Çürümənin Kitabı, Emil Michel Ciaron’ın (Emil Mişel Çoran) XX əsr Avropa mədəniyyətinin təbiəti ilə bağlı qələmə aldığı nihilistik, nüktədan və aforizmlərlə bəzənmiş təcrübələrindən yazdığı bir kitabdır.

cioran

Rumıniyadan Fransaya köç etdikdən sonra fransızca yazmaq üçün çoxlu səylər göstərmiş Cioran, bu kitabını dəfələrlə başdan sona yenidən yazmış və tamamilə hazır olduğunu hiss etdiyində yayımlanmasını istəmişdir.

İnsanın sitayiş etmə istəyinə, tanrının gücsüzlüyündən, Antik Yunanlıların çöküşünə və mövcud olmanın ən pessimist və ən murdar tərəflərinə bu kitabında toxunan Cioran, öz həyatını da hər zaman darıxdırıcı bir pessimizmlə davam etdirmişdir. Ancaq buna qarşı fikirlərini həssas, canlı və incəliklə bizlərə təqdim etməkdən də geri qalmamışdır.

İnsanın günümüzdəki yeri, xüsusilə tarixi məzmunda ictimai hərəkətlərin yansımalarıyla ələ alan Cioran, insanlığın inkişaf və dəyişməsini, gərək fərdi gərək ictimai fanatiklik çərçivəsində də ələ alaraq, dəyərlərin və fikirlərin dibinə enməkdədir. Cioran bu təcrübələrində yalnız həqiqi olmağa çalışır və bu realizm onu nihilizmin dəhlizlərində aparmaqdadır.

Çürümənin kitabını PDF formatında yükləmək üçün buraya daxil olun.

Son olaraq kitabından seçdiyimiz üç fikiriylə bitiririk yazımızı.



“Müasir optimizmin böyük cavabdehi Hegeldir. Şüurun yalnız forma və tərz dəyişdirdiyini, amma heç irəliləmədiyini necə görməmişdir?” Şüurun dekoru, səh. 135



 

“Hər insanın içində bir peyğəmbər yatır və o oyandığında, dünyadakı nifrət bir az daha artır…

Vəz vermə dəliliyi içimizdə elə kök salmışdır ki, qoruma instinktinin bilinmədiyi dərinliklərdən doğular. Hər insan, özünün bir şey məsləhət verəcəyi anı gözləyir: Nəyi məsləhət verməsi əhəmiyyətli deyil. Bir səsi var ha, o bəsdir. Həm kar, həm də dilsiz olmamaq bizə baha başa gələ bilər.”  Anti-Peyğəmbər, səh. 10



“Əslində hər fikir tərəfsizdır, ya da elə olmalıdır; amma insan onu canlandırır, ehtirasını və nifrətini əks etdirir ona; saflığını itirmiş, inanca çevrilmiş fikir, zaman içindəki yerini alır, bir hadisə çöhrəsinə bürünür: Məntiqdən epilepsiya tutmalarına keçid tamamlanmış olur… İdeologiyalar, doktrinalar və qanlı zarafatlar belə doğulur.

İnstiktiv olaraq bütlərə sitayiş etdiyimizdən xəyallarımızın və maraqlarımızın obyektlərini qeydsiz şərtsiz şeylər halına gətiririk. Tarix, bir saxta mütləqlər keçidindən, bəhanələr adına tikilmiş bir məbədlər yığınından və zehinin qeyri müəyyənlik qarşısında kiçilməsindən ibarətdir. Dindən uzaqlaşdığında belə insan yenidən dinə tabe qalar; bütün səyiylə tanrı bənzərləri yaradır, sonra da mənimsəyər bunları heyranlıqla: İçindəki fantastika ehtiyacı; mifologiya ehtiyacının, açıq-aşkar həqiqətin və gülünclüyün öhdəsindən gəlir. Bütün cinayətlərinin məsuliyyəti sitayiş gücündədir: Bir tanrını səbəbsizcə sevən adam, başqalarını da onu sevməyə məcbur edər, buna razı olmazlarsa onları yox etməyə də hazırdır. Heç bir tolerantszılıq, ideoloji güzəştə verməzlik və ya din təbliğatı yoxdur ki, sövqün heyvani təməlini ortaya vurmasın. Hələ insan maraqsızlıq mələklərini bir itirsin: Potensial bir qatil halına gələr. Hələ fikrini tanrıya çevirsə, bunun nəticələri sayıla bilməyəcək qədər çoxdur. Ancaq bir tanrı və ya tanrı prototipləri adına insan öldürülür.”  Fanatizmin şəcərəsi, səh. 7

Müəllif: Hikmət Həmdullayev

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin