Luvr Muzeyində heyrət edəcəyimiz əsərlər – 2

0

Bundan əvvəlki məqaləmizdə Luvr muzeyində sərgilənən bir neçə əsərlərin haqqında yazmışdıq. Bu məqaləmizdə də maraqlı əsərlərlə yaxından tanış olacağıq. Ümumiyyətlə, Luvr muzeyində sərgilənən hər bir əsərin öz maraqlı hekayəsi vardır. Amma biz ən diqqətçəkici əsərlərin hekayələrini bölüşmək istədik. Hazır olun, növbədə bizi bir əsərin hüznlü hekayəsi gözləyir.

Meduzanın Salı

Meduzanın Salı (fr. Le Radeau de la Méduse) Fransız rəssam Teador Qerikault tərəfindən 1818-19-cu illərdə çəkilən və Fransız romantizminin ikonalarından biri sayılan yağlı boya tablodur. Ayrıca olaraq, Luvr muzeyinin şahəsərlərindən biri sayılır.

Rəsmə baxdıqda həqiqət olmayacaq qədər dəhşətli görünsə də, təəssüf ki, bu tabloda 1816-cı ildə Seneqal sahillərində 400 əsgər sərnişini ilə batmağa başlayan Fransız Meduza fırkateynindən (ing. “frigate” sözündən yarandığı ehtimal olunur. Böyük gəmiləri dəstəkləyən, nisbətən kiçik müasir döyüş gəmiləridir. Lakin burada qayıq nəzərdə tutulur.) xilas olmaq üçün özlərinə böyük ümidlə və dərhal düzəltdikləri salla daha sonra okeanın dərinliklərində məhkum olan gerçək insanların gerçək hekayələri yatırmış. 400 nəfər ilə dənizə açılmalarına baxmayaraq, sadəcə 250 nəfərə bəs edəcək qədər xilasedici qayığı olan gəminin batmağa başlaması ilə tələsik düzəldilən sala minən əsgərlər insanlığın xəyal edə bilməcəyi ən çətin imtahanlar ilə üzləşmişlər. İlk günün sonunda yeməkləri bitən, cəsədləri və daha sonrasında isə qurtulma şansı olmayan insanları yeməyə başlayan əsgərlərdən 13 gün sonra sadəcə 15-i sağ qalmışdır. İçərisində olduqları vəziyyət o qədər qəliz imiş ki, bəziləri qurtulmaq üçün və ya qurtulmamaq üçün saldan dənizə atlanmışlar.

Rəsmin mövzusu xaricində diqqətçəkən bir çox xüsusiyyəti varmış. Məsələn: yaxın tarixdən bir mövzunun bir bədəl qarşılığı deyil, bir xəbəri yansıtmaq üçün çəkilmiş olması və ya rəsm üçün Qerikaultun morqlara gedib cəsədlərin necə göründüyünü, xəstəxanalara gedib həyattan uzaqlaşarkən necə bir ifadəyə büründüklərini araşdırmış olması kimi.

Meduzanın Salı rəsminin bir digər özəlliyi də Fransız romantizminin başlanğıcı sayılabiləcək qədər iddialı bir əsər olması idi. Amma yenə də ironik bir şəkildə 13 günlük aclığa baxmayaraq, insanların hələ əzələli olmalar və çılpaq təsvir edilmələri rəssamın klassisizmin təsirindən qurtulmadığını da göstərir.

Luvr muzeyini ziyarət etdiyimizdə sonsuz enerji mənbəyi günəşin belə işıqlandırmağı bacara bilmədiyi okeanın minlərlə metr dərinliyindən onları ayıran tək şey olan salda, 150 əsgərin susuzluq, aclıq və çarəsizlik ilə keçən 13 gün müddətində qurtarılmağı gözləyən anları təsvir edildiyini bilmiş olsaydıq, çox böyük ehtimalla, Meduzanın Salı əsərinə daha fərqli yanaşardıq.

Türk Hamamı (Turkish Bath)

Jan Aqust Dominik Anqra (Jean Auguste Dominique Ingres) ömrünün sonlarında bu hərəm səhnəsi ilə ən erotik rəsmini yaratdı. Bu əsərdə oriental bir mövzu ilə çılpaq obrazı birləşdirdi və 18-ci əsrin əvvəllərində İstanbulda bir qadın hamamına getdiyini danışan Xanım Montaquenin (1690-1760) məktublarından ilham aldı.

Ölməkdə olan qul və Üsyankar qul

Ölməkdə olan qul və Üsyankar qul, İtalyan intibah dövrü sənətçisi Mikelancelo Buonarroti (it. Michelangelo di Lodovico di Leonardo di Buonarroti Simoni) tərəfindən düzəldilən bir heykəldir. 1505-ci ildə Papa II Juliusun məzar abidəsini bəzədi və dəyişdirilən bir layihənin parçası olaraq Qulları 1513-də oymağa başladı. Papanın ölümü ilə layihə maddi səbəblərdən dolayı bir dəfə də dəyişdi. 1513 və 1515 illəri arasında digər bir heykəl olan Üsyankar Qul ilə Papa II Juliusun xatirə məzarı üçün düzəldildi.

Kupidin öpüşü ilə canlanan Sayki (Cupid and Psyche)

“Cupid” latıncada Eros mənasına gəlir. Sayki Kupid ilə yaşadığı eşqlə ilahilər mərtəbəsinə yüksəldi. Bu öpüş ilə oyandırılma anı Kupid və Sayki arasındakı eşqin heykələ dönmüş halıdır.

Antonio Kanova tərəfindən 1793-cü ildə düzəldilmişdir.

Velletri Afinası

18-ci əsrdə Velletridə tapılan bu böyük Afina heykəli Napoli yaxınlığlarında tapılan Roma surətlərindən, üstəlik də, antik tökmə hissələrindən biri olan və dövrümüzdə itkin düşən bürünc bir heykəlin surətidir. E.ə. 430-cu ildən qalma orijinalı, ümumiyyətlə, Periklin portretini edən Krit heykəltəraşı olan Kresilasa aid edilir.

Yatan Hermafrodit (Hermapfrodite Endormi)

Bernini tərəfindən düzəldilən bir yatağın üzərində yatan Hermafrodit heykəlinin qarışıq və şəhvətli cizgiləri dövrümüzdə hələ də heyranlıq mənbəyidir. Yatan Hermafrodit həqiqi ölçülərdə oyulmuş qədim bir heykəldir. 1620-cı ildə İtalyan sənətkar Gian Lorenzo Bernini heykəli üzərində yatdığı yatağı şəkilləndirdi.

Üç gözəllər heykəli (Three Graces)

1.19 metr uzunluğundakı bu heykəl e.ə 2-ci əsr Qədim Yunan orijinalının, bizim eranın 2-ci əsrində düzəldilmiş Qədim Roma surətidir. Üç gözəllər adındakı bu heykəllərin əlləri bir-birlərinin çiynindədir və paltarları hər iki tərəfdə olan vazalara sarılıb.

Oturan Katib

Təxminən Orta Padşahlığın sonlarında (e.ə. 3800-1710) Misirdə düzəldilmiş bu heykəl haqqında heç nə bilinmir; nə adı, nə ünvanı, nə də tam olaraq yaşadığı dövr. Bununla belə, bu bilinməyən heykəl ziyarətçilər tərəfindən maraqla izlənilir.

Tiber Çayı

1512-ci ildə kəşf edilməsinə baxmayaraq, bu heykəl Roma çayı Tiberin insan obrazıdır. İsis və Serapisə ithaf edilən bir məbədi bəzəməkdədir. Heykəl çayın Roma əsatirləri ilə əlaqəsini göstərir və doğruluğunu – çayın tanrısına, şəhərin əfsanəvi əkiz qurucuları olan Romulus və Remus müşaiyət edir. Üstündəki qabartmalar əfsanəvi partlayışları və çayın faydalı təsirlərini göstərir.

Karakalla büstü

Ətraflı ifadəsi ilə bu büst İmperator Karakallanın portretidir. Bu, həm imperatorun psixologiyasının, həm də siyasətinin bir ifadəsidir və bizim eranın 3-cü əsrinin əvvəllərində hərbi tərəfin siyasi həyatda əhəmiyyətini ifadə edir.

Bu məqalə, müxtəlif mənbələrdən toplanmışdır.

Redaktə etdi: Pəri Abbaslı

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin