2000 illik “Ölülər Şəhəri”

0

Misirin olduqca zəngin və qədim keçmişi olduğu hər birimizə orta məktəb dərsliklərindən bəllidir. Bu dəfə isə bu arqument yenidən öz təsdiqini tapdı: arxeoloqlar Misirin paytaxtı Qahirə şəhərinin cənub bölgəsində qum altında gizli qalmış böyük məzarlığı gün işığına çıxardı.

Məzarlıqdakı (nekropolisdəki) 8 qəbir e.ə 672-ci ildən başlayıb, Ptolomeylər sülaləsinin hakimiyyətinin başladığı ilə – e.ə. 332-ci ilədək sürən “Fironlar Dövrü“nün sonuna aiddir. Ümumulikdə nekropolisin yaşı təxmini 2000 ildir. Qəbirlər Miniya adlanan şəhərin Tuna əl-Qəbəl bölgəsində Nil vadisində üzə çıxarılmışdır.

Arxeoloji qazıntıların aparıldığı ərazidən bir çox əl işləri, insan qalıqları tapılsa da, içlərində ən diqqətçəkəni bürünc yaxalıqla bəzədilmiş, üzərində heroqliflər ilə “Yeni iliniz mübarək” yazılmış olan mumiya idi. Böyük ehtimal ki, mumiyalanmış cəsəd din adamı Horosun kahininə aiddir. Çünki elm adamları məzarın yanında Misir tanrısı Horusun (“Tot” olaraq da bilinən; yazının, biliyin və müdrikliyin tanrısı sayılırdı; Hermetizmin adı da bununla bağlıdır) rəsmi olan 4 küp də tapdı. Küplərin içində mumiyalanmış orqanlar var idi. Mumiya mavi və qırmızı daşlarla da bəzədilmişdir. Heykəllərin sayı 1000-dən çoxdur.

Üzə çıxarılan qalıqlar arasında misirlilər tərəfindən o biri dünyadakı işçilər olduğu sayılan, kiçik mavi-yaşıl heykəlciklər də var idi. Həmçinin ölçüləri və biçimləri dəyişik olan 40 sarkofaqi (ölülərin yerləşdirildiyi daş qəbirlər) tapılmışdır ki, bunlar din adamının ailəsi olduğu güman edilir.

Misirin bu işlərlərdən məsul naziri Xalid əl-Ənani ən azından 5 il məzarlıqda çalışmaları davam etdirməli olduqlarını, bunların hələ başlanğıc olduğunu dilə gətitir.

Görünür ki, ərazinin çox turist cəlb edəcəyi indidən məlumdur.

İstinadlar: news.nationalgeographic.com;

independent.co.uk

Müəllif: Subhan Qulu

Redaktə etdi: Pəri Abbaslı

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin