Ölüm həyatın sonudur mu? Krionika: Dünyanın dondurulan ilk insanı.

48

Qulağa absurd səslənsə də, bu fikir son zamanlarda meydana gəlmiş bir fikir deyil. Bəzi qaynaqlara görə, 18-ci əsrdə belə kifayət qədər populyar olmuş bu fikrin dəstəkçilərindən biri də Benjamin Franklin olmuşdur. Belə ki, 1773-cü ildə o dövrün “ölümsüzlük” araşdırmaları aparan alim  Djekes Dyübora (Jacques Dubourg) yazılan məktubda belə deyilir: “Kaş ki, insanları dondurub gələcəkdə oyandıra biləcəyimiz elmi metod mümkün olsaydı. Bunun sayəsində Amerikanın 100 il sonrasını bir günlüyünə görə bilməyi və ardından ölməyi normal ölümə dəyişərdim.”

1962-ci ildən Robert Ettinger tərəfindən yenidən gündəmə gətirilən krionika  (cryonics) lahiyəsi ölən insanların dondurularaq illər sonra tibbin inkişafı sayəsində bir çox xəstəliklərin müalicə olunacağı bir zamanda təzədən oyandırılmağını hədəfləyən bir proqramdır. Hal-hazırda 230 cansız bədən metal silindrlər içərisində -196 dərəcədə nə vaxtsa oyandırılacağı günü gözləyir.dunyanin-dondurulan-ilk-insani-james-bedford-11965-ci ildə  Life Extension Society adında bir qurum eksperimenti qəbul edəcək ilk adamı heç bir məbləğ almadan donduracağını açıqlayır və 74 yaşlı böyrək xərçəngindən əziyyət çəkən  Amerikan psixoloqu James Bedford bəxtini sınayaraq tarixin donduralacaq ilk insanı olmağı bacarır.

1979-cu ildə meydana gələn izolyasiya problemi ilə dondurulan insanların çürüməyə başladığı və proqramda bəzi xətaların olduğu sübut edilmişdir.  Bedfordun bədəni qurtarılsa da, o dövrün istifadə edilən metodları günümüzdə tətbiq olunan metodlara görə bir o qədər təsirli olmadığından Bedfordun bir gün yenidən oyanıb sağlam həyata qaytarılma  şansı demək olar ki, yoxdur.

Əgər siz də bədənizi gələcək əsrlərə qədər qoruyub saxlamaq istəsəniz, bunun üçün hesabınızda minimum 70,000.000 dollarınız olmalıdır. Standart proqrama  yüksək keyfiyyətdə saxlama, sinir hüceyrələrinin qorunması və “yatmaq” üçün baza daxildir.18c6wfrpey00zjpg

Daha sonra şirkətlə bağlayacağınız müqavilədə  bütöv bədənin, yoxsa  sadəcə başın kəsilib saxlanmasını seçirsiniz. Növbəti mərhələdə sizi sığortalayırlar və ölənədək bunun üçün müəyyən bir məbləğ ödəməli olursunuz. Eyni zamanda sizə daxil olduğunuz proqramın və sizin məlumatlarınızı daşıyan bilərzik və ya boyunbağı verilir ki, öldükdən sonra bu məlumatlara əsasən lazımi yerlərə müraciət edilə bilsin. Ölən şəxs lazımi yerə çatdırıldıqdan sonra buz qəlibləri ilə soyudularaq döş qəfəsi açılır və bədəndəki qan çəkilir, yerinə isə gliserol inyeksiya edilərək bədən temperaturunun -50 dərəcəyə düşməsi təmin olunur, ardından isə  maye azot dolu metal silindrik tanklarda -196 dərəcədə saxlanılır.

Müəllif: Arzu Elyazova

Redaktə etdi: Şəfiqə Babayeva (23.11.2017)

 

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin