Dünyanın ən sirli 25 arxeoloji tapıntısı

0

Tarixin müəyyən bir mərhələsi haqqında məlumatlar təqdim etdiyi düşünülən arxeoloji tapıntıların hər zaman dəqiqiliklə dəyərləndirilmələri mümkün olmur. Bəzi şeylərin necə və nə səbəbdən var olmalarına dair olduqca maraqlı açıqlamalara səbəb olduqlarına görə insanın fikrini alt-üst edən bəzi tapıntılar hələ də bizləri cəzb etməyə davam edir. “Live Science“nin siyahıya aldığı bu 25 arxeoloji tapıntı ildən-ilə öz sirrini qoruyaraq insanları heyrətə salmağa davam edir.

  1. Antikythera qurğusu

Related image

Antikitera (Antikythera) qurğusu bir müəmma olaraq qalan ən böyük arxeoloji tapıntılardan biridir. Batan bir antik yunan yük gəmisinin qalıqlarından çıxarılan bu qurğunun astronomik məqsədlərlə istifadə olunduğu düşünülür. Arxeoloqlar bu alətin necə istifadə olunması haqqında araşdırmalarına davam etsə də, qurğunun olduqca qarışıq bir astronomik təqvim ola biləcəyini də iddia edirlər. 2000 yaşında olduğu bilinən bir gəmidən çıxarılması isə bu qurğunu o dövrə aid tapılan ən maraqlı antik qalıq edir.

  1. Kosta Rikanın daş kürələri

Image result for costa rica big stone

Çox böyük ölçüdəki bu daş kürələr cənubi Kosta Rikanın Diquis Deltasında yerləşir və bəzilərinin düzəldilməsi bizim eranın 600-cü ilinə rast gəlir. Orijinal dildə “Las Bolas“,yəni toplar olaraq bilinən bu abidələrin Kolumb öncəsi sivilizasiyalar tərəfindən vulkanik bir daş növü olan gabro istifadə edilərək düzəldilmişdir. Arxeoloqlar mükəmməl şəkildə oyularaq kürə halına salınmış bu daşların düzəldilməsində nisbətən daha balaca daşların istifadə olunduğunu iddia edirlər. Bu daşların tam olaraq nə üçün istifadə olunduğu hələ öz dəqiqliyini tapmasa da, daşların astronomik məqsədlər üçün istifadə olunduğuna dair fərziyyələr mövcuddur. Bir qisim arxeoloq isə bunların mühüm ərazilərin yerlərini işarələmək üçün istifadə olunduğunu düşünür.

  1. Stonehenge (Stounhenc)

Image result for 60,000-Ton Ancient Artifact

İngiltərədə tapılan tarix öncəsinə aid bu nəhəng tikili dünyanın ən məşhur arxeoloji tapıntılarından biri olaraq tanınır. Megalitik daşların (megalitik – daşların bir-birinə keçirilərək bir yerdə tutulması) əmələ gətirdiyi çevrə formasındakı bu tikilinin 4000 il əvvəl inşa edildiyi və ölçülərinin o dövrün insanları üçün həddindən artıq böyük olduğu düşünülür və necə inşa edildiyinə və hansı məqsədlə istifadə edildiyinə dair hələ də heç bir dəqiq açıqlama yoxdur.

  1. Kleopatranın məzarı

Kleopatra e.ə.305-30-cu illər arasında Misirə hakim olan Ptolemaios xanədanına mənsub hökmdarların sonuncusu olaraq bilinir. Həm Yuli Sezar, həm də Markus Antonios (Marcus Antonius)dan uşaqları olduğu bilinən Kleopatranın zəkası, gözəllliyi və sensasional romantik münasibətləri haqqında lazım olduğu miqdarda məlumata sahib olsaq da, onun haqqında bir gerçək hələ də öz sirrini qoruyub saxlayır: dəfn olunduğu yer.

Köhnə müttəfiqləri Oktavian tərəfindən Actium döyüşündə məğlubiyyətə uğradıqdan sonra Kleopatra və Antonionun özlərini öldürdükləri bilinir. Plutarx vaxtı ilə yazdığı bir əsərində cütlüyün bərabər dəfn olunduğu yeri Misir tanrıçası İsisin məbədinə yaxın, gözəl və göstərişli bir abidə olaraq tərif edir. Lakin məzarın tam olaraq harda olduğu hələ də tam olaraq bilinmir. Arxeoloqlar bu aşiqlərin məzarını biri tapsa belə, içinin boş ola biləcəyini, çünki antik dövrdə məzar oğurluğunun olduqca geniş yayıldığını bildirirlər.

  1. Qin Shi Huangın məzarı/ Gildən əsgərlər

1974-cü ildə Çinin Shaanxi bölgəsindəki çölçülər təsadüfən XX əsrin ən böyük arxeoloji tapıntısını gün üzünə çıxardılar: İmperator Qin Shi Huangın Terakota əsgərləri. Əslində e.ə. 259 ilə 210 illəri arasına təsadüf edən bu kəşfdəki əsgərlər özündə xüsusi bir sirr daşımır, çünki tarixçilər bu torpaqdan əsgərlərin imperatoru axirətdə qorumaq üçün düzəldildildiyini bilirlər. Əsl maraqlı olan şey isə bu imperatorun tam olaraq harada dəfn olunduğu və məzarının nə kimi xəzinələrlə zəngin olduğudur. İmperatorunun son istirahət yerinin inşasını anladan antik sənədlər xəzinələrlə dolu olan bu yeraltı sarayın Çində düzəldilmiş ən göstərişli məzar olduğunu iddia edir.

  1. Atlantida (Atlantis)

İlk olaraq e.ə. 360-cı ildə Platon tərəfindən bəhsi keçən bu mifik adanın sular altında qalmadan öncə  xüsusi bir dəniz gücünə sahib olduğu iddia edilir. Arxeoloqlar hələ də bu sirli adanın tarixi varlığı barədə mübahisə edirlər və vaxtilə var olması ehtimalına qarşı dünyanın bir çox batıq qalıntılarında tədqiqatlara davam edirlər. Varlığına dair dəqiq bir sübuta hələ də rast gəlinmiş olmasa da, Atlantida ağıllarda bir sirr olaraq yer tutmağa davam edir.

  1. Antik heyvan tələləri

İsrail, Misir və İordaniya çöllərini çarpaz kəsən xətlər şəklində inşa edilən bu qısa daş divarlar kəşf edildikləri tarixdən etibarən arxeoloqların ağıllarını qarışdırmağa davam edirlər. “Çöl çərpələngləri” olaraq da adlandırılan 64 km uzunluğundakı bu tikilinin e.ə.300-cü ildə inşa olunduğu düşünülür. İstifadə məqsədləri haqqındakı sirrin aparılan son araşdırmalar nəticəsində aradan qalxdığına inanan arxeoloqlar tikilinin vəhşi heyvanları ovlamaq məqsədilə hazırlanmış bir növ tələ olduğunu iddia edirlər.

  1. Nazca xətləri

Peruda yerləşən bu xətlərə yerdən baxanda çox da təsiredici bir görüntü sərgiləməsə də, onlara yuxarıdan baxanda vəziyyət bir qədər dəyişir. Arxeoloqlar bu görkəmli xətlərin geometrik şəkillərdən tutmuş heyvan, bitki və xəyali fiqurlara qədər müxtəlif şeyləri təsvir etmək məqsədilə çəkildiyini və təxminən 2000 il əvvəl düzəldildiyini  düşünürlər. Lakin nə məqsədlə inşa edildikləri hələ də bir çox mübahisəyə səbəb olan sirli bir mövzu olsa da, bir çox arxeoloq  xətlərin Nazca tanrılarının aralarındakı bir növ əlaqə metoduna işarə etdiyinə və ya təbiət ayinlərinin bir parçası olaraq inşa edildiyinə inanır.

  1. Giza piramidaları

Image result for giza piramidaları

Misirin böyük piramidaları haqqında arxeoloqların məlumatı yetərincə olsa da, hələ də gün üzünə çıxarılmadığı düşünülən xüsusiyyətləri də bu tikililəri sirli edir. Təqribən 5000 il əvvəl inşa edilən bu üçlü piramida kompleksi antik misirlilərin fironlarına hörmətlərini göstərmək üsulu olaraq dəyərləndirilir. Arxeoloqlar günümüzdə hələ də nə səbəbdən və necə inşa edildiyi mübahisələrə səbəb olan piramidaların içində yeni tunellər kəşf etməyə davam etdiklərini də vurğulayırlar.

  1. “Torino kəfəni”

Image result for torino kefeni

Həzrəti İsanın kəfəni olduğu düşünülən “Torino kəfəni” qədər mübahisə olunan başqa bir arxeoloji kəşf daha yoxdur demək mübaliğə olmaz. Bu uzun parça üzərində qan və bir adama aid olduğu düşünülən bəzi izlər daşıyır. 1353-cü ildə Katolik kilsəsi Fransanın Lirey bölgəsindəki bir kilsədə belə bir kəfənin varlığını rəsmi olaraq qeyd etdi. Əfsanəyə görə bu kəfən günümüzdəki cənubi Fələstindən Edessaya (Edessa qraflığı – Fələstin torpaqlarında 1098-1144-cü illərdə mövcud olmuş dövlət birliyi), yəni indiki Şanlıurfa bölgəsinə, oradan isə İstanbula gəlib. 1204-cü ildə xaçlıların İstanbulu yağmalamalarından sonra bu kəfənin onlarla birlikdə Afinaya gəldiyi bilinir. 1980-ci illərdə elm adamlarının əlinə keçən bu kəfənin həqiqətən İsaya aid olub-olmadığını anlamaq üçün test edən tədqiqatçılar kəfənin saxta olduğu qənaətinə gəldilər, çünki edilən testlər parçanın e.ə.1260 və 1390-cı illərdə düzəldilmiş ola biləcəyini ortaya qoydu. Lakin bu nəticəyə etiraz edənlər və bu testlərin kəfənin sonradan əlavə edilən, yəni yeni hissələrinə tətbiq olunduğunu, amma əslində, kəfənin daha qədim zamanlara aid olduğunu iddia edənlər də var.

  1. Göbəkli təpə

Image result for göbekli tepe

1994-cü ildə Göbəkli təpədə edilən müdhiş kəşf mədəniyyətin təkamülü haqqında o vaxta qədər bildiklərimizi zorlayaraq yeni sualların verilməsi gərəkdiyini ortaya qoymuşdur. Üzərində heyvan fiqurlarının oyulduğu daş sütunları ilə Göbəkli təpə inşa tarixinin e.ə.10-cu milenyuma dayanması səbəbi ilə dünyanın ən qədim ibadətxanası olaraq qəbul edilir. Əldəki tapıntılar Göbəkli təpənin yarı köçəri ovçular tərəfindən inşa edildiyini və cəmiyyətin hələ kənd təsərrüfatı ilə tanış olmadığını göstərir. Göbəkli təpənin kəşfindən sonra arxeoloqlar əvvəl oturaq həyata keçilib sonramı məbəd inşa edilməyə başlandığı, yoxsa bunun tərsinin də keçərli olub olmadığını mübahisə etməyə başladılar. Yəni daha əvvəldən qəbul edildiyi kimi öncə oturaq həyatamı keçildi, yoxsa Göbəkli təpə kimi dini məqsədlə inşa edilən abidələrmi insanları oturaq həyata yönləndirdi? Bu hələ də dəqiqlik qazanmayıb.

  1. Tomar

Mis bir lövhəyə yazılan bu tomar Ölü dəniz perqamentləri ilə birlikdə Kumran bölgəsində  yerləşən 3 nömrəli mağarada kəşf edildi. Mətndə çoxlu miqdarda qızıl və gümüşlə bərabər mədəndəki pullardan ibarət olduqca böyük bir xəzinənin qeydi tutulub. Lakin bu xəzinənin həqiqiətən var olub-olmadığını hələ də heç kəs bilmir. Alimlər tomardakı xəzinə qeydinin gerçəkmi, yoxsa bir xəyaldanmı ibarət olduğunu hələ də mübahisə edirlər. Mis tomarlarda  haqqında danışılan böyüklükdə bir xəzinə hələ ki, o torpaqlarda tapılmayıb.

  1. Tutanhamonun ölümü

Image result for tutanhamon

Tutanhamonun məzarının gün üzünə çıxarıldığı 1922-ci il tarixindən bəri “fironun lənəti” olaraq bilinən və məzara yaxınlaşan hər kəsin bir şəkildə öldüyünü anladan hekayələr qulaqdan-qulağa yayılmağa başladı. Fironun məzarının sirrindən daha da diqqət çəkən şey Tutanhamonun necə öldüyüdür. Arxeoloqlar bu kralın gözlənilməz bir şəkildə öldüyü və ölümünə ya bir infeksiyanın, ya da iki təkərli araba qəzası sonrası əmələ gələn yaraların səbəb olduğunu düşünürlər.

  1. Ahit sandığı

Ahit sandığı içində “Hz. Musaya Allah tərəfindən verilən 10 əmr” in yerləşdiyi qızıl üzlüklü bir sandıqdır. Antik dövrlərdə bu sandığın Qüdsdə yerləşən Birinci məbəddə saxlanıldığı bilinir. Ancaq məbədin e.ə.587-ci ildə Babil ordusu tərəfindən dağıdılıb yağmalanmasından sonra bu sandığın başına nələr gəldiyi haqqında heç kəs dəqiq məlumat verə bilmir. Tövratda bəhsi keçən bu hadisə və müqəddəs qalıntının izinə hələ heç kim rast gəlməyib. Bəzi antik mənbələr şəhərin yağmalanmasından sonra bu sandığın Babilə götürüldüyünü, bəziləri isə Qüdsdə bir yerə basdırıldığını deyir. Yeni tərcümə edilən qədim bir İbranicə mətn isə bu sandığın Məsihin gələcəyi günə qədər ortaya çıxarılmayacağı yönündə məlumatlar verir.

15.” Voynich”  əlyazması

Image result for voynich manuscript

XV əsrə aid olduğu bilinən 250 səhifəlik bu kitaba kosmoloji simvol, bitki və çılpaq qadın kimi bir çox fərqli fiqur daxildir. Vilfrid Voyniç (Wilfrid Voynich) adında bir antikvar əşyalar kolleksiyaçı tərəfindən 1912-ci ildə tapılan əlyazmanın içinə dair hələ ki, dəqiq bir məlumata sahib deyilik, çünki mətnin mənası hələ anlaşıla bilməyib. Ancaq mətnin unudulan bir dillə yazıldığına dair fərziyyələr yayılmağa davam edilir. Bu gün Yale Universitetində saxlanılan əlyazma bir çox elm adamının diqqətini çəkməkdədir.

  1. Hobbitlər

Image result for hobbitlər

2003-cü ildə İndoneziya açıqlarındakı Flores adasında minyon insan formasında sümüklər kəşf edildi. Homo floresiensis olaraq adlandırılan bu insan formasının ən diqqətəlayiq fiziki xüsusiyyəti isə yetkinlərinin ortalama 1 m uzunluğuna və 25 kq ağırlığına sahib olmasıdır. Arxeoloqlar əvvəl bu balaca sümüklərin mikrosefaliya xəstəliyinə sahib bir insana aid olduğunu düşünsə də, buna bənzər çox sayıda qalığın tapılması ilə yeni bir növün ortaya çıxarıldığını ortaya qoydular. Homo floresiensislərin insanların ataları ağacındakı yeri tam olaraq bilinmir.

  1. Dəlikli küp

Bu küp quruluşu gərəyi diqqət çəkməyə davam edir, çünki hər yerində dəliklər var. İkinci Dünya müharibəsindən sonra Londondan kənar bölgələrdən birində tapılan bu küpün Roma imperiyasının İngiltərədə hökmranlıq etdiyi vaxtlara aid olduğu (b.e.43-410) bilinir. Arxeoloqlar bu küpün vaxtı ilə bir lampa, ya da içində siçan və ya ilanın saxlanıldığı  bir qəfəs ola biləcəyini düşünürlər.

  1. Sanxingdui xəzinəsi

Image result for sanxingdui hazinesi

1986-cı ildə Çinin Sichuan bölgəsində arxeoloqlar Tunc dövründən qalma xəzinələrlə dolu 2 quyu kəşf etdiklərini bildirdilər. Quyularda bürünc heykəl və fil dişlərinin olduğunu bildirən tədqiqatçılar bu əl işlərinin Sanxingdui sivilizasiyası tərəfindən düzəldildiyini və bu sivilizasiyanın təqribən 3000  il əvvəl itdiyini bildirirlər. Minjiang çayının sahilləri boyunca yaşadıqları bilinən bu topluluğun bölgəni niyə tərk etdiyi və gedərkən hansı səbəblərdən bu nəsnələri torpağa basdırdıqları tədqiqatçılar arasında müzakirəyə səbəb olmuşdur.

  1. Nuhun gəmisi

Image result for noag ship

Bir çox insan Nuhun gəmisini tapdığını iddia edir. Lakin onun həqiqətən tapılıb-tapılmadığını dəqiq olaraq heç kəs bilmir. Əsrlərdir dünyanın müxtəlif yerlərindən olan arxeoloqlar Nuhun gəmisinin qalıqlarının Türkiyədəki Ağrı dağında olduğuna dair bir çox iddia irəli sürdülər. Lakin bəzi tədqiqatçılar bu məsələyə olduqca şübhə ilə yanaşırlar, hətta belə bir gəminin həqiqətən düzəldilib-düzəldilmədiyinə belə əmin deyillər. Eynilə Atlantida kimi Nuhun gəmisinin də harda olduğu öz sirrini qorumağa davam edən arxeoloji suallardan biridir.

  1. İtkin Mayyalılar   

Olduqca inkişaf etmiş bir sivilizasiya olan Mayalıların bizim eranın 900-cü illərində bilinməyən səbəblər nəticəsində yox olduğu məlumdur. Bəzi elmi araşdırmalar Mayalıların yox olmasında quraqlığın böyük rol oynadığını ortaya qoysa da, bəzi araşdırmalar bölgədəki torpaq pozuntusunun və ov heyvanlarının sayındakı azalmanın Mayalıların sonunu gətirdiyini iddia edir.

 

 

  1. Khatt Shebib divarı

Image result for Khatt Shebib üall

150 km boyunca uzanan daş bir divarın dəqiq bir məqsədə xidmət etdiyini düşünə bilərsiniz. Amma arxeoloqlar İordaniyada tapılan Kat Şebib (Khatt Shebib) divarının niyə, nə vaxt və kimlər tərəfindən inşa edildiyini hələ də müzakirə edirlər. Divarın uzunluğu göz önünə gətirildiyində bu divarın düşmən ordularının işğalına qarşı düzəldilmədiyi açıqca ortadadır. Heyvanların istilasından qorunmaq adına düzəldilmiş ola biləcəyi müzakirə olunur. Bir başqa iddia isə cütçülərin kənd təsərrüfatı əraziləri arasına bir növ sərhəd çəkmək adına inşa etmiş ola biləcəkləridir.

  1. İordaniyadakı böyük dairələr

Image result for The Big Circles in jordan

Khatt Shebib divarı İordaniyada tapılan antik tapıntılardan sadəcə biridir. 2000 illik olduğu düşünülən bu daş dairələr də arxeoloqların ağlını qarışdırmağa davam edir. Bu qısa divarlı dairələrin heç birində  insan ya da heyvanların keçməsinə icazə verən bir boşluq yoxdur. Nə məqsədlə düzəldildikləri isə hələ də sual altındadır.

  1. Cochno daşı

Image result for Cochno stone

Arxeoloqlar Şotlandiyanın Glasgow şəhərində 5000 yaşında bir daş lövhədə qazıntı və kəşflər ediblər. Daşın üzərindəki motivləri dəyərləndirən elm adamları bunun antik dövrlərə aid olan bir əsər olduğuna qərar veriblər. 1930-cu illərdə bu tapıntı üzərində tədqiqat aparan bir qrup arxeoloq daşın üzərindəki işarə və yazıların astronomik hadisələr ilə bir əlaqəsi ola biləcəyini düşünmüşlər. Lakin yeni araşdırmaya görə bu fikir doğrunu əks etdirmir. Tədqiqatçılar tarix öncəsi insanların bu daşı nə kimi vəziyyətlərdə istifadə etdiyinə dair araşdırmalarına davam edirlər.

  1. Super-Henge

Image result for Super-Henge

Stonehengeyə təqribən 3.5 km uzaqlıqda yerləşən bu nəhəng daş tapıntılar 2015-ci ildə gün üzünə çıxarıldı. Avon çayına yaxın və 4.5 m böyüklükdəki bu daşların nə məqsədlə istifadə olunduqları hələ də bilinmir.

  1. Su altındakı daş yığını

Image result for 60,000-Ton Ancient Artifact

2003-cü ildə bir qrup alim tərəfindən İsrail açıqlarında nəhəng bir daş yığını tapıldı. Bu abidənin 60000 ton ağırlığında və 10 m uzunluğunda olduğu təxmin edilir. Dünyanın bir çox yerində buna bənzər abidələr, ümumilikdə, mühüm bir məzarın yerini göstərmək məqsədilə  tikilir. Lakin bu abidəni kəşf edən tədqiqatçılar hələ də onun tam olaraq nə məqsədlə  düzəldildiyini tapa bilməyiblər. Bu daşların vaxtilə sahildə olduğu və dəniz səviyyəsinin yüksəlməsi nəticəsində sular altında qaldığı da təxmin edilənlər sırasındadır.

The cone-shaped structure beneath the Sea of Galilee.

 

Mənbə: https://www.cnnturk.com/yasam/diger/dunyanin-en-gizemli-25-arkeolojik-buluntusu?page=4

Tərcümə: Nübar Qafarova

Redaktə etdi: Pəri Abbaslı

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin