5 ən məşhur seriyalı qatil

0

Tarixdə ən çox adı hallanan və bu gün də unudulmayan 5 ən məşhur seriyalı qatil

İlk öncə gəlin, “seriyalı qatil” anlayışına açıqlıq gətirək. Serialı qatil kimlərə deyilir və Psixoloji vəziyyətləri nə qədər normaldır?  Seriyalı qatil – bir aydan artıq müddət ərzində bir neçə cinayət törədən şəxslərə deyilir.  Seriyalı qatillər öz qurbanlarını çox vaxt eyni üsulla qətlə yetirir və cəsədlərin üzərinə özlərinə məxsus işarə və ya yazılar yazırlar. Bu tip qatillər ilk qətlini törətdikdən bir həftə sonra ikinci qətli törədirlər. Qətllər arasında çox zaman böyük oxşarlıq olur. Əsas oxşarlıqlar qurbanın cinsi, yaşı, xarici görünüş təşkil edir. Seriyalı qatillərdə ən çox Şizofreniya xəstəliyi aşkarlanmışdır. Psixi durumu ağır olan insanların qəl törətmək riski yüksəkdir. Seriyalı qatillər çox vaxt normal insan təsiri bağışlayır. Onlarda xarici görünüş baxımından hər hansısa fərqliliklər olmur. Əsas prosesin daxildən baş verir. Qatillərin 90% uşaqlıq və ya məktəb illərində müxtəlif növ istismara, təhqirlərə  və ya təcavüzə məruz qalır.

Tarixdə ən çox adı hallanan və bu gün də unudulmayan 5 ən  məşhur seriyalı qatil :

  • Ted Bundy – Siyahını bu insanın adı ilə başlamaq məncə ən düzgün variantdır. Çünki hal-hazırda ölkəmizdə də ən çox tanınan və məşhurlaşan serialı qatil məhz odur. Gəlin, onun həyatı ilə yaxından tanış olaq. Ted Bandi (Ted Bundy) 1974-1978-ci illərdə ABŞ-da 30-dan çox qadını öldürmüş silsilə cinayətlər törətmiş qatildir. Onu digər qatillərdən fərqləndirən, yaraşıqlı geyimi, təmiz görünüşü, kübar, təhsilli, mədəniyyətli olması və qadınların marağını özünə cəlb edən cazibəyə sahib olmasıdır. Ted Bandi ailədə qeyri-qanuni uşaq idi və anası bunu ondan gizlətmişdir. Anasının onun bacısı olduğunu düşünürdü. Daha sonralar Vaşinqton Universitetində oxuyarkən Stefan adlı qıza aşiq olur. Ted özünü ona sevdirmək üçün çox çalışır, ancaq buna nail ola bilmir. Bu hadisədən sonra depressiyaya düşən Ted Bandi universiteti tərk edir. Ardınca “bacı” dediyi şəxsin anası olduğunu öyrənir. Bütün bu olanlar ona çox təsir edir və bu hadisələrdən sonra ətrafındakı bütün qadınlara nifrət etməyə başlayır. Daha sonra insan psixologiyasını öyrənmək məqsədi ilə Vaşinqton Universitetində psixologiya üzrə təhsil alır. Əlavə olaraq, hüquq fakültəsində də təhsil almışdır. Bir müddət sonra Stefani Tedin dəyişdiyini, daha yaxşı olduğunu düşünüb yenidən ona qayıdır. Evlənmə təklifi edən Ted 2 gün sonra ayrılır və Stefani ilə əlaqələrini tamamilə kəsir. Daha sonrakı 4 ili Amerika Birləşmiş Ştatlarında ona məşhurluq qazandıran silsilə qətllər törətməyə başlayır. Müxtəlif obrazlar yaradaraq 4 il ərzində köhnə sevgilisinə bənzəyən 30 qadını təcavüz edib, boğaraq və ya zərbələr endirərək öldürmüşdür. 7 aprel 1977-ci ildə məhbus olaraq məhkəmədə sorğulanmağa başlayır. Ted Bandi hüquq məzunu olduğu üçün ona verilən vəkili rədd edərək öz-özünə vəkillik edə biləcəyini deyir. Bunu hakimlərdən istəmək də Bandinin hiyləgərliyindən xəbər verirdi, çünki özü vəkillik etdiyi üçün əlləri qandalda olmayacaq, bundan əlavə normal kostyum geyinə biləcəkdi. Məhkəmədən hüquq kitabları oxuya bilmək üçün kitabxanaya getməyə icazə almışdı. İstəyi qəbul edilən Ted Bandi 2-ci mərtəbədə yerləşən kitabxananın pəncərəsindən qaçır, əlləri qandallanmadığı və məhbus uniforması geyinmədiyi üçün rahatlıqla insanların arasına qarışır. Daha sonra yenidən həbs edilir. 6 ay həbsdə qalarkən tapdığı bir mişarla uzun bir tunel qazır və planlı şəkildə həbsxanadan qaçır. İkinci dəfə həbs edilərkən onun cinayətlərinin detallarını araşdırırdılar, ancaq bir cəsədin ayağında diş izi aşkarlaya bilmişdilər. Beləliklə, onun dişindən alınan izlərlə meyitdəki izlər tutuşdurulan zaman eyni olduğu bilinir və ona ömürlük həbs cəzası verilir. Bandi buna qarşı çıxıb yenidən məhkəməyə müraciət edir və beləcə edamı 10 il gecikir. Ölmədən öncə bir heyranı ilə evlənir və hətta qızı da olur. 1989-cu ildə 2000 vot elektrik bədənindən keçirilərək edam edilir. 

 

  • Andrei Chikatilo –  Qanunların ən sərt formada işlədiyi SSRİ-də günün günorta vaxtı 52 nəfəri öldürən Çikatilonun sirrli həyatına gəlin birlikdə nəzər salaq. O, 16 oktyabr 1936-cı ildə Sum oblastının Yabloçnoe kəndində anadan olmuşdur. Məlumat var ki, Çikatilo hidrosefaliya əlamətləri ilə doğulub. 12 yaşına qədər gecələr sidik saxlamamaqdan əziyyət çəkirdi, ona görə də anası tərəfindən döyülürdü. Psixoloji travmaların buradan qaynaqlandığı təxmin edilir. Çikatilonun atası sovet ordusu tərəfindən döyüşə göndərilmişdir. Almanlar Ukraynanı işğal edəndə,  alman əsgərləri Çikatilonun evinə gəlir və burada anasına onun gözünün önündə təcavüz edirlər. Yeniyetməlik dövründə ölkəsində aclıq dövrü başlayır. Çikatilo aclıq dövründə evdən bayıra çıxa bilmirdi. Onun böyük qardaşı Stepan aclıq dövründə ac insanlar tərəfindən dərsdən qayıdarkən parçalanaraq yeyilmişdir. Çikatilo ailəsində yaşanan bütün dəhşətlərə baxmayaraq, yaxşı bir həyat qurmaq arzusunda idi. Orta məktəbi bitirib, hüquq fakültəsinə daxil olmaq istəsə də, bu baş vermir. 1955-ci ildə Çikatilo Avto-Texniki peşə məktəbini bitirir, daha sonra isə  dəmir yol nəqliyyatı ixtisası üzrə qiyabi təhsil alır. Çikatilo  hərbi xidmətə göndərildiyi zaman fiziki zəifliyinə görə daim döyülür və seksual işgəncələrə məruz qalır. 1964-ci ildə Çikatilo bacısı Tatyananın rəfiqəsi Faina ilə evlənir. Cütlüyün əvvəlcə bir oğlu olur, lakin oğlan 8 aydan sonra vəfat edir. 1965-ci ildə Çikatilonun qızı Lyudmila anadan olur. Çətin uşaqlıq və yeniyetməlik dövrünün nəticəsi kimi Çikatilo silsilə qətllər törətməyə başlayır. Onun cinayətləri bütün SSRİ  polisini qırmızı həyəcan siqnalını verməyə məcbur etmişdir. İlk cinayət qurbanı 1978-ci ildə, 9 yaşındakı bir qız idi. Qıza əvvəl təcavüz etməyə çalışan Çikatilo, bunu bacara bilməyincə, qızı əvvəl öldürdü sonrasında da qorxunc bir şəkildə parçaladı. 2 il ərzində amansız qətllər törətdikdən sonra  6 noyabr 1990-cı ildə, bir meşədə qurbanını mərhəmətsizcə öldürüb qayıdarkən yolda polislər tərəfindən görüldü. İlk sorğusunda bir şəkildə xilas olmağı bacarsa da, bu dəfə qaça bilmədi və polislər tərəfindən tutuldu. 14 oktyabr 1992-ci ildə, 53 adamı öldürməkdən və sayı bilinməyən zorlama hadisələrindən dolayı haqqında edam cəzası verildi. Çikatilo Sovetlərin və bəlkə də Avropanın ən məşhur seriyalı qatillərindən biri oldu. Daha sonra başına arxadan güllə vurularaq edam edildi.

 

  • Jeffrey Dahmer – 1960-cı ildə Viskonsin ştatının Miliuoki şəhərində anadan olan amerikalı seriyalı qatil olmuşdur.  Onun qurbanlarının hamısı kişi idi. O, 1978-1991-ci illər aralığında 17 nəfərin həyatına son qoymuşdu. Cefri qurbanlarını təkcə zorlamırdı, bəzilərini yeyirdi.  İlk qətlini məktəbi bitirdikdən az sonra törətmiş Cefri Damer 1978-ci ildə  Stiven Hiks adlı 17 yaşlı yeniyetmə ilə tanış olur. Bu hadisə belə başlayır: İlk öncə onlar barda əylənirlər. Cefri onu evinə dəvət edir. Kef məclisi zamanı xeyli marixuana çəkirlər, sonra cinsi əlaqədə olurlar.
    Nəhayət, Stiven getmək istəyəndə Cefri onun başına arxadan ağır dəmir parçası ilə zərbə endirir. Meyiti doğrayıb plastik torbalara yığaraq həyətində basdırır.
    1979-cu ilin baharında Damer könüllü olaraq ordu sıralarına gedir. San-Antonio bazasında sanitar kursları keçir Lakin onu orduda da sevmirlər. Tez-tez içib sərxoş olurdu. Tezliklə onu ordudan qovurlar.
    Təxminən 10 il sonra – 1987-ci ildə Cefri ikinci qurbanını qətlə yetirdi. O, 25 yaşlı Stiven Toumini “Ambassador” mehmanxanasında öldürür. Meyiti isə otelin hamamında doğrayıb çamadana yığır. Sonra şəhər zibilliklərindən birinə atır.
    Zaman keçdikcə onda qəribə meyil yaranırdı. O öldürdüyü yeniyetmələrin meyiti ilə cinsi əlaqəyə girirdi. Bəzilərinin ətini yeyirdi. Bu prosesləri fotokamera ilə çəkirdi. Sonradan meyitləri daha basdırmırdı. Onları sulfat turşusunda əridirdi. Ancaq meyitlərin bəzi hissələrini xatirə kimi farmolin dolu bankalarda saxlayırdı. Treysi Edvards adlı yeniyetmə son anda manyakın əlindən qaçıb küçəyə çıxdı, hay-küy salaraq kömək çağırdığı üçün  Polis Cefrinin evində axtarış aparanda  hər şey məlum olur. O, 1991-ci il iyunun 22-də həbs edilir.
    Polis onun izinə çıxarkən evdə həmin bankaları aşkarlayır. Həmçinin soyuducuda insan əti tapılır… Ona ittihamlar irəli sürülməsində də məhz bu faktlar həlledici oldu.
    Damerin vəkili onu psixi xəstə kimi göstərmək istəsə də, bu cəhd alınmadı. Şəhərlilər Damerə çox qəzəbli idilər. Hətta onun yaşadığı ev belə uçuruldu.
    Məhkəmə ona ömürlük həbs cəzası verdi. Lakin manyak həbsxanada belə sakit yaşaya bilmədi. 1994-cü ildə kamera yoldaşı Cefri Damerin başını dəmir parçası ilə əzərək öldürdü.
  • Zodiak – 60-cı illərin sonu 70-ci illərin əvvəllərində Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının şimal bölgəsində fəaliyyət göstərmiş seriyalı qatil. O, Amerika cinayətkarlıq tarixinin ən məşhur qatillərindən biri hesab olunur. Onun məşhurlaşmasının səbəblərindən biri bu günə qədər də kimliyinin müəyyənləşdirilə bilməməsi və mətbuata göndərdiyi şifrəli-zəhərli məktublar olmuşdur. Zodiak tərəfindən törədildiyinə inanılan ilk cinayət hadisəsi 1968-ci ilin dekabr ayında baş vermişdir. Ümumiyyətlə cinayətlər Kaliforniya ştatının Benikia, Vallexo və San-Fransisko şəhərlərində baş vermişdir. 1968-ci ilin dekabr ayından 1969-cu ilin oktyabr ayına qədər davam edən silsilə cinayətlər zamanı 16-29 yaş arası dörd kişi və üç qadın hədəf alınmışdır. Qatil Zodiak adını cinayətləri törətdiyi zaman San-Fransisko körfəz sahəsinin qəzetlərinə göndərdiyi şifrəli məktublar əsnasında əldə etmişdir. Məktublar şifrələnmiş olmaqla yanaşı, eyni zamanda, zəhərli idi. Bu günə qədər Zodiak tərəfindən göndərildiyinə inanılan məktublardan sadəcə birinin şifrəsi açılmışdır. Bir çox şübhəlinin adı polis tərəfindən aparılan istintaq zamanı səsləndirilsə də, konkret bir dəlil tapılmamışdır. 2004-cü ildə San-Fransisko Polis Departamenti cinayət işinə xitam vermişdir. Ancaq iş 2007-ci ilin mart ayında yenidən açılmışdır. Cinayət işi istər Vallexo şəhərində, istərsə də Napa və Solano ərazilərində hələ də davam edir. Kaliforniya Ədalət Departamenti 1969-cu ildən bəri açıq qalan prosesə hələ də davam etməkdədir.
  • Pedro Lopez Monsalve“And canavarı” ləqəbiylə məşhurlaşan seriyalı qatil olmuşdur. Cənubi Amerikada 300 uşağı təcavüz edərək öldürmüşdür. 1980-cı ildə onun öldürdüyü 53 uşağın cəsədi polis tərəfindən tapılıb. Məşhur qatil 1999-cu ildə həbsdə olarkən müsahibə verir və özünü “əsrin adamı” adlandırır. O, pis hərəkət etmədiyini bildirərək azad edilməsi lazım olduğunu deyir. 60 uşağa (qız və ya oğlan fərq etmədən) təcavüz etmiş və onları öldürmüşdür. 1980-ci ildə həbs olmunmuş, lakin sərbəst buraxılmışdır. Daha sonra haqqında heç bir məlumat əldə edilməmişdir. 

 

Redaktə etdi: Şəfiqə Babayeva

Mənbə:  https://www.scoopwhoop.com/world/most-evil-serial-killers/#.wyv9sz80d

https://www.britannica.com

https://list25.com/25-most-evil-serial-killers-of-the-20th-century/5/

 

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin