İnsanlar hələ də təkamül edir, amma nəyə?

0

İnsanların hələ də təkamül etdiyi bizə məlumdur. Çünki təkamül etməyə məcburuq. Bəs biz nəyə təkamül edirik?

Hər nə qədər təbii seçmənin təsirindən çıxa bilsək də? Təbii seçmə nə təkamülün tək mexanizmidir, nə də təkamüldən bəhs etmək üçün sadəcə təbii seçməyə fokuslanmaq yetərlidir. Təkamülün riyazi fonu Hardi-Vaynberq (Hardy-Weinberg) qanununa əsaslanır. Hardi-Vaynberq qanunu isə aşağıdakı 5 şərt təmin olunduqca təkamülün baş verməyəcəyini göstərir:

  1. Təbii Seçmə olmayacaq.
  2. Fərdlər arası çoxalma təsadüfi olacaq, cinsi seçmə olmayacaq.
  3. Mutasiyalar (və digər dəyişkənliklər) olmayacaq.
  4. Populyasiya çox böyük olacaq, sərhədli olmayacaq. Genetik sürüşmə olmayacaq.
  5. Populyasiya daxilində və ya populyasiya arasında köç və gen transferi olmayacaq.

Bu şərtlərin sayı bəzi mənbələrdə 7-yə kimi qalxır; ancaq bu 5 şərt əsas qəbul edilir. Hardi-Vaynberq qanununda deyilir ki, bu şərtdən 1 dənəsi pozulsa belə o, populyasiya təkamül etməyə məcburdur! Çünki biri belə pozulduğu halda populyasiya daxilində genlərin rastgəlmə tezliyi dəyişəcək. Təkamülü sürətli müşahidə etmək üçün təbii seçmə aktiv olmalıdır. Ancaq təkamül sadəcə seçmədən asılı deyil. Təkamülün texniki tərifi nəsillər içərisində populyasiya daxilindəki gen frekansının (rastgəlmə tezliyi) dəyişimidir. Yuxarıdakı 5 ünsür də genin rastgəlmə tezliyini birbaşa dəyişdirə biləcək faktorlardır. Bəziləri daha güclüdür, bəziləri daha zəif. Ancaq bunlardan 1 dənəsi belə etibarsızdırsa; yəni populyasiyada təbii seçmə və ya cinsi seçmə varsa, ya da mutasiya (və ya digər dəyişkənliklər) varsa, populyasiya sonsuz sayda fərdə sahib deyilsə və ya köç yaşanırsa, o populyasiya təkamül etməkdədir. Nöqtə.

İnsan populyasiyaları üçün Hardi-Vaynberq qanununun bu şərtlərindən 1 və ya 2 dənəsi deyil, heç biri təsdiqlənmir! Yəni 5 faktor hələ də üzərimizdə təsirli olsa da, funksionaldır. Nəticə etibari ilə, növümüz hələ də təkamül etmək məcburiyyətindədir və təkamül edir də… Bəli, dediyimiz kimi təbii seçmənin təsirini tibb vasitəsilə xeyli qırmışıq  və bu, onsuz da, yavaş bir proses olan təkamülü yavaşlatmağımıza səbəb oldu. Ancaq dayandırmadı. Yavaşlatmaq ayrı, dayandırmaq ayrı.

Yaxşı, bəs nəyə doğru təkamül edirik? Gələcəkdə nəyə bənzəyəcəyik? Scientific American jurnalının sentyabr 2014 sayında mütəxəssislər “Gələcək növümüzə nə gətirəcək?” sualına fikirlər bildirdilər. Bu fikirlər tək bioloji deyil, həmçinin mədəni və texnoloji xarakter daşıyır, çünki sözügedən yazıda da deyildiyi kimi bu gündən etibarən milyonlarla il sonrasına qədər baş verə biləcək bütün mühit dəyişkənlikləri və genetik məlumatları bilmədən gələcəkdə nəyə təkamül edəcəyimizlə bağlı fikir bildirə bilmərik. Bu, çox təəssüf ki, mümkün deyil. Ancaq yenə də akademiklərin bu çətin suala verdikləri cavabları oxumağınızı tövsiyə edirik:

“Təkamül gələcəkdə nələr olacağını bilməyimizə imkan verən bir zaman məsafəsi deyil. Biz sadəcə keçmişdə nələr olduğunu bilə bilərik. Bunun üçün bəzi fərdlərin digərlərindən daha çox yaşaya bilən balaları olmasının səbəbini bilməli, yüzlərlə və minlərlə nəsildir təbii seçmənin  hakim olduğundan əmin olmalı və bu fərqliliklərin altında yatan genetik və fenotipik fərqlilikləri bilməliyik. Ancaq bütün bunların hamısını bilə bilmərik, bilmirik də. 1 milyon il sonra baxmalı və nələr olduğunu görməliyik.”

– Missouri Universitetinin paleontropoloqu Carol V. Ward

“Bizimki kimi böyük bir populyasiya daxilində faydalı biyoloji yenilikləri qazanmağın heç bir yolu yoxdur. Çatışmazlıqlarımızın fərqinə varmaq üçün kompensasiya yollarını tapacağıq, amma əgər populyasiyamızda bəzi dəhşət verici parçalar olarsa, bioloji təkamül müddətində nəticə əldə etməyin yolu yoxdur. Bütün diqqət mədəni/texnoloji cəbhədədir.”

– Nyu-Yorkdakı Amerikan Təbiət Tarixi Muzeyinin paleontropoloqu lan Tattersall

“Seçmə inkişaf etmiş ölkələrdə az çox işə yaramışdır. Əgər diqqət yetirsəniz, qlobal xüsusiyyətlər fərqlidir; cild rəngi və digər xüsusiyyətlərin dünyadakı genetik nisbəti dəyişəcək və bunun nəticəsində demoqrafik səbəblərlə Afrikalıların sayında çox böyük artım olacaq. Ancaq indiyə qədər olan bu təsirlər inkişaf etmiş ölkələrdə çox kiçik idi.”

– University College London’ dan genetik mütəxəssis Steve Jones

“5000 il sonra zehnimizdəkiləri kompyuterə yükləyə biləcək, uzaq dünyalara gedə biləcək və şəbəkə içərisində sonsuza qədər yaşaya biləcəyik?”

Georgia Regents Universitetindən Nevroloq Joe. Z.Tsien (Yaddaş kodu-Scientific America iyul 2007)

“Süni zəka insan şüurunun müxtəlif komponentlərini əhatə edərək bu komponentləri qeyri-insani bir quruluşda birləşdirə bilər – bu da bizi lazımsız edər.”

Washington Universitetindən paleontoloq Peter Ward (İnsanlığın Gələcəyi-İnsanlar Necə Təkamül Edərək Dəyişəcək?/ Scientific America Yanvar 2009)

Tərcümə etdi: Aysel Əliquliyeva

Mənbəhttps://evrimagaci.org/photo/tr/insanlar-hala-evrimlesiyor-fakat-neye

Redaktə etdi: Pəri Abbaslı

 

 

 

 

 

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin