Morze əlifbası

92
Samuel Morze

Morze əlifbası və ya morze kodu dəyişik şəkildə yan-yana düzülmüş “nöqtə” və “tire”lərin müxtəlif kombinasiyalarından meydana gəlir, məlumatın uzaq məsafələrə  işıq və ya səs siqnalları vasitəsilə çatdırılmasında istifadə edilir. Latın əlifbasındakı hərflər, rəqəmlər və durğu işarələri müəyyən kombinasiyaya qarşılıq təşkil edir.

14826336_1053411624779590_1765982227_n

Morze əlifbasının yaranma tarixi olduqca maraqlıdır. Morze əlifbası 1835-ci ildə teleqraf(qəd. Yun “uzaq” + “yazıram”) aparatının ixtiraçısı  Samuel Morze tərəfindən  hazırlanmış, 1838-ci ildən  istifadə edilməyə başlanmışdır. İlk dəfə morze kodlarından istifadə edərək Samuel Morze və köməkçisi Alfred Vail düzəltdikləri elektrikli teleqraf aparatı vasitəsilə “səbr edən heç vaxt uduzmur”( A patient waiter is no loser) cümləsini 3 km məsafəyə ötürməyə nail oldu.

Samuel Morze 1791-ci ildə Amerikada Massachusetts ştatında, Charlestownda anadan olmuşdur.  O kiçik yaşlarından  boyakarlıqla məşğul olmağa başlamışdır. Uşaqlığı yoxsulluq içində keçməsinə baxmayaraq  Samuel sonralar Amerikanın tanınmış rəssamlarından birinə çevrilmişdir. Amerikada Philips Akademiyası və Yale Universitetində təhsilini bitirdikdən sonra İngiltərəyə getmiş, rəssamlıq sənətini inkişaf etdirmişdir. 2 ildən  sonra 1812-ci ildə Amerikaya qayıdan Samuel o dövrdə geniş yayılmış portret rəssamlığı etmişdir. Vaşinqton, La payette və Monroe kimi dünyaca məhşur adamların portretlərini çəkmişdir. Bundan başqa “Köhnə millət məclisi”, “Luvr qalereyası” və “Heraklın sonu” onun tanınmış əsərlərindəndir. Lakin Samueli dünyaya tanıdan çəkdiyi rəsimlər olmayacaqdı. Məhz elə Samuelin həyat tarixçəsini maraqlı edən də budur. O nə fizik nə də elektrik  idi, lakin texnikaya böyük həvəsi olduğu üçün mexanika və elektriklə əlaqədar son inkişafları yaxından izləyirdi.

 

14907849_1053411788112907_1167446050_o
“Luvr qalereyası” (Gallery of the Louvre 1833)

Bir gün Samuel Fransız gəmisi Sully ilə Amerikaya qayıdarkən   fizik Charles Jakson ilə tanış olur. Gəmidə edilən elektromaqnit sahəsi haqqındakı müzakirələr Samuelin gələcək ixtiralarını yaxından əlaqələndirirdi. Samuel həmin gün gəminin kapitanına bu sözləri demişdir: “Günün birində teleqrafdan dünyanın möcüzələrindən biri deyə danışıqlar eşitsəniz, onun 13 noyabr 1832-ci ildə Sully də icad edildiyini xatırlayın”

Samuel 34 yaşına kimi rəssam kimi fəaliyyət göstərmişdir, o vaxta qədər ki, başına gələn bir hadisədən sonra texnika ilə yaxından maraqlanmağa başlamış, öz fikirlərini həyata kecirməyə qərar vermişdir. 1825-ci ildə kuryer ona atasından məktub gətirir, məktubda qeyd olunur ki, onun yoldaşı ölüm ayağındadır. Morze dərhal Vaşinqtonu tərk edib, Nyu-Heyvenə – ailəsinin yanına yola düşür, lakin o çatanda yoldaşı artıq dəfn edilmiş olur. Bu hadisə Samuelin rəssamlığı dayandırmasına səbəb olur və bundan sonra o, məlumatın qısa vaxtda uzaq məsafələrə ötürülə bilməsi yollarını araşdırb öyrənməyə başlayır.

1838-ci ildə uzun çalışmalardan sonra “Morze əlifbası”nı (Birinci dünya müharibəsindən sonra morze kodu morze əlifbası adlanmağa başlanmışdır) işləyib hazırlayır və bütün bunlar sonda teleqrafın kəşfinə gətirib çıxarır. Samuelin elektrikli teleqrafı üç hissədən təşkil olunmuşdur. Siqnalı ötürən hissə, qəbul edici hissə və bunlar arasındakı elektrik xəttindən ibarətdir. Ötürücü hissə “maniple” adlanır. Manipulator  teleqraf şəbəkəsindəki elektirik axımını açıb bağlayan açar funksiyası daşıyır. Manipulatora basdıqda dövrə bağlanır, elktrik siqnalı alıcıya ötürülür və alıcıya quraşdırılmış qələm kağız lent  üzərində qısa və uzun cızıqlar əmələ gətirir. Morze əlifbası ilə kodlaşdırılmış bu mesajlar təcrübəli operatorlar tərəfindən oxunur.

14923017_1053411538112932_1159935787_o

Samuel düzəltdiyi teleqraf aparatı üçün Avropanın bir çox ölkələrindən (Rusya və Osmanlı dövlətindən də yardım almağa çalışmışdır) maddi dəstək istəmişdir. Nəhayət 1843-cü ildə 30000 dollar məbləğində Amerika konqresindən kömək fondu təmin edə bildi və Vaşinqtonla Baltimore arasında 65 km uzunluğunda xəttin çəkilişinə nail odu. Vaşiqtonda olan Ali Məhkəmə binasından Samuel Morze tərəfindən Baltimoredəki köməkçisi Alfred Vailə göndərilən ilk teleqraf mesajında İncildən bir cümlə:“Tanrı nəyi yaratdı?”(“What hath God wrought” ) yazılmışdı.

İlk teleqraf mesajı
İlk teleqraf mesajı

Teleqraf cihazı sonrakı illərdə daha da inkişaf etdirildi və bütün dünyada istifadə edilməyə başlandı. Azərbaycanda ilk teleqraf xətti isə 1864-cü ildə Naxçıvanla Culfa arasında çəkilmişdir

1869-cu ildə teleqraf xətləri
1869-cu ildə teleqraf xətləri

1871-ci ildə qoyulmuş  New York Central Parkdakı heykəl Samul Morzenin elektrikli teleqrafı kəşf etməsinə həsr olunmuşdur.

Samuel tərəfindən hazırlanmış morze əlifbası Amerikan morze əlifbası adlanır. Müasir Beynəlxalq Morze Kodu isə 1848-ci ildə Alman Friedrich Clemens Gerke tərəfindən inkişaf etdirildi. Bu iki kod arasındakı fərq Amerikan morze kodlarında uzun və qısa siqnallarlardan əlavə onların arasındakı boşluqların da nəzərə alınmasından ibarətdir.

İndiki dövrdə teleqrafdan istifadə olunmamasına baxmayaraq morze kodlarından işıq və səs siqnalları vasitəsilə dənizçilikdə və dəmiryollarında xəbərləşmədə istifadəsinə rast gəlinir.

Çox insanın dənizlər haqqında çəkilən filmlərdə gördüyü S.O.S siqnalı, gündəlik həyatda qarşımıza çıxmasa da, bir çox adam tərəfindən bilinməkdədir.

S.O.S beynəlxalq morze əlifbasında istifadə edilən, təcili vəziyyət siqnalıdır.

Beynəlxalq fəlakət siqnallarından biri olan sos, əsasən morze kodu ilə, habelə işıq vasitəsilə (üç qısa, üç uzun, üş qısa işıq yanma ilə) verilir. S.O.S 1905-ci ildə aprelin 1-də Almaniyada qəbul edilmişdir. ıngiliscə adətən “save our souls” (bizim ruhlarımızı xilas edin) kimi şərh edilir.

S.O.S-u “save our ship” gəmimizi qurtar, “stop other signals” digər siqnalları dayandır sözlərinin qısaldılmışı kimi başa düşənlər də var. Əslində isə sos teleqraf zamanından qalma morze əlifbası ilə əlaqədardır.İmdad çağırışının çox asan yadda qalması üçün 1908-ci ildə üç nöqtə, üç xətt, üç nöqtə (…—…) olan S.O.S seçilmişdir.

Morze əlifbasının və teleqrafın ixtirası gələcək tele-kommunikasiya vasitələrinin kəşfi üçün zəmin yaratdı və insanlığın inkişafı üçün atılmış  böyük addımlardan biri oldu.

 

Hazırladı: Mustafa Kərimov

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin