SEVGİ: ALİMLƏR FİLOSOFLARA QARŞI

99

Biologiya elmlər doktoru Helen Fişer həyata, xüsusilə sevgiyə elmi prizmadan baxaraq materialistcəsinə yanaşır. Bu məqalədə isə biz onun təcrübələrinə istinad edəcəyik. Həmçinin bəzi filosofların, ədiblərin fikirlərini də müqayisəli şəkildə qeyd edəcəm. Bir sözlə,sevgi elm və fəlsəfənin gözündə!

Sevgi dediyimiz şey orqanizmdə hormonların dəlicəsinə sintezidir. Misal üçün:

Hər gördüyünüz insanı sevirsiniz?

– Qanınızda testosteronun və ya estrogenin miqdarı qalxıb.

Yeniyetmə kimi vurulmusuz? Ondan başqa heç kim haqda düşünə bilmirsiniz?

– Əlbəttə, bu dopamindir.

Onsuz yaşaya bilməyəcəyinizi,sonsuz bağlılığınızı hiss edirsiniz?

– Elə isə oksitosininiz artıq düşüb.

Hər il doktor Fişer təxminən 5000 insanı MRT-yə salır və onlara müəyyən suallar verərək beyindəki aktivliyi izləyir. Çoxdandır birlikdəsiniz? Hələ də onu sevirsiniz? Onun şəklinə baxmaq istəyirsiniz? Hisləriniz güclüdür? Lakin sevgiyə materialist yanaşma doktor Fişeri sevgidən uzaqlaşdırmır. Əksinə bütün günü sevdiyi xanım haqda düşünüb özünə sual verir: “O hələ də məni sevir?”

Homo Sapiens (Dərrakəli insan) növünün beyin kötüyündə (orta beyində) hərəki funksiyaları tənzimləyən qara maddə ilə hərəkətlərin koordinasiyasını tənzimləyən qırmızı nüvə arasında heç də xoşa gələn adı olan hissə – damın ventral hissəsi (area tegmentalis ventralis) koqnitiv düşüncə mərkəzidir. Məhz bu hissə bizim sevgi, nikotin, narkotik maddələr, alkoqol və digər asılılıqlarımızın yerləşdiyi mərkəzdir. Qeyd etmək lazımdır ki, bu mərkəz təkamülən çox kiçik dəyişikliyə uğrayıb. Fişer deyir: “Sevgi narkotik kimidir, lakin ondan daha şiddətli təsir göstərir. İnsanlar narkotiksiz qalanda intihar etmir, amma sevgi intihar etdirə bilir.”

Doktor Fişerin təcrübələri sevginin insan beynində 3 sistemlə idarə olunduğunu göstərdi.

Birinci sistem: SEX DRİVE

Bu sistem cinsi hormonların (kişidə-testosteron, qadında-estrogen) yaratdığı reproduktiv (çoxalma) arzudur, yəni libidodur (Ziqmund Freydin verdiyi termindir).

FORMULLAR:TESTOSTERON (sol) və ESTROGEN (sağ)
FORMULLAR:TESTOSTERON (sol) və ESTROGEN (sağ)

Arthur Schopenhauer: “Cinsəl sevginin metafizikası, ananın ataya, uşağın valideynə, fərdin də növə qul olmasından ibarətdir. Əks cinslər arasında cazibə isə gizlədilməyə çalışılsa da, çoxalma istəyinin nəticəsidir”

İkinci sistem: emosional sevgi

Bu dopaminin təsiridir. Tərəflər bu hormonun sayəsində “romantik” anlar yaşayırlar. Bu cinsi istək deyil, rahatlama duyğusudur.

FORMUL:Dopamin
FORMUL:Dopamin

Bertrand Russel: “Sevgi müdriklikdir, nifrətsə axmaqlıq. “

Arthur Schopenhauer: “Sevgi təbiətin aldatma vasitəsi, nigah isə sevginin tədricən tükənməsi olduğundan “evlilik müəssisəsi” hər zaman insanda məyusluq yaratmalıdır. Nigahda ancaq dahilər xoşbəxt ola bilərdi ki, onlar da adətən evlənmirlər!” ( red. özü də evlənməmişdir)

Üçüncü sistem: “Sevgi qanadı”

Hipotalamusun hormonu olan oksitosin insanda inanılmaz bağlılıq hissi yaradır, tərəflər sonsuzadək birlikdə olacağına inanır.

FORMUL:Oksitosin
FORMUL:Oksitosin

Can Yücel: “Bağlanmayacaksın bir şeye, öyle körü körüne.
“O olmazsa yaşayamam.” demeyeceksin.
Demeyeceksin işte.
Yaşarsın çünkü.”

Nietzsche: “İnsan sonda arzuladıqlarını deyil,arzularını sevər”

Əlbəttə yuxarıda qeyd edilən 3 sistem eyni anda fəaliyyətdə olmaya bilər. Məhz buna görədir ki, standart sevgili anlayışından kənar narsizm – eqo sevgisi(özünü sevmək), tanrı sevgisi, ana (valideyn) sevgisi, dost sevgisi və.s kimi anlayışlar var. Lakin bu o demək deyil ki, bu 3 sistem bir-birilə əlaqədar deyil. Bir çox hallarda sevgi bu sistemlərdən biri ilə başlayır və sonra hər üçü də inkişaf edir. Öz məşuqələrinə aşiq olan adamlara təəccüblənməyin, libido istəyi sevgiyə keçə bilir.Reproduksiya (çoxalma) orqanlarının stimulyasiyası qandakı dopamini artırır,  sizi “aşiq” edir.

Sonda isə Rasselin bir fikrini qeyd etmədən öncə deməliyəm ki, doktor Fişer də, mən də aşiqlər sırasına daxilik. Bu yazı sizi sevgidən çəkindirmək üçün yazılmayıb, sevgini öyrənməniz üçün yazılıb. Geriyə qalanı sizin öz işinizdir…

Bernard Russel: “Sevgidən qorxmaq, yaşamdan qorxmaq deməkdir və həyatdan qorxanlar öncədən 3 dəfə ölüblər”

 

Mənbə: Arthur Schopenhauer – “İrade felsefesi”

F.Nietzsche – “İyinin ve kötünün ötesinde”

Bernard Russel – “Mən nəyə inanıram?”

Doktor Fişerin məqaləsini tərcümə etdi: Ali Babazade

PAYLAŞ
Öncəki yazıYaşamaq Yanğısı
Sonrakı yazıHIV – Yeni Müalicə Üsulu
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin