Şəxsiyyət pozuntuları

2
"The Godfather" filmində Marlon Brando paranoid insan tipini canlandırır.

Şəxsiyyət pozuntularının müasir tipləri

(Ümumdünya Səhiyyə Təşkilatının təqdim etdiyi təsnifat)

1.Paranoid

2. Şizoid

3. Dissosial

4. Emosional davamsız (affektiv), lmpulsiv sərhədi (aralıq) tip

5. lsterik (nümayişkar)

6. Anankastik (obsessiv-kompulsiv)

7. Təşvişli (yayınan)

8. Asılı

9. Digər tiplər

"The Godfather" filmində Marlon Brando paranoid insan tipini canlandırır.
The Godfather” filmində Marlon Brando paranoid insan tipini canlandırır.

l.Paranoid tip şəxsiyyət pozuntusu. Kənar şəxslərın nəzərində, adətən, qapalı, qeyri–səmimi həmişə özündən razı şəxs kimi tanınırlar. Eqoistlik və başqalarının fikri ilə razılaşmamaq meyli də bu xüsusiyyətə aiddir. Onların görüş dairəsi şəxsi keyfiyyətləri çərçivəsindən kənara çıxmır. Şəxsi həyatları mənəvi cəhətdən kasad olur,insanlarla yaxınlığa meyl etmirlər. Tənha yaşamağa çalışırlar. Başqalannın fikirlərini daim inkar edirlər,tənqidləri qəbul etmirlər. Onlar üçün tək həqiqət şəxsi fikirlərinin doğruluğudur. Fikirlərini qəbul etməyən şəxslərə düşmən gözü ilə baxırlar. Qannuşkin(1875-1933) fanatiklər olaraq qəbul etdiyi bir sinifi də paranoidlərə aid edir. Bu sinif öz maddi maraqları uğrunda deyil,qarşıya qoyduğu məqsəd uğrunda mübarizə aparırlar. “Kamikadze” adlandırdığımız insanlar bu tipin cinayət məsuliyyəti daşıyan psixopatlarıdır. Bu tipə dünyanı dəyişməyə çalışan dahiləri,inqilabçıları da aid edirlər.

 

Audrey Tautou "Amelie" filmində öz mimika və jestləri ilə əsl şizoid insanı canlandırır.
Audrey Tautou “Amelie” filmində öz mimika və jestləri ilə əsl şizoid insanı canlandırır.

2.Şizoid (introvert) tip şəxsiyyət pozuntusu: Adı sizi yanıltmasın,bu tipin şizofreniya ilə əlaqəsi yoxdur. Belə şəxslərin cəmiyyətdə özünü aparması,geyimləri,mimikası,jestləri və.s özünəməxsus olur. Çox danışmağı sevmirlər,mimika və jestlərlə cavab verirlər. Uşaq yaşlarından həmyaşıdları ilə əlaqədə olmurlar. Ona görə də yaş artdıqdan sonra yaxın saya biləcəkləri insanlar olmur. Başqalarının probleminə şərik olmaq,qayğı göstərmək onlara olduqca yaddır(Qannuşkin). Hegelin “ən pis şey həqiqəti dərk etməkdir” fikri onlara tam uyğundur. Həqiqəti dərk etməyə səy göstərmirlər.

Dissosial tip haqqında çəkilmiş "Anti-sosial" filmi
Dissosial tip haqqında çəkilmiş “Anti-sosial” filmi

3. Dissosial(antisosial) tip: Bu tipi cəmiyyətə zidd gedən tip olaraq da adlandırmaq olar. Beynəlxalq təsnifata görə aşağıdakı formaları var:

1.Sosiopatik 2.Əxlaqsız 3.Asosial 4.Antisosial 5.Şəxsiyyətin psixopatik pozuntusu

Bu tipin aşağıdakı xüsusiyyətləri vardır.

1.Başqalarını sevə bilməmək

2.Gözlənilməz hərəkətlərə meyillilik

3.Özünü günahlandıra bilməmək

4.Etdiyi pis hərəkətə görə peşman olmamaq

Ətrafdakı insanlara xüsusilə ailə üzvlərinə,iş yoldaşlarına əzab-əziyyət vermək,onları alçaltmaq,şiddət göstərmək bu tipin digər xüsusiyyətlərinə aiddir. Adətən, bu tip adamlar hətta valideynləri və övladları tərəfindən də sevilmir. Evlilik həyatları da çox vaxt boşanma ilə bitir. Bu tip öz xüsusiyyətlərini intim münasibətdə daha tez biruzə verirlər. Təcavüzçüləri də əlavə edəcəyimiz bir tipdir.

Affektiv tiplərin əhval-ruhiyyəsi disforiya və eyforiya kimi bir-birinə zidd qütblər arasında tez-tez dəyişir.
Affektiv tiplərin əhval-ruhiyyəsi disforiya və eyforiya kimi bir-birinə zidd qütblər arasında tez-tez dəyişir.

4.Emosional davamsız vəya affektiv tip şəxsiyyət pozğunluqları:Belə şəxslərin əhval ruhiyyəsi daima aşağı olur,hər an pis bir hadisənin olacağına inanırlar. Baş verən müsbət hadisələrə,hətta uğurlarına görə də sevinmək hissi onlara yaddır. Biz onlara anadan gəlmə pessimistlər deyə bilərik.

Jack Nicholson "The Shining"filmində isterik tipi canlandırmışdır.
Jack Nicholson “The Shining”filmində isterik tipi canlandırmışdır.

5.İsterik tip şəxsiyyət pozğunluğu:

Bu tipə nümayişkar tip də deyə bilərik. Alman psixatrı Yaspers bu tip haqda belə deyir:” İsterikin əsas xüsusiyyəti-olduğundan artıq görünməyə,həmişə diqqət mərkəzində olmağa,daha çox həyəcan keçirməyə can atmalarıdır”. Bu şəxslər öz fantaziyaları ilə real həyatı fərqləndirə bilmədiklərindən  real ictimai varlıq olmaqdan çıxırlar. Kreçmer bu tipin xüsusi bir növünə gopçular adı vermişdir.

Türk falçının elanıGopçularıın bir hissəsi bu xüsusiyyətlərini gəlir əldə etmək üçün istifadə edirlər.Bunlara falçılar ən bariz nümunədir.

 

Businessman sitting at desk with hand on his face, looking worried

6.Anankastik və ya obsessiv-kompulsiv tip şəxsiyyət pozuntusu:Belə şəxslər özünə qarşı inamsız,daim aciz və köməyə möhtac olur.Uşaqlıqdan qorxaq və aciz olduqları nəzərə çarpır. Bu şəxslərin 2 tipi olur. Birinci tipə mənsub olanlar müstəqil ola bilmirlər. Cəsarətli olmağı arzulasalar da,real hərəkətlərində bunu əks etdirə bilmirlər. Kiçik uğursuzluqlar belə onları ruhdan salmağa kifayət edir. Bilik və qabiliyyətləri olsalar da,təcrübədə bunu yerinə yetirə bilmirlər. “Əli ayağına dolaşmaq” misalı tam yerinə düşür. Kimsə onların hüquqlarını tapdayanda mübarizə aparmaq əvəzinə məyus olmaqla kifayətlənirlər. Əks cinsə sevgilərini etiraf etmirlər,çünki “yox” cavabı alacaqlarına əminlikləri olur.Həmçinin inanılmaz şübhəli olurlar. Məsələn,evdə təbii qazın açıq olub-olmamasını dəfələrlə kontrol edirlər.

İkinci tipə aid olanlar isə birincilərdən fərqli olaraq vəziyyətdən (şübhəliliyin sarışan xarakterli olmasından) xəbərdar olurlar. Bir növ xəstəliklərinə bələd olurlar. Ona görə də daima planla hərəkət edirlər.

7.Təşvişli tip şəxsiyyət pozuntusu: Hər zaman sağlamlıqlarına zərər gələcəklərindən ehtiyyat edirlər Ona görə də ətrafdakılardan,xüsusilə tanımadıqlarından ehtiyyat edirlər Ehtiyyat etdiklərindən ünsiyyətə də girmirlər və dostları çox az olur.

8.Asılı tip şəxsiyyət pozuntusu:Belə şəxslər iradəsiz,kənar adamların təsirinə həssas olan adamlardır. Onların uğurlu olması üçün mütləq bir dayaq nöqtəsi olmalıdır. Müşahidələrə əsasən bu tipin adamları həyat yoldaşına güvənib arxalananda uğurlu insan olmağı bacarırlar.

9. Digər və qarışıq tip şəxsiyyət        pozuntuları:eqossentrik,hiddətli,sado-mazoxist,passiv-aqressiv

Şəxsiyyət pozuntuları konkret səbəblərdən yaranmasa da, yarmasına görə 2 yerə ayırırlar.Birincilər irsi amillərdən,doğuş zamanı,körpəlik vaxtı baş verəntravmalar,infeksion xəstəliklər,intoksikasiyadan meydana gəlsə də,ikincilər uşaq vaxtı yeridilən əxlaq qaydalarından,məişət şəraitinin ağır və travmalı olmasından,iş şəraitinin çətinliyindən və.s əmələ gəlir.

2 ŞƏRH

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin