İmpressionist rəssam Edouard Manet və həyatı

0

İmpressionizm cərəyanı 19-cu yüzillikdə Fransada ortaya çıxmış və rəssamların işlərinə yeni bir ölçü gətirmişdi. Rəssamlar artıq öyrədilmiş akademik bilgilərlə deyil, obyekti özləri gördükləri qaydada çəkməyə, beləliklə, rəsmlərinə şəxsi fikirlərini qatmağa başladılar. Eduard Mane (Edouard Manet) fransız impressionist rəssamdır.

Modern sənətin banisi olan Eduard Mane 23 yanvar 1832-ci ildə Parisdə anadan olub. Atası varlı və məşhur vəkil, anası isə soylu zadəgan nəslindən idi. Bunun sayəsində Mane rahat və xoşbəxt uşaqlıq dövrü keçirmişdir. 12 yaşında ikən Rollin kollecinə girmiş, həyatı boyunca dostluq etdiyi Antonine Prust ilə burada tanış olmuşdu. O gənc yaşlarından rəsmlərlə maraqlanmış, muzey və sərgiləri gəzmişdir. Lakin atası onun rəssam olmasını yox, özü kimi vəkil və ya dənizçi olmağını istəyirdi. Dayısı Charles Fournier isə onun rəssam olması üçün israr edir və onu tez-tez Luvr muzeyinə aparırdı.  Mane kolleci bitirdikdən sonra dənizçilik məktəbinə göndərildi, lakin iki dəfə qəbul imtahanından nəticə ala bilmədiyi üçün 1848-ci ildə Braziliyaya getdi. O, Fransaya qayıtdığında özü ilə bir çox rəsm və eskizlər gətirdi. Atası oğlunun bacarığının şahidi olub onu həmin dövrün məşhur rəssamlarından olan Tomas Kyutorun (Thomas Couture) emalatxanasına dərs alması üçün göndərdi. Mane bu emalatxanada 6 il işlədi. Lakin bu sırada başqa rəssamlardan da dərs almışdı.

Manenin Ana və Atası

O, öz işlərinin çoxunda Parisin küçələrindən mənzərələrə yer vermişdir. Müğənnilər, qaraçılar, kafelərdəki insanlar, öküz güləşləri, dilənçilər kimi gündəlik həyatdan olan mövzularla maraqlanırdı. Öz rəsmlərində dini, mifoloji, tarixi mövzulara çox az yer ayırmışdır. O daha çox ətraf aləmə, təbiətə maraq duymuşdur. 1856-cı ildə o, Tomasın emalatxasını tərk etdi. Sənət və şöhrət yolunda atdığı addımlar digər insanlar tərəfindən dəstəklənmədi. Çünki 24 yaşındaki gənc rəssam Parisdəki həmin dövrün ehkamlarına qarşı çıxır, yeni və mütərəqqi bir rəsm sənətini ortaya qoyurdu. 1863-cü ildə çəkdiyi “Çöldə günorta yeməyi” tablosu ilə bağlı məhkəməyə verilmişdi. Bu tablo həmin dövrün əxlaq qaydalarına uymamasına görə tənqid olunurdu. Bu rəsm Manenin şöhrətini bir anda artırmışdı. 1865-ci ildə nümayiş etdirdiyi “Olympia” adlı tablosu daha böyük mübahisələrə səbəb olmuşdu. Mane gənc rəssamlara daha çox təsir göstərirdi, sonralar impressionizmi quracaq sənətkarlar Manenin rəsmlərini əsas ilham mənbəyi olaraq qəbul edirdilər.  Əsərlərindəki natamamlıq duyğusu və fotolara bənzər işıqlandırma bu işlərin modern görünməsinə səbəb olurdu. Bu üsul olun kopyaladığı renessans dövr tabloları ilə təzad təşkil edirdi. Edgar Degas, Claude Monet, Pierre-Auguste Renoir, Alfred Sisley, Paul Cezanne, Camille Pisarro impresionist rəssamlardan fərqli olaraq o əsərlərini müstəqil sərgilər yerinə Paris salonunda sərgiləməyi üstün tutdu.

Mane impressionistlərlə yaxın dostluq əlaqələri yaratmasına baxmayaraq, onların qrupuna girməmişdi. Məqsədi rəsmi  Paris Salonu tərəfindən tanınmaq idi. Həyatı boyunca realizmi dəstəkləyərək tarix, mifologiya kimi xəyali aləmə girmədən sadəcə öz gördüyünü təsvir etmişdir. Onun nümayiş etdiyi əsərlər tənqidçilərdən mənfi şərhlər aldı. Hər nə qədər impressionist axımına öz çalışmaları ilə ilham mənbəyi olsa da, impressionist sərgilərə qatılmırdı. İmpressionist rəssamların arasında yer almaq istəmirdi. Mane 1863-cü ildə Almaniyada anadan olmuş Suzanne Leenhoff ilə evləndi. Onlar eyni yaşda idilər və təxminən 10 il idi ki, bərabər idilər. Manenin 1861-ci işlədiyi “Qılınc daşıyan oğlan” və “Balkon” tablosunda arxada duran uşaq modeli Manenin Suzanne ilə evlilikdən kənar doğulmuş oğlu Leon Koella Lenhoff idi.

“Balkon” – 1869

Rəssamın ən önəmli rəsmlərindən biri erkən dövr işləmələrindən hesab olunan “Çöldə günorta yeməyi” idi. Bu əsərinə görə 1863-cü ildə Paris Salonundan rədd edilən Mane növbəti il rəsmini Rəddedilənlər Salonuna yerləşdirdi. Rəddedilənlər salonu Napaleon tərəfindən 1863-cü ildə Paris Salonunun 4000-dən çox əsərini rədd etməsindən sonra qurulmuşdu. Geyimli 2 kişi ilə çılpaq qadının ağaclıq bir yerdə yan-yana oturaraq söhbətləşərkən təsvir edildiyi bu əsər  əxlaqsızlığın zirvəsi olaraq xarakterizə edildi. Üstəlik çılpaq qadın izləyicinin gözünün içinə baxırdı. Tablodakı iki kişidən biri Manenin qardaşı, sonralar qaynı olacaq Ferdinand Lenhoff, çılpaq qadın isə rəssamın 12 il rəsmlərinə modellik etmiş Victorine Meurandti idi. Eduard Mane bu rəsmi Rafaelin “Parisin yarğısı” adlı ilk gözəllik yarışması və Venesiya Renessansının öndə gələn ustalarından olan Corcon Kastelfrankonun (Giorgione da Castelfranco)  “Pastoral konsert” adlı iki tablosundan ilhamlanaraq işlədiyini, yalnız mövzunu yeni bir üsulla işləmək istədiyini söyləmişdir.

Günahlandırma və tənqidlərə qarşı çıxaraq iki il sonra Mane “Olympia”-nı sərgiləmişdi. Rəsmdə çılpaq uzanmış qadın yenə izləyicilərin gözünün içinə baxırdı. Tənqidçilər bu dəfə Manenin fahişəliyi reklam etdiyini yaymağa başladılar. Olympia həmin dövrdə yüngül həyat tərzi keçirən qadınlara deyilirdi. “Olympia” sərgiləndikdən sonra tənqidlərə tuş gəldi və karikaturalarla, eskizlərlə Manenin çılpaqlığına göndərmələr edildi

 

 

Bu iki əsər modern sənətin başlanğıcı hesab edilir. Manenin “Çöldə Günorta yeməyi” əsəri 20-ci yüzillik rəssamlarından olan Picassonun diqqətini çəkmişdir. Rəssam bu əsərin 27 fərqli versiyasını, 140 eskizini, 3 karton maketini işləmişdir.

“İmperator Maximilianın vuruluşu” – 1867

 

“Kanservatoriyada” -1879
“İspan kostyumlu gənc qadın”- 1867
“Nina de Callias” – 1874
“Jeanne” – 1862
“Bahar” – 1881
“Leon Leenhoff və Susan Leenhoff” – 1868
“Fleytaçı” – 1866

 

“Küçə müğənnisi” -1862

Mane 40 yaşlarında yoluxduğu revmatizma xəstəliyindən vəfat etmişdir. Xəstəlik rəssamın ağrılar və iflic keçirməsinə səbəb oldu. Sol ayağı qanqren səbəbi ilə kəsilmişdi. O, 51 yaşında Parisdə doğulduğu kənddə vəfat etmişdir.

Mənbələr:

1.Edouard Manet

2. Edouard Manetin Mutlaka bilmeniz gereken 20 eseri

3.Edouard Manet Kimdir?

4. Edouard Manet Kimdir?

5. Kırda Öğle Yemeği

 

Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin