Feminist rəssam Mary Cassatt: Həyatı və əsərləri

0

Meri Kesatt (Mary Cassatt) 1844-cü ildə ABŞ-ın Pensilvaniya əyalətində yerləşən Pitsburqda doğulmuşdur. Kesatt Fransanın İmpressionist axınının inkişafına, fikirləri və istehsal etdikləri ilə əhəmiyyətli dərəcədə təsiri olmuşdur. Atası uğurlu maliyyəçi Robert Simpson Kessatt (Robert Simpson Cassatt), anası isə Katrin Kesatt (Katherine Cassatt) olmuşdur.

Kessatt ailəsinin etirazlarına baxmayaraq, Pensilvaniyanın İncəsənət Akademiyasına başlamışdır. Məktəbdəki azsaylı qızlardan biri olaraq Kessatt oğlan tələbələrin alçaldıcı baxışları səbəbi ilə sıxıntılar yaşamışdı. İlk feminist davranışları da məhz burada yaranmağa başladı.

Cin Lion Qerom (Jean Gerome), Çarlz Çaplin (Charles Chaplin), Edvard Fer (Edouard Frere), Pol Sar (Paul Soyer), Tomas Kator (Thomas Couture) kimi şəxslərdən xüsusi dərslər almışdır.

Mandolin ifaçısı

Mandolin ifaçısı” adlı əsəri Paris salonunda 1868-ci ildə sərgilənmək üçün seçilmişdir. Atasının gördüyü işə qarşı tutduğu müxalif mövqe səbəbi ilə öz şəxsiyyətini açıqca bildirməmiş, əsərini Mary Stevenson adı ilə imzalamışdır. Paris salonunda əsəri sərgilənən ilk amerikalı qadın rəssam olaraq da adı tarixə düşmüşdür.

Fransa ilə Prussiya arasındakı 1870-ci ildə başlamış olan müharibə səbəbilə Amerikaya qayıtmalı olur. Maddi olaraq atasından dəstək ala bilməməsi rəssam üçün sıxıntılı bir dövrün başlanğıcı olur.

Rəsmləri Nyu York və Çikaqoda maraqla qarşılansa da, satılmırdı. 1871-ci ildə baş vermiş yanğında rəsm əsərləri yanmış, bununla da, vəziyyəti həll oluna bilməyəcək hala gəlmişdir. Lakin, Pitsburq baş yepiskopunu İtaliyalı usta Correggionun iki əsərinin nüsxəsini sifariş edərək Kessatt bu ümidsiz vəziyyətdən çıxarır. Daha sonra isə Paris salonunun 1872; 1873; 1874- cü illərdə keçiriləcək sərgilərinə rəsmlərinin qəbul edilməsi nəticəsində buraya yerləşib yaşamağa başlayır. Bacısı Lidia ilə birgə studiya açır.

Lojada

Lojada” əsərində Kessatt qadın fiqurunu daha dinamik obrazda yaratmışdır. Qadın durbin ilə səhnəyə baxır. Sol tərəfdə yerləşən kiçik obrazının baxışları isə onun üzərinə yönəlmişdir. Əsər müşahidə edən, müşahidə edilən, tamaşaçı və icraçı arasında çəkilmiş bir dairə kimidir.

Əsərlərindəki qadın baxış bucağı ilə Kessatt, XIX əsrin yeni qadın təsirlərini yaratmışdır. Əsərlərindəki qadınlar ağıl, şəxsiyyət, xarakter qazanıb sosial mövcudiyyətlərini ortaya çıxarmışdır. Ev şəraitində işləyən, teatr, opera kimi sosial yerdə olan qadın obrazlarının olduğu kompozisiyalar çəkmişdir.

Mavi kresloda balaca qız

Mavi kresloda balaca qız” əsərində mavi bir oturacaqda təsvir olunmuş balaca bir qızın pozası daha sonralar Kessattın təsvir etdiyi bütün uşaq rəsmlərindəki təbiiliyə malikdir. Kompozisiyanın mərkəzində balaca qız yerləşdirilsə də, digər oturacaqda yuxuya qalan bir it təsvir olunmuşdur.

Oturacaqlar boz döşəmə üzərində qəribə formada yerləşdirilmişdir. Forumların əyilmiş olması yapon sənətində olduğu kimi təsvir edilmişdir. Kessattın əsərlərində kütlələr, işıq, cismlər fiqurların varlıqlarını gücləndirən təsirə malikdir.

İmpressionist rəssamlardan biri olan Edqar Deqa (Edgar Degas) tərəfindən 1877-ci ildə sərgi üçün dəvət alır. Edgar Degas, 15 il ərzində sənət anlayışında və istehsalında Kessatta rəhbərlik etmiş və müəllimi olmuşdur.

İmpressionist axının rəssamları ilə birgə çalışması onun öz sənət şəxsiyyətini tapmasına böyük təsir etmişdir. Reallığı iki səviyyədə bir səthə azaldan Ukiyo-e ilə birlikdə məkanları yenidən mənalandırmış, əsrinin modern qadınını təsvir etmişdir.

Çay

O dövrün rituallarından olan çay içmək ritualları Meri Kessattın rəsmlərində müxtəlif mənalar ötürmək yerləşdirilmişdir. Bu ritual sosial fəaliyyət halına gələrək qadınlara xas olan bir deyim formasını almışdır. Rəsmdə Kessattın özünə məxsus olan evin qonaq otağında iki qadın fiquru təsvir olunmuşdur. Rəsmin fonunda çərçivə içərisində təsvir olunmuş bəzək əşyası rəsmi, mərmərdən olan bir ocaq, üzərində nazik xəttləri yerləşən divar kağızı görünür. Rəsm olunan iki qadın Parisin orta sinifinə məxsusdur. Qadınların qarşısında yerləşən masada antik gümüş çay dəsti təsvir edilib. Bacısı Lydia qəhvəyi rəngli donda əllərini çənəsinə dayamış bir vəziyyətdə oturmuş, təsvir olunan qonaq isə çayını içməkdədir.

Ukiyo-ee rəsmlərinin (ənənəvi yapon rəsmi) ən diqqət çəkici xüsusiyyətlərindən biri rəsmlərdəki kompozisiyalarda göstərilən dioqanal strukturdur. Bu struktur perspektivi mümkün olduğu qədər azaldır. Tamaşaçını rəsmin səthini sanki boya ləkələri ilə əhatə olunmuş düz bir sahə olaraq görməyə istiqamətləndirər. Rəsmlərdə davam edən hadisələr görülən çərçivənin kənarında davam etdirilərək tamaşaçının zehnində kompozisiyanı tamamlayır. Əsasən, ana rəng tonlarının istifadə olunduğu rəsmlərdə tamaşaçıya isti bir harmoniya təqdim olunur.

Bu rəsmdə evin daxilində olan fiqurlar üzərində açıq, tünd rəngləri ilə işıq təsirləri formalaşdırılmışdır. Çay dəsti üzərində istifadə olunan ağ rəng ilə işıq təsirləri yaradılmışdır. Rəsmdə dioqanal istiqamət üzərində yerləşdirilən rəsmlər göz səviyyəsində təsvir olunsa da, kompozisiya hərəkətli təsvir təsiri bağışlayır. Əsərdə çay fincanı dodaqlarına tutub çayı içən qonağın üzü demək olar ki, tamamilə gizlənmişdir.

Bir fincan çay

Bir fincan çay” portretində təsvir olunan model bacısı Lydiadır. Bu əsərdə Kessattın rənglərlə bağlı mövqeyi açıqca görülür. Əsas obrazın çəhrayı geyiminin kölgələri kreslonun qolunda, qabın üzərində, ağ rəngli əlcəkdə və fiqurun simasında görülə bilir. Arxa planda isə mavi və yaşıl rəng tonlarının görüntüsü vardır. Arxa fonda görülən yaşıl rəng ilə fiqurun üzərindəki çəhrayı rənglər bir-biri ilə harmoniya yaradır. Obrazın üzərində papaq və əlcək təsvir olunması onun bu evdə qonaq olduğunu bildirir. Qonaq evin xanımı tərəfindən təqdim olunan çayı içməyə hazırlaşır.

Sürücü oturacağında qadın və uşaq
Sürücü oturacağında qadın və uşaq

Sürücü oturacağında qadın və uşaq” rəsmində, əsasən, isti rəng harmoniyası üstünlük təşkil edir. Əsas planda qadın və qız uşaq təsvir olunmuşdur. Obrazlar üzərində işlənən işıq təsvirləri ilə diqqət ilk olaraq bu nöqtələrə çevrilir. Eyni zamanda arxa fonda istifadə olunan tünd yaşıl rəng tonları ön fonda təsvir olunan fiqurların diqqət mərkəzində olması baxımından əhəmiyyətli təsir yaratmışdır.

Uşağı vannası

Uşağın vannası” rəsmində o, qeyri-adi kompozisiya təsvir etmişdir. Rəsmdə cəsarətli naxışlar, düz bir perspektivlə klassik olmayan bir tərzi özündə birləşdirir. Rəsmdə yerləşən təsvirlər, eləcə də, qadının geyiminin xətləri uşağın çılpaqlığını daha aydın göstərməyə xidmət edir.

Qayıqda ana və qızı

Meri Kessatt 1900-cü illərdən sonra, əsasən, ana və uşaq portretləri üzərində çalışmışdır. Bu portretlər Məryəm və uşaq İsa rəsmlərini yadımıza salsa da, Cassattın rəsmlərində rəsmi ton yoxdur. Bu rəsmlər bütün təbiiliyi ilə təsvir olunmuşdur.

Gənc oxucu

Öz ölkəsi tərəfindən daha gec tanınan Kessatt Fransada incəsənətə göstərdiyi töhfəsinə görə “Legion d’Honeur” adını qazanmışdır.

Böyük şlyapalı qız

Feminist düşüncələri ilə tanınmış, qadınların seçmək və seçilmək hüququ üçün aparılmış mübarizə hərəkatlarına aktiv bir feminist olaraq dəstək vermişdir.

Kessattın sənətinə son qoyması şəkər xəstəliyinə tutulması ilə bağlı olmuşdur. Görməklə bağlı böyük problemlər yaşayan sənətçi, demək olar ki, ölümünə qədər korluq halında yaşamışdır. O, 1926-cı il 14 iyun tarixində Fransada vəfat etmişdir.

Mavi içində Margot
Margot
Narıncı geyimli uşaq
Yaşıl papaqlı Sarah
Yataqda səhər yeməyi
Yay zamanı
Parkda
Ailə

William Harrisonun portreti
Bacılar
Bağda cavan qadın
Robert və qayığı

Qara libaslı Gardner Cassatt
Pəncərə önündə yasəmənlər
Elsie Cassatt və böyük it
Mirvari boyunbağılı qadın
Moses Dreyfus portreti
Oxucu
Sənətçinin portreti
Bağda uşaq
Seville’nin xanımı portreti
Toreador
İspan rəqqasəsi
Bacchante
Süd içən oğlan

 

Mənbə: Rəsmlər – https://www.wikiart.org/en/mary-cassatt

http://www.leblebitozu.com/mary-cassattin-eserleri-ve-hayati/

Tərcümə: Bənövşə Su

Redaktə etdi: Pəri Abbaslı

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin