Həyatını sənətinə qurban verən fotoqraf – Werner Bischof

0

Özümü dünyanın əsl üzünü araşdırmağa məcbur hiss edirdim. Qənaətbəxş bir həyat sürmək istəyi bir çoxumuzun öz sərhədlərimizi də aşan möhtəşəm çətinliklərə korlaşmağımıza səbəb oldu.

26 aprel, 1916-cı ildə, İsveçrədə Werner Bischof dünyaya gəldi. Uşaqlıqdan müəllim olmaq arzusu onu arxasından bir xeyli qaçırtdısa da, 23 yaşında artıq o, azad bir fotoqraf kimi jurnallar üçün işləyirdi. 30-lu yaşları ərzində Avropa ölkələrinin bir çoxunu gəzib dolaşmışdı, gəzəyənliyi fotoqraflıq sənətinə böyük köməklər etmişdi.

Müharibədən sonra Avropa xarabalıqlarını öz sənətinin məhsulu kimi təqdim etdikdən sonra dövrünün aparıcı fotoqraflarından birinə çevrildi.

1948-ci ildə ən fantastik fotoqraflıq şirkəti sayılan Magnum Photos-a daxil oldu, 1949-cu ildə bu kompaniyanın tam üzvünə çevrildi. Bəhs edilən dövrdə Magnum Werner-dən başqa sadəcə 5 fotoqrafdan ibarət idi;  Robert Capa, Henri Cartier-Bresson, George RodgerDavid Seymour, and Ernst Haas.

Bischof-un humanist fotoqraf yaradıcılığının ən çox fokuslaşdığı nöqtə Avropada onun ətrafını əhatələyən dağıntı, ümidsizlik və yoxsulluq idi.

Life üçün 1951-ci ildə Hindistana getdi və sənətini sərbəst şəkildə idarə etməyə davam etdi. Paris Match üçün isə Vyetnam müharibəsinin əsaslı müharibə müxbirlərindən oldu. Və 1954-cü ildə maşın qəzasında həyatını itirdi.

“Atama suallar”

par198214-teaser-story-big

Werner-in öldüyü il dünyaya gələn oğlu 50 il sonra atasının paylaşılmamış əsərlərini “Atama suallar” adı altında topladı. O, atasının nə qədər humanist olduğunu dəfələrlə qeyd edir və yaşadığı bu qısa və qorxuducu dünyada daim yeni, gözəl anlayışlar, məfhumlar axtarışında olduğunu vurğulayırdı.

[Flute player on his way to Cuzo, Peru]. Werner Bischof
[Flute player on his way to Cuzo, Peru]. Werner Bischof
Kitabın öz sözündən fraqment:

“1916-cı ildə Böyük Müharibə Şimali Avropanı dəhşətli parçalanmaya məruz qoymuşkən Zürihdə – əczaçılıq firmasının uğurlu direktorunun ailəsində bir oğlan uşağı doğuldu. O, Werner adlandırıldı. Bu zaman doğulmaq üçün uyğun bir seçim deyildi və üstəlik, onun anası da tezliklə vəfat etdi. Uşaq vaxtlarında Werner həyatının ona ötürdüyü sifarişlə birgə ilbizləri yardı, onların şəkillərini çəkdi. Və bu da onun yaradıcılığının həqiqi işığı, zərif toxunuşlarla ortaya çıxdı.

Werner Bischof
SWITZERLAND. Zurich. “Floating snails”. 1936.

O, onun atasının arzuladığı kimi bir bədən tərbiyəsi təlimçisi olmadı. Yaxud digər dağıdıcı münaqişələrin kənarında bir zamanlar 1939-cu ildə, Parisdə rəssam olmaq istəyinin ardınca gedib rəssam da olmadı. O, Werner Bischof oldu. O, qarşılaşdığı və yaşadığı xaosun içində öz başına müqəddəs bir gözəllik və insanlıq tapan hesabsız sənət fotoqrafı oldu.

O, sadəcə 29 yaşında olarkən onun müharibə sonrası Avropanın yoxsulluq və ümidsizlik içində qalmış şəkilləri insanlıq üçün sonsuz ümid vəəd edirdi. 10 ildən az bir vaxt içərisində öldü. Ondan geriyə qalan isə son şəkillərinin arasından uçurumun kənarında fleyta çalan Perulu bir oğlan uşağı idi. İndi isə o ölüm cəzalı simvolik bir şəkildir. Bischof  yeni üzlər, həyatlar və harmoniya üçün axtarışa çıxarkən maşını Andes dağından yuvarlandığında öldü”.

1940-lar:

GERMANY. Frankfurt. 1946. A man looking at the ruined city.
Werner Bischof GERMANY. Frankfurt. 1946. A man looking at the ruined city.
[Cham women returning from market, Barau, Indochina]
[Cham women returning from market, Barau, Indochina]
SWITZERLAND. Zurich. Fashion picture. A model wearing orchids. , 1941
SWITZERLAND. Zurich. Fashion picture. A model wearing orchids. , 1941
Zurich. SWITZERLAND. 1941
Zurich. SWITZERLAND. 1941
Switzerland, Zurich. 1941
Switzerland, Zurich. 1941
'Sunflower Seeds', 1942.
‘Sunflower Seeds’, 1942.

1950-lər:

New York City, USA, 1953.
New York City, USA, 1953.
New York City, USA., 1955
New York City, USA., 1955
Harbour of Kowloon, Hong Kong, China , 1952
Harbour of Kowloon, Hong Kong, China , 1952
Children Selling Ivory Sticks to Soldiers in Hong Kong., 1952
Children Selling Ivory Sticks to Soldiers in Hong Kong., 1952
A Street Market Stall, Hong Kong., 1952
A Street Market Stall, Hong Kong., 1952
The public letter writer at his stand on the streets in Hong Kong, 1952
The public letter writer at his stand on the streets in Hong Kong, 1952

Mənbələr: 

https://en.wikipedia.org/wiki/Werner_Bischof

https://www.magnumphotos.com/photographer/werner-bischof/96

https://www.artsy.net/artist/werner-bischof?period=1940

Tərcümə etdi: Pəri Abbaslı

Redaktə etdi: Pəri Abbaslı

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin