Şokoladın tarixi

0

Şokoladın xam maddəsi kakaonun tarixi 1000 il əvvələ aiddir. Tədqiqatçılar ilk kakao yetişdirənlərin Şimali Amerikanın yerli sakinləri Olmeqlər (Olmec) ola biləcəyini qeyd edirlər. Qalıqlar Meksikadakı Vera Kruz körfəzidə tapılmışdır. Ərazidə olmeqlər və əvvəllər də burada yaşayan hakarin şokoladın hazırlanmasında istifadə etdikləri düşünülən vasitələr kəşf edilmişdir. Bu sübutlar  eramızdan əvvəl 1900-cü illərə təsadüf edilir. Yəni bölgədə bu dövrdən bəri şokoladın bir içki kimi istifadə edildiyi təxmin edilir. Miladdan sonra 400-cü illərə aid olan Maya qalıqları şokoladın bu dövrdə mayalılar tərəfindən istifadə edildiyinin də sübutudur. Mayalılar vasitəni içkidən əlavə dini mərasimlər üçün istifadə edirdilər. Əvvəllər bu içki acı olurdu və tərkibinə istiot qatılırdı. Hər bir mayalının həyətində xüsusi kakao bağçası var idi.

Mayalılar şokoladlarını isti içməyi sevirdilər. Onların tam əksi mayalılardan şimalda yaşayan azteklər isə şokoladı soyuq içirdilər. İçinə bal, vanil, istiot qatırdılar. Yəni şokoladın inkişafında çox vacib rolları olub. Mayalılara nisbətən azteklərin torpaqları kakao yetişdirmk üçün kifayət qədər əlverişli deyildi. Buna görə də azteklərdə kakao çox dəyərli bir məhsul idi. Hətta vergi yığımında pul əvəzi kakao dənələrindən istiadə edilirdi.

Kakao dənələri ilə ilk qarşılaşan avropalılar ehtimallara görə Kristofer Kolumb və oğlu Ferdinand olub. İspaniyaya gəldikdən bir müddət sonra ispanlar şokoladın acılığını azaltmaq məqsədi ilə tərkibinə şəkər qatıblar. 1602-ci ildə İspaniyadan Avstriyaya keçmiş, 100 il ərzində isə Avropada ən çox tələb olunan qidalardan biri olmuşdur. Şokolad 17-ci və 19-cu əsrlərdə avropada bu qədər məşhurlaşdıqdan sonra, xüsusi ilə də Avropa müstəmləkələrində yəni iqlimin uyğun olduğu yerlərdə kakao plantasiyaları qurulmağa başlamışdır. Burada ağır rejimlə işləyən amerikan işçilər ağır rejim və xəstəliklər səbəbi ilə ölməyə başladığı zaman onların yerinə daha az əmək haqqı tələb edən afrikalı qullardan istifadə etməyə başlamışlar. Beləliklə, satış dəyəri aşağı düşən şokalad daha çox kütlə tərəfindən istifadə edilməyə başlamışdır. Kakao dənələrinin üyüdülməsi üçün yel dəyirmanlarının və atların çevirdiyi daşlar istifadə edilməyə başladığı zaman istehsal sürətlə artmağa başlamışdır. Lakin şokolad sənaye inqilabına qədər yalnız varlı və oliqarx təbəqənin qidası olaraq qalmışdır. 

İlk buxarlı kakao dəyirmanı fransız ixtiraçı tərəfindən 1700-cü ildə istifadə edilib. Yeni texnikalar istehsal sürətini artırdığı müddətdə bir yandan da dad və görünüşlə bağlı yeniliklər inkişaf etmişdir. İlk inqilab 1815-ci ildə holland kimyagər Rad Van Huden tərəfindən edilmişdir. O qələvi və duzlardan istifadə edərək  şokoladın acılığını almışdır. İkinci inqilab dövründə baş verən yenilik isə 1828-ci ildə kakaodakı təbii yağların onun tərkibindən ayıran bir maşının kəşf edilməsi ilə  başlamışdır. Bundan sonra şokolad istehsalı biraz daha ucuzlaşmış, eyni zamanda keyfiyyət də artmışdır. Şokoladın sərtləşməsi və bir çox dəyişikliklər də bu dövrdəki yeni istehsal texnikaların vasitəsi ilə baş vermişdir. İstehsal texnikası və texnologiya inkişaf etsə də, şokolad 20-ci əsrin əvvəllərinə qədər varlıların xüsusi qida vasitələri siyahısıda qalmışdır. 20-ci əsrdən etibarən kakao ticarəti dünyadakı əksər dövlətlərdə  üzərindəki vergilərin ləğv edilməsi səbəbi ilə yayılmağa başlamışdır. Eyni dövrdə şəkərin qiyməti də azaldığı üçün şokolad daha kasıb insanların da əldə edə biləcəyi qidaya çevrilib. Əsrin əvvələrində Avropadakı bir çox markalar şokaladı sürətlə inkişaf etdiriblər. Tablet şokoladlar da 1920-ci illərdə meydana gəlmişdir.

Günümüzdə yüzlərlə şokolad fabriki hər cür zövqə uyğun  müxtəlif çeşidlər istehsal edərək şokolad sevənlərin üzünü güldürür. Bu imkanı yaradan da müasir texnoloji inkişafdır. Şokolad hazırlanması zamanı kakao dənəcikləri əzilərək un halına gətirilir şəkərlə birlikdə qarışdırılır və xəmir halına gətirilir. Bir çox funksiyalar vasitəsi ilə isti hala gərililərək əridilən şokolada son nöqtədə qəliblər vasitəsi ilə formalar verilir və soyudulur. Qatılaşan şokolad qəliblərdən çıxardılaraq paketləşdirilməyə və sonra isə satışa hazır halına gətirilir.

 

 

 

 

MƏNBƏLƏR- https://www.youtube.com/watch?v=RHHiviPlChc&t=395s&list=PLJoMTjoPfI529_PbijgJzPAhzrDeyraoo&index=1

 

Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin