Gözləri teleskop kimi işləyən canlı

0

Adətən okeanlarda, dənizlərdə yaşayan canlılar çox zaman qeyri-adi göz quruluşları ilə diqqət çəkirlər. Belə canlılardan biri də dəniz darağıdır (scallop). Bu canlı qeyri-adi görmə sistemi ilə digər canlılardan fərqlənir. Dəniz daraqlarının 200 gözü var. Bu gözlərin hər birində işığı fokuslayan bir linza əvəzinə reflektor (güzgü) var. Bioloqlar 1960-cı ildən bəri bu çökük aynaların guanin kristalından yarandığını bilirlər. Guanin kristalı balıq pulcuğundan dəvə dərisinə qədər bir çox yerdə rast gəlinən çox yüksək əksetdirmə qabiliyyətinə malik bir maddədir.

Elm adamları araşdırılacaq nümunələri sürətli şəkildə donduran və formasını olduğu kimi qoruyub saxlayan mikroskop sayəsində dəniz darağının gözünə daha yaxından baxa biliblər. Əldə edilən nəticə kiçik güzgülərin və kristalların morfologiyasını orataya qoyur. Hər güzgü bir təbəqə strukturuna malikdir və mərkəzdə dalğa uzunluğunu əks etdirir və bu da onlara ətrafın məkan təsvirini verir.

Bizim gözlərimiz bir kameranı xatırladır, yəni ki, işığı retinaya fokuslayan bir linza var. Araşdırmaların nəticəsinə baxsaq, dəniz daraqlarının gözləri başqa bir texnologiyaya bənzəyir: İlk dəfə İ.Nyuton tərəfindən düzəldilən növünün ilk nümunələrindən olan əksetdirici bir teleskopa.

Professor Qaspar Cekli (Gáspár Jékely) biologiya və optikanın bu kəsişməsini, “Bu gözlərdə mənə görə Nyuton (Newton) ve Darvin (Darwin) bir araya gəlib” deyə açıqlayır.

Bir dəniz darağının ətraf aləmi necə gördüyünü demək hələ ki, çox çətindir, ancaq elm adamlarına görə bu dəniz daraqlarının üzərkən hərəkətlərini nəzarət altında saxlamaları üçün mütləq bir kənardan görmə olmalıdır. Tək retina qabağımızdakı mənzərənin tam görüntüsünü verir, amma dəniz darağının cüt retinası kənarların daha yaxşı bir görüntüsünü əldə etməyi mümkün edir. Bu periferik görmə qabiliyyəti onlara ətraflarında nəyin sabit, nəyin hərəkətdə olduğunu bildirir.

Nəticədə, dəniz darağı özünə məxsus göz quruluşu ilə inkişaf etmişdir və biz onu optik qurğularda yeni texnologiyaları inkişaf etdirmək üçün istifadə edə bilərik.

Əlaqəli video: https://www.youtube.com/watch?v=bbNfV2zoodU&feature=youtu.be

Mənbə: http://rasyonalist.org/yazi/gozleri-teleskop-gibi-calisan-canli/

Redaktə etdi: Pəri Abbaslı

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin