Luvr Muzeyində heyrət edəcəyimiz əsərlər (1-ci hissə)

0

Luvr muzeyi (fr. Musée du Louvre) — dünyanın ən məşhur muzeylərindən biridir. 1793-cü ildə açılan və sahəsi 60.000 m² olan muzey Parisdə yerləşir. 2007-ci ildə muzeyə 8.300.000 nəfər baş çəkmişdir.

Hazırda yerləşdiyi ərazinin sahəsi 160.106 m² olmaqla dünyada böyüklüyünə görə üçüncü yeri tutur. Bu sahənin 58 470 m²-ni ekspozisiyalar tutur. Muzey Parisin mərkəzində – Senanın sağ sahili, Rivoli küçəsi, paytaxtın birinci ətrafında yerləşir.

Muzeyin binası qədim kral sarayının binasıdır (Palais du Louvre). XIV Lüdovikin atlı heykəli meydanın başlanğıcını göstərir. Həmçinin bura Parisin ən qədim, yaşlanmış hissəsi hesab olunur.

Əgər yolunuz Parisdən keçərsə, o zaman bu muzeyi mütləq görməlisiniz. Ən azından, aşağıda sadalayacağımız əsərlər, həqiqətən də, görülməyə dəyər şahəsərlərdir.

 Marsyasın əziyyəti

"Marsyasın əziyyəti". e.ə 3-1 əsr.("The Torment of Marsyas". (Foto:
 Wikipedia Commons))

Hellenistik dövrdə (Hellenistik dövr Makedoniyalı İskəndərin ölümü (-323) və Oktavianusun Antoniusu məğlub etdiyi Aktium savaşı (-31) arasında uzanan dövrə verilən addır (Avropa tarixçiliyi tərəfindən)  yaradılmış bu əsər Hellenistik sənətdə təəssüf hissini göstərməkdədir. Marsyas Dionysosun dostu idi. Məşhur bir nəfəs aləti ifaçısı olaraq Apollodan daha yaxşı musiqiçi olması ilə lovğalandı. Tanrı ilə musiqi yarışmasında məğlub olanda İskit qul tərəfindən canlı olaraq dərisinin soyulmasına qərar verildi. Ağacın gövdəsinə asıldı və qorxunc cəzasını çəkdi. Səhnə e.ə. 3. əsrin sonlarından etibarən Hellenistik dövrə aid edilir.

Üç gözəllər mozaikası 

  Bu əsərdə Hera, Afina və Afroditanın aralarında Qaz dağları (Mount İda)  ərazisində edilən tarixin ilk gözəllik yarışması təsvir olunub. Yenə əfsanəyə görə yarışmanı Afrodita qazanır.

Yunan mifologiyasında İda Dağı olaraq adı keçən ərazi – Qaz dağları mifologiyaya görə Kral Priamosun dağda ölümə vadar etdiyi oğlu Paris bir ana ayı tərəfindən böyüdülür. Böyüyüb gözəl və yaraşıqlı olan Paris bu üçünün arasında kimin ən gözəl olduğunu seçmək mövzusunda Zevs tərəfindən təyin olunur.

Paris bir-birindən gözəl üç qadın arasında seçimi necə edəcəyini düşünən zaman dünyanın ilk rüşvət hadisələri ortalığa çıxır. Hera Asiya və Avropa krallığını, Afina döyüşdə ən böyük sərkərdəliyi və qeyri-adi ağlı təklif edər. Afrodita isə dünyanın ən gözəl qadının sevgisini təklif edər. Paris krallığı və qəhrəmanlığı “kənara itələyib” eşqi seçər. Nəticədə isə Afrodita dünyanın ilk gözəllik kraliçası seçilir. Zevs bu dağda doğulmuşdur və məşhur Troya döyüşünü buradan izləmişdir.

Bu mozaika, eramızın 2.əsrində Türkiyənin Hatay ilində (daha dəqiq  Antakya ilçəsi. (ing. – Antiocheia)) tapılmışdır. Hal-hazırda Luvr muzeyində sərgilənir.

Fəsillər mozaikası. Antakya

Bu mozaika bir evin geniş otağının döşəməsinə döşənmişdir. Mərkəzdə səkkizbucaqlı bir fəvvarə var. Əsər dörd tərəfdən də baxılabiləcək şəkildə hazırlanmışdır. (Əsərdəki digər hissələrə tam baxmaq üçün bu keçiddən istifadə edin.)

Auxerre qadını

Auxerre İlahəsi olaraq bilinən bu heykəl Fransada Auxerredə bir anbarda ortaya çıxmışdır. Bu gün Luvr muzeyindədir. Yunan sənətindəki ən qədim Koreya (ayaqda duran qadın heykəli) sənətindən biridir. Krit adasında tapıldığı ehtimal olunur. E.ə. 640-630-cu illərə aiddir. Əhəng daşından hazırlanmışdır. Sinə üzərindəki xəttlər və rəng izləri balıq pulu bəzəklərinin mövcud olduğunu göstərir. Paltoda oymalar, ətəkdə isə iç-içə olan kvadratlar mövcuddur.

Atlı heykəl (Rampin Rider)

Bu baş, bir atın üzərindəki adam heykəlinə aiddir. Afinanın açıq muzeyi olan Akropolda 1886-cı ildə tapılmışdır. Bu hissənin mərmərdən düzəldilmiş ən qədim nümunə olduğu düşünülür. Xüsusilə, Anqlosakslar mədəniyyətində atın duruş mövqesinə görə minicinin ölüm səbəbi aydınlaşdırılır. Əgər atın ön iki ayağı havadadırsa, minici döyüş əsnasında, əgər ön bir ayağı havadadırsa, döyüş zamanı aldığı yaralardan, əgər bütün ayaqları yerdə olarsa, təbii səbəblərdən ölmüşdür.

Herakl heykəli

Qucağında, marallar tərəfindən əmizdirilən oğlu Telephusu daşıyan Herakl heykəli. 2.62 metr, mərmər. E.ə. 4.əsr Yunan heykəlinin roma kopyası. Təxminən 1 – 2 əsrlər.

Miloslu Venera heykəli

Heykəltəraşlıq nümunəsi 1820-ci ildə Egey dənizinin Kiklad adalarından olan Milos (Melos) adasından tapılmışdır. 203 sm hündürlüyə malikdir. Başlanğıcda bu heykəli klassik dövrə aid etdilər (e.ə. 510-323-cü illər). Lakin məlum oldu ki, heykəl gətiriləndə dayaq yerinə Meandrda Antioxa vətəndaşı Menidesanın oğlu İsgəndər bu heykəlin müəllifidir. Bununla da məlum oldu ki, heykəl Hellenistik dövrə aiddir (e.ə. 323-146 – cı illər). Nəticədə, dayaq itdi və indiyə qədər də tapılmayıb. Hellenistik dövrə aid olmasına digər əsas səbəblər Hellenistik dövründə düzəldilən heykəl işlərinə oxşarlığıdır: spiralvari kompozisiya, məkandakı yerləşdirilməsi və baldır hissəsinə parçanın düşməsi.

Böyük Sfinks 

Böyük Sfinksin heykəli Gizədəki Xeops piramidasının mühafizəçisi rolunu oynayan Sfinksi yada salır. Üstündə sıra ilə firon II. Ammenemes (e.ə. 1929-1895), Mernetaph (e.ə. 1212-02) və I. Shoshenq (e.ə. 945-24) adları yazılmışdır.

Hammurapi qanunları

Hammurapi qanunları – Eşnunna şəhər dövlətinin qanunları, akkad dilində yazılmış ilk sənəddir. Eşnunna (indiki Tel abu-Harmal) Diyala çayı hövzəsində yerləşirdi. Bu irihəcmli qanunlar külliyyatı qədim Babilistanda yaradılmışdı. Bu məşhur qanunlar hökmdar Hammurapiyə məxsusdur. Tam olaraq 282 maddədən ibarətdir, lakin bu maddələrin 33-ü (maddə 66-99) oxuna bilinməyəcək vəziyyətdədir.

Ovçu Diana və ya Versay Dianası

Ovçu Diana bir maralla birlikdə Yunan ilahəsi Artemisin (Latınca Diana) insan boyundan bir az hündür bir mərmər heykəlidir. E.ə. 325. Leocharesə aid edilən itkin Qədim Yunan bürünc orijinalının Roma oxşarıdır.  İtaliyada tapılan əsər 1556-cı ildə Papa IV. Paul tərəfindən Fransa kralı II. Henriyə hədiyyə edilmişdir. Əsər müasir Avropada müxtəlif formalarda bir neçə dəfə kopyalanmışdır (Məs: Kopenhagen Botanika bağçasında, Parisdə Lüksemburq Bağçasındakı kopyası və s.).

Nayk (Nike) heykəli

Qanadlı Zəfər heykəli. Yunan əfsanələrinə görə zəfər ilahəsi Naykın (Nike) e.ə. 3-cü əsrdən qalma mərmər heykəlidir. Dəniz döyüşündəki qələbəyə ithaf olunan Qanadlı Zəfər heykəli Fransa imperiya muzeylərinə adını yazdırmaq istəyən konsul köməkçisi və həvəskar arxeoloq Çempivoso (Champoiseau) tərəfindən 1863-cü ildə tapılmışdır. Əvvəlcə, heykəli və hissələrini, daha sonra heykəlin ayaqüstə durduğu gəminin burun hissəsini tapmış və hamısını Fransa Luvr Muzeyinə götürmüşdür. Edilən çalışmaların nəticəsində Qanadlı Zəfər heykəlinin bir vaxtlar iç-içə keçmiş olan blokları tək-tək bir yerə gətirilmiş, əksik qalan hissələr; məsələn sağ qanad tapılmamış və sol qanadın oxşarı düzəldilmiş, doldurularaq tamamlanmışdır. Qanadlı Zəfər heykəlinin ən önəmli tərəflərindən biri də qanadlar, qollar, baş və sinə hissələri ayrı-ayrı bloklar şəklində olmasına baxmayaraq, hər hansı dayaq olmadan bir-birlərinə birləşdirilmələridir. 

Yuyunan qadın (The Bather) 

Hamilə bir qadının yer aldığı bu əsər, ümumiyyətlə, 19-cu əsrə aid edilir. Jan Auqust Dominik Anqra (Jean Auguste Dominique İngres)ın 1808-ci ildə Romadakı Fransız Akademiyasında çalışarkən Parisə göndərdiyi əsərlərdən biri idi. Bu əsər uyğun xətlərin və incə işığın şah əsəri sayılır. Povest konteksti olmadan bir üz və ya anatomik dəqiqlik, həssas və poetik şəkil heyranlıqla qarşılandı. İngres bu mövzuya çox bağlı qaldı və sonrakı işlərində, xüsusən də, “Türk Hamamı” əsərində yenidən istifadə etdi.

Ardı var…

Bu məqalə müxtəlif mənbələrdən toplanmışdır.

Redaktə etdi: Pəri Abbaslı

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin