“Mən burjua təbəqəsindənəm” –

0

Burjua… Bu anlayış yaxın vaxta qədər sosial analizlərdə əsas yerlərdən birini tuturdu. İndi isə son eşitdiyiniz gündən hətta illər keçə bilər. Kapitalizm ən güclü dövrünü yaşasa da, onun ayaq tutan halı yoxa çıxıb sanki. Maks Veber (Max Weber)1895-ci ildə Mən burjua təqəbəqəsinin bir üzvüyəm, özümü belə hiss edirəm və o baxışlarla, ideallarla böyüdülmüşəm. deyə yazmışdı. Bu gün bu sözləri kim təkrar edər? Burjua “baxışları və idealları”- ümumiyyətlə, bunlar nədir?

Dəyişən ictimai fon elmi araşdırmalarda da əks olunur. Simmel və Veber, Sombart və Şumpeter (Schumpeter) – bu insanlar hamısı kapitalizmi və burjuaziyanı, iqtisadiyyatı və antropologiyanı – bir dəmir pulun iki tərəfi olaraq görüblər. İmmanuel Vallerşteyn (Immanuel Wallerstein) bir rüb əvvəl:

Müasir dünyamıza dair bildiyim heç bir tarixi rəy yoxdur ki, – deyə yazmışdı, – burjuaziya anlayışına daxil olmasın. Bunun bir səbəbi var: Baş qəhrəmanı olmayan hekayəni danışmaq çətindir.

Yenə də bugün “baxışların və idealların” kapitalizmin uğurunda oynadığı rolu vurğulayan tarixçilərin belə Meyksins Vud, de Vrays, Eplebi, Mokr  (Meiksins Wood, de Vries, Appleby, Mokyr) burjua anlayışına ya çox az marağı var, ya da heç yoxdur. Meyksins Vud “Kapitalizmin Arxaik Mədəniyyəti“-ndə “İngiltərədə kapitalizm vardı, amma onu mövcud edən burjuaziya deyildi. Fransada da (demək olar ki) qalib bir burjuaziya vardı, fəqət onun da inqilabi layihəsinin kapitalizmlə əlaqəsi çox az idi” deyə yazır. Yaxud son olaraq “Burjuaziyanın kapitalist olması zəruri deyil ” 

Bəli, burjuaziyanın kapitalist olması zəruri deyil. Elə məsələ də bu deyil. Veber “Protestant Əxlaqı“-nda “Burjua sinfinin və onun özünə xas xüsusiyyətlərinin yaranması əməyin kapitalist şəkildə nizamlanması ilə yaxından əlaqəli” bir müddətdir “lakin eyni şey deyil” deyə yazır. Yaxından əlaqəlidir, amma eyni deyil: burjuaziyanı izah edən fikir də budur. Burjuaziya – hansı ki, əsasən, kişilərə aid bir fiqur olaraq mövcud olmuşdur. Və onun mənəvi tərəfinə bunların hər ikisi ilə də tam bərabər olmayan bir iqtidar sisteminin parçaları olaraq baxmaq. Lakin tək burjuaziyadan danışmaq özü də müzakirələrə açıqdır.

Hobsbavm imperiya dövründə “Böyük burjuaziya özünü forma olaraq özündən aşağı təbəqədən ayıra bilmədi. Yaradılandan bəri yeni qoşulanlara açıq olmaq məcburiyyətində idi.- yaranışının təbiəti belə idi.”– deyə yazır. Perri Andersona (Perry Anderson) görə bu keçiricililik burjuaziyanı özündən əvvəlki zədəganlardan və sonrakı fəhlə sinfindən ayırmışdır. Bir-birləri ilə mübarizə aparan bu siniflərin öz daxillərində əsaslı fərqliliklərə baxmayaraq, bir yerdə olmaqları forma olaraq ön plandadır: aristokratiya mədəni vəziyyətləri və məhkəmədəki fərqlənmələri birləşdirən bir status kimi tanınırsa, fəhlə sinfi fiziki əməyin şərtlərinə görə müəyyən olunur. Sosial bir təbəqə olan burjuaziya müqayisə edilmək üçün daxildən heç bir oxşarlığa sahib deyil.

Keçiricilik və zəif daxili oxşarlıq. Bu xüsusiyyətlər burjuaziyanın bir sinif olmaması fikrini irəli sürürmü? Burjuaziyanın hal-hazırda yaşayan ən əhəmiyyətli tarixçisi Jürgen Kokanın dediyinə görə anlayışın nüvəsi olaraq baxa biləcəyimiz şeylə onun xarici çəpəri arasında fərqlilik tapmaqla burjuaziyanın bir təbəqə olmadığını düşünmək mənasızdır. Əslində isə xarici çəpər həm ictimai, həm də tarixi olaraq mühüm dəyişikliklərə məruz qalmışdır. Burjuaziya 18-ci əsrin sonuna qədər erkən əsr şəhərlərinə sahib Avropasının “müstəqil sənət mütəxəssisləri olan kiçik biznes sahiblərini (sənətkarlar, pərakəndə satıcılar, tacirlər, kiçik mülkiyyət sahibləri) əhatə edəndə artıq 100 il sonra “orta və aşağı təbəqə ağ yaxalıqlı işçilərdən” təşkil olunmuş və əvvəlkindən tamamilə fərqli insanlardan ibarət idi. Digər tərəfdən də 19-cu əsr ərzində Qərbi Avropada sinkretik “mülkiyyət sahibi və təhsilli burjuaziya” fiqurunun meydana gəlməsi sinfə yeni bir ağırlıq mərkəzi gətirmiş və onun hakim sinif olmasına kömək edəcək xüsusiyyətlər qazandırmışdı. Bu yaxınlaşma özünü Alman dilindəki “Besitzs və Bildungsbürgertum“- mülkiyyət sahibi burjuaziya və mədəniyyətli (təhsilli) burjuaziya anlayışında və ya daha vulqar tərzdə desək, Britaniya vergi sisteminin (sərmayələrdən gələn) faydaları və (peşə xidmətindən gələn) ödənişlərini bitərəf şəkildə eyni adla verilməsində özünü göstərirdi.

Mülkiyyətlə mədəniyyətin qovuşması: Mən də Kokanın (Kocka) ideal tipini mühüm bir fərqlə də olsa, mənimsəyəcəyəm. Bir ədəbiyyat tarixçisi olaraq müəyyən sosial qruplar – bankirlər, yüksək dövlət məmurları, səneyədə işləyənlər, həkimlər və s. arasındakı hərəkətli münasibətlərdən əlavə mədəni formalar və sinfin rast gəldiyi yeni həqiqətlər arasındaki “qat yerinə” fokuslanacağam. Misal üçün “rahatlıq” sözü qanuni burjua istehlakının sərhədlərini necə müəyən edir və ya hekayə danışmaq tempi mövcudluğun indiki vəziyyətinə necə uyğunlaşır? Burjuanın mövzusu: Ədəbiyyat prizmasında əsk olunan burjuaziya.

Franco Moretti

Tarix və ədəbiyyat arasında burjua

The Bourgeois Between History and Literature

Tərcümə etdi: Firəngiz Manafova

Redaktə etdi: Pəri Abbaslı

Mənbə:

“Ben burjuva sınıfının bir üyesiyim”

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin