

İlk əhəmiyyətli əsəri “Hücum edən atlı” (The Charging Chasseur) 1812-ci ildə Paris salonunda sərgilənmişdir. Əsərdə Rubenz tərzinin rəssama necə təsir etməsi, eləcə də, rəssamın aktual mövzuları çəkməyə qarşı olan marağı aydın hiss olunurdu.

Hücum edən atlı

Sonrakı bir neçə il ərzində atlar və süvarilərlə bağlı kiçik eskizlərdən ibarət seriyalar çəkdi. Əvvəlki əsərindən fərqli olaraq üzərində daha çox çalışdığı, lakin buna baxmayaraq, daha çox mənfi rəy aldığı əsəri “Yaralı süvari” (The Wounded Cuirassier) 1814-cü ildə salonda sərgilənmişdir. Sonrakı iki il ərzində fiqurativ kompozisiya çəkilişinə yönələrək, əsasən, dram janrında olan əsərlər yaratmışdır.

Yaralı atlı

1816-1817-ci illər ərzində çıxmış olduğu Florensiya və Roma gəzintilərinin ardınca Mikelancelo Bunarrotiyə (Michelangelo Buonarroti) qarşı maraq duymağa başladı. Çıxmış olduğu gəzintilərin məqsədi isə xalası ilə yaşamış olduğu eşq münasibətlərindən qaçmaq idi. Rəssam “Bərbəri atların qaçışı” (The Derby of Epsom) adlı kətan üzərindəki rəsmi Roma şəhərindən təsirlənərək çəkmişdir. Rəsm əsəri epik kompozisiyaya və mücərrəd mövzulara sahib olmaqla “zamanın xaricində” bir rəsm olacaq idi. Lakin Gerikalt rəsmi tamamlamadan Fransaya geri qayıtdı.

Bərbəri atların qaçışı

Gerikalt ilk rəsmlərində yer alan əsgər mövzularına davamlı olaraq geri dönüş etmişdir. Xüsusilə, İtaliyadan döndükdən sonra istehsal etdiyi və əsgər rəsmlərini işlədiyi daşların çap olunması, bu növün ilk əhəmiyyətli əsərləri olaraq göstərilir.

Rəssamın ən çox tanınan və bəlkə də, ən coşğulu əsəri 1819-cu ildə çəkdiyi “Meduzanın salı” (The Raft of the Medusa) sayılır. Əsərdə o dövrdə aktual olan bir mövzu – gəmi qəzasının ardınca kapitanın sərnişinləri və ekipajı ölümə tərk etməsi canlandırılır.

Meduzanın salı

Hadisə beynəlxalq bir qalmaqala çevrildi. Gerikaltın drammatik rəyi ilə birlikdə ortaya bu hadisəni monumental səviyyədə göstərən bir əsər çıxdı. Rəsm əsəri öz şöhrətini qalmaqala səbəb olmuş qurumlara qarşı olan mənfi tənqidi ilə qazanmışdır. Bununla birlikdə, əsər ümumi mənada təbiət ilə insanın müharibəsini də özündə əks etdirirdi.

Rəsm əsərində fiqurlardakı klassik təsvirlə kompozisiyanın quruluşu, mövzunun xaosu ilə bir ziddiyyət yaradır. Beləliklə, neoklassisizm ilə romantizm arasında əhəmiyyətli bir körpü yaratmış olur.

Rəsm əsərinin bir çox ilham mənbəyi vardır. Bunlara, Mikelancelonun “Son qərar”, Antuan Jen Qrounun (Antoine – Jean Gros) aktual mövzuları monumental səviyyədə rəsm etməsi, Henri Fuzelinin (Henry Fuseli) rəsmlərindəki fiqur qrupları və ehtimal olaraq Con Sinqlten Kopli (John Singleton Copley) “Watson və köpək balığı” (Watson and the Shark) adlı tablosunu qeyd etmək olar.

Tablo 1819-cu ildə salonda sərgilənmişdir. Sərgiləndiyi zaman siyasi reaksiyalarla qarşılanan rəsm əsəri 1820-ci ildə İngiltərəyə aparılmış və burada müsbət qarşılanmışdır. Londonda olarkən şəhərdəki kasıblığa şahid olan Gerikalt müşahidələrini daşlar üzərində çap edilmiş rəsmlərdə yaradaraq nümayiş etdirdi.

Fransadan qayıdan Gerikalt bu zamanlar 10 ağıl xəstəsinin portretindən ibarət seriya şəkillər çəkdi. Bu şəxslər psixiatriya sahəsində tanınmış həkim olan Etien Georginin ( Etienne – Jean Georget) xəstələri idi. Georgi, eyni zamanda, rəssamın dostu idi. Bu portretlərdən yalnızca beşi günümüzdə qalmaqdadır. Bu portretlər rəssamın son böyük uğuru sayılır. Rəsmlərin çəkilməsində istifadə olunan incə stil və təsirləndirici reallıq əsas özəllikləri sayılır, eyni zamanda fərdlərin psixoloji narahatlıqlarını göstərdiyi üçün də əhəmiyyətli sayılırdı. Rəssamın ailə keçmişində də bu tip xəstəliklər mövcud idi. Gerikaltın öz ağıl sağlamlığı da tamamilə normal hesab edilmirdi.

Bədbəxt qadın

Kliptomanın portreti

Rəssamın seçdiyi rəsmlər yalnızca insan portretləri ilə məhdudlaşmır eyni zamanda, kəsilmiş başlar, qollar və ayaqların da eskizlərindən ibarət idi.

Anatomik hissələr
Üç Kəllə
Laura Bronun portreti
Cavan oğlanın portreti
Sarışın oğlanın portreti
Çılpaq kişi

Ölü at
Ölü pişik
Ağ başlı at
Sonuncu portret

 

Rəssam keçirmiş olduğu atçılıq qəzası və xroniki vərəm səbəbilə uzun müddət xəstəxanada yatmışdır. 1824-cü ildə 32 yaşında ikən Parisdə vəfat etmiş və Pere Laçaise məzarlığında dəfn edilmişdir. Məzarda “Meduzanın salı” relyefinin üzərində rəssamın əlində fırça tutduğu tuncdan heykəli yerləşir.

Mənbə: http://www.forumgercek.com/yabanci-ressamlarin-biyografileri/130559-jean-louis-theodore-gericault-1791-1824-fransiz-ressam.html

Rəsmlər: https://www.wikiart.org/en/theodore-gericault

Tərcümə : Bənövşə Su

Redaktə etdi: Etibar Qara

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin