İsim

İsimlər alman dili söz ehtiyatının böyük hissəsinə sahibdirlər . İsimlər öz aralarında birləşərək də yeni sözlər yaradırlar .

Druck , Zeitdruck , Leistungsdruck , Bluthochdruck

Isimlərin digər bütün sözlərdən fərqi cümlədə harada gəlməyindən asılı olmayaraq böyük hərflə yazılmasıdır .

 

Dilimizdə olduğu kimi alman dilində də isimlər mənaca həqiqi      ( Gegenstandswörter )  və məcazi ( Begriffswörter ) mənalı olaraq iki qrupa bölünür .

Beispiel  –  Gegenstandswörter

Auf dem Tisch steht eine Lampe . – Masanın üzərində bir lampa var .

Plötzlich ist die Katze ins Wasser gesprungen . – Pişik birdən suya hoppandı .

Beispiel  – Begriffswörter

Zum neuen Jahr wünschen wir Ihnen alles Gute , Gesundheit , Glück  und Erfolg . –  Sizə yeni ildə bütün yaxşı şeyləri – sağlamlıq , xoşbəxtlik və uğur arzulayırıq .

Unter Stress versteht man starke körperliche oder  seelische Belastung . – Stress fiziki və ya mənəvi yük olaraq nəzərə alınır .

 

 

İsimlərin hallanması ilə bağlı artıq əvvəlki dərslərdə ümumi məlumat verilib. Ancaq  xüsusi isimlərin hallanmasında Genitivdə sözün sonuna ” s “ əlavə olunur .

Eva Marias neues Kleid – Eva  Mariyanın yeni paltarı

der Sieg Schillers –  Şillerin uğuru

Qeyd : Nümunələrdən göründüyü kimi xüsusi isim  əvvəldə , həm də sonda gələ bilər .

 

İsimlər miqdarına görə tək və cəm olaraq 2 yerə bölünür

Beispiel

 der Abstand – die Abstände      der Arzt –  die Ärzte

das Dach  – die Dächer          das Glas  –   die Gläser  

Bəzi isimlər həmişə təkdə yazılır . Bunlara məcazi sözlər – Begriffswörter aid edilir .

die Hitze        die Kälte        die Ruhe        das Alter         das Glück  

Qeyd : Bir çox sözlərin tərcüməsi  verilməyib . Məqsəd sizin sözləri araşdırıb öyrənməyinizdir . Hansı ki ,  bu üsulla sözlər daha yaxşı yaddaşda qalır . Sözləri ancaq almanca izahları ilə öyrənməyiniz vacibdir . Sözün izahını  başa düşəcək söz ehtiyatınız olmaya bilər . Başlanğıc üçün  sözün mənası haqqında ilkin təsəvvür yaratmaq məqsədilə hərfi tərcümədən ( google translate )  isitifadə oluna bilər  ( ingilis və türk dilinə tərcümə keyfiyyətlidir ) . Ancaq mütləq sözü izah etmək üçün olan cümlələr başa düşülməlidir .( aşağıdakı linklərdə sözü yazdığınız zaman onun işlədildiyi cümlələr əldə edəcəksiz ) . Əks təqdirdə hərfi tərcümə ilə öyrəndiyiniz sözləri yazıda və danışıq zamanı işlədə bilməyəcəksiz. Çünki , həmin sözün almancada necə işlədildiyini bilməyəcəksiz .

Aşağıda  sözləri öyrənmək üçün istifadə edə biləcəyiniz bir neçə mənbə var .

http://canoo.net/

http://www.beluka.de

http://de.thefreedictionary.com/

 


 

Wortschatz

 

Şəkilə klik edərək  sözləri daha aydın oxuya bilərsiz .

50d526fb6680b0f9426eb23e1ab6b63b

 

 

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin