Hıçqırıq diafraqmanın ani və istəksiz olaraq sıxılması nəticəsində meydana gəlir. Diafraqma ağciyərlərin altında qübbə şəklində və nəfəs alma prosesində əhəmiyyətli rolu olan bir əzələdir. Nəfəs alarkən diafraqma sıxılar və aşağı doğru hərəkət edərək döş qəfəsinin genişlənməsini təmin edər. Nəfəs verərkən isə boşalar və havanın ağciyərlərdən çölə çıxmasına köməkçi olur.screen-shot-2015-05-21-at-11-14-27-am

Gırtlağın üst hissəsindəki epiglot olaraq adlandırılan qapaqcıq udqunma zamanı, qidaların və tüpürcəyin nəfəs borusuna qaçmasına maneə törədəcək şəkildə nəfəs borusunu bağlayır. Diafraqmanın ani və istəksiz olaraq sıxılması havanın sürətli bir şəkildə ağciyərlərə girməsinə və epiglot qapaqcığının birdən bağlanmasına səbəb olur. Hıçqırıq zamanı eşitdiyimiz səs bu ani hərəkət səbəbiylə ortaya çıxar.

Diafraqmanın sıxılmasını və boşalmasına təmin edən sinir impulslarının daşınması prosesində ortaya çıxan problemlərin diafraqmanın ani və istəksiz bir şəkildə sıxılmasına səbəb olduğu düşünülür. Ancaq səbəb hıçqırdığımız və hıçqırmanın necə bir funksiyası olduğu sualı cavablanmış deyil.

Çox miqdarda tez-tez yemək yemək, qazlı içkilər, spirtli içkilər içmək və stress hıçqırıq meydana gətirə bilər. Belə ki, həddindən artıq çox yeyərək mədə şişirdilir və hıçqırıqlar başlayır. Ancaq bu kimi vəziyyətlərdə hıçırıq ümumiyyətlə bir neçə dəqiqə içində keçir. Uzun müddət davam etməsi isə başqa bir xəstəliyin simptomu ola bilər.

 

Hıçqırıq necə keçə bilər?

Burada edə biləcəyimiz iş əsasən azan sinirin (nervus vagus) oyanmasını başqa hərəkətlərlə tormozlamaqdır.

1. Şirin bir şey yemək – sinirlərinizi aldadıb hıçqırığa son verə bilərsiniz. Bunun üçün bir çay qaşığı dolusu şəkəri və ya balı dilinizin dib qisminə yerləşdirin.

2. Barmaqlarınızı qulaqlarınıza tıxayın. Bu, eşitmə sisteminə çatan vagus sinirini xəbərdar etməyə yarayır.

3. Birini qorxutduğunuzda və ya biri sizi qorxutduqda vagus sinirini çaşdıra bilərsiniz. Bu üsulu tətbiq edə bilmək üçün aktyorluq qabiliyyətinizin də bir az inkişaf etmiş olması lazımdır.

4. Burnunuzu və ağzınızı bağlayaraq dözə bildiyiniz qədər hava almadan dayanın.

5. Su udmaq (içmək yox, ağızı su ilə doldurub birdən udmaq) ya da su ilə qarqara etmək sinirləri tormozlaya bilir.

6. Bir kağız torbanın içində nəfəs alıb-verin. Burada da bədən kifayət qədər oksigen ala bilmədiyində (nəfəs verəndə karbon qazı buraxdığımızdan torbada oksigenin miqdarı azalır) mərkəzi sinir sistemi hıçqırığı unudub daha əhəmiyyətli bir problemə fokuslanır.

7. Xüsusilə tərkibində maqnezium olan qidalar, sinirləri sakitləşdirərək hıçqırığın keçməsinə kömək ola bilir.

8. Qıdıqlandıqda sinirlərinizin üstünə külli miqdarda yük düşəcək və hıçqırıq dayanacaq.

9. İsti bir şeylər içmək. Bu bütün metodlar içində ən güvənilir və effektli bir metoddur. Hıçqıraq başlayan anda isti su, çay, süd və s. içsəniz 10-15 saniyəyə yox olacaq.

Hansı metoddan istəsəniz yoxlaya bilərsiz, əsas odur ki, beyninizi məşğul edin ki, hıçqırıq azalaraq yox olsun.

Müəllif: Hikmət Həmdullayev

 

PAYLAŞ
Öncəki yazıMorze əlifbası
Sonrakı yazıEmil Michel Cioran: Çürümənin Kitabı
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin