İrqçilik və önmühakimənin psixologiyası

0

Önmühakimə irqçilik tarix boyu çox izdirablara, əzab-əziyyətlərə səbəb olduğundan bunları necə yaratdıqlarını anlamaq çox önəmli məsələdir. İrqçilik və önmühakimə insanlara sadəcə bəlli qrupa aid olduğu üçün mənfi münasibət bəsləməyə yönəldir. İrqçilik müəyyən etnik topluluğun üzvlərinə yönəlmiş önmühakiməli baxış və davranışları özündə ehtiva edən xüsusi bir önmühakimə şəklidir. İrqin tərifində müxtəliflik olsa da ümumi olaraq Afrika, Avropa, Asiya kimi müəyyən qitədən kök alan etnik topluluğu bildirir.

Stereortip nədir və onun sosial önmühakimə ilə bağlantısı nədir?

Stereotip (qatılaşmış düşüncə) və önmühakimə bir-biri ilə ələ-ələ tutmuş şəkildə inkişaf edir. Stereotip termini sosial elmlərdə ilk dəfə Volter Lipmen (Walter Lippman) adlı jurnailist tərəfindən 1922-ci ildə istifadə edilmişdir. Bundan öncə bu termin – stereotip mətbəə işində istifadə olunurdu. İnsanlara stereotiplərlə fikir bildirdiyimizdə, onların aid olduqları qrupun özəllikləri saydığımız fikirlərlə onları mühakimə edərik. Bir çox yayğın stereotiplərə örnək olaraq, asiyalıların çox işləyən və ya əməksevər, ispanların qatı, kitabxanaçıların özünəqapanıq olduğunun sanılmasını göstərmək olar. Yəni ki, stereotiplər insanların fərdliyini (ayrı bir insan olması fikrini) məhdudlaşdırır ya da yox edir. Bundan əlavə, o, müəyyən qrup alçaldıcı və mənfi fikirlərlə izah olunur. Bununla da, stereotiplər ilə önmühakimələr iç-içə keçir, bir-birinə qarışır.

Bölgülərə ayırma istəklərimiz stereotipləməyə necə zəmin yaradır?

Gördüklərimizi kateqoriyalara, siniflərə ayırma meyillərimiz insan şüurunun təməl üniversal aspektidir. Biz ətrafımızda gördüyümüz sonsuz mürəkkəbliyi anlamaq üçün qavramlar yaradırıq. Bu insan düşüncəsinin gərəkli bacarığıdır ki, bununla biz bilgini effektli və sürətli emal edə bilirik. Əgər kateqoriyalar yaratmasaydıq, həyat bizə çaşdırıcı və qarışıq gələrdi. Sosial təsnifatda insanları müəyyən kateqoriyalar yerləşdiririk. İnsan qarşılıqlı olaraq qrup daxili və xarici üzvlərini bir-birindən ayırd edir. Üstəlik, qrup daxili olanları xarici olanlardan daha müsbət dəyərləndirmək meyilindəyik. Bununla da, ümumi sosial kateqoriyalar asanlıqla sosial stereotiplərə, xüsusən də, mənfi stereotiplərə çevrilir.

Qrup daxili şovinizm təbiidirmi?

Öz qrupuna daxil olan birinə şəfaət etmə tendensiyası təbii insani hal kimi ortaya çıxır. Bir çox araşdırmalarda insan öz qrupuna digər qruplara nəzərən daha müsbət xüsusiyyətlərlə izah edir. Bu mədəniyyətlərarası olaraq özünü göstərir. 1976-cı ildə Merilin Breuer (Marilynn Brewer) və Donalt Kampbel (Donald Campbell) tərəfindən Şərqi Afrikada 30 qəbilə arasında aparılmış bir araşdırma yayımladı. Qəbilə üzvlərindən öz qəbilələrini və digər qəbilələri dəyərləndirmək istəndi. 30 nəfərdən 27 öz qrupunu digərinə nəzərən daha müsbət olaraq görürdü. Qrupdaxili şovinizm və şəfaətçilik təcrübələrlə ortaya çıxarıla bilir. 1950-lərdə və 1960-larda bir neçə araşdırmada Müzəfər və Karolin Şərif komandaları ilə 12 yaşlı oğlan uşaqlarından ibarət qrupu yaz kampına qatılmaq üçün qeydiyyatdan keçirdilər. Uşaqlar bir-birlərinə qarşı yarışmaya cəlb edildi və iki bölüyə ayrıldılar. Bu qruplardakı uşaqlar açıq şəkildə şovinizm sərgilədilər. Daima öz qruplarının performansını digərinkindən daha üstün dəyərləndirdilər. Üstəlik qruplara əlavə edilməmişdən əvvəl oğlanların 90% öz yaxın dostlarını öz qrupundan görürdü baxmayaraq ki, digər qrupdan idilər.

Sosial önmühakiməni necə azlaltmaq olar?

Çox mütəlif və fəal dünyamız nəzərə alındığında sosial önmühakimələri azaltmaq mühüm məsələdir. 1950-lərdə Qordn Olport (Goldon Allport) tərəfindən qruplar arası təmas hipotezi irəli sürüldü. Bu fikrə görə müsbət münasibət şəraitində qruplar arası önmühakimələri azaltmaq olar. Gərəkli olan şərait ortaq hədəf, işbirliyi, qruplar arası bərabər status, muxtar idarələrin və mədəni normaların dəstəklənməsini ehtiva edir. Göz önündə olan bir çox araşdırma bu fikri dəstəkləyir. 2003-cü ildəki bir yazıda Stefen Rayt ve Donald Taylor bundan başqa üstün bir qrupla bənzərlik qurma fəaliyyətini göstərdilər. Yəni fərqli qruplar məsələn bir topluluğun parçası olaraq, ya da universal olaraq bəşəriyyətin bir parçası olaraq, hər birini içinə alan qrupun parçası olaraq bir arada yaşaya bilər.

Qruplar arası dostluq sosial önmühakimələri azalda bilərmi?

Müxtəlif qrupların nümayəndələri ilə olan müsbət əlaqələr mənfi stereotipləri azaltmaqda yardımçı ola bilir. Müxtəlif qruplardakı insanlarla yaxın dost olmaq xüsusi ilə bu məsələdə effektivdir. Bunun üçün də bir çox səbəb ola bilər. Çox yaxından tanıdığınız birinə stereotiplərlə baxmaq, hardasa, imkansızdır. İkinci olaraq, yaxın bir münasibət digər şəxs ilə və aid olduğu qruplarla münasibəti dəstəkləyir. Yəni digər insanlarla olan münasibətimiz sizin kim olduğunuzun bir parçası olur. Bu, Stephen Wright, Arthur Aron və komandasının tanıtdığı bir anlayış digərinin özündən sayılması olaraq adlandırılır.

Müəllif: Lisa J. Cohen

Tərcümə etdi: Subhan Qulu

Qeyd: Tərcümə psychologytoday-də yayımlanmış məqalədən edilmişdir.

Redaktə etdi: Pəri Abbaslı

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin