Ekspressionizm nəzmdə: Georg Trakl

0

Ölkəmizdə çox az tanınan avstriyalı şair Giorq Trakl (Georg Trakl) ekspressionist cərəyanı istiqamətində yazdığı şeirləri ilə diqqət çəkmişdir. 1887-ci ildə anadan olmuş, Vyanada əczaçılıq üzrə təhsil almışdır. 1912-ci ildə hərbi əczanədə işləməyə başlamışdır. Həmin müddətdə narkotik istifadəsinə başlayan (əczaxanada işləmək ona istifadə etdiyi narkotiki rahat əldə etməyə imkan verirdi) Giorq cəbhədəki dəhşətləri görmüş, ilk uğursuz intihar cəhdindən sonra xəstəxanada həkim nəzarəti altında olduğu, Birinci Dünya müharibəsinin bütün sürətilə davam etdiyi bir vaxtda – 1918-ci ildə artıq dozadan vəfat etmişdir.

Dərin bir həssaslıqla orijinal şəkildə yaratdığı əsərlərində kədər və özünün təməl insani hal olaraq qəbul etdiyi tənhalıq üstünlük təşkil edir. Birinci Dünya müharibəsinin təsiri ilə həmin kədər və ümidsizlik daha da dərinləşmişdir. Bu şeirlərin oxşar cəhəti tez-tez istifadə etdiyi müxtəlif bənzətmələr və qiyamət günü ilə bağlı alleqorik izahlarıdır. Yaşadığı müddətdə özünəməxsus bir tənhalıq, dərin kədərlə dolu aclıq, müharibələrə nifrət, pislik, çürümə və ölüm izlərini əks etdirən bir ekspressionist şair olaraq formalaşmışdır. Bu dövrdəki şeirlərində alman şairi Hölderlinin (Friedrich Hölderlin) də təsirini hiss edirik. Trakl son şeiri olan “Grodek“-də müharibələrin mənasızlığını və həmin müharibələrdəki insanların vəziyyətini çox təsirli bir şəkildə dilə gətirmişdir.

Yaşadığı mənəvi dalğalanmaların anasında da görüldüyü və buna görə də övladları ilə yaxşı maraqlanmadığı göstərilir. Giorq uşaqlıqda şən biri kimi görünsə də, get-gedə depressiv olmağa başladı. Onu başa düşən yeganə insanın bacısı olduğunu düşünürdü və buna görə ətrafındakı insanlardan uzaqlaşmağa başlamışdı.

Geyim tərzləri və uzun saçları ilə həmin dövrdəki orta təbəqədən seçilən dostları ilə birgə Dostoyevski, Nitsşe (Nietzche), Verleyn (Verlaine) və Beudleyr (Baudelaire) oxumağa başladılar. Dostları ilə şeir qrupu qurdu, lakin şeirləri uğurlu deyildi. Bu zaman bacısı Grete ilə daha da yaxınlaşdı. Tənqidçilər tərəfindən şeirlərində bacısı ilə insest münasibətinin olduğuna dair şübhələrin də olduğu göstərilir.

Gəncliyinin ardınca ruhi xəstəliyi olan yetkin birinə çevrildi. Hətta diaqnoz qoyulmayan şizofreniyaya sahib olduğunu da düşünürlər. 1910-cu ildə Avstriya-Macarıstan müharibəsində vuruşdu, müharibədən sonra real həyat onu əzməyə başlamışdı. Müharibədən sonra işlədiyi yerlərin birində “Der Brenner” jurnalını nəşr etdirən Ludviq Von Fiker (Ludwig Von Ficker) ilə tanış oldu. Bu jurnal ətrafındakı bir çox sənətkarın dəstəyi ilə Traklın da istedadı çiçəklənməyə başladı. Onda olan mənəvi dalğalanmalarla coşqun ruhi vəziyyətlər bir-birini tez-tez əvəz edirdi. Bu hal ona heç kəslə danışmadan yaranan uzun monoloqlar gətirirdi. 1913-cü ildə ailəsi ilə görüşdü, bundan sonra dərin bir depressiyaya düşdü. Sağalmaq üçün şeirlər yazırdı. 1914-cü ildə müharibəyə çağırılmamışdan əvvəl Ludviq böyük miqdarda pul hədiyyəsi ilə yanına gəldi, şanssızlıqdan o, bu pulu xərcləyə bilmədi. Mənəvi dalğalanmaları müharibənin təsiri altında daha da çoxalmışdı. Grodek yaxınlığında 90 yaralı əsgərin qayğısına qalmalı idi və Trakl onların öz üstündə qoyduğu ağrıdan xilas ola bilmədi. Gözünün qabağında əsgərin özünü vurması yaddaşında dərin iz qoymuşdu.

Grete Trakl (bacısı) və Georg Trakl

 

Şeirlərindən bəzi tərcümələr:

Grodek
Axşam olan kimi xəzanlı meşələr
Qan qusan silah səsi ilə titrəyər.
Qızıl yaylalar və
Mavi göllər üstündə Günəş…
Kədəri artar, yox olub gedər.
Gecə qucaqlayar ölüm üçün yazılan döyüşçüləri
Və parçalanmış ağızların kəskin çığırtısını.
Al-qırmızı şəfəqlərdəki qəzəb dolu Tanrı
Səssiz-səmirsiz toplayar,
Çəmənliyə axan o qanı
Ayın qorxulu küləyində.
Bütün küçələr qapqara çürümüşlər dolar.
Gecənin və ulduzların qızıl budaqlarında
Susquna dönər basdırılan bacı kölgəsi.
Salamlamaq üçün qəhrəman ruhlarını
Və qanlı başlarını
Qamışlıqlardakı payızın qaranlıq səsi eşidilər.
Ey fəxrlə dolanan kədər! – Sən, ey tunc qurbangah!
İndi ruhun isti alovunu böyük ağrı bəsləyir:
Doğulmamış nəvələr…

 

Gecəyə mahnı

Qoy susqunluğum sənin mahnın olsun!
Nə deyə bilər fısıltıları sənə,
Həyat bağından ayrılmış bir yoxsulun?
Qoy heç adın olmasın iç dünyamda –
Ruhumda var olan, amma arzulardan yoxsul.
Heç səsi qalmayan bir zəng kimi
Şirin gəlini ağrılarımın
Və sərxoş gəlinciyi yuxularımın. 

Tərcümə etdi: Firəngiz Manafova

Redaktə etdi: Pəri Abbaslı

Mənbə:

http://www.siir.gen.tr/siir/g/georg_trakl/georg_trakl.htm

http://www.filozof.net/Turkce/edebiyat/edebi-sahsiyetler-kisilikler-biyografileri/17279-georg-trakl-kimdir-hayati-eserleri-hakkinda-bilgi.html

http://dilekdegerli.blogspot.com/p/yazilarimdan-georg-trakl.html

https://www.antoloji.com/grodek-siiri/

http://www.poetrybyheart.org.uk/poems/grodek/

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin