Cansızdan canlı yarana bilərmi?

0
Lui Paster

Məişətdə çox istifadə olunan bir fikirdir; Çirkli yerdən qurdların yaranması,yun olan yerdə güvənin yaranması və.s. Əslində bu fikirlər insanların elmdən necə uzaq olduğunu göstərir. Belə ki, öz-özünə yaranma-spontan nəzəriyyəni Lui Paster 2 əsr bundan öncə yerlə bir edib. Birbaşa Lui Pasterə keçməkdənsə,bu nəzəriyyələrə diqqət yetirmək daha faydalı olar.

Spontan nəzəriyyə ilə Abiogenez eynidirmi?

Məsələyə başlamazdan əvvəl onu qeyd etmək istərdim ki, Spontan nəzəriyyə Aristotel tərəfindən irəli sürülüb, abiogenez nəzəriyyə isə Oparin tərəfindən. Çox vaxt bu nəzəriyyələr qarışıq salınır. Bu ona görədir ki, iki halda da canlılıq cansızdan başlanğıc götürür , amma nəzəriyyələr isə tamam fərqlidir. Ümumiyyətlə, bir az əvvələ getdikdə əvvəllər insanlar düşünürdülər ki, canlılar və cansızlar arasında uçurum var. Tamamən bir-birindən ayrıdırlar və ilahi qüvvə tərəfindən yaradılıblar. Bu yaranmış fikirin, doqmanın dağıdılması yolunda görülmüş ilk böyük addım Spontan Generasiyası adı ilə tanınan “öz-özünə yaranma” nəzəriyyəsi idi. Bu nəzəriyyəni Aristotel belə izah edirdi: “Hər bir canlıda aktiv başlanğıc olur. Müəyyən səbəb üzündən onun işə düşməsi canlı orqanizmin yaranması ilə nəticələnir.” Təbii ki, indi bu fikir bizə gülünc gələ bilər. Çünki, bu fikir ibtidai fikirlərdən idi. Əslində isə çox elmi-fəlsəfi nailiyyətlərə yol açmış bir nəzəriyyədir. Ən azından ilk addımdır.

Spontan Nəzəriyyənin çökdürülməsi

Redi və Pasterin təcrübələri
Redi və Pasterin təcrübələri

16-cı əsrə qədər bu nəzəriyyə materialist elm adamlarının əsas qəbul etdiyi nəzəriyyə idi. 16-cı əsrdə Françesko Redi adlı alim bu nəzəriyyəyə ilk zərbəni vurdu. O, çox sadə təcrübə apardı: 3 qab götürərək hərəsinə bir ət parçası qoydu. 1-ci qabın ağzını tam açıq qoydu. 2-ci qabın ağzını isə ağcaqanad yumurtaları keçməyəcək qədər kiçik deşiklə deşərək üzərini örtdü. 3-cü qabı isə tam bağladı və möhürlədi. Üstündən bir müddət keçdikdən sonra 1-ci qabda ağcaqanadların əmələ gəldiyini, 2-ci qabda yumurtaların ağızlığın üstündə qaldığını, 3-cü qabda isə heç bir dəyişikliyin olmamasını müşahidə etdi. Və cansızdan canlının spontan əmələ gəlməsi fikri bir müddətlik də olsa dağıdıldı. Amma bir müddət sonra bəhanələr yayılmağa başladı ki, guya 3-cü qab tam bağlandığı üçün oraya oksigen girə bilmir və həyat maddəsi oksigen olmadan canlıya başlanğıc verə bilmir. Spontan nəzəriyyəyə görə həyat maddəsi uyğun şəraitdə birdən-birə cansızdan canlı əmələ gətirir. Məsələn, siçanlar zirzəmidə, Timsah çayın altındakı palçıqda və s. yaranır. Spontan tərəfdarları(Leybints, Erazm Darvin və s.) yenidən öz nəzəriyyələrinə sahib çıxdılar. Bütün bu mübahisələrə son qoymaq üçün 19-cu əsrdə Paris Akademiyası vitalistlərə xüsusi mükafat tərtib etdi. Lui Paster adlı mikrobioloq alim öz hazırladığı xüsusi kolba vasitəsilə təcrübə edərək bu məsələyə son qoydu. Deməli, təcrübə qurğusu bu şəkildə idi: İçərisinə ət suyu qoyduğu 2 ədəd qab götürüb bunlara 2 əyri boru taxdı. Bu borunun mahiyyəti o idi ki, içərisinə hava girişini təmin edir, amma toz və çirkə mane olur. Əvvəlcədən qızdıraraq sterilizasiya edərək bakteriyaları öldürdü. Sonra isə bir müddət saxladı. Heç bir dəyişiklik olmadı. Daha sonra bir kolbanın boğazını qırdı və toz və çirk oraya yığışdı. Yenə gözlədikdən sonra sınıq olan kolbada bakteriyalar müşahidə olundu(bax:Pasterizasiya). Lui Paster belə izah edirdi: “Ən adi təcrübənin vurduğu öldürücü zərbədən sonra öz-özünə yaranma nəzəriyyəsi heç vaxt duruş gətirə bilməyəcək… Öz valideynlərinin iştirakı olmadan mikroskopik canlıların dünyaya gəlməsini təsdiq etmək üçün hal-hazırda əlimizdə heç bir əsasımız yoxdur. Bunu mümkün hesab edənlər isə öz xəyallarının və qaçılmaz səhvlərlə nəticələnmiş yanlış təcrübələrin qurbanına çevriliblər”. Və beləcə Spontan Generasiyası çökdürüldü. 1863-cü ildə L.Paster isə mükafata layiq görüldü. Abiogenez nəzəriyyədə isə məsələ tamam fərqlidir. Bu nəzəriyyəyə görə canlının əmələ gəlməsi yolunda gedən inkişaf yüzmin, milyon illikləri əhatə edir və bütün mərhələlər( Molekulların əmələ gəlməsi, bir-birini udan zülal topalarının əmələ gəlməsi, özünü törədən zülalların əmələ gəlməsi, prokariotların əmələ gəlməsi, eukariotların əməgələ gəlməsi və s.) uzun illər davam edir. Bu nəzəriyyəni 1924-cü ildə Oparin işləyib hazırlamışdır. Abiogenez nəzəriyyə ilə Spontanı qəti qarışdırmaq olmaz. Çoxları Abiogenez nəzəriyyənin heç bir əsası olmadığını söyləyir, amma Abiogenez nəzəriyyəni dəstəkləyən elmi faktlar gündən-günə artır və bir gün tamamilə elmə aydın olacaq.

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin