Qustav Kurbe (ing. Gustave Courbet, 10 iyun 1819-cu ildə Ornans, Fransada  doğulmuş, 31 dekabr 1877-ci ildə La Tur de Peylz, İsveçrədə vəfat etmişdir) fransız rəssam və realizm cərəyanının lideri olmuşdur. Kurbe məişət hadisələrinə onun öz predmeti ilə yanaşaraq öz dövrünün romantik rəssamlığına qarşı gəlmişdir. Onun “Rəssamın studiyası” (1854-1855) kimi böyük kölgəli rəsmləri sərt fiqur qrupları ilə digər müəssisələr tərəfindən böyük tənqidi yanaşmalara məruz qalmışdır. 1860-cı ildən onun yaradıcılığı daha hissiyyatlı və rəngarəng hal almışdır.

Kurbe şərqi Fransada fermer ailəsində anadan olmuşdur. Royal kollecində və Bezansondakı incəsənt kollecində oxuduqdan sonra o, 1841-ci ildə Parisə hüquqşünaslıq təhsili almağa gedir. Lakin o, özünü Luvrdakı ustaların rəsmlərini daha dərindən araşdırmağa həsr edir. Ata və oğlun çox yaxşı münasibəti var idi və Kurbe atasına vəkil olmaqdansa rəssam olmaq istədiyi deyəndə atası razılaşır və deyir: “Əgər kimsə də imtina etməli olsa, bu, sən olacaqsan” və əlavə etdi ki, oğluna kömək etmək üçün lazım olsa, torpağını və üzüm bağlarını satmağa da hazırdır.

Bütün maliyyə problemlərindən azad olan gənc Kurbe özünü tamamilə incəsənətə həsr edə bildi. O, Dieqo Valaskesin (ing.Diego Velázquez), Xose de Ribera (ing. José de Ribera) və digər 17-ci əsr İspan rəssamlarının əsərlərinin nüsxələrini çıxararaq texniki ustalıq qazandı. 1844-cü ildə – 25 yaşı olanda bir neçə uğursuz sınaqdan sonra onun “Kurbe qara it ilə” (1842-1844) adlı avtoportreti hər il keçirilən və Fransanın İncəsənət Akademiyası tərəfindən maliyyələşdirilən sərgiyə – Salona qəbul olundu. Onun ənənəvi olmayan stilinə və cəsarətli predmetinə görə münsiflər tərəfindən 3 il qəbul edilməsə də, o, dayanmadan yenidən öz əsərini sərgiyə göndərməkdə israr edirdi.

1848-ci il inqilabı ikinci respublikanı və yeni liberal ruhları yaratdı və bu da qısa müddətdə incəsənətə güclü şəkildə təsir etdi. Salon öz sərgisini Luvun özündə yox, onun yanındakı Tüliri qalereyasında keçirdirdi. Kurbenin əsərləri orada 1849-cu ildə sərgilənməyə başladı və həm kritiklər tərəfindən, həm də cəmiyyət tərəfində müsbət qarşılandı.

1849-cu ildə o, Parisdəki xaotik həyatından uzaqlaşmaq və doğma kəndindən ilham almaq üçün Oranandakı ailəsini ziyarət etdi və özünün iki şedevri sayılan “Qaya parçalayanlar” və “Ornanda dəfn mərasimi” rəsmlərini burada hazırladı. 1849-cu ildə çəkilmiş “Qaya parçalayanlar” realistik şəkildə yararsız torpaqda fiziki iş ilə məşğul olan iki fiquru təsvir edir. Sonrakı ildə başladığı  “Ornanda dəfn mərasimi” isə 40-dan çox insanın təmsil etdiyi adi xalqın dəfn mərasiminin böyük təsvirini verir. Hər iki iş neoklassik və ya romantik məktəbindən qırağa çıxır. Onlar əsilzadələrin həyatını və emosiyalarını deyil, adi xalqı təsvir edir və onlar bunda realistik təcililik təsüratı oyadır. Kurbe öz adi xalqını qürurlu göstərmirdi, amma onları cəsarətli təsvir edir və dünya incəsənətinin sahib olduğu konvensiyalara sərt şəkildə qarşı çıxırdı.

Dövrünün bir çox yazıçı, filosofu ilə, həmçinin Çarlz Bodler (ing. Charles Boudelaire), sosial filosof Pier Cozef Prudon (ing. Pierre-Joseph Proudhon) tanış olan Kurbe digər müasir cərəyanlar ilə tam ayaqlaşan yeni realizm məktəbinin lideri oldu. Onun realizmi inkişaf etdirməsində əsas element onun ənənələrə və doğma bölgəsi Franş Konteyə, doğma kəndi Ornana olan bağlılığı idi. İsveçrəyə qısa səyahətdən sonra o, Ornana geri qayıdır və 1854-cü ilin sonunda 6 həftədə bitirdiyi böyük kanvasa: “Rəssamın studiyası“-a başlayır – bütün səviyyələrdən insani fiqurların təsvir edildiyi Kurbenin rəssamlıq həyatına bütün təsirlərin allegoriyası. Kurbe özü bütün fiqurlara qürrə ilə başçılıq edir, peyzaj üzərində işləyir və akademik ənənələri ifadə edən çılpaq modelə arxasını çevirirdi. 1855-ci ilin universal ekspozisiyasının münsifləri tərəfindən rəsm rədd edildikdən sonra Kurbe dostunun maliyyə köməyi ilə əsərlərini rəsmi ekspozisiya yaxın olan bir platformada sərgiləmək üçün öz realizm pavilyonunu açır. Sərgi uğursuzluqla nəticələndi, rəssam Yucin Delakura (ing. Eugène Delacroix) öz jurnalında Kurbenin utanmazlığını və istedadını yüksək qiymətləndirmişdi.

1855-ci ildə Kurbe Almaniyanı ziyarət edir, burada onu rəssam kolleqaları çox yaxşı qarşıladılar. 3 il sonra – 40 yaşında hələ də öz ölkəsinin kritikası ilə savaşan rəssam ənənəvi rəsm məktəbindən imtina edən, rəssam ilhamı üçün yalnız bariyer sayılan yeni nəsil rəssamlarının nümayəndəsi idi.

Kurbe bütün janrlar üzrə işləyirdi. Qadınları sevən rəssam rəsmlərində istilik və hissiyatla qadın fiqurlarını ilahiləşdirirdi. O, möhtəşəm portretlər çəkirdi, amma hər şeydən əvvəl o, Franş Konteni, meşələri, çayları, qayaları rəsm edirdi. 1865-ci ildə o, Ertera və Dovil qayalarının, Truvil və digər ikinci imperiya dövründə dəbdə olan kurort yerlərdə molbertini qurdu. Hava cərəyanlarını və qasırğa səmalarını diqqətlə müşahidə edərək o, dəniz peyzajları seriyasında qasırğanın memarisini uğurlu şəkildə təsvir etdi. Bu rəsmlər incəsənət dünyasına təsir edən və işığ, rəngləri obyektin sərt xətti forması kimi deyil, əksi kimi təsvir edərək daha da çox hissiyatlığa çatacaq olan impressionizmə yol açan seçilən naliyyətlər idi.

1870-ci ildə Fransa-Prussiya müharibəsi baş verdi, İkinci İmperiya düşdü, onun yerinə Üçüncü Respublika elan edildi. 18 mart 1871-ci ildə Fransada III Napoleona sadiq qalmış, almanlar ilə sülh bağlamış və kommuna üzvləri tərəfindən nankor sayılan Versal ordusu ilə mübarizə aparmaq üçün Paris Respublika Kommunası quruldu. Təzəliklə rəssamlar federasiyasının prezidenti seçilən Kurbe muzeylərin yenilənməsində və illik Salonun qurulmasında, Kommunanın inqilabi işlərində iştirak etdiyi haqda günahlandırıldı. Muzeylərin açılması yerinə o, əsas ümumi xatirə yerlərinin, əsasən də “Sevr” çini zavodunun və Fonteblo sarayının qorunmasına qərar verdi, çünki Paris almanlar tərəfindən daim bombardmanlara məruz qalırdı. Kommunanın həddindən artıq hərəkətlərindən narahat olan Kurbe 2 mayda istefa verdi.

Kommuna 16 mayda Vandom meydanında yerləşən Napoleonun böyük ordusu şərəfinə qurulmuş kolonnanı məhv etmək qərarına gəldi. Lakin 28 mayda Kommuna Versal ordusu ilə dağıdıldı, Kurbe isə 7 iyunda dostunun evində azadlıqdan məhrum edildi. Kolonnanın məhv edilməsində günahkar sayıldığından hərbi məhkəməyə gətirildi. Heykəlin əks etdirdiyi militarizmə olan nifrətini bir neçə dəfə ifadə etdiyindən Kurbe bu hadisənin lideri olmaqla iddiham etdilər, halbuki, o, heykəlin məhv edilməsində iştirak etməmişdi. Qurbanlıq qoyun lazım idi və protestlərinə və faktiki hadisədən məsul şəxslərin İngiltərəyə qaçışlarına baxmayaraq, bu rola Kurbe seçildi. Ona 6 aylıq azadlıqdan məhrum olmaq qərarı və Fransa Respublikasının hökümətinə müvəqqəti başçılıq edən Adolf Tierin (ing. Adolphe Thiers) sayəsində minimal 500 franklıq cəza məbləği verildi. O, həbs müddətini əvvəlcə Sent Pelari həbsxanasında, xəstələnəndən sonra isə Parisdəki klinikada qaldı. Onu həbsxanadan çıxarılandan sonra gücünü yenidən qazanmaq üçün tezliklə Orana getdi.

1872-ci ildə Tierin istefasından sonra deputatlar Kurbenin işini yenidən gündəmə gətirdilər və kolonnanın yenilənməsi üçün lazım olan məbləğə görə məhkəmə işi açdılar. Onun bütün şəxsi mal varlığı, rəsmləri əlindən alındı və 500000 qızıl frank miqdarında cərimə verildi. Cəriməni ödəyə bilmədiyindən Fransanı tərk etməkdən başqa çıxı yolu olmayan Kurbe 1873-cü il 23 iyulda İsveçrə sərhədini keçdi və balaca Flerie kəndində yaşamağa başladı. O, yenidən işləməyə başladı, lakin Fransaya bu qədər yaxın olanda özünü təhlükəsiz hiss etməyib əvvəlcə Veviyə, sonra isə Bon Port (“Təhlükəsiz gəliş”) adlandırığı köhnə mehmanxananı aldığı La tur de Peylzə getdi. Orada o, 58 yaşında həm fiziki, həm də mənəvi cəhətdən əzab çəkmiş şəkildə vəfat etmişdir.

Kurbenin reputasiyası ölümündən sonra daha da artdı. Onu pisləyənlər onu sənətini yalnız onun sosialist düşüncələri əsasında qiymətləndirirdi, lakin bu faktı diqqətə almırdılar ki, onun siyası fikirləri onun mərhəmətindən və iztirablarından yaranırdı. Onun işləri ondan sonra gələn müasir cərəyanlara böyük təsir etmişdi. O, gələcək nəsillərə yalnız yeni texnologiyanı deyil, həm də yeni fəlsəfə vermişdir. Onun rəsmlərinin məqsədi əvvəlki məktəblərin bildirdiyi kimi reallığı rəngləmək və ideallaşdırmaq deyil, onu olduğu kimi göstərmək idi. Kurbe öz rəsmlərini idealizmin yaratdığı incəsənət şablonundan çıxartmağa nail olmuşdur.

Qustav Kurbenin yaradıcılığından nümünələrə aşağıda baxa bilərsiniz:

“Qara it ilə avtoportret”, 1842-ci il, Musée du Petit Palais (Paris), (http://the-athenaeum.org)
“Ümidsizlik, avtoportret”, 1843-cü il, şəxsi kolleksiya, (http://the-athenaeum.org)
“Ağ corablı qadın”, 1845-ci il, The Barnes Foundation (United States – Philadelphia, Pennsylvania), (http://the-athenaeum.org)
“Qaya sındıranlar”, 1849-cu il, II Dünya müharibəsinə məhv edilib, (http://the-athenaeum.org)
“Ornanda dəfn mərasimi”, 1849-1850-ci illər, Musée d’Orsay (France – Paris), (http://the-athenaeum.org)
“Rəssamın studiyası” 1854-1855-ci illər, Musée d’Orsay, Paris, France, (https://www.wikiart.org)
“Palavasdakı sahil”, 1854-cü il, Musée Fabre (France – Montpellier), (http://the-athenaeum.org)
“Bonjur, monsinyor Kurbe”, 1854-cü il, Musée Fabre (France – Montpellier), (http://the-athenaeum.org)
“İspan qadının portreti”, 1855-ci il, Philadelphia Museum of Art (United States – Philadelphia, PA), (http://the-athenaeum.org)
“Beatris Bovet”, 1864-cü il, Amgueddfa Cymru – Cardiff (United Kingdom – Cardiff), (http://the-athenaeum.org)
“Meşədə erkək və dişi maral”, 1864-cü il, şəxsi kolleksiya, (http://the-athenaeum.org)
“Ornan yaxınlığındakı yoxuşlar”, 1865-ci il, şəxsi kolleksiya, (http://the-athenaeum.org)
“Gözəl İrlandiyalı qız Conun portretı”, 1865-ci il, şəxsi kolleksiya, (http://the-athenaeum.org)
“Dalğa”, 1869-cu il, Philadelphia Museum of Art, (http://the-athenaeum.org)

Mətn üçün mənbə: https://www.britannica.com/biography/Gustave-Courbet

Rəsmlər üçün mənbə: http://the-athenaeum.org/people/detail.php?ID=347

Redaktə etdi: Pəri Abbaslı

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin