Aqata Kristi romanları əsasında çəkilmiş ən məşhur ekran əsərləri

0

Britaniyalı yazıçı Aqata Kristi (Agatha Christie) 20-ci əsrin ən məşhur yazarlarından biri olmuşdur. Günümüzdə onun personajları bütün düynada sevilir və kitablarının tirajları milyard nüsxəni keçir.


Aqata Kristinin yaradıcılığının məşhurlaşmasında ən vacib rolu kinomatoqrafiya oynamışdır. Filmlər İngilis yazıçının romanlarının motivləri əsasında hazırlanmışdır.

Onun kitabların ilk ekran əsəri 1931-ci ildə olmuşdur. Bu, “Rocer Ekroydun qətli” əsərinin motivləri əsasında çəkilmiş “Alibi” filmi idi.

Onun onlarla romanları barədə müxtəlif rejissorlar maraqlanmışdır. Həmin şedevrlərin bir neçəsi ilə məqaləmizdə tanış olacaqsınız:

1) “Şərq ekspressində qətl

Bu, demək olar ki yazıçının ən çox filmə çevrilmiş romanıdır. Günümüzədək 3 dəfə ekranlaşdırılmışdır. Gəlin sıra ilə bu romanın hər 3 variantına nəzər salaq :

İl: 1974
Rejissor : Sidney Lumet  
Bu, Aqata Kristinin böyük ekranda səhnələşdirilmiş ən yaxşı işlərindən biri olmuşdur. Amerikan kino akademiyasına 6, BAFTA premiyerasına 10 namizədlik qazanmışdır. Parlaq aktyor heyətinə nəzər salaq: Ingrid Bergman, Jacqueline Bisset, Sean Connery, Vanessa Redgrave, Michael York və ən əsası Albert Finney.

Bu film rejissoruna xəyal qırıqlığı yaşatmadı. Aqata Krsitinin kitablarının ekranlaşdırılması üçün bir standart halına gətirildi.Yazarın bütün heyranlarına ilk olaraq bu filmi izləməyi tövsiyyə edirik.
Filmin treyleri – Şərq ekspressində qətl

İl: 2010
Rejissor: Philip Martin
Yenidən “Şərq ekspressində qətl”. Bu dəfə baş obrazı Devid Suşet (David Suchet) canlandırmışdır. O möhtəşəm detektivi canlandırmağa daha əvvəldən başlamışdır. 1989 və 2013-cü illər ərzində Puaro barədə çəkilmiş serialda baş obrazı canlandırmışdır. Təxminən artıq yarım əsrdir ki, biz Puaro obrazını David Suchet simasında görməyə alışmışıq, hətta bəzilərimiz gələcəkdə başqa birisinin bu obrazı canlandıra biləciyini xəyal edə bilmirik.
Gəlin yenidən qayıdaq “Şərq ekspressində qətl”ə. Bu filmin 2010-cu il versiyasının sələflərinin içində ən yaxşısı olmağı üçün çalışıldı. Açıq sözlü olmaq gərəkərsə, qeyd etmək lazımdır ki, film və ümumiyyətlə, Aqata yaradıcılığı yalnız bir obrazın və aktyorun sayəsində məşhurlaşdı – Devid Suşet. Uzun illər ərzində o, görkəmli detektiv obrazı üçün ideal formada cilalanmışdır. Nə zaman onun şəkillərini görsək, “Puaro və Agatha Christie” serialının digər epizodlarını xatırlayaraq nostalji yaşayırıq.
Filmin trayleri – Şərq ekspressində qətl

İl : 2017
Rejissor: Kenneth Branagh
Filmin aktyor heyətində Branagh, Penélope Cruz, Willem Dafoe, Judi Dench, Johnny Depp, Josh Gad, Derek Jacobi, Leslie Odom Jr., Michelle Pfeiffer ve Daisy Ridley yer almışdır. Bu dəfə məşhur detektivi filmin rejissoru Kenneth Branagh olmuşdur. Bir çoxları üçün məyus edici olsa da, David Sucheti yenidən eyni obrazda görə bilməsək də, filmin müasir variantı izləməyə dəyər.
Filmin trayleri- Şərq ekspressində qətl

2) “Nildə ölüm”

İl: 1978
Rejissor: John Guillermin
Bildiyimiz kimi Erkül Puaro belçikalı idi və o, heç vaxt “ingilis” olmağa nail ola bilməmişdi. Hər zaman özünü bir belçikalı kimi təqdim edirdi. Bu filmdə baş obrazı canlandıran Peter Ustingov (ehtimallara görə rus əsilli olmuşdur) detektiv obrazına alışmışdı. Lakin onun rus əsilli olması sadəcə bir fərziyyə olaraq qalmaqdadır…
“Nildə ölüm” filmini tez-tez “Şərq ekspressində qətl” filmi ilə səhv salırlar. Sidney Lumet üçün bu il əvvəl lehinə deyildi. Lakin hər kəs bu faktı qəbul edir ki, Piter Ustingov bu obrazı Albert Phinny qədər məharətlə canlandırmışdır. Ustingovun canlandırdığı Puaro obrazı maraqla qarşılandı, daha dərin və sehirləyici oldu. O, yalnız özündən sonra bu obrazı canlandıracaq olan David Suchet ilə müqayisə oluna bilərdi.
Filmin treyleri – Nildə ölüm

3)Təcavüzkarlıqla mübarizə”

İl: 1985
Rejissor: Desmond Davis
“Təcavüzkarlıqla mübarizə” romanı Erkül Puaro və ya Miss Marple ilə bağlı digər romanlar qədər məşhurdur (Qeyd etmək lazımdır ki, Jane Marple yazarın digər romanlarının baş obrazı olmuş detektiv xanımdır). Romanın hekayəsinə oxşar bir hadisə bu romanı ekranlaşdırılmasında rejissora təsiri olmuşdur. Öz çərçivəsində bu film özündən 2 il sonra yayımlanan “10 zənci balası” (Aqata Kristinin romanının motivləri əsasında çəkilmiş) filminə bənzədilir.

Filmin treyleri – Təcavüzkarlıqla mübarizə

4) “10 zənci balası”

İl: 1987
Rejissor: Станислав Говорухин (Stanislav Govorukhin)  
İlk olaraq, romanın özü haqqında bir neçə cümlə ilə fikir bildirək: Aqata Kristinin özü “10 zənci balası” romanını ən yaxşı işi olaraq dəyərləndirmişdir. Roman 1939-cu ildə yayımlanır, bir müddət sonra 1943-cü ildə romanın motivləri əasında “Heç kəs qalmadı” adlı pyes səhnələşdirilir. Bu kitab SSRİ-də ən yaxşı ekranlaşdırılmış roman adı ilə arxivə düşmüşdür. Rejissor Stanislav Govorukhin romanın orijinal adını və sonluğunu saxlamış, obrazların xarakterlərini və konfliktlərini dəqiq şəkildə hazırlamışdır. Kiçik hekayə yanlışlıqları olmasına baxmayaraq, ümumilikdə, film uğursuzluğa düçar olmadı.
Filmdə obrazları canlandırmış aktyor heyyətinə nəzər salaq: Татьяна Друбич, Владимир Зельдин, Александр Кайдановский, Алексей Жарков, Анатолий Ромашин, Александр Абдулов və başqaları.
Bu film Sovet kinomatoqrafiyasının klassikası hesab olunur.

Filmin treyleri – 10 zənci balası

Mənbə: 5 лучших экранизаций книг Агаты Кристи

Redaktə etdi: Pəri Abbaslı

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin