İmpressionizm: Pierre-Auguste Renoir

0

Pier Ogust Renuar (Pierre-Auguste Renoir) 25 fevral 1841-ci ildə Fransanın Limoges şəhərində ailəsinin 4-cü uşağı kimi dünyaya gəlmişdi. Atası dərzi idi. Ailəsinin maddi vəziyyətini düzəltmək üçün atası Parisə köçəndə balaca Pierre hələ dörd yaşında idi. İbtidai sinifdə oxuyanda eyni zamanda atasının yanında işləyir, ona yardım edirdi. 13 yaşında ikən ailəsinə kömək etmək üçün çini qablar bəzəyən bir ustanın yanına şagird olaraq verilir. Çini əşyalar üzərində rəsm çəkərək, o, həm də rəssamlığın texniki tərəflərini öyrənir. Günortaya qədər bu işdə işləyəndən sonra Louvre Muzeyinə gedir və heyran olduğu ustaların əsərlərinin surətini çıxarırdı. Daha sonra onu Tiziano, Veçaliyo (Vecellio), Tintoretto, Rubens, Fragonard, Delakroy (Delacroix) kimi rəssamlar zəncirinə bağlayan zövq özünü beləcə özünü göstərirdi. Bu və başqa təcrübələrdən 8 il sonra Renoir Gözəl Sənətlər Məktəbinə qəbul oldu. Bir il müddətində yoldaşlar Alfred Sisley, Frederic Bazille və Claude Monetlə birgə Gleyrenin dərslərini izlədi, Narsis Diyaz (Narcisse Diaz)ın cəsarətləndirməsi ilə Fontainebleau meşəsində “motiv üstündə” işlədi.

Renoir və İmpressionizm

1864-cü ildən başlayaraq rəssam Salonda sərgi açmağa çalışırdı, 1865-də qəbul edildi, 1866-da Corot və Daubignynin müdaxiləsinə baxmayaraq rədd edildi. 1 il sonra Courbetin o vaxt Renoirin üstündəki təsirini açıq-aydın göstərən “Ovçu Diana” adlı əsəri ilə də bəxti gətirmədi. 1868-ci il Salonunda yenə Courbetin təsirilə ilə yaradılan “Çətirli lisey” adlı tablosunu sərgilədi. Amma bir müddət idi ki, əsərləri bir az sonra meydana çıxacaq impressionizm cərəyanının nümayəndələrinin əsərləri ilə eyni gedirdi: Məşhur Grenouillere ( Qurbağalı dərə, 1869) tablosu çəkilməsinə görə yeni cərəyanın üslubunun təməllərini qoyan ilk əsərlərdən biri kimi meydana gəldi. Bununla birlikdə hər nə qədər Grenou­illere və 1869-1870-ci illərində etdiyi bir neçə rəsmlə Renoir impressionist rəsmin əsas komponentlərini (tonların bölünməsi və matlıq) təsdiq etdisə də, matlığın inkar edilməsi hələ 1872-ci ildə ənənəvi olaraq impressionizm dövrünə məxsus əsərlərin çoxunda mövcuddur (Loca, 1874; Uzun Otlar Arasındakı Cığır, 1874; Le Moulin de la Galette, 1876; Yelləncək, 1876; Jeanne Samary’nin Portreti,1877; Chatou’dakı Qayıqçılar). Bu inkarın sənətkarın həmin müddətdəki plastik tədqiqatlarının əsasını təşkil etdiyi düşünülür. Rəssam bir müddət sonra bəzi tənqidçilər tərəfindən anti-impressonist olaraq tanınmasına (Andre Lhote`a görə Renoir də Cezaime kimi anti-impressionist bir rəssamdır) səbəb olan rəsmlər çəkməyə başladı. Renoirin 1872-dən sonra Delocroixə böyük heyranlıq hissi iştirak etdiyi 1874, 1876 və 1877 impressionist sərgilərindən sonra keçirdiyi və 1879 Sərgisində (Xanım Charpentier və uşaqların portreti, 1878) böyük uğur əldə etməsinə səbəbkar bu təkamülə heç də tərs deyildir. Həqiqətən də, 1879-cu ildəki əsərlərini dostları kimi sərgiləməkdən imtina etmişdir.

“İngresvari” dövrü tədqiqatları

1881-1882-ci ildə İtaliyada bir müddət qalan sənətkar orada florensiyalı ustaları, Rafaelloyu, Pompeidəki freskaları yaxından müşahidə edə bildi. 1883-1884-cü illər arasında isə impressionizmdən tamamilə uzaqlaşdığını elan etdi. 1883-cü ilə doğru bağların qırıldığını deyən sənətkar impressionizmin sonuna qədər getdiyini və müəyyən bir nöqtədən sonra nə rəsm çəkməyi, nə də naxış vurmağı bildiyi nəticəsinə gəldiyinə, qısacası, çıxmaz bir yola girdiyinə inanmışdı. Reonirin “quru” və ya “ingresvari” (1839-1890) olaraq tanınan yeni dövrünün əsas xüsusiyyəti naxışların daha diqqət çəkən olması, daha sonra fiqurları daha dolğun konturlarla göstərməyə və işığı düz bir formada dağıtmağa başlaması idi (Les Grandes Baigneuses, 1883-1885).

“Sədəfli dövr” və son əsərlər

1890-cı ilə doğru Renoirin yeni üsluba keçdiyi görünür. Bu üslubun əsas xüsusiyyəti fırçanın daha yumşaq və axıcı olması, sənətkarın şəffaflıq effektinə yer ayırmasıdır. Bu dövr “sədəfli dövr” adlandırılır. Sədəfli üslubun əlli yaşına yaxınlaşan Renoir tərəfindən mənimsənilməsi təsadüfi deyil. Sənətkar Andrey Lout (Andre Lhote)a görə bu dövrdə gənclikdəki əsərlərinin çat-çat olduğunu, tonlarının da xarab olduğunu sezmiş və bundan sonra qarışdırdığı boyalara qarşı daha diqqətli olmağa başlamışdır. Həqiqətən də, Rubens kimi o da boyaları qarışdırmağı azaltdı, yalnız incə və tək bir boya təbəqəsi ilə kifayətləndi.

Piano çalan gənc qızlar” rəssamın dövlət tərəfindən alınan ilk əsəri oldu. Bu, sözü gedən dövrün məşhur bir əsəridir. Artıq işləri ilə diqqət cəlb etməyə başlamışdı. 1897-dən sonra və ömrünün sonuna qədər Renoir istədiyi kimi və yenidən toxunuşsuz işləməyə başladı. Bu cür bir çox dolğun və çılpaq qadın rəsmini, əksər hallarda, bir oturuşda və qırmızı tonlardakı rənglərlə çəkdi.

Oynaq revmatizminə tutulmuş olan rəssam XX əsrin əvvəllərində daha mülayim iqlimi olan Cənubi Fransaya köçmək məcburiyyətində qaldı. Əvvəlcə Qras (Grasse)a, daha sonra Kənet (Cannet)ə gəlir. Ardınca Cagnesə gedir və burada 1912-ci ildə qol və ayaqları iflic oldu. Eyni ilin avqust ayında əməliyyat keçirən sənətkar ömrünün geridə qalan yeddi ilində də fırça əlinə bağlı bir şəkildə şəkil çəkməyə davam edir. 1919-cu ildə öldüyü vaxt geridə çoxlu sayda və mühüm əsərlər qalmışdı. Sayı dörd mindən çox olan bu əsərlər Manet, Cezanne və Degasın əsərlərinin cəmindən daha çoxdur.

Jeanne Samary-nin Portreti / Portrait of the Actress Jeanne Samary

 

 

 

 

Kitab oxuyan gənc qız/ The Reader
Loja / La Loge
Qadın və pişik / Woman with a Cat
Bougivalda Rəqs / Dance at Bougival
The bathers
Çətirlər / The umbrellas
Claude Monetin Portreti / Claude Monet Reading
Piano çalan gənc qızlar / Young girls at the Piano
Moulin de la Galettedəki Balo / La Moulin de la Galette

Mənbə:

Pierre-Auguste Renoir

Pierre Auguste Renoir Hayatı

Redaktə etdi: Pəri Abbaslı

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin