Aziz Nesin: Tarzan

63

Biz Ankaranın Maltəpə məhəlləsində oluruq. Əslimiz ankaralı olmasa da, paytaxtın köhnə sakinlərindənik. Maltəpədə bizim dalandakı üçüncü ev bibimin mülküdür. Bibim ömrünü sizə bağışlayandan sonra, evə biz köçmüşük. Məhəlləmizdə Tarzan adlı bir köpək var. Buraya haradan, nə vaxt gəldiyini bilmirik. Bəlkə də, lap balaca vaxtından burada qalıb. Yaşını da heç kəs bilmir. Bu barədə məhəllədə kimdən soruşsanız, cavabında: – Mən bu məhəlləyə gələndə Tarzan artıq qoca köpək idi, – deyir.
Amma bu da Tarzanın yaşını, təxmini də olsa, müəyyənləşdirməyə əsas vermir. On səkkiz il olar ki, biz bu məhəlləyə gəlmişik. Bibim ölüb, biz bu evə köçdüyümüz zaman Tarzan qoca bir köpək idi. Qonşumuz Memduh bəygil isə 21 ildir məhəllədə yaşayırlar. Onlar bura gəldikləri vaxt da Tarzan vardı, qoca bir köpək idi. Baqqal İlyasın dediyinə görə, Tarzanın yaşı otuzu ötməlidir. Çünki o, bura 30 ildir ki, gəlib. Tarzanı da elə bu kökdə görüb.
Dəmiryol nəzarətçisi Mehmet əfəndi isə deyir ki, Tarzanın yaşı 40-ı çoxdan keçib, bu məhəlləyə köçdükləri zaman Tarzanın azı 3-4 yaşı vardı.
Dürriyə bibi özünün Tarzandan cavan olduğunu hey təkid edir. Bu hesabla isə, Tarzanın yaşı gərək 50-ni çoxdan keçmiş olsun.
Ona “Tarzan” adını kimin verdiyi də bəlli deyil.
Elə bil ki, it:
– Mənim adım Tarzandır, – deyə, hər kəsə özünü tanıtmışdır.
Tarzanın sarı-boz rəngdə, qısa tükləri var. Nə çox kiçik, nə də çox böyükdür, təsəvvür elədiyimiz adi küçə itlərindəndir. Topal olmasa da, elə hey axsayar. Məhəllə uşaqları onu daşa basır, vururlar. Hələ heç kim zavallı itin dörd ayağının eyni vaxtda salamat olduğunu görməyib. Məhəllə uşaqlarının ən böyük əyləncəsi elə Tarzandır. Yazığın belinə minirlər, heç cınqırını da çıxarmır. Beli bükülə-bükülə, üstündəki uşağı daşımağa çalışır. Uşaqlar bununla da kifayətlənmir, ikisi birdən Tarzanın belinə minir. Tarzanın beli qırılır, taqəti tükənir. Beş-altı gün belini dikəldə bilmir, tozlu küçələrdə hey sürünür.
Lap balacalar isə, quyruğunu çəkər, ora-burasına iynə batırarlar. Biçarə Tarzansa, heç elə bil it deyilmiş, quzu kimi lal-dinməz durub baxar. Yalnız canı çox ağrımış olarsa, başını yaramaz uşaqlara tərəf çevirər, sarı rəngli, çirk basmış gözləri ilə ağıllı-ağıllı baxar. Bu da kar eləməsə, köpək səsinə bənzəməyən yanıqlı bir səslə inildəyər.
Məhəllə uşaqlarının ən əyləncəli oyunu isə Tarzanı hamılıqla birdən daşa tutmaqları sayılır. Bir də görürsən ki, Tarzanı bir divara söykəyiblər, özləri üçün hədəfə çeviriblər. İti daşa basır, nişan təlimi keçirlər. Bir axşam evə gəlirdim. Gördüm ki, on – on beş uşaq bir sıraya düzülüb, əllərində daş, hazır vəziyyətdə gözləyirlər. Elə bu vaxt biri: – Atın! – deyə, bağırdı. Uşaqlar, buna bənd imişlər kimi, əllərindəki daşları Tarzana sarı tolazladılar.
Soruşdum:
– Neynirsiz?
– “Gülləbaran” oynayırıq, dayı, – deyə, dilləndilər.
Uşaqdılar da, uşaq oynayar da. Biz də uşaq olanda Tarzanla beləcə çox oynamışıq. Başına nə oyun açırlarsa-açsınlar, Tarzan bizim məhəlləni tərk eləmir. Başı bərkdir. Uşaqlar bir yana qalsın, heç böyüklərdən də bir nəvaziş görməyib. Məhəlləmizdəkilər Tarzana, heç olmasa, bir dəfə daş atmağı bu məhəlləli olmağın başlıca şərtlərindən biri sayırlar. Elə ki, Tarzan kiminsə ayaqlarına dolaşdı ha, dərhal onu təpiklə vurub yerə sərirlər. “Yaramaz heyvan, yaralı-bitli köpək”, – deyirlər. Onun heç yara-xorasız olduğu vaxtlarını görməmişəm. Biz uşaq olanda onun qulaqlarını kəsmişdik. Bizdən sonrakılar da quyruğunu kəsdilər.
Tarzanın qarnını necə doldurduğu da məlum deyil. Nə o bizim məhəllədən bir başqa yerə getməz, nə də məhəlləmizdən bir kimsə ona bir parça quru çörək verməz. Nə yeyər, nə içər – bəlli deyil. Bunu düşünmək belə heç birimizin ağlına gəlməyib.
Bir arada bələdiyyə qulluqçuları küçə itlərini öldürürdülər. Bu tamaşanı heç olmasa bir dəfə görmüsünüzmü? Başqa aləmdir. Bir maşın gəlir. İt öldürənlər maşından düşürlər. Əllərində təxminən iki metr uzunluğunda maşaya oxşar karastı olur. Bu karastıların ucları itidir. Bununla köpəkləri tuturlar. Karastının ucları itin qarnına girir, sonra da ki, yarasından qanlar axan köpəyi qaldırıb maşına atırlar. Bələdiyyənin itöldürənləri bizim Tarzanı da yaxaladılar. Bütün məhəllə camaatı bu mənzərəni seyr edirdi. Dəmir alətin iti ucları qarnına girincə: Tarzan ağlayırmış kimi bir səs çıxardı. Sonra başını çevirib bizə baxdı. İtöldürən Tarzanı havaya qaldırdı, maşına atarkən isə, gözlənilməz hadisə baş verdi. Tarzan çırpındı, dartındı, qarnı yırtıldısa da, karastının ucundan qurtula bildi. Qanı axa-axa, qaçıb uzaqlaşdı.
Ertəsi gün Tarzanı yenə də məhəllədə gördük. Bir müddət yaralı gəzdi, süründü. Sonra yaxşılaşdı.
İtləri bu sayaq alətlərlə öldürməyin insanlıqdan uzaq bir hərəkət olduğu barədə çoxlu şikayətlər edildiyindən, bundan sonra köpəkləri tüfənglə vurub öldürməyə qərar verildi. Bir gün köpək ovçuları bizim məhəlləyə də gəldilər. Bu, çox əyləncəli bir ov idi. Sahibi olan köpəkləri evdə saxlamışdılar.
Tarzanı vurmaq çətin olmadı. Güllə heyvancığazın sol döşündən dəydi. Yerə yıxıldı. Amma ovçular onu tuta bilmədilər, qaçdı getdi.
Onu yaralı-birəli yenə məhəllədə gördük. İtöldürənlər, səhvən, sahibi olan bir iti də vurmuşdular. Sahibi də sayılanlardandır. Buna görə də, itləri tüfənglə vurmağın da insanlığa yaraşmayan hərəkət olması məlum olduqdan sonra, bu üsuldan da əl çəkdilər. İndi də köpəkləri zəhərləməyə başladılar.
İtzəhərləyənlər bizim məhəlləyə də gəldilər. Məhəlləmizdən, Tarzandan əlavə, daha iki köpək zəhərli ət yemişdi. Heyvanlar bir qədər sonra yerə sərilib gəbərməyə başladılar. Köpəklərin ikisinin sahibi vardı. İtlərinə sarımsaqla qatıq içirdilər ki, bəlkə xilas olsunlar. Amma əlac olmadı, ikisi də öldü. Yalnız Tarzan xilas ola bildi. Hamımız elə bilirdik ki, artıq o ölüb. Çünki onu heç kim xilas etməyə çalışmamışdı. Gecəyə kimi düşdüyü yerdə hərəkətsiz qalmışdı. Səhər tezdən gördük ki, budur, Tarzan ayaq üstdədir. Uşaqlar sevincək halda – Yaşa, Tarzan! – deyə, qışqıra-qışqıra, onu daşa basmağa başladılar.
Məhəlləmizə bir amerikan ailəsi köçmüşdü. Və həmin gündən də Tarzanın bəxti açıldı. Əvvəlcə amerikalının on dörd yaşlı oğlu Tarzana yemək verməyə başladı. Sonra onu evin bağçasına buraxmağa başladılar. Onun üçün bir evcik də tikdilər. Üç-dörd ayın içində Tarzan dəyişdi. Bir dəri – bir sümük qalmış Tarzan dumbul kimi oldu. Gözlərinə işıq gəldi, tükləri par-par parıldadı. Bambaşqa bir heyvan oldu… Tarzan bu qədər gözəlləşincə, hamımız onu sevməyə başladıq. Axı gözəl heyvanı kim sevməz ki?! Məhəllənin uşaqları ona çörək atmağa başladılar. Təkcə çörək yox ey, daha nələr… Məhəllədə hansı evə ət gəlsə, evin xanımı sür-sümüyü Tarzan üçün ayırır, oğluna deyirdi:
– Götür bunları, apar Tarzana ver.
Tarzanın yeməyi əskik olmurdu. Bir sözlə, hamımızın fikri-zikri Tarzanın yanında idi.
– Amandı, Tarzan susuz qalmasın. Ağzı var, dili yox heyvancığazın. Yazıq susuzluqdan yanar ha!
– Tarzan üçün ət aparın!..
Amerikalılar Tarzanı iki-üç gündən bir çimizdirirdilər. Tarzan par-par yanırdı. Qadınlar:
– Ay uşaq, – deyirdilər, – siz də Tarzanı çimizdirsəniz!..
Qış gəldi. Amerikalılar Tarzanı evin alt mərtəbəsində saxlamağa başladılar. Amma onlar iti içəri aparmaqdan əvvəl, məhəllədə artıq dedi-qodu başlamışdı:
– Heyvanı soyuqdan donduracaqlar…
– Qışın bu qiyamətində heç iti bağçada saxlayarlarmı?.. və s. və i.
Bəli, qış da keçdi. Məlum oldu ki, yazda amerikalılar vətənlərinə qayıdacaqlar. Bu arada söz çıxdı ki, Tarzanı da aparmaq istəyirlər. Pəh, məhəlləmizdə bir müsibət qopdu ki!.. Bəs necə, haqqımız da vardı.
Dəmiryolu gözətçisi Mehmet əfəndi irəli çıxdı:
– Heç yerindən tərpədə də bilməzlər, – dedi – Məhəlləmizin köpəyini onlara verəcəyik? Ömründə ola bilməz!
Dürriyə bibinin gözlərinin yaşı sel kimi axırdı. Ağlaya-ağlaya deyirdi ki:
– Heyvan əlimdə dünyaya göz açdı, böyüdü. Mən Tarzanı heç kimə vermərəm. Bircə Amerikaya getməyi çatmırdı. Vallahi ki, evlərini başlarına uçuraram.
Baqqal İlyas söhbətə qarışdı:
– Ay balam, kimin köpəyini kimə verirsiniz? İt ki mənimkidir?! Onu lap körpəlikdən özüm bəsləyib böyütmüşəm.
Məmduh bəy məhəlləmizin ən oxumuşu olduğundan, qanunlara görə danışmağa başladı:
– Heç darıxmayın, heç yerə apara bilməzlər.
– Niyə ki? – deyə, soruşduq.
– Çünki, qanunlar yol vermir. Belə ki, Tarzan burada doğulmuş, böyümüş, bu məhəllədə yetişmişdir. Necə ola bilər ki, onu yad bir ölkəyə aparsınlar? Axı pasport verməzlər, bu bir… Ondan sonra…
Sözü ağzında qaldı. Bütün məhəllə ayağa qalxmışdı. Tarzana görə məhəllədə Amerika əleyhinə dəhşətli bir əhval-ruhiyyə baş qaldırmışdı. Az qala bir faciə də baş verəcəkdi. Nə faciə? – Məhəlləmizdə Özgür adında bir universitet tələbəsi var. Bir gün necə olubsa, qəhvəxanada deyib ki, əşşi, qoyun aparsınlar da, heç olmasa, heyvanın canı qurtular. Pəh, az qalmışdı ki, oğlandan ötrü Linç məhkəməsi qursunlar.
– Necə yəni “heç olmasa heyvanın canı qurtular”? Bu nə deməkdir?
Biçarə tələbə:
– Yox ey, məqsədimi düzgün başa düşmədiniz. Bu saat izah edim, – desə də, qulaq asmayıb baş-gözünü yarmışdılar. Yazıq canını birtəhər qurtara bilmişdi.
Amerikalıların evləri qarşısında toplaşırdıq, – Tarzanı istəyirik, – deyib bağırırdıq. Onlardan isə heç bir səs çıxmırdı.
– Amerikalılar bizim Tarzanı aparmaq istəyirlər, – deyə, polis idarəsinə getdik. Komissar bizi dinləyib dedi:
– Bir şikayət yazın ki, köpək sizinkidir. Sonrasına əncam çəkərik.
Bütün məhəllə adından “Tarzan bizimdir!” – deyə bir şikayət ərizəsi tərtib etdik. Ayrıca olaraq, “Biz Tarzanımızı vermərik” tələbnaməsi altına da imza topladıq. İş get-gedə daha da böyüyürdü. Qonşu məhəllələr də işə qarışırdı.
Bu arada, günlərin bir günü gördük ki, amerikalılar əşyalarını satıb getməyə hazırlaşırlar. Biz onların qapısının ağzına toplaşdıq. Onlar isə Tarzanı maşına qoydular. Birbaşa təyyarə meydanına gedəcək, birlikdə təyyarəyə minəcəkdilər. Amerikalı etirazımızı görüncə dedi:
– Əlli dollar verirəm, köpəyi satın mənə.
Bu söz bizim səbir kasamızı daşırdı. Əcəb işdir, cibində dolları var deyə, bu amerikalı nəyimiz varsa satın alacaq?
– Əlli yox ey, lap yüz dollar, min dollar versən də, Tarzanımızı vermərik! – deyib, qəzəbimizi bildirdik.
Zavallı Tarzan da, yazıq-yazıq baxır, sanki: – Nə olar, məni bu amerikalının əlindən qurtarın, – deyə, yalvarırdı.
Uşaqlar, qadınlar ağlamağa, qışqırmağa başladılar. Hay-küyə polis də gəlib çıxdı. Tarzan məsələsindən xəbərləri vardı. Amerikalıya dedilər:
– Mister, bu köpəyi apara bilməyəcəksiniz.
– Nə səbəbə? – deyə, amerikalı çaşqın halda soruşdu.
– Çünki, sahibi var!…
Xülasə, polisin köməyi ilə Tarzanımızı amerikalının əlindən qurtara bildik. Amerikalılar da arxalarına baxa-baxa getdilər.
İndi Tarzan bizimdir. On günün içərisində yenə də əvvəlki halını aldı. Sısqalaşdı, qabırğaları çıxdı, yara-birə içində itib-batdı. Büsbütün bizim məhəllənin köpəyi oldu. Uşaqlar səhərdən-axşama kimi onu daşa basır, ora-burasına iynə sancır, belinə minirlər.
Keçən axşam evə gəlirdim. Gördüm ki, uşaqlar Tarzanı başaşağı vəziyyətdə iplərlə ayaqlarından ağacdan sallamışlar. Əllərində bıçaq vardı.
– Nə edirsiz, ay uşaq? – deyə, maraqlandım.
Dedilər ki, məktəbdə müəllim qurbağa kəsərək, ürəyini onlara göstərib. İndi onlar da Tarzanın üzərində eyni əməliyyatı aparmaq istəyirlər.
…Tarzan bir neçə gün yara-xora içində dolaşdı. Sonra yaxşılaşdı. Yenə məhəllənin küçələrində yıxıla-dura, gəzib dolaşır.

Tərcümə: Savalan Seyhan

63 ŞƏRH

  1. I just want to mention I am very new to blogging and truly liked your web page. Most likely I’m going to bookmark your website . You definitely come with amazing posts. Thanks a lot for revealing your webpage.

  2. MetroClick specializes in building completely interactive products like Photo Booth for rental or sale, Touch Screen Kiosks, Large Touch Screen Displays , Monitors, Digital Signages and experiences. With our own hardware production facility and in-house software development teams, we are able to achieve the highest level of customization and versatility for Photo Booths, Touch Screen Kiosks, Touch Screen Monitors and Digital Signage. Visit MetroClick at http://www.metroclick.com/ or , 121 Varick St, New York, NY 10013, +1 646-843-0888

  3. I simply intend to reveal to you that I am new to writing and very much liked your information. Most likely I am inclined to bookmark your blog post . You really have fantastic article blog posts. Like it for discussing with us your main blog webpage

  4. Faytech North America is a touch screen Manufacturer of both monitors and pcs. They specialize in the design, development, manufacturing and marketing of Capacitive touch screen, Resistive touch screen, Industrial touch screen, IP65 touch screen, touchscreen monitors and integrated touchscreen PCs. Contact them at http://www.faytech.us, 121 Varick Street, New York, NY 10013, +1 646 205 3214

  5. Thanks for the sensible critique. Me and my neighbor were just preparing to do some research on this. We got a grab a book from our local library but I think I learned more clear from this post. I’m very glad to see such excellent info being shared freely out there.

  6. Some truly fantastic articles on this site, regards for contribution. “It is not often that someone comes along who is a true friend and a good writer.” by E. B. White.

  7. Thanks for sharing superb informations. Your web-site is so cool. I’m impressed by the details that you have on this website. It reveals how nicely you understand this subject. Bookmarked this web page, will come back for extra articles. You, my friend, ROCK! I found simply the info I already searched everywhere and just could not come across. What a perfect website.

  8. Nice read, I just passed this onto a colleague who was doing a little research on that. And he actually bought me lunch since I found it for him smile So let me rephrase that: Thank you for lunch! “We steal if we touch tomorrow. It is God’s.” by Henry Ward Beecher.

  9. Hi there, I found your blog by the use of Google at the same time as searching for a related topic, your web site came up, it seems good. I have bookmarked it in my google bookmarks.

  10. I¡¦m not positive the place you’re getting your information, however good topic. I must spend some time finding out more or figuring out more. Thanks for excellent info I used to be on the lookout for this information for my mission.

  11. I’ve been absent for some time, but now I remember why I used to love this blog. Thanks , I¡¦ll try and check back more often. How frequently you update your web site?

  12. Wonderful paintings! This is the kind of info that are meant to be shared across the net. Disgrace on the search engines for not positioning this post higher! Come on over and discuss with my site . Thanks =)

  13. Faytech North America is a touch screen Manufacturer of both monitors and pcs. They specialize in the design, development, manufacturing and marketing of Capacitive touch screen, Resistive touch screen, Industrial touch screen, IP65 touch screen, touchscreen monitors and integrated touchscreen PCs. Contact them at http://www.faytech.us, 121 Varick Street, New York, NY 10013, +1 646 205 3214

  14. hello there and thank you for your information – I have certainly picked up anything new from right here. I did however expertise a few technical points using this web site, since I experienced to reload the website a lot of times previous to I could get it to load correctly. I had been wondering if your web hosting is OK? Not that I’m complaining, but slow loading instances times will very frequently affect your placement in google and can damage your high-quality score if ads and marketing with Adwords. Anyway I am adding this RSS to my e-mail and can look out for much more of your respective exciting content. Make sure you update this again very soon..

  15. I think this is one of the most important info for me. And i’m glad reading your article. But want to remark on some general things, The web site style is perfect, the articles is really excellent : D. Good job, cheers

  16. Hi there, I found your web site by the use of Google even as looking for a related matter, your website came up, it looks great. I’ve bookmarked it in my google bookmarks.

  17. Thanks for some other great article. The place else could anyone get that kind of information in such a perfect means of writing? I’ve a presentation subsequent week, and I am on the look for such information.

  18. Great paintings! That is the type of info that are supposed to be shared across the internet. Shame on Google for not positioning this put up higher! Come on over and talk over with my web site . Thank you =)

  19. MetroClick specializes in building completely interactive products like Photo Booth for rental or sale, Touch Screen Kiosks, Large Touch Screen Displays , Monitors, Digital Signages and experiences. With our own hardware production facility and in-house software development teams, we are able to achieve the highest level of customization and versatility for Photo Booths, Touch Screen Kiosks, Touch Screen Monitors and Digital Signage. Visit MetroClick at http://www.metroclick.com/ or , 121 Varick St, New York, NY 10013, +1 646-843-0888

  20. Thanks for sharing excellent informations. Your site is very cool. I am impressed by the details that you¡¦ve on this site. It reveals how nicely you understand this subject. Bookmarked this website page, will come back for extra articles. You, my friend, ROCK! I found just the info I already searched everywhere and just could not come across. What a perfect site.

  21. Thanks for the sensible critique. Me & my neighbor were just preparing to do a little research on this. We got a grab a book from our local library but I think I learned more clear from this post. I am very glad to see such fantastic information being shared freely out there.

  22. Good day there, just started to be receptive to your web page through Bing, and realized that it is quite helpful. I will appreciate should you carry on this approach.

  23. I really desire to share it with you that I am new to blogging and clearly valued your website. Probably I am likely to store your blog post . You indeed have amazing article content. Value it for telling with us your main internet site webpage

  24. Thank you, I have recently been searching for information approximately this topic for a long time and yours is the greatest I’ve came upon so far. But, what about the bottom line? Are you positive in regards to the source?

  25. I like the helpful information you provide in your articles. I’ll bookmark your blog and check again here frequently. I’m quite certain I’ll learn a lot of new stuff right here! Good luck for the next!

  26. Pretty section of content. I just stumbled upon your web site and in accession capital to assert that I acquire in fact enjoyed account your blog posts. Anyway I’ll be subscribing to your augment and even I achievement you access consistently quickly.

  27. I have not checked in here for some time because I thought it was getting boring, but the last several posts are good quality so I guess I will add you back to my everyday bloglist. You deserve it my friend 🙂

  28. Great ¡V I should definitely pronounce, impressed with your web site. I had no trouble navigating through all the tabs and related info ended up being truly easy to do to access. I recently found what I hoped for before you know it in the least. Quite unusual. Is likely to appreciate it for those who add forums or anything, web site theme . a tones way for your customer to communicate. Nice task..

  29. I loved as much as you will receive carried out right here. The sketch is tasteful, your authored material stylish. nonetheless, you command get bought an shakiness over that you wish be delivering the following. unwell unquestionably come more formerly again as exactly the same nearly very often inside case you shield this increase.

  30. Simply want to say your article is as surprising. The clarity in your post is simply spectacular and i can assume you’re an expert on this subject. Fine with your permission allow me to grab your RSS feed to keep up to date with forthcoming post. Thanks a million and please keep up the gratifying work.

  31. Hello, Neat post. There is an issue with your site in web explorer, could test this¡K IE nonetheless is the market chief and a large section of people will leave out your fantastic writing due to this problem.

  32. I’m also writing to make you be aware of what a notable experience my cousin’s child went through using your web site. She learned such a lot of things, with the inclusion of what it is like to possess an amazing coaching mood to make the rest without difficulty master a variety of specialized matters. You actually did more than our own expectations. Thank you for showing those insightful, safe, educational and easy guidance on that topic to Ethel.

  33. Thanks for sharing superb informations. Your web-site is very cool. I’m impressed by the details that you¡¦ve on this blog. It reveals how nicely you perceive this subject. Bookmarked this web page, will come back for extra articles. You, my pal, ROCK! I found simply the info I already searched all over the place and just couldn’t come across. What an ideal site.

  34. Somebody necessarily help to make significantly posts I’d state. That is the first time I frequented your website page and to this point? I amazed with the research you made to create this particular submit incredible. Magnificent process!

  35. you’re truly a excellent webmaster. The site loading velocity is amazing. It sort of feels that you are doing any distinctive trick. Moreover, The contents are masterpiece. you have performed a wonderful task on this matter!

  36. I wish to show my passion for your generosity for those who require assistance with the situation. Your personal dedication to getting the message around was extremely valuable and has continuously permitted professionals like me to realize their dreams. Your own warm and helpful guidelines indicates a lot to me and especially to my fellow workers. Thanks a lot; from all of us.

  37. I would like to convey my affection for your generosity giving support to individuals who actually need guidance on that question. Your special commitment to getting the message around came to be unbelievably advantageous and have specifically allowed somebody much like me to achieve their objectives. Your entire valuable useful information means a great deal a person like me and further more to my colleagues. With thanks; from all of us.

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin