Mənasız bir hekayə

Dörd gün idiki xatirələrimin ən süni səhifələrindən bəzilərini qeyri-müəyyən bir narahatlıqla yazarkən qapının qorxaraq döyüldüyünü eşitdim,amma ayağa qalxmadım,cavabda vermədim.Zərbələr çox gücsüzdü mənimsə utancaqlarla işim yoxdur.

Səhəri gün həmin vaxtda qapının yenədə döyüldüyünü eşitdim,bu dəfə zərbələr daha güclü daha qərarlıydı.Amma o gündə qapını açmaq istəmədim,çünki rəftarını bu tezliklə tez düzəldənləri heç sevmirəm.

Daha sonrakı gün yenə eyni saatda zərbələr cəld bir tərzdə yeniləndi,daha yerimdən qalxmadan qapının açıldığını gördüm,qarşımda xüsusi bir özəlliyi olmayan,olduqca gənc,aydın üzlü,qızılı qıvrım saçlı bir adam görsəndi,tək bir kəlmədə demədən bacarıqsız bir hərəkətlə əyildi.Bir stul tapan kimi özünü onun üstünə atdı;ayaq üstündə durduğum üçün kreslonu göstərdi.Boyun əyəndən sonra ona kim olmasını soruşmağa haqqımın olmağını düşündüm,nazik olmayan səsiylə mənə adını və onu otağıma girməyə məcbur edən səbəbi deməyini xahiş etdim.Amma adam heç vəziyətini dəyişmədi,hələlik mənim üçün necədisə elədə qalmaq istədiyini həmin dəqiqə başa düşməyimi bildirdi:Bir yad.

“Məni sizə gətirən səbəb” deyə davam etdi gülümsəyərək “çantamın içində;onu bu dəqə göstərərəm sizə”.

Həqiqətəndə əlində sarı dəridən,kirli,dəmir zəncirli bir çanta olduğunun fərqinə vardım.Düz həmin dəqiqə çantanı açdı,içindən bir kitab çıxartdı. “Bu kitab” dedi,dəniz xəritəsiylə üzlənmiş,üz qapağında pas rəngində gül olan bir kitab uzadaraq, “mənim yaratdığım,qurduğum,düzəltdiyim və yazdığım bir hekayəni əhatə edir.Bütün həyatım boyu bu hekayədən başqa bir şey yazmamışam,icazə versəniz xoşunuza gələcəyini fikirləşirəm.Bugünə kimi sizi tanımırdım,təkcə məşhur olduğunuzu bilirdim.Bir neçə gün öncə sizi sevən bir xanım sizin,özünə təəccüblənməyən az sayda adamlardan biri,oxşarlarnızın bir çoxuna ölümü nəsihət etmək ürəkliliyinə sahib olduğunuzu göstərən tək adam olduğunuzu dedi.Bütün bunlara  görədə,əvvəlindən başına ən qəribə ,ən gözlənilməz macəralar gələn qəribə adamın hekayəsini danışan kitabı sizə oxumağı fikirləşdim.Qulaq asdıqdan sonra nə edəcəyimi deycəksiniz mənə.Əgər hekayəm xoşunuza gəlsə,bir ay içində məni məşhur edəcəyinizə söz verməlisiniz,yox əgər gəlməsə,bir gün içində özümü öldürəcəm.Mənə bu şərtləri qəbul etdiyinizi desəniz oxumağa başlayardım.O vaxta kimi tutduğum heç bir şeyi dəyişə bilməmək mövqeyimdən başqa heçbirşey edə bilməyəcəyimi başa düşdüm,sevimli olmağı bacara bilmədiyim gülümsəməklə hekayəyə qulaq asacağımı,istədiyi şeyi edəcəyimi dedim ona.

“Kim ola bilər” deyə düşünürdüm öz özümə. “Məni sevən,bu adama məndən söz açan?”Bir qadının məni sevdiyini heç bilmirdim,belə bir şey baş veribsədə belə mən buna izn verməzdim,çünki heyvana inananlardan daha rahatsız edən,daha gülünc bir vəziyyət yoxdur…”

Amma yad danışmağıyla deyilsədə ,açıq saçıq bir tərzdə,ayaqlarını sürtə sürtə bu fikirlərdən məni ayıltdı.Kitab açıq idi.Mənimsə diqqət etməyim lazım idi.

Adam oxumağa başladı.İlk sözləri qaçırdım.Daha sonrakılara diqqət etdim.Birdən qulaqlarımı şəklədim,kürəyimdən xəfif bir sızıltı keçdi.On yada iyirmi saniyə sonra üzümə istilik yayıldı.Ayaqlarım hirsli hirsli silkələndi-daha on saniyə  keçdikdən sonra ayağa qalxdım.Yad oxumağı kəsib mənə baxdı,bütün üz ifadəsiylə alçaqkönüllülüklə məni sorğu-suala tutmuşdu.Məndə onu öz baxışlarımla sorğu suala çəkirdim.Bəlkədə demək olarki yalvararaq amma onu göndərməyəcək dərəcədə axmaqlamışdım,ona təkcə hərhansı bir aristokrat cəmiyətin axmağı kimi belə dedim:

“Davam edin zəhmət olmasa”

Qəribə oxuma davam elədi.Stulda dayanmadan tərpənirdim,sızıltılar təkcə kürəyimdə deyil başımda,bütün bədənimdə yayılırdı.Üzümü güzgüdə görsəydim gülərdim,beləcə hərşey keçərdi.Bəlkədə üzümdə bayağı bir təəccüb yadakı yad bir qərarsızlıq görsənmişdi.Bir anlıq dinc oxuyanın sözlərinə qulaq asmamağa çalışdım,ancaq bu beynimi daha çox qarışdırdı.Adamın qızılı başı yaxşı cildlənmiş kitabın üstünə əyilmiş,oxumaqda olduğu hekayəni sözbəsöz,addım-addım,başdan sona qədər qulaq asdım.Bu vəziyyətdə nə etməliydim,yadaki nə edə bilərdim?Kitabı alıb parça-parça etməli,ayağımın altında əzməli,oda atmalıydım?Lənətlənmiş oxuyanı tutub linç etməli,yersiz bir ruh kimi otaqdan çöləmi atmalıyammı?

Amma bütün bunları nəyə görə etməliydim?

Nəysə sonunda oxuma qurtardı.Neçə saat davam etdiyini bilmirəm,amma təəccüblənməyimə baxmayaraq oxuyanın səsinin cılızlığını,alnının tərdən islandığını fərqinə vardım.Kitab örtülmüş,yenidən çantanın içinə qoyulmuşdu;yad gözləri əvvəlki kimi olmasada ,qayğıyla baxırdı.Çökməyim elə böyük idiki oda fərqinə vardı bunun,bir gözümü ovxalamağımı,ona nə cavab verəcəyimi bilmədiyimi gördükdə təəccübü dahada artdı.O anda mənə daha danışa bilməyəcəyim hiss gəldi,ətrafımdaki ən sadə şeylər belə birdən-birə baxışlarımın təsiri altında elə qəribə,elə düşməncəsinə bir dona büründülərki,hardasa bir sızıltı hiss etdim.

Bütün bunlar mənə pis,utanc verici görsəndi,çimkinən kimi oldum;altüst olmağımı bağışladacaq heçbir şeyim yox idi.Amma bucür darmadağın olmağımın bir səbəbi var idi.Üstəlik çox güclü bir səbəb:O adamın oxuduğu hekayə mənim daxili və xarici həyatımı başdan ayağa tam və dəqiq nəql etməsiydi.O zaman müddətində,dünyaya gəldiyim vaxtdan hiss etdiyim,arzuladığım,etdiyim hərşeyin,əslinə bağlı,amansız,detallı bir protokoluna qulaq asmışdım.Müqəddəs bir varlıq,doğduğum gündən bəri yanımda dayanmış,şahidi olduğu düşüncələrimi ,davranışlarımı yazmış olsaydı,bilinməyən oxuyucunun özünün fikirləşib qurduğunu irəli sürdüyü hekayənin tamamilə eyni olan bir hekayə olardı.Ən kiçik,ən gizli şeylərin hamısı qeyd edilmiş,bir fikir yada bir sevgi yaxudda gizli bir pislik yada alçaldıcı bir qisas belə yazarın gözündən qaçmamışdı.Qorxunc kitab mənim unutduğum,yalnızca ona qulaq asarkən xatırladığım hadisələrin yada düşüncələrin ən incə detallarını belə əhatə edirdi.

Təəccübüm,qorxum bu səhvsiz əminlikdən,narahat edici əminlikdən qaynaqlanırdı.Bu adamı heç tanımırdım.O da məni heç tanımadığını deyirdi.Vəziyyət yada vacibiyyət məcbur etmədikcə heç kimin bilmədiyi bir şəhərdə tak başıma yaşayırdım.Heçbir dostuma,əgər dostum olduğunu deyə bilərsəm,ruhumu sakitləşdirmək üçün çıxdığım səyahətlərdən,olmayacaq şeylərə hiss etdiyim könüllü ehtiraslarım söz açmamışdım.Nə özüm,nədə başqaları üçün həyatımla bağlı tam səmimi bir raport yazdım,üstəlik həmin günlərdə özümü başqa insanlardan gizlətmək üçün uydurma xatirələr yazırdım.

Elədisə arsızca,rəhmsizcəsinə köhnə xəritəylə örtülmü pas rəngli o iyrənc kitabında nəql etdiyi bütün bu şeyləri kimdən eşitmiş ola bilər?Ancaq bu adam bu hekayəni özünün uydurduğu fikrini irəli sürürdü,mənim həyatımı,bütün həyatımı quraşdırmış bir hekayə deyə irəli sürürdü.

Qorxunc bir şəkildə alt-üst olmuş,duyğulanmışdım,amma bir şeydən əmin idim:Bu kitab insanlara ötürülməməliydi.O kədərli,inanılmaz yazar və oxuyucu ölsə belə həyatımın dünyada adsız düşmənlərimin arasında yayılmasına ,tanınmasına icazə verə bilməzdim.

İçimdə sağlam,dayanıqlı olduğunu hiss etdiyim bu qərar yüngül bir şəkildə məni gücləndirməyə başladı.Adam sərsəmləmiş,demək olarki yalvararaq bir davranışla məni incələməyə davam edirdi.Oxumağı bitirməsindən iki dəqiqə keçmişdi.Narahatçılığımın səbəbini başa düşənə oxşamırdı.

Axırki danışa bildim.

“Üzr istəyirəm cənab,bu hekayəni uydurduğunuzdan əminsiniz?”deyə soruşdum. “Tamamilə” deyə cavab verdi. “İllərlə düşünüb quraşdırmışam onu,tez-tez qəhrəmanımın həyatında düzəlişlər,dəyişikliklər etdim.Amma bütün hamısı mənim kəşfimdir.”Bu sözlər narahatçılığımı dahada artırdı,amma bir sual daha verməyi bacardım:

“Xahiş edirəm deyin görüm məni daha əvvəl heç görmədiyinizə əminsiniz?Məni tanıyan birinin həyatımı danışdığını eşitdinizmi?”

Yad bu sözlərin qarşılığında təəccüblə gülümsədi.

“Sizə daha əvvəldə dedim”deyə cavab verdi.

“Qısa bir zamana qədər adaınızdan başqa heçbirşeyi bilmirdim,ancaq bir neçə gün əvvəl sizin ölümü nəsihət etdiyinizi öyrəndim.Amma sizin haqqınızda başqa heçbirşey bilmirəm”

Haqqındaki məhkəmə qərarı gerçəkləşmişdi,həyata keçməsi lazım idi.

“Oxumazdan əvvəl  dediyiniz şərtləri yerinə yetirməyə hələdə hazırsınız?” ciddi-ciddi soruşdum.

“Heç fikirləşmədən” titrək səslə cavab verdi. “Döyəcəyim başqa qapı yoxdur.Bu əsər mənim həyatımdır.Başqa heçbir şey edə bilməyəcəyimi hiss edirəm.”

“Onda sizə bunu deməliyəm”qaldığım yerdən davam elədim. “Hekayəniz axmaqca,tutarsız,iyrəncdir.Qəhrəmanım dediyiniz bezmiş bir avaradan başqa bir şey deyil,hissiyatlı oxuyucuların heç xoşuna getməyəcək.Dahada acımasız olub artıq sözlər demək istəmirəm”

Adamın bu sözləri gözləmədiyini çox yaxşı başa düşdüm,bir andaca gözlərinin örtüldüyünün heyrətlə fərqinə vardım.Birdən gözlərini açdı;təəccüb yada nifrət dolu baxışlarla baxdı.

“Çölə qədər məni ötürərsizmi?” təbii olmayan şirin bir səslə soruşdu.

“Əlbətdə”deyə cavab verdim.Papağımı geydim.Başqa heçbirşey danışmadan evdən çıxdıq.Sarı dəri çantası hələdə əlindəydi.Təəccüb içində suları qabarmış,qara daş divarlar arxasından şırıltıyla axan çayın kənarına qədər arxasıyca baxdım.Ətrafına baxıb onu xilas edəcək heçkimin olmadığını gördükdən sonra mənə tərəf çöndü

“Yazım sizi darıxdısa üzr istəyirəm”dedi. “Hesab edirəmki bundan sonra heçvaxt yaşayan birini darıxdıracaq vəziyətdə olmayacağam.Bacardığınız qədər tez unudun məni”

Bunlar son sözləri oldu.Ata minən kimi hasardan sürətlə aşıb əlindəki çantasıyla birlikdə özünü  çaya atdı.Onu bir daha görmək üçün yaxınlaşdım amma sular çoxdan qucaqlamışdı onu.Ürkək sarışın balaca bir qız intiharın fərqinə varmışdı,amma buna elədə təəccüblənmiş kimi görsənmirdi.Əlindəki fındıqları yeyə-yeyə yoluna davam elədi.

Bir iki yararsız cəhddən sonra evə qayıtdım.Otağıma girən kimi yatağıma uzandım,çox əziyyət çəkmədən yuxuya getdim.İzahedilməzin qarşısında məğlub olum kimi idim.

Bu səhər gec,qəribə bir hisslə ayağa qalxdım.Çoxdan ölmüşdüm,içimdə məni basdırmağa gələcəklər kimi bir hiss var idi.O dəqiqə dəfnimlə bağlı vəsiyyətimi yazdım,heçbir şeyin unudulmaması üçün dəfn işləri üzrə idarəyə getdim.Hər an tabutumu gətirmələrini gözləyirdim.İndidən özümü başqa bir dünyaya aid hiss edirdim.Ətrafımı əhatə edən hər şeyin keçmiş,qurtarmış,artıq məni cəzb etməyəcək bir görünüşü var idi.Bir dostum mənə çiçək gətirdi.Ona gözləməsini,onları qəbrimin üstünə qoymasını dedim.Mənə elə gəldiki gülümsədi.Amma insanlar heçnə başa düşməyəndə daima gülümsəyərlər.

 

Tərcümə:Səmid Məmmədov

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin