Əli fırçalı qatil

0

Da Vinci, Michalengello kimi usta rəssamların başçılığı altında inkişaf edən və  bugün üçün də keçərli olan incəsənətin əsas qaydaları üstündən bir əsr keçmişdi.

Judithin Holofernesin başını kəsməsi

Renessans dövrünün ideal gözəllik axtarışı yeni terminlərə (üçbucaq qurğu, perspektiv, 3D format, işıq kölgə) söykənir. Həmin dövrdə uğurlu bir sənətkar olmaq istəsəydiniz, qatı katolik kilsəsi ilə aranı yaxşı saxlamaq məcburiyyətində idiniz. İncəsənətdə azadlıq yox idi.

XVII əsr İtaliya rəssamlığında barokko ilə yanaşı inkişaf edən daha iki cərəyan mövcud idi: “Karavaccizm” və “Bolonya akademizmi”. Realizmə meylli karavaccizm bir çox rəssamın yaradıcılığına güclü təsir edib. Bu məktəbi elə Karavacconun özü qoyub. O, Neapol məktəbinin banisi idi.

İsanın tabuta qoyulması

Karavacconun “İnamsız Foma”, “İsanın tabuta qoyulması” kimi tablolarında işıq-kölgə ziddiyyətlərinə və rənglərin vəhdətinə xüsusi yer verilib. O, əsərlərinin dramatik və faciəvi xarakterini gücləndirmək məqsədilə fiqurları ön planda yerləşdirir ki, belədə onların ölçülərini nisbətən böyütmüş olur və nəhayət, işıqdan kölgəyə keçid üsulundan tədricən imtina edib, onların sərhədini nəzərə çarpdırır.

Milan yaxınlığındakı yoxsul bir kənddə doğulan Karavacco (Michelangelo Merisi da Caravaggio) ailənin üçüncü uşağı idi. Hələ 5 yaşında atasını, 19 yaşında isə anasını itirmişdi.

Milanda bir rəssamın yanında şagirdlik edib və əsas sənət növlərini öyrənib. 1593-cü ildə Romaya köçən Karavacco bir çox sənətkarın işlərini kopyalayıb və özünü inkişaf etdirib. Ancaq Karavacco sonradan bu əsərləri özü şərh etməyə, daha öncə rast gəlinməmiş ruhda rəsmlərə çevirməyə başladı. Onun üçün Renesansın duyğusuz incəsənəti və sıradan təqlidçiliyi həyatdan olduqca uzaq idi.

İnsanlar səfalət içində yaşayırdı. Qanunlar qanunları yaradanlar tərəfindən zorakılıq məqsədilə istifadə edilirdi və mərhəmətsiz kilsə xadimləri din pərdəsi altındı xalqı incidirdi.

O dönəmdə sənət və ya sənətkarlıq deyə bir ayrım yox idi. Sərgi, qalereya və buna bənzər şeylər təklif belə oluna bilməzdi. Demək olar, incəsənətin üzərində kilsənin hakimiyyəti var idi. Kəskin şərtli müqavilələr vasitəsiylə rəssama sifariş verilirdi və mövzu, fiqürlar, hətta istifadə edəcəyi rənglər belə birbaşa olaraq bildirilirdi. (Da Vinçi belə bu müqavilələrə bağlı qalaraq rəsimlər çəkib) Kilsə tərəfindən qəbul edilməzsə, onda sizin üçün çətin günlər başlayırdı. O dönəmdə heç kim kilsə ilə qarşılaşmağa cəsarət etməzdi. Karavacco buna cəsarət edən ilk sənətkar olacaqdı.

O, yaradıcılığının erkən dövrlərindən ən çox dini süjetlər çəkib, onları öz müasirləri kimi təsvir edib.

Hiyləgərlər…

Bu rəsmə baxan hər bir şəxs cinayətə ortaq olur. Birazdan günahsız və məsum bir gənc saxtakarlar tərəfindən aldadılacaq. Rəsm o qədər ustalıqla işlənib ki, əslində, aldadanla aldadılanın eyni taleyi bölüşdüyünü anlamaq çətindir. Karavacco eyni adamı həm öndən, həm arxadan çəkərək iki fərqli obraz yaradıb.

Üçüncü şəxs isə məsum qurbanın kartlarına baxaraq cinayətkar dostuna işarə verir, köməklik göstərir. Arxası dönük olan saxtakar çiynini biraz əyərək gizlətdiyi saxta kartıyla hərəkətə keçir.

Gənc rəssamın bu əsərindəki reallıq hissi Kardinal Maria Del Monteni elə təsirləndirib ki, onu evinin ən görkəmli yerində yerləşdirib.

Və bunun sayəsində Karavocco kilsənin qəlbinə gedən yolu tapmışdı.

Təhlükəli rəsmlər

Kilsə gənc istedadı yoxlamaq üçün ilk sifarişini verir və o, “Müqəddəs Matta”nı çəkir. Bu müddətdə rəssam güclü nəzarət altında işləyir.

Sifarişə əsasən, Mattanı ilahi bir varlıq olaraq çəkəcək, əsərə baxanlar yaradanın və yaradılışın üzərində olmağın nə olduğunu görəcəkdi. Karavacco isə bunu istəmirdi, çünki o, Tanrını göydə yox, yerdə axtarırdı.

Bu gün də aqibəti bilinməyən və əlimizdə olan ilk Matta rəsmini görürük. Matta qoca və öyrənmə həvəsi olan birinə bənzəyir. Ona oxumağı öyrədən isə bir mələkdir və o, biraz işvəlidir.

O dövrün incəsənəti anlayışı dini və mifoloji obrazları insanlaşdırma meylində idi. Bəs, bu vəziyyətdə Karavacco mələyi bir qadınmı, yoxsa bir kişi olaraqmı çəkməlidir?

O, yenə də fərqlilik edir və rəsmlərə içində hər ikisini ehtiva edən xüsusiyyətlər əlavə edir. Rəsmə baxan bir qadındırsa mələyi kişi kimi, kişidirsə qadın kimi görəcəkdi.

Həyatın kilsədən asılıdır.

Kilsə ilk “Matta” şokundan ayılandan sonra rəssama yenə eyni mövzunu işləməyi əmr edir. Bu dəfə Matta daha gözəl bir formada, mələk isə daha az işvəli olmalıdır.

Karavacco istəməsə də, gördüyünüz rəsmi çəkir; bu dəfə sanki Matta mələyə nəsə öyrədir. İlk rəsmə görə daha səmiyyətsizdi, elə deyil?

Müsəlmanlıq azanla mədəniyyət formalaşdırarkən, xristianlıq rəsmlərlə mədəniyyətini inkişaf etdirib, onun vasitəsilə təbliğat aparırdı. Bu əsərlər kilsələrə, ibadətgahlara asılacaqdı və insanlar onların qabağında dua etməli idi. Ona görə də, rəsmlərin bu tələbatlara cavab verəcək şəkildə olması gözlənilirdi.

Kəskin işıq-kölgə effektindən istifadə etməsi, gerçəyə yaxın tərzi və mövzuları fərqli şəkildə çatdırması kilsələr üçün yavaş-yavaş təhlükəli və qorxulu olmağa başladı.

İlk cinayətləri

Karavacco artıq kilsə üçün ciddi təhlükə və qorxu mənbəyi olmuşdu. Məryəm Ananın rəsmini çəkərkən çayda boğulan bir qadının cəsədini məzarından çıxarıb, onu model olaraq istifadə etmişdi. Bəzi əsərlərində model olaraq fahişələrdən istifadə edib və həmin obrazları Məryəm Anaya çevirmişdi.

Karavacco Renesansın əksinə insanı tanrılaşdırmırdı, Tanrını insanlaşdırırdı. Buna görə də, kilsə artıq sifarişləri ona yox, orijinalın üzünü köçürən rəssamlara verirdi. Karavacco onu həvəskar şəkildə yamsılayanları kəskin tənqid edir, aşağılayırdı.

Nəhayət, onu biri məhkəməyə verdi və o, cinayətkar elan olundu.

Aylarla bir otaqlı zindanda yatdıqdan sonra cəzası ev dustaqlığıyla əvəz olundu. Evdən çıxmaq qadağan idi. Xəbərdarlığa gələn vəzifəli şəxslərə hücum etdiyi üçün yenidən həbs edildi.

Narsizm

Karavacco artıq təhlükəli, agresif, vəhşi birinə çevrilmişdi. Romanın kasıb məhəllələrində yaşamağa çalışır, onu sıxan, narahat edən birini ölümlə təhdid edirdi. Belə bir böyük rəssamın qanqster ruhlu birinə çevrilməsi rəsm tarixinin ən qəribə hadisələrindəndir.

Medusa

Romanın ən sevilən fahişələrindən Leda Karavacconun da “yaralı yeri” idi. Çox vaxt rəsmlərində model olaraq ondan istifadə edirdi və ona qarşı gizli bir sevgi bəsləyirdi. Amma ona aşiq başqa biri də var idi :Mariano.

Karavacco üçün yetərli səbəb idi. Marianonı düelə dəvət etdi. Lakin o, bunu rədd etdi. Aradan bir neçə gün keçmişdi ki, Mariano küçədə hücuma məruz qaldı, kürəyindən yara aldı və öldü (6 May 1606).

Cinayəti törədən izini itirdi, amma kim olduğuyla bağlı heç kimin şübhəsi yox idi.

Aradan uzun zaman keçməsə də, yenə bir qadına görə, Ranuccio Tomassoni adında bir adamı duelə çağırdı və onu qətlə yetirdi. Roma onun başına mükafat qoydu.

Kimsə Karavacconun başını bir səbətin içində baş kilsəyə gətirsəydi, mükafatı o alacaqdı. Karavacco Romada qala bilməzdi. Sürgün yeri olan Maltaya qaçdı və orada burjua sinfindən San Juan Cəngavərlərinə qoşuldu. Bundan sonra o, cəngavərlərin müdafiəsi altında idi.

Qaçış arası fasilə

Əslində, belə bir qatilin və tüfeylinin San Juan Cəngavərlərinə qoşulması mümkün deyildi, amma dünya yeni incəsənət anlayışı barokkonun rəsmdə yaradıcılarından Karavacconun şöhrətini, adını çoxdan eşitmişdi. İnsanlar ona çox hörmət edirdi.
Hərçənd, Karavacco artıq əli qanlı bir qatil idi. Burda da rahat durmayacaq, hər hansısa bir cəngavərlə mübahisə edib, nəticədə onu öldürəcək və həbs ediləcəkdi. Bir möcüzə nəticəsində yerin altında olan bir çuxurdan qaçmağı bacardı. Özünü də, əsərlərini də Sicilyaya aparacaq bir gəmiyə mindi.

Son şedevr

Canavar Golyadın başını əlinə almış qəhrəman Davudun portreti.

Başı kəsik şəkildə çəkilən insan üzü isə Karavacconun öz üzüdür. Rəssam bu mövzuda çəkdiyi bütün rəsmlərdə, demək olar ki, kəsilmiş üz kimi öz portetini çəkib. Karavacco artıq başına mükafat qoymuş Romaya geri qayıtmaq, başını öz əlləri ilə təslim etmək və əfv edilmək istəyirdi.
Karavacco Napoli də idi, lakin, heç kim onu böyük bir istedad kimi görmürdü. Bir gün yeməkxanadan çıxanda hücuma məruz qalır və ağır yaralanır.

Bu gün də hücumun təşkilatçısının kim olduğu bilinmir. Cəngavərlər, yoxsa cinayətə qurban gedən mərhumların yaxını?

Planlı şəkildə təşkil olunmuş hücumdan Karavacco sağ çıxmağı bacarır. Və tam bu anda Roma onu bağışladığını bildirir. Artıq evinə geri qayıda və yeni həyata başlaya bilərdi.

Romaya çatmaq üçün bir gəmiyə minir. Pis günlərin sonu gəlmişdi və Karavacco artıq “təmizlənmişdi.” Peşmanlıq və iztirabla keçən sürgün artıq bitmişdi.
Palo Laziale yaxınlarında sahilə enməli və əlindəki sənədlərin hələ də qüvvədə olma müddətini yoxlatmalıydı. Ancaq sahildəki mühafizəçilər ya onun bağışlandığı xəbərini hələ almamışdı, ya da başqa bir cinayətkara bənzətmişdi.

Nəticə: Karavacco yenə həbsə atılır.

Vəziyyət dəqiqləşəndə rəssam sahilə qaçır, amma artıq çox gec idi. Gəmi əsərləri ilə birlikdə çoxdan sahildən yan almışdı. Bəlkə də, gəmi olduğu yerdən 200 km uzaqlıqda olan növbəti limanın olduğu Porto Ercoleyə getmişdi.

Karavacco əsərlərinin dalınca yola düşür və bataqlıq bir ərazidə qızdırması qalxır. İyulun istisinin də təsiriylə havalanır.

Karavacconun yaxınlardakı bir xəstəxanaya yerləşdirilib orada vəfat etdiyi güman edilir (18 iyul 1609).

Başqa bir rəvayətə görə, Porto Ercole gəmisinə çata bilmədən əsgərlərlə dalaşır və orada öldürülür.

Əsas tədqiqatçılar isə törətdiyi cinayət qurbanlarının yaxınları tərəfindən təşkil edilən bir sui-qəsd nəticəsində öldüyünü söyləyir. Bu gün hələ də necə öldüyü bir sirrdir.

Falçı qadın
Musiqiçilər
Hz.İsa və tikanlı tac
Şama qayıdış
Hz.İsmayıl
Bacchus

 

Mənbə: https://onedio.com/haber/insanlarin-saygi-duydugu-sanatta-devrim-yaratan-bir-katil-caravaggio-760098

Rəsmlər: http://www.caravaggio.org/

Michelangelo Caravaggio hayatı ve eserleri 1571-1610

Tərcümə və redakte etdi: Müjgan Mansur

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin