Öz rəsmini çəkən rəssamlar. Avtoportret

93

İnsanlar rəssamların öz rəsmlərindən başqa hər şeyi çəkəcəyini düşünür, amma bu belə deyil. Rəssamların diqqəti cəlb edən xüsusiyyətlərindən biri də avportret çəkmə bacarıqlarıdır. Avtoportret müxtəlif profildən və müxtəlif vasitələrlə çəkilir. Bir çox halda avtoportretlərin çəkilməsində köməkçi vasitə kimi güzgüdən istifadə olunur. Bu məqalədə siz  öz dövrünə görə tanınmış və tanınmamış bir sıra rəssamların avtoportrertləri ilə tanış olacaqsınız.

1. Dünyaca məşhur avportretlərdən biri  Vinsent Van Qoqun fırçasından yaranan sənət əsəridir. Van Qoqun bir qadına vurulması, ruhi pozuntulara gətirib çıxarmışdı. Böyük psixoloji sarsıntı keçirdiyi dövrlərdə qulağını kəsən holland rəssamın  “Kəsilmiş qulaqla avtoportret” əsəri.

vangogh-self-portrait-with_bandaged_ear

 

2. Sırada tanıyacağınız sənət əsəri məşhur fransız rəssam Pol Qogenin müəllifi olduğu avtoportretdir. Qogen bu  avtoportreti dostu Daielə hədiyyə etmək üçün çəkmişdi. Əsər 1896-cı ildə fırçaya alınmışdır və hal-hazırda Orsay muzeyində sərgilənir.

paul-gauguin-35-portrait-of-the-artist-dedicated-to-his-friend-daniel-1896

 

3. Tanımalı olduğumuz sənət əsərlərindən biri də impressionizm cərəyanı ilə kubizm cərəyanı arasında körpü rolunu oynayan – postimpressionizm cərəyanının nümayəndəsi və banisi olmuş rəssam Pol Sezanın müəllifi olduğu rəsm əsəridir. Maraq üçün qeyd edək ki, rəssamın soyadı, yəni Sezan İtaliyanın şimalında yerləşən Çezena şəhərindən götürülmüşdür. Bu səbəblə bir çoxları onun italyan əsilli fransız rəssam olduğu fərziyyəsini irəli sürürlər. Əsər rəssam tərəfindən təxminən 1879-1882-ci illər aralığında çəkilmişdir.

u-paul-cezanne-kendi-portresi-sapka-yagli-boya-klasik-sanat-kanvas-tablo1472908870-800

 

4. İspan fırça ustası Pablo Picasso həyatı boyu çəkdiyi avtopretretlərlə diqqəti öz üzərinə çəkmişdi. Həyatının sonlarına doğru psixoloji problemlər yaşamasını onun son portretlərindən də müşahidə etmək olur. Həyatının ilk, orta və son dövrlərini təsvir etdiyi avtoportretlərə baxaraq siz də kəskin dəyişikliyi duya bilərsiniz.

Picassonun 1906-cı ildə(18 yaş) çəkdiyi avtoportreti. 4

 

1917-ci ildə (35 yaş) çəkdiyi avtoportreti.

35-yasinda-picasso

 

90 yaşında çəkdiyi avtoportret. (30.06.1972)

download

 

Ən son çəkdiyi avtoportreti. 90 yaş. (30.07.1972)

4-90-yasinda-picasso-1

 

5. Albrext Dürer – Orta əsrlərdə (1471-1528) yaşayıb yaratmış alman rəssamlarından biri. Dürer boyakarlıq əsərlərində alman incəsənəti üçün yeni olan obrazlar strukturuna müraciət etmişdir. Portretlərində obrazın xarakterindəki fərdi xüsusiyyətləri ustalıqla açıb göstərmişdir. İncəsənətin nəzəri məsələləri barədə bir sıra elmi əsəri var.

download-2

 

6. Barokko sənət axımının ilk böyük sənətçisi Michelanjelo Merisi de Karavacco (1571-1610) olmuşdur. Onun əsərləri öz hissiyyatlığı, emosianallığı ilə, gərginliyi, işıq və kölgənin kontrastlığı və xüsusi cizgisi ilə fərqlənir ki, buda “karavacizm” üslubunun xarakteridir. İstedadlı Karavacconun yaradıcılığı özünəməxsus axıcı, zəngin idi. Lakin bir çoxları onun yaradıcılığının reallıqdan uzaq olduğunu hesab edirdi.

bild-ottavio_leoni_caravaggio

 

7. Bir zamanların məşhur rəssam cütlüyü Dieqo Riveyra Frida Kahlo. Argentinalı Dieqo Riveyra daha çox freska sahəsində populyarlıq qazansa da, meksikalı Frida Kahlo – dünyaca məşhur meksikalı rəssam qadın. O, rəssamlıq tarixində qeyri-adi avtoportretləriylə qalıb. Və bu rəsmlərə, Fridanın özünün çəkdiyi “Fridalara” baxanda istər-istəməz sual yaranır. Sonsuz sayda avtoportretlərinin səbəbini Frida belə izah edirdi:

“Mən daha çox öz rəsmlərimi çəkirəm… Ona görə ki, əsasən tək qalıram, özümlə oluram. Həm də Frida mənim ən yaxşı bələd olduğum mövzudur.”

Frida Kahlonun ən məşhur avtoportretlərindən biri – “Frida.. Dieqo.. Və əzablar!” rəsm əsəri.

15139596_1836217823303464_397861723_n

 

8. Tanımalı olduğumuz fırça ustalarından biri də, orta əsr Florensiya boyakarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri Sandro Botiçellidir. Maraq üçün qeyd edək ki, o, Lorenso Mediçinin saray rəssamı olmuşdur. Botiçellinin 1492-1497-ci illər arasında Dantenin “İlahi komediya”sına çəkdiyi illüstrasiyalar, onlarda cəhənnəmi təsvir edən səhnələr Renessans dövrü kitab illüstrasiyası sənətinin ən gözəl nümunələrindən sayılır.

botticelli-portrait

 

9. El Greco (Dominikos Teotokopulos) ( 15411614) – haqqında o qədər də çox məlumat olmayan yunan əsilli ispaniyalı rəssam. El Greco, hərfi mənada “Qrek”  yunan deməkdir.

El Greconun müəllifi olduğu “Qocanın portreti” rəsm əsəri. Güman ki, bu qoca onun elə özüdür, yəni avtoportretidir.

greco_large

 

10. Jan Kokto (fr. Jean Cocteau) – ötən əsrdə fransız mədəniyyətinin yetişdirdiyi universal insanlardan biridir. Onun şair, yazar, rəssam, ssenarist, kino və teatr rejissoru, teatr nəzəriyyəçisi kimi fəaliyyətləri də məlumdur. Den Braunun “Da Vinçi Şifrəsi” əsərində verdiyi məlumata əsasən, o, eyni zamanda Avropada ən qədim gizli təşkilatlardan biri olan Sion Prioratının bilinən son böyük ustadı olmuşdur. (1918-1963)

Jan Koktonun avtoportreti –

220px-portrait_of_jean_cocteau

Redaktə etdi: Şəfiqə Babayeva (24.11.2017)

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin