İnsanın psixi fəaliyyəti: Əqli fəaliyyətin struktur əsasları və dinamikası

0

İnsanın psixi fəaliyyəti.
İnsanın psixi fəaliyyəti qavrama, hissiyyat, təfəkkür, təsəvvür və ya təxəyyül, hafizə proseslərını özündə əks etdirir. Psixi fəaliyyət təfəkkür prosesinə xeyli dərəcədə əsaslanır.

Psixi fəaliyyətin funksional sistemi. İnsanm psixi fəaliyyəti davranışda özünü göstərə bilər, habelə zahirən hiss olunmadan informasiya əsasında həyata keçə bilər. Bu fəaliyyət xüsusi funksional sistemlər tərəfindən yerinə yetirilir və emosiya əsasında həm daxildən, həm də ətraf aləmdən gələn məlumatlarla daimi əlaqədə subyektiv “mən”in ifadəsi vasitəsilə həyata keçirilir. Orqanizmin müxtəlif psixi ehtiyacları, psixi fəaliyyəti onun proqramlaşdırdığı sistemli kvantlara və nəticələrin dəyərləndirilməsi ilə təsrif olunur.

Psixi fəaliyyətin arxitektonikası. Funksional sistemlər nəzəriyyəsinə görə psixi fəaliyyətin arxitektonikası afferent bütövləşməsi (sintezi), qərar qəbulu, ilkin psixi və metabolik ehtiyacı ödəyən nəticəni əvvəlcədən görmə (fəaliyyərlə nəticələnən akseptoru), efferent sintez və nəticələrin göstəricilərindən qayıdan afferentləşməni fəaliyyət nəticəsi akseptoru mexanizmilə müqayisə vasitəsilə həmin nəticələrin dəyərləndirilməsi kimi bir-birini əvəzləyən (Uxtomskiyə görə dominant prinsipi ilə həyata keçir) başlıca mexanizmləri əhatə edir.

Afferent sintez. Bu mərhələdə psixi və ya metabolik ehtiyac əsasında yaranan başlıca qıcıq amili MSS-nə ətraf amillərinin orqanizmə təsirindən daxil olan afferent impluslar, habelə hafizə mexanizmilə beyin neyronlarında qarşılıqlı fəaliyyət göstərir. Afferent sintez mərhələsində daxili və xarici təsirlərin informasiya ilə nəticələnməsi – psixi fəaliyyətin ən məsuliyyətləi mərhələsi olan qərar qəbuludur.

Qərar qəbulu. Beyin neyronlarının fəaliyyətini məhdudlaşdırmaqla yanaşı psixi fəaliyyəti sözügedən mərhələdə başlıca qıcıq amilini təmin edəcək istiqamətə yönəldir. Psixi fəaliyyətin funksiyalı sistemlərində qərar qəbulu afferent sintezin bir növ informasiya nəticəsi olmaqla eyni zamanda həmin afferent sintezə əks təsir göstərir.

İcra mexanizmləri. Qərar qəbulundan sonra psixi fəaliyyər beyindaxili neyrodinamik informasiyaların icra mexanizmləri kifayətlənən, yaxud da ilkin ehtiyacın ödənməsinə yönələn fəal davranış, o cümlədən nitq fəaliyyətini əhatə edə bilər. Lakin hələ beyindəki impluslar icra aparatlara yönəlmədən psixi fəaliyyətin funksional sistemlərinin mərkəzi arxitektonikasında fəaliyyət nəticəsi akseptoru – lazımi nəticəni və onun əldə edilməsi vasitələrini görmə mexanizmi təşəkkül tapır. Bu akseptor bir tərəfdən psixi fəaliyyətin funksiyalı sistemlərində irsi qaydada yaranır, digər tərəfdən isə onların ilkin ehtiyaclarını ödəyən və ödəməyən amillərlə çoxşaxəli əlaqələr arasındakı təlimlər əsnasında mexanizmlər mürəkkəbləşir. Bütün bu proseslər informasiyalı əsaslarla həyata keçir.

Dəstək (möhkəmlənmək). Orqanizmə (ilk növbədə reseptorlar) ətraf mühitin təsiri zamanı yaranan informasiyalı efferent implusları (dönən afferentasiya) MSS-də yayılaraq hərəkət nəticəsi akseptorunun strukturlarında həkk olunur. Dəstəkdə müsbət emosiyaların mühüm rolu var. Bu zaman ilkin psixi ehtiyacı ödəyən dəstək amillənin xüsusi təsiri var.

Qıcıq amili  və fəaliyyət nəticəsi akseptoru. Hər növbəti psixi ehtiyacda məxsusi təsirlərə əsaslanan başlıca sövq amili əvvəllər ilkin ehtiyacı ödəyən faydalı nəticənin göstəriciləri haqda məlumat alan fəaliyyət nəticəsi akseptorunun strukturlarını fəallaşdırır. Hələ ilkin psixi ehtiyacı ödəyəcək nəticə əldə edilənədək akseptorun neyronları fəallaşdırılır, gələcəyə yönələn fikirlər yaranır.

Psixi fəalliyyətin informasiya əsası. İnformasiya əsasında yaranan və gerçəkliyi qabaqlayan hərəkət nəticəsi akseptoru mexanizmlərilə təfəkkür və davranış əsnasında sinir proseslərinin informasiya əsasları ilə davranış nəticələri daim müqayisə olunur və dəyərləndirilir.

Əqli fəaliyyət. İnsanın əqli fəaliyyəti beynindəki informativ proseslərin istifadəsinin şərtləndirir.

Əqli fəaliyyətin başlıca mexanizmləri. Ümumi funksional sistemlər nəzəriyyəsi baxımından təfəkkür prosesi aşağıdakı çoxcəhətli sistemli ünsürləri əhatə edir.

  • insan əqli fəaliyyətinin başlıca sistemyaradan amili kimi fikir nəticəsi;
  • əqli fəaliyyətin qurulmasında ilkin bioloji və sosial ehtiyacların və onlara əsaslanan başlıca qıcıq amillərinin sistemyaratma rolu;
  • afferent (sintez) bütövləşməsi və qərar qəbulu mexanizmlərinə əsaslanan və fəaliyyət nəticəsi akseptoru vasitəsilə əqli fəaliyyətin proqramlaşdırılması;
  • davranış, somatovegetativ amillər məxsusi nitq aparatı vasitəsilə təfəkkür proseslərinin efektor ifadəsi;
  • dönən afferentasiya vasitəsilə əqli fəaliyyətin nəticəsinin dəyərləndirilməsi.

Əqli fəaliyyətin informasiya bənzərləri. Əqli fəaliyyətin əməliyyat arxitektonikası gerçəkliyin emosiya və söz inikaslarına, yəni ehtiyacın, qıcıq amilinin, davranışın və nəticə dəyərləndirilməsinin informasına bənzərinə əsaslanır. Bunlar təxminən İ.Pavlovun gerçəkliyin birinci və ikinci siqnal sistemləri nəzəriyyəsinə uyğun gəlsə də, həmin nəzəriyyə siqnalların (şərti cismani və söz qıcıqlandırıcılarının) informasiyalı dəyərləndirilməsinə əsaslandığı halda əqli fəaliyyətin sistemli qurulması baxımdan psixi səviyyəli funksiyalı sistemlərin informasiyalaşdırılması insan fəaliyyəti üçün müvafiq uyğunlaşma nəticələrini şərtləndirir. Fəaliyyətin nəticələri yalnız fiziki göstəricələrə malikdirsə, onların yaratdığı psixi fəaliyyətin funksiyalı sistemləri də həmin nəticələrin müvafiq fiziki xassələrinə əsaslanır. Yox, əgər nəticələr sözlü göstəricilərə malikdirsə, o zaman psixi fəaliyyətin müvafiq funksiyalı sistemləri də məlumat, söz təməli üzərində qurulur.
Yalnız insanda psixi fəaliyyətin funksiyalı sistemlərinin informasiya bənzəri nitqlə bağlıdır. Heyvanlarda bu, emosiyalarla məhdudlaşır.

İnsanda əqli fəaliyyətin emosional əsasları. Təfəkkür prosesi əsnasında insan ehtiyaclarını ödəməklə bağlı ətraf aləmin təsirlərinə subyektiv yanaşır. Emosiyalar vasitəsilə hafizənin də izləri, ehtiyaclar və onların ödənilməsi dərk olunur. Bioloji ehtiyaclar kimi psixi ehtiyaclar da adətən mənfi emosiyalarla, ehtiyacların ödənməsi isə müsbət emosiyalarla müşayiət olunur. Eyni növ psixi emosiyalar artıq fəaliyyət ödənməsinə görə bununla bağlı olan müsbət emosiyalar artıq fəaliyyət nəticələri akseptoruna daxil olduğundan insan onları əvvəlcədən görür. Bəzi hallarda mənfi emosiyalar da əvvəlcədən bilinir, bu da, əslində, emosiyalı vəziyyətlərin ehtimal proqnozuna şərait yaradır. Emosiyalar əsasında təfəkkürün sistemli qurulması irsən şərtlənir və yeni doöulan körpələrdə, kor, kar və lallarda, habelə əcnəbi danışıq dilinin mühitindəki şəxslərdə özünü göstərir. Özünü qıcıqlandırma siqnalları da göstərir ki, təfəkkürün emosiyalı əsasları heyvanlara da xasdır.

    İçkiyə və narkotik vasitələrinə aludəçilik də güclü emosiyalara əsaslanır. Müəyyən hallarda emosiyalar müstəqil olaraq funksiyalı sistemlər qura bilər.

İnsanda təfəkkür fəaliyyətinin sözlü əsası. Təfəkkürün sözlü ifadəsi yalnız insana xasdır. Ehtiyacların orqanizmə kənar təsirlərinin dəyərləndirilməsi və ödənməsi emosiyalarla yanaşı insanda şifahi və yazılı nitq işarələri, kəlmə, cümlə vasitəsilə də həyata keçirilir. Belə təfəkkür səviyyəsi başda danışıq dili olmaqla xüsusi təlimdən asılıdır. Dil işarələr vasitəsilə daxili fikirlər, sonra isə zahiri nitq və əməllərə çevrilərək ayrı-ayrı kəlmələr şəklində biruzə veriləcək.

Sözlərə əsaslanan əqli fəaliyyət emosional fəaliyyətlə müqayisədə keyfiyyətcə yeni məlumat xüsusiyyətlərinə yiyələnir. Halbuki onun ümumi arxitektonikası psixi səviyyəyə xas olan bütün funksional sistem cəhətlərini özündə saxlayır.

Təfəkkür fəaliyyətin sözlə ifadəsinin bir növü nəğmədir. Emosiyalı əsasa söykənərək insan müəyyən melodiyanı öyrənə, sonra da vəzn və bəndlərə çevriləcək olan sözlərlə həmin melodiyanı kvant sistemi ilə zənginləşdirə bilər.

Əqli fəaliyyət prosesində beyinin asimetriyası. Son tədqiqatlara görə təfəkkürün emosiyalı və sözlü əsası beynin ayrı-ayrı yarımkürələri tərəfindən qurulur. Belə ki, sağ yarımkürə psixi fəaliyyətin daha çox hissiyat və emosiya sahələrinə “cavabdehdir”. Sağ ətrafları aktiv şəxslərdə sol yarımkürə dil və nitq funksiyalarını müəyyənləşdirir. Beyin yarımkürələrinin bir-birini tamamlaması fərziyyəsi getdikcə daha çox rəğbət qazanır və funksional sistemlər nəzəriyyəsinə daha çox uyğundur. Emosional və sözlü əsasda hər iki beyin yarımkürəsinin əhəmiyyətli təfəkkür fəaliyyəti uyğunlaşma ilə nəticələnən subyektin əldə olunması qarşılıqlı dinamik təsirlərdir.

Əqli fəaliyyətin struktur əsasları. İnsanda əqli fəaliyyət və nitq baş beynin müxtəlif strukturları ilə bağlıdır. Həmin strukturların bu proseslərdə iştirakını müəyyənləşdirmək üçün beynin müxtəlif sahələri zədələnmiş xəstələr müşahidə olunur.

  1. Apraksiya. Qabığın hərəki şöbəsi zədələndikdə insan nə edəcəyini anlasa da, məqsədyönlü hərəkət qabiliyyəti pozulur. Apraksiya deyilən bu pozulma üzündən xəstə kibrit yandıra, alma doğraya, yaxasını düymələyə bilmir. Bu halda efferent sintez və hərəki sistemli proseslərin pozulması qənaəti yaranır.
  2. Afaziya. Nitq pozuntusudur. Hərəki afaziya sol yarımkürənin aşağı alın qırışının fəaliyyətdən qalması (Brokun alın afaziyası) nəticəsində baş verir. Xəstə müsahibinin danışığını başa düşsə də, özü çox çətinliklə danışır, yaxud heç danışa bilmir. Həmçinin xəstə ucadan oxuya da bilmir, halbuki oxuduğunun mənasını anlaya bilir. Xəstə çığıra və ya ayrı-ayrı səslər çıxara da bilir, lakin söz söyləmək iqtidarında deyil. Belə xəstələrin nitq yaradan efferent prosesləri pozulur.
    Sensor afaziyası yuxarı beyin qabığının arxa gicgah qütbünün pozulması (Vernikenin həssas, yaxud gicgah afaziyası) ilə yaranır. Xəstələr nə şifahi, nə də yazılı nitqi dərk edə bilirlər. Digər tərəfdən, nitq cümlələri söyləmək bacarıqları qalsa belə, hətta çox danışan olsalar da, nitqləri tamamilə anlaşılmazdır. Bu xəstələr həmçinin ürəyində oxuya (aleksiya) və musiqini qavraya (amuziya) da bilmirlər. Onlarda fəaliyyət nəticələnən akseptoru mexanizminin və psixi fəaliyyətin nəticəsini dəyərləndirmək qabiliyyəti də pozulmuşdur.

Başqa pozulmalar beyin qabığı təpə əmgək hissəsi zədələndikdə ortaya çıxır. Belə ki, xəstələr ayrı-ayrı sözləri, əsasən, isimləri unudur, bəzən lazımi sözləri yada sala bilmir və əzəvinə uzun-uzadı təsvirlərə əl atırlar. Bu zaman hesablama qabiliyyətinin pozulması da (akalkuliya) ortaya çıxır. Xəstələrin cari yaddaş mexanizmi pozulmuşdur.
Gicgah və ənsə payının beyin qabıq əsasının ikitərəfli zədələnməsində isə xəstələr ətrafdakıları üzdən tanıya bilmir (proaqnoziya) səsindən isə tanıyırlar ki, bu da vegetativ reaksiyalarda ifadə olunur. Bu hallarda tanışları dəyərləndirən görmə parametrləri zədələnmişdir.
Vernike sahəsi və Brok sahəsi sıradan çıxmadan yaxındakı bucaq qırışığı zədələndikdə də xəstələrdə səsin qavramaq fəaliyyəti pozulmasa da, yazı və şəkilləri çətin başa düşürlər (anomiyalı afaziya). Bu halda Vernike sahəsinə görmə informasiyasının ötürülməsi pozulmuşdur.

Görmə tanımasının morfofunksiyalı əsasları. Görüntülərin tanınma və təsbit olunma dinamikası aşağıdakı kimi göstərilə bilər. İlkin tanınma və dəyərləndirmə ilkin görmək qabığında baş verdikdən sonra impuls bucaq qırışığına, oradan da gicgahdakı Vernike sahəsinə ötürülür. Burada daha əvvəl əldə edilmiş sözlə, anlayışlarla dəyərləndirilən görüntü Brok sahəsinə və hərəki qabığın hərəki nitq strukturlarına çatdırılır və burada da cismin adının tələffüzü müəyyənləşdirilir (A.M.İvanitskiy).
Solaxaylarda nitq funksiyaları adətən sağ yarımkürənin fəaliyyətindən asılı olur. Sol yarımkürə isə zaman və məkan amillərini,  o cümlədən simaların üzdən tanınması, cisimlərin formasına görə ayırd edilməsi, musiqilərin tanınması kimi məsələləri müəyyənləşdirir. Əksər şəxslərdə isə həmin funksiyaları müvafiq olaraq sol yarımkürə icra edir. Belə kəskin məhdudiyyət nisbidir.

Əqli fəaliyyətin dinamikası.

Təfəkkür. Əqli fəaliyyətin, fikir qurulması ilə nəticələnən prosesdir. Zahirən fikir insanın davranışında, nitqində özünü biruzə verə, yaxud da beynin içində informasiya axınları şəklində mövcud ola bilər.
Sistemli fikir yaranması prosesi (əqli fəaliyyət) müəyyən dinamkaya malikdir və bir sıra ardıcıl mərhələlərdən ibarətdir. Birincisi, hazırlıq mərhələsidir. Bu və ya digər fikir daxildən gələn siqnalların və ya müxtəlif metabolik ehtiyacların təsirilə yarana bilər. Digər tərəfdən, şəraitin də təsiri fikri ortaya çıxara bilər. Həmçinin fikrin təşəkkülündə genetik və ya sonradan əldə olunan hafizənin də mühüm yeri var. Nəhayət, fikrin yaranmasına müəyyən şərti qıcıq amilləri təkan verə bilər. Bütün bu proseslər afferent sintez mərhələsinin informasiya əsasını təşkil edir.

İkinci mərhələ qərar qəbuludur. Afferent sintez pilləsində əmələ gələn çoxlu ilkin hərəkətverici fikirlər sırasında hamısından üstün olan biri seçilir. Özü də afferent sintez mərhələsində əqli fəaliyyətin ehtimallar üzrə proqramlaşdırılmaması da mümkündür, yəni fikir afferent sintezin müxtəlif ünsürləri tərəfindən yaradıla və müxtəlif ehtiyacların ödənməsinə sərf edilə bilər. Qərar qəbulu isə əqli fəaliyyətin hökmverici mərhələsidir və əqli fəaliyyətin başlıca mərhələsi olan fəaliyyətlə nəticələnən akseptor mərhələnin yaranması ilə başa çatır. Burada həyata keçirilməli olan bir şeyin əvvəlcədən təyin olunan xəyali nəticəsi olaraq fikrin təşəkkülü prosesi başa çatır. Göründüyü kimi fikir həmişə ilkin afferent sintez və qərar qəbulu prosesləri nəticəsində ifadə olunan məqsədi əhatə edir. Əqli fəaliyyət tərbiyyədən, biliklərdən, bu və ya başqa məqsədlərə çatmaq bacarığından asılıdır. Bütün bunlar məqsədin planlaşdırılmasıdır.

Fikrin təşəkkülü prosesi icra fəaliyyətin başlaması ilə başa çatır. Həmçinin fikir baş beynin fəaliyyətinin xəyali informasiya prosesi olaraq qala bilər. Fikrin etapla yerinə yetirilməsi və ya beynin dinamik fəaliyyətində gerçəkləşməsinin hər mərhələsi eşitmə, görmə və kinestetik yollarla qayıdan afferentləşmə vasitəsilə dəyərləndirilir.

Beləliklə, sistemli əqli fəaliyyət prosesi subyektiv və obyektiv şəkildə özünü biruzə verir. Fikrin yaranmasında şəxsi xüsusiyyətlər də nəzərə alınmalıdır. Bəziləri məqsədə çatmaq üçün imkanlarını şişirdir və gerçək maneələrin lazımınca fərqinə varmır. Başqaları isə özlərinə və ətrafdakılara şübhə ilə yanaşaraq məqsədə çatmaq üçün fəaliyyət göstərməyi lazım bilmirlər. Bir qismi isə gerçək və ya uydurma çətinlikləri göstərdikdən sonra məqsədi təhrif etməyə, yaxud da başqa məqsədlərə yönəltməyə çalışırlar (N.A.Ardamatskiy, 1995).

Fikirlər. Beləliklə, təfəkkür prosesi ayrı-ayrı fikirlərin yaranması ilə bağlıdır. Fikirləri insanın şüurunda onun obyektiv ehtiyaclarının subyektiv inikası, kənar hadisələrə daim reaksiya göstərməklə həmin ehtiyacları ödəmək yollarının görülməsi olaraq tərif etmək olar.
İnsanın əqli fəaliyyətinin psixi ifadəsinin bir xüsusiyyəti də ətrafdakı hadisələri qabaqlamasıdır. Əqli fəaliyyətin sistemli kvantlarını fəhmin və məntiqin müxtəlif təzahürlərindən tutmuş, yaradıcı faəliyyətinədək ən müxtəlif psixi fəaliyyət təzahürlərini müəyyənləşdirir.

Fikrin zahiri ifadələri. İnsanın fikir və əməlləri müxtəlif ehtiyacların ödənməsinə gətirib çıxarır. Əqli fəaliyyətin zahiri ifadəsi xüsusi emosiya və davranışlar, eyni zamanda, cümlələrin yazılışı və tələffüzüdür.

Təfəkkürün ictimai və fərdi mahiyyəti. Fərdin əqli fəaliyyəti ətrafdakıların və son nəticədə, bütün bəşəriyyətin tarixinə nəzərən daim təsir altındadır. İnsan fərdinin inkişafını onun tərbiyyəyə əsaslanan təfəkkür sisteminə bağlamaq olar.

Nitq və təfəkkürün qarşılıqlı əlaqəsi.

Nitq və təfəkkürün qarşılıqlı əlaqəsi məsələsi psixoloji tədqiqatlarda daima diqqəti cəlb edən problemlərdən biri olmuşdur. Bu tədqiqatlarda dillə, nitqlə təfəkkürün qarşılıqlı əlaqəsinin mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunmuşdur. Psixoloqlar son olaraq belə bir qənaətə gəlmişlər ki, hansı formada həyata keçirilməsmdən asılı olmayaraq insan təfəkkürü dilsiz, nitqsiz mümkün deyildir. İnsan təfəkkürü daima dillə, nitqlə qırılmaz əlaqə prosesində əmələ gəlir və inkişaf edir. Adətən hər hansı bir fikir nə qədər aydın və əsaslı şəkildə düşünülərsə, o, sözlərdə, şifahi və yazılı nitqdə bir o qədər dəqiq və aydın ifadə olunacaqdır. Psixoloji tədqiqatlardan göründüyü kimi, əksinə, hər hansı bir fikrin sözlü ifadəsi nə qədər çox təkmilləşir və cilalanırsa, bu fikrin özü də bir o qədər anlaşıqlı olur.
Nitq və təfəkkürün vəhdəti probleıninin həllində L.S.Viqotskinin xidməti böyükdür. L.S.Viqotskinin qeyd etdiyi kimi sözlər nitqə aid olduğu kimi, təfəkkürə də aiddir. Onlar ən sadə fonda nitq təfəkkürünə məxsus olan canlı hüceyrə təəssüratını yaradır. Sözlər daima cisim və hadisələri ümumiləşmiş şəkildə səciyyələndirməklə təfəkkür aktı kimi çıxış edir.
Bununla yanaşı olaraq sözlər ünsiyyət vasitəsi kimi nitqin tərkibinə daxil olur. Ona görə də öz mənasını itirən söz nə fikrə, nə də nitqə aid ola bilmir, yalnız müəyyən məna daşımağa başladıqda həm təfəkkürün, həm də nitqin üzvi hissəsinə çevrilir.

Qeyd edilənlər bir daha göstərir ki, nitq və təfəkkür bir-biri ilə vəhdətdədir. İnsan adətən ən yaxşı bildiyi dildə fikirləşir. Lakin bunlar heç də nitqlə təfəkkürün eyniyyət təşkil etdiyini göstərmir. Ə.Bayramov və Ə.Əlizadənin qeyd etdikləri kimi adətən “Bir fikri ifadə etmək üçün insan müxtəlif dillərdən istifadə edə bilər. Nitqdən müxtəlif sözlər həmişə köhnəlib çıxır, lakin fikrin ifadə forması – məntiqi quruluşu o qədər də köklü surətdə dəyişilmir. Nitqdə işlənən sözlər həmişə onların həqiqi, dərin məzmununu əks etdirməyə də bilər. Məsələn kiçik uşaq öz nitqində müxtəlif ifadələrdən istifadə edir, lakin onların həqiqi məzmununu hələ dərk etmir.

Nitqi təfəkkürlə eyniləşdirmək və onların arasında bərabərlik işarəsi qoymaq olmaz. Ona görə də nitqin nitq kimi mövcud olması onun təfəkkürə münasibəti ilə bağlıdır.
Lakin qeyd olunanlardan göründüyü kimi nitqi və təfəkkürü bir-birindən ayırmaq da mümkün deyildir. Nitq heç də fikrin xarici görkəmi deyildir. Ona görə də nitqi dəyişməklə fikri dəyişmək olmaz. Nitqin köməyi ilə fikir formalaşır və bu prosesdə fikri formalaşdıraraq nitqin özü də formalaşır. Təfəkkür nitqdə nəinki ifadə olunur, eyni zamanda bu prosesdə təkmilləşir, tamamlanır, icra olunur.

Əqli fəaliyyətin motivasiyası.

Əqli fəaliyyətin yaranmasında başlıca sövq amili əsas yerə məxsusdur. Bioloji və ya sosial ehtiyaca söykənən başlıca sövq amili beynin seçmə yolu ilə qıcıqlandırılan sinaptik və neyron strukturlarının funksiyalarından ibarətdir.
İnsanın ali sövq amillərinin təşəkkülündə əsas yeri afferent sintez prosesləri tutur. Nəticədə, heyvanlardan fərqli olaraq insanın sövq amilləri xeyli dərəcədə sosial mühitlə, tərbiyə və həyat təcrübəsinin verdiyi biliklərlə müəyyənləşir.

Əqli fəaliyyətin enqramları.

Başlıca sövq amili tərəfindən qıcıqlandırılan, beyin strukturlarında möhkəmləndirilən aralıq və yekun məlumat, qıcıqların yaratdığı “naxış” informasiya enqramıdır. Dəfələrlə möhkəmləndikdən sonra enqramlar sinaptik və neyron ünsürlərinin zaman və məkan baxımından bir-birilə əlaqələndirildiyi xüsusi informasiya sistemi şəklinə düşür. Hər dəfə müvafiq ehtiyac yarandıqda başlıca sövq qıcığı əvvəlki təcrübə əsasında yaradılan informasiya enqramının ünsürlərini ehtiyacın ödənməsi haqda gələcək məlumat alınması ilə bağlı tədricən son həddinədək əhatə edir. Fəaliyyətlə nəticələnən akseptorun neyrofizioloji və informasiya təməlini təşkil edən bu ayrı-ayrılıqda fəallaşdırılan qabığüstü və qabığaltı aparatlar kənar qıcıqlardan doğan qayıdan afferentləməni daim müqayisə etmək vasitəsilə təfəkkürü həmin an üstün olan ehtiyacın ödənməsi olan məqsədə doğru aparır.

MƏNBƏ:
1) Salyan Rayon Məktəb Psixoloqları
2) Psixotest.az
3) Duyğu və qavramanın pozuntuları

4) A.M.Məmmədov, K.V.Sudakov – “Normal fiziologiya 2-ci cild”, 2010

Redaktə etdi: Pəri Abbaslı

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin