Panik Atakların Aradan Qaldırılmasında Koqnitiv Davranış Terapiyası

0

“Panik atak” anlayışı insanların son zamanlarda tez-tez eşitdiyi anlayışlardan biridir. Şəxsin həm öz bacarıqlarına maneə olması, həm də qayğılarının sosial həyatına təsiri ilə həyatına ciddi maneələr yaratdığını deyə bilərik. Bəs bu panika pozuntusu nədir?
Panik atak diaqnozu qoyulması üçün aşağıdakı göstəricilərdən ən az 4-nün olması vacibdir : yüksək ürək döyüntüsü, tərləmə, titrəmə, nəfəs darlığı, ya da boğulurmuş kimi olmaq, döş qəfəsinin daralması, ürək bulanması, qarın ağrısı, baş gicəllənməsi hiss etmək, keyimə, bədənin bəzi hissələrinin qıcıqlanması, üşümək və ya hərarətlənmək, nəzarəti itirmək, dəli olmaq və ölüm qorxuları.

Xüsusilə də internetdən istifadənin artması ilə insanlar bu narahatlıq əlamətlərini internetdə axtararaq özlərinə müəyyən diaqnozlar qoya bilirlər. Ətraflarından eşitdikləri real olmayan məlumatlar, yanlış düşüncə metodları və ya narahatlıq yarada bilən münasibətlər şəxslərin narahatlıqlarını daha da gücləndirə bilir və yanlış qavrayışa səbəb olur. Məsələn panik atak yaşayan pasiyentlərimin bir çoxu tez-tez huşunu itirməkdən qorxurdular. Bəzi məlumatlara ehtiyacları var idi. Huşunu itirməyin səbəbi adətən fizioloji olaraq ürək sürətinin və qan təzyiqinin birdən-birə aşağı düşməsidir. Ancaq panik hücumları olan insanlarda bu ikisinə diqqət artmaqdadır. Beləliklə əslində qorxduqları halın baş verməsi fizioloji olaraq mümkün deyil. Bu məlumatları bildikdə bunun özləri üçün çox faydalı olduğunu və həqiqətən də heç vaxt huşlarını itirmədiklərini demişdilər. Həmçinin panik atakın infakta səbəb olmadığını da anlamışdılar.

Panika tutmalarının təkcə bir səbəbi yoxdur. Ailədə bu narahatlığın olması kimi genetik faktorlar, ailə daxili münasibətlər və sosial mühit faktoru panika pozuntusuna səbəb ola bilir. Sanki, “Əgər bu faktorlar bizdə varsa, o zaman müalicəsi mümkün deyil.” dediyinizi eşidirəm . Bu gün bu mövzuda tədqiqatlar çox irəliləyib. Ən çox üzərində dayanılan nöqtə panik atak yaşayanların hər kəsin yaşadığı fiziki hisləri şişirib və təhrif edərək yozmalarıdır. Şəxs normal əlamətləri təhlükə kimi qavraması ilə yanaşı sanki, bədənindəki dəyişiklikləri eşidərək həssas hala gəlir. Hiss olunan yüngül bir həyəcan “infakt keçirəcəm” kimi yozulur. Adətən “birdən huşumu itirsəm?” , “birdən ağlımı itirib dəli olsam?” , “birdən infakt olsam?” kimi “birdən olsa” düşüncə quruluşu hakim olur. Səhv yozulan əlamətin nəticəsində neqativ düşüncədən qaynaqlanaraq şəxsin ürəyi tez-tez döyünməyə başlayır və beləliklə şəxs özündə həqiqətən fiziki bir narahatlıq olduğuna inanır. Beləliklə şəxsin həyatına təsir edən, içindən çıxa bilmədiyi “qapalı dövriyyə” yaranır. “Birdən olsa” düşüncə qəlibinin arxasında adətən “qeyri-müəyyənliyə qarşı dözümsüzlük” anlayışı vardır. Qeyri-müəyyənliyi aradan qaldırsalar özlərinə nəzarət edə biləcəklər və beləliklə panika əlaməti göstərməyə səbəbləri olmayacaq. Lakin həyatda qeyri-müəyyənlik hər zaman mövcuddur və bunu aradan qaldırmağımız hər zaman mümkün olmur, çünki hər şeyə nəzarət edə bilmərik. Bu baş verməyəcək bir hadisə üçün, boş cəhddən başqa bir şey deyil. Bu səbəbdən vəziyyəti real şəkildə dəyərləndirməyi bacarmalıyıq.

Panika pozuntusu müalicə oluna bilən narahatlıqdır. Həm düşüncə quruluşundakı dəyişikliklə , həm davranış sınaqları ilə yanaşı, həm də bir sıra rahatlama məşqləri ilə dəstəkləndiyi zaman panik hücum təkrarlarının azaldığı və onların öhdəsindən gəlməyin mümkünlüyünü görmək mümkündür. Əsas olan şəxsin yaşamış olduğu vəziyyəti real düşüncələr çərçivəsində araşdırmaqdır. Məqsədimiz şəxsin fiziki durumunu şişirdilmiş şəkildə yozduğunu anlamasını təmin etmək və neqativ düşüncə quruluşunu dəyişdirməkdir. Bu dəyişiklik eyni zamanda şəxsin panik ataklarından dolayı özünü sərhədlədiyi fəaliyyətlərin kiçik addımlarla həyatına daxil etməsi ilə də başlayır. Çünki panika pozuntusundan dolayı insanlar əvvəllər zövq aldıqları fəaliyyətlərə, mühitlərə daxil olmaqdan çəkinirlər və bu şəkildə özlərini qoruduqlarını düşünürlər. Bu səbəbdən dolayı müəyyən zaman ərzində özünə hörmət hissi azalmağa başlayır və özlərinə olan inamı itirirlər. Terapiya seansları ərzində “exposure” dediyimiz üzləşdirmə texnikası ilə şəxslər addım-addım qorxduqları vəziyyətlərlə üz-üzə gətirilirlər və narahatlıqlarının yersiz olduğunu anlayırlar. Üstünə getmə texnikası şəxsin ən çox panik ataka səbəb olacağını düşündüyü vəziyyətdən, ən az çətinlik çəkdiyi vəziyyətə doğru bir siyahı şəklində planlanır. Ən asan olandan başlamağın məqsədi şəxsi bu sınaqlarda ürəkləndirmək və öz neqativ düşüncələrini məhv etməsinə zəmin yaratmaqdır. İşə yaradığını gördükdə bu davranış sınaqları daha avtomatik hala gəlir və şəxs hər dəfəsində seçimlərini bir vəzifə kimi təkrarlamaq məcburiyyətində hiss etmir özünü və öz-özünə sağlam davranış forması yaratmağa başlayar.

Bizim yanımıza gələn şəxslərin yaşadığı bu müəyyən təcrübələrin və anlamış olduqları fərqindəliyinin nəticəsində artıq əvvəlki qədər güclü panik atak yaşamadıqları görürük və bu prossesin öhdəsindən gəlmək bacarıqlarının sadəcə bu ataklara qarşı yox, həyatlarının digər sahələrdə də artdığını müşahidə edirik. Əslində üzərində işlənilən məsələ sadəcə panik atak deyil. Şəxsin özünü, ətrafını və dünyanı qavramasındakı yanlış inanclardır və zamanla bunlarda da bir zəncir kimi müsbət istiqamətdə dəyişiklik olduğunu görürük. Şəxs necə nəzarət edə biləcəyini öyrəndiyi zaman artıq panik atakları həyatından çıxara bilir.
Rahatlama məşqləri də müalicə zamanı tez-tez tətbiq olunur. Nizamlı nəfəs alıb-vermə məşqləri həm nəfəsi nizamlayarkən, həm də şəxsin o anda fiziki əlamətləri əvəzinə nəfəs alıb-verməyə fokuslanmasını təmin edir. Panik atak yaşayan şəxs sakit bir zamanda özünə vaxt ayırıb bunları tətbiq edərkən fiziki rahatlanma təmin oluna bilir. Bu məşqlərin vərdişə çevrilməsi üçün, ilk zamanlar nizamlı edilməsi məsləhət görülür. Sakit mühitdə qazanılan bu məşq vərdişlərini panik atak yaşanan zaman da tətbiq edərək rahatladıcı təsir əldə etmək olur. Digər məşq növü isə panika zamanı yaşanan vəziyyətin məşq edilməsin oxşardır. Sürətli şəkildə pilləkanlardan çıxıb-düşmək, idmana getmək, qaçmaq, başı sağa-sola döndərməklə qorxulan fiziki əlamətlər şəxsə yenidən yaşadılır. Panik atakdan əziyyət çəkən şəxs üçün, bu əlamətlər get-gedə tanış hala gəlir və narahatlığında azalmalar müşahidə olunur. Bu məşqlər nizamlı şəkildə təkrarlandığı zaman artıq əvvəlki kimi narahatlıq yaratmır. Təbii ki, tək halda bu məşqlər faydalı olmur, düşüncə və davranış qəlibinin dəyişməsinə kömək edir.

Öhdəsindən gəlmə barəsində daha vacib bir faktor da şəxsin dəyişiklik üçün necə səy göstərməsidir. Həkiminin fiziki narahatlığı olmadığını deməsinə baxmayaraq həqiqətən fiziki narahatlığı olduğuna inanan və bu inancının dəyişməməsi şəxsə maneçilik yaradır. Bu düşüncəni genişləndirmək barəsində birlikdə iş görüldüyü vaxt panik atakların öhdəsindən gəlmək də güclənər. Bu narahatlıqdan əziyyət çəkən şəxsin sosial ətrafının dəstəyi də vacibdir. Neqativ düşüncələrini möhkəmləndirən qayğılı insanlar bu müddəti pis yaşaya bilərlər. Ailədəki şəxslərin və ya yaxın dostların xüsusilə panik ataklara səbəb ola biləcək vəziyyətlər barəsində cəsarətləndirici hərəkətləri də vacibdir. “Sıx insan kütləsi arasına girərsə, yenidən panika yaşaya bilər” fikri ilə dostunu o vəziyyətdən uzaqlaşdıran şəxs əslində o adamın panik atakı ilə mübarizə aparma bacarığına əngəl olur. Bu səbəbdən də dostlardan da cəsarətləndirilmək üçün dəstək istənilə bilər.

İlk əvvəl əlamətlərin gündəlik həyatınıza və istəklərinizə necə təsir etdiyinə baxmalısız. Fiziki əlamətləri yanlış anlayırammı? Bu əlamətlərlə qarşılaşacağım üçün artıq istədiyim fəaliyyətlərdən uzaqlaşırammı? Növbəti panik hücum nə zaman gələcək deyə gözləyib narahat olurammı? Bu narahatlıqlardan dolayı ətrafımdakı insanların həyatını məhv edəcəyimimi düşünürəm? Öhdəsindən gəlmək üçün keçici həll olan spirtli içkilərə yönəlirəmmi? Əgər bu sualların fikir, hiss və davranışlarınızı əngəllədiyini düşünürsüzsə, mütəxəssiz dəstəyi almaq faydalı olacaqdır, çünki panik atakdan əziyyət çəkən şəxslər üçün ən faydalı yol bu mövzuda məlumatlanmaqdır. Bu halı yaşayan tək şəxs siz deyilsiz, yalnız deyilsiz!

Yazdı: psixoloq Tüğçə Ərguvan Əryılmaz.
Tərcümə etdi: Nərmin Şahmarzadə.
Redaktə etdi: Taleh Hüseynov.
Mənbə: http://www.tavsiyeediyorum.com/makale_8997.htm

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin