Berlin divarı

0

Image result for berlin duvarı

    Soyuq müharibə illərinin bəlkə də ən açıq və dəqiq simvolu olan Berlin divarı 13 avqust 1961-ci ildə, Şərqi Alman məclisinin aldığı qərarlar nəticəsində inşa olunmağa başlanmışdır. Məqsəd isə Şərqi Almaniya vətəndaşlarının Qərbi Almaniyaya köçməsinin qarşısının alınması idi. Təxminən 46 kilometr uzunluğunda olan bu divar qərbdə illər boyu “Utanc divarı” olaraq adlandırılmışdır. Divar 9 noyabr 1989-cu ilə qədər mövcud olmuş və Şərqi Almaniyanın vətəndaşlarına Qərbə köçmək icazəsi verməsinin arxasından bütün təsisləri ilə birgə yıxılmışdır. Berlindəki ilk faktiki ayrılma 1961-ci ildə tikanlı simlər ilə gerçəkləşmişdir.

Image result for berlin duvarı

İnsanların yaşadıqları təzyiq, məhbusluq hissi və doğmaları üçün darıxmaq kimi faktorların yanında, iqtisadi böhranın da baş qaldırması səbəbi ilə Şərqi Almaniyadan Qərbə köçlərin sıxlaşması nəticəsində alınan divar hörülmə qərarının təsirləri günümüzə qədər də davam etməkdədir. Divarın şərq tərəfindəki qəribə bir xüsusiyyət isə divarın qaçmağa niyyəti olan inasanların asanlıqla görünməsi üçün ağ rəngə boyanmış olmasıdır. Buna qarşılıq olaraq Qərbi Almaniyaya baxan tərəf isə  qrafitti və şəkillərlə doldurulmuşdu.

Image result for berlin duvarı

İkinci Dünya müharibəsinin nəticəsində, müharibədə uduzmuş olan Almaniyanın paytaxtı Berlin amerikan, fransız, ingilis və sovet gücləri tərəfindən 4 fərqli idarə bölgəsinə ayrıldı. Daha sonra, Qərb ittifaqı idarə bölgələrini birləşdirmə qərarı aldı. Lakin Sovetlər Birliyi bu birləşməni qəbul etmədi. Qərb qüvvələri isə bu reaksiya nəticəsində, kommunizmə qarşı bir polis bölməsi tipində birlik yaratmağı məqsədinə qoydu. Şərqi Almaniyada isə Sovetlər tərəfindən yeni bir düzən qurulması hədəfləndi. İqtisadi mənadan kommunizm təməlli olan, siyasi mənada isə avtoritar şəklə bürünmüş Şərqi Almaniyadan Qərbə qaçışlar daha çox Berlindən gerçəkləşməkdə idi.  İstər böyük miqyaslı qaçışlar, istərsə də adminstrativ olaraq özünü qoruma refleksi ilə Şərq ilə Qərb arasında divar hörmə fikri yerləşmişdi. Hətta, divar hörüldükdən sonra bir çox qaçışın qarşısı alına bilməmiş, bu səbəbdən divarın boyu yüksəldilmiş, əraziyə minalar döşənmiş, divar boyunca müəyyən aralıqlarla müşahidə etmə qüllələri yerləşdirilmişdi. Şərq tərəfində motosikletli və piyada polislər və itlər də nəzarət edirdi. Bütün bu gözətləmələrə baxmayaraq, təxminən 5000 insan tunellər, evdə düzəltdikləri balonlar və digər yollarla Şərqdən Qərbə qaçmağı bacarmışdır. İlk dəfə silah gücü ilə, 24 avqust 1961-ci ildə 24 yaşındakı Günter Litfin‘in Spree çayı üzərindən qaçışı ölümcül olaraq əngəlləndi. Sərhəd növbətçilərinin mərmiləri ilə həyatını itirən son insan isə, divarın yıxılmasından 9 ay əvvəl, 6 fevral 1989-cu ildə qaçmağa çalışan Chriss Gueffroy oldu. Divarı aşmaq istəyəndə can verənlərin sayı tam olaraq bilinməsə də, ən az 86, ən çox isə 238 adam olduğu təxmin edilir. Divar boyunca, burda həyatını itirənləri xatırladan bir çox kiçik abidəyə rast gəlmək mümkündür.

Image result for berlin duvarı

Divarın hörülməsi fikri isə Sosyalist Birlik Partiyası ( almanca: SED – Sozialistische Einheitspartei Deutschlands ) baş sekretarı Walter Ulbrichtin bir şeylər edilməsi gərəktiyi mövzusunda Sovet liderlərinə danışması və razılıqlarını alması nəticəsində ortaya atılmışdır. Şərq Berlini Qərbi Almaniya sərhədləri içərisində bir fəsad yuvası, kapitalizmin qalası, qarşı təbliğat mərkəzi olaraq gördüyü üçün berlin divarını hörməyi həll olaraq mənimsədi. Divar Qərbi Almaniyanın içində ABŞ güdümündə kapiatlist Şərqi Berlini çevrələmək üçün Qərbi Almaniya məclisinin qərarı ilə bir gecədə hörülmüşdür və planları tamamilə gizlilik içində gerçəkləşmişdir. Belə ki, SED-in baş sekretarı  Walter‘in 15 iyun 1961-ci ildə Qərbi Berlindəki bir konfransda Şərqi Berlinli müxbir Annemarie Dohher‘in sualına verdiyi cavabda keçən “Niemand hat die Absicht, eine Mauer zu errichten” ( heç kimin bir divar inşa etməyə niyyəti yoxdur ) cümləsi bunun açıq şəkildə sübutudur.

Image result for berlin duvarı

 

Image result for berlin duvarı

Zamanla divarın yıxılmasını sürətləndirən hadisələr yaşandı. Divarı müdafiə edən Şərqi Almaniya hökümətinin ən böyük dayağı “sosyalist Şərqi kapitalist Qərbə qarşı qoruma” arqumenti idi. Ancaq əsas məsələ olan divar öz vətəndaşlarının səyahət azadlığını məhdudlaşdırır, qaçmağa çalışanları da canından edirdi. Almaniya Demokratik Cümhuriyyəti 1989-cu ildə aldığı bir qərar ilə bütün Şərqi alman kökənli vətəndaşların Şərq Blokuna keçmələrinə icazə verdiyini açıqladı. Bu icazə ilə birlikdə Polşa, Çexoslovakiya, Macarıstan, Yuqoslaviya kimi ölkələrə minlərlə vətəndaş köç etdi. Bu ölkələrdən xüsusi qatarlarla digər ölkələrə qaçabilən vətəndaşların fərqinə varan Şərqi Alman hökuməti divarın bir mənasının qalmadığını düşünərək, 9 noyabr 1989-cu ildə onun yıxılması qərarını açıqladı. Gecə yarısına doğru hökumət ilk olaraq Brandednburg Qapısından başlanılaraq barrikadalar və digər qaçış önləmlərini qaldırdı. Haradasa, 1 saat içində hər iki blokdan gələn yüz minlərlə alman divarın hər iki tərəfində toplaşmağa başladı. Rəsmi olaraq isə 13 iyun  1990-cı ildə yıxımına başlanan  divar 13 oktyabr 1990-cı ildə sona çatmışdır. Almaniya Demokratik Cümhuriyyəti ( ADR) də elə həmin tarixdə süqut etmişdir. İqtisadi mənada da bölgənin mənzərəsi dəyişmiş, sərmaye Şərq blokuna axmağa başlamış, işçilik ödənişlərinin az olması səbəbi ilə bir çox sərmayeçi bu bölgəyə yönəlmişdir. Divar boyunca tarixə şahidlik edən quruluşlar, şəkillər və digər istifadə olunan şeylər 46 kilometrlik məsafədə, bir çox yerdə muzeylər halında  sərgilənməkdədir. Eyni zamanda, “Divar” ilə bağlı bir neçə film də çəkilmişdir:

  • “Der Himmel Über Berlin”(Berlin üzərindəki səma ) – 1987
  • “Der Tunnel” (Tunel) – 2001
  • “Good Bye Lenin!” (Əlvida, Lenin) – 2003
  • “Das Leben der Anderen” (Ötəkilərin yaşamı) – 2006
  • “Die Frau vom Chekpoint Charlie” (Chekpoint Charlie‘dəki qadın) – 2007
  • “Das Wunder von’ (Berlin möcüzəsi) – 2008
  • “Bridge of Spies” (Cəsuslar körpüsü) – 2015.

Berlin divarının qalıqları:

Image result for berlin duvarı kalıntıları

Image result for berlin duvarıImage result for berlin duvarıImage result for berlin duvarı kalıntıları

 

Mənbə:http://www.bilgiustam.com/berlin-duvarinin-tarihcesi-ve-yikilisi/,

https://tr.wikipedia.org/wiki/Berlin_Duvar%C4%B1

                                                                                        Tərcümə etdi: Nübar qafarova

                                                                                        Redaktə etdi: Nübar Qafarova

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin